Məhkəmə qərarları › İş №e-2(060)-51/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-51/2024

18.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-51/2024 18.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək iddiaçı özünə məxsus DONGFENG RİCH 6 markalı avtomobilə və tikiliyə bitişik sütün tipli AUX markalı kondisionerə dəymiş maddi ziyan olaraq, ümumilikdə 17435 manatın Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onun əsaslandırılmışdır ki, Cavabdeh 18 yanvar 2023-cü il tarixdə 14:00 radələrində Bakı-Quba-Dağıstan sərhəd yolunun Abşeron rayonu ərazisindən keçən 12,7ci kilometrində idarə etdiyi Mercedes-Benz E230 minik markalı **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, hadisənin qarşısını almaq texniki imkanı olsa da ala bilməyib qarşıda yolun sağında dayanaqlı vəziyyətdə olan İddiaçı MMC-yə məxsus DONGFENG RİCH 6 markalı avtomobil və tikiliyə bitişik AUX markalı 2 motorlu 2 ədət kondisionerlə, eləcə də, digər şəxsə məxsus avtomobil və mopedlə toqquşaraq iddiaçıya və digər şəxslərə maddi ziyan vurmuşdur. Baş vermiş hadisə üzrə Baş İstintaq və Təhqiqat İdarəsinə bilavəsitə tabe olan Yol nəqliyat hadisələrinə dair işlər üzrə şöbədə müvafiq təhqiqat aparılmış, lakin iş üzrə zərərçəkmiş şəxs X1, hazırki iş üzrə Cavabdeh ilə barışması və ona dəymiş ziyanın ödənilməsi əsası ilə toplanmış material üzrə 14 fevral 2023-cü il tarixli qərarla cinayət işinin başlanması rəd edilməsi və Ə.M Balacanov barəsində İXM-nin 327.1-ci maddəsi ilə inzibati tənbeh görülməsi qərara alınmışdır. Göründüyü kimi,cavabdehin hüquqa zidd, təqsirli hərəkəti ilə iddiaçıya məxsus avtomobilə və kondisionerlərə ziyan vurması faktı yuxarıda qeyd edilən təhqiqat materialı və qərarla öztəsdiqini tapmışdır. Məhkəmənin diqqətinə çatdırılır ki,"xxxx" MMC-nin 26 yanvar 2023-cü il tarixli dəymiş zərərin qiymətləndirmə aktına əsasən DONGFENG RİCH 6 markalı avtomobilə 14760 manat dəyərində və NEWCOND xx.xx.2023-cü il tarixli dəymiş zərərin qiymətləndirilməsi haqqında Aktına əsasən sütün tipli AUX markalı kondisionerə 2675 manat dəyərində, ümumilikdə iddiaçıya 17435 manat (14760+2675=14435) dəyərində maddi ziyan dəymişdir. Həmin zərərin ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət olunmasına baxmayaraq vurulmuş maddi ziyan bugünədək ödənilməmişdir. Odur ki hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iddiaçı “X5 Trade Group LTD" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili Vəkil iddia tələbini müdafiə edərək tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, hadisə nəticəsində ziyan dəysə də, ziyanın məbləği nə iddia tələbindəki, nə də ekspert rəyindəki kimi deyildir. Dəymiş ziyanın məbləği daha azdır. Qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilərək, onun barəsində İXM-nin 327.1-ci maddəsi ilə inzibati tənbeh görülmüşdür. "xxxx" MMC-nin tərtib etdiyi 26 yanvar 2023-cü il tarixli dəymiş zərərin qiymətləndirmə aktına əsasən DONGFENG RİCH 6 markalı avtomobilə 14760 manat dəyərində ziyan dəymişdir. "xxxx" MMC-nin tərtib etdiyi xx.xx.2023-cü il tarixli dəymiş zərərin qiymətləndirilməsi haqqında Aktına əsasən sütün tipli AUX markalı kondisionerə 2675 manat dəyərində maddi ziyan dəymişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8247 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə "xxxx" MMC-nin tərtib etdiyi xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2022-ci il buraxılışlı, “Dongfeng Rich 6” markalı, avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 14459 manat müəyyən edilmişdir. "xxxx" MMC-nin tərtib etdiyi xx.xx.2023-cü il tarixli dəymiş zərərin qiymətləndirilməsi haqqında Aktına əsasən “AUX” markalı iki ədəd kondisionerə dəymiş zərərin ümumi məbləği təxminən 4235 manat müəyyən olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki Cavabdeh 18 yanvar 2023-cü il tarixdə saat 14:00 radələrində Bakı-Quba-Dağıstan sərhəd yolunun Abşeron rayonu ərazisindən keçən 12,7-ci kilometrində idarə etdiyi Mercedes-Benz E230 minik markalı **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, hadisənin qarşısını almaq texniki imkanı olsa da ala bilməyib qarşıda yolun sağında dayanaqlı vəziyyətdə olan İddiaçı MMC-yə məxsus DONGFENG RİCH 6 markalı avtomobil və tikiliyə bitişik AUX markalı 2 motorlu 2 ədət kondisionerlə, eləcə də, digər şəxsə məxsus avtomobil və mopedlə toqquşaraq iddiaçıya və digər şəxslərə maddi ziyan vurmuşdur. Baş vermiş hadisə üzrə Baş İstintaq və Təhqiqat İdarəsinə bilavəsitə tabe olan Yol nəqliyat hadisələrinə dair işlər üzrə şöbədə müvafiq təhqiqat aparılmış, lakin iş üzrə zərərçəkmiş şəxs X1, hazırki iş üzrə Cavabdeh ilə barışması və ona dəymiş ziyanın ödənilməsi əsası ilə toplanmış material üzrə 14 fevral 2023-cü il tarixli qərarla cinayət işinin başlanması rəd edilməsi və Ə.M Balacanov barəsində İXM-nin 327.1-ci maddəsi ilə inzibati tənbeh görülməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8247 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə "xxxx" MMC-nin tərtib etdiyi xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2022-ci il buraxılışlı, “Dongfeng Rich 6” markalı, avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 14459 manat müəyyən edilmişdir. "xxxx" MMC-nin tərtib etdiyi xx.xx.2023-cü il tarixli dəymiş zərərin qiymətləndirilməsi haqqında Aktına əsasən “AUX” markalı iki ədəd kondisionerə dəymiş zərərin ümumi məbləği təxminən 4235 manat müəyyən olunmuşdur. Məhkəmə iddia tələbinin X5 TRADE GROUP LTD” MMC-yə məxsus DONGFENG RİCH 6 markalı avtomobilə dəymiş ziyanın məbləğini müəyyən edərkən ekspert rəyini əsas götürməyi məqsədəuyğun sayır. Göründüyü kimi “AUX” markalı iki ədəd kondisionerə dəymiş zərərin ümumi məbləği təxminən 4235 manat müəyyən olunmuşdur. İddia tələbinin təmin edilən hissəsi iddiaçının tələb etdiyi məbləğdən artıq müəyyən edilə bilməz. Ona görə də iddia tələbi “AUX” markalı iki ədəd kondisionerə dəymiş zərərin ödənilməsinə dair hissədə təmin edilməli, məhkəmə-mühasibatlıq ekspertizasının rəyi nəzərə alınmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə işin hallarına yuxarıda şərh olunan hüquq normalarına istinadən hüquqi qiymət verərək hesab edir ki, İddiaçı MMC-yə məxsus DONGFENG RİCH 6 markalı avtomobilə və tikiliyə bitişik sütün tipli AUX markalı kondisionerə maddi ziyan dəyməsi aşkardır və iş materialları ilə sübut olunur. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı MMC-yə məxsus DONGFENG RİCH 6 markalı avtomobilə və tikiliyə bitişik sütün tipli AUX markalı kondisionerə dəymiş maddi ziyan olaraq, ümumilikdə 17134 manat Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 150 manat Cavabdeh tutularaq X2 (Müxbir hesab: AZ41NABZ********************, kod: 210005,VÖEN:**********) ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı MMC-yə məxsus DONGFENG RİCH 6 markalı avtomobilə dəymiş zərərə görə 14459 manat və tikiliyə bitişik sütün tipli AUX markalı kondisionerə dəymiş maddi ziyan olaraq 2675 manat, ümumilikdə 17134 manat Cavabdeh tutularaq iddiaçıya ödənilsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olaraq 150 (yüz əlli) manat Cavabdeh Məhəmməf oğlundan tutularaq X3 müxbir hesabına köçürülsün. (Kod:210005,VÖEN:**********,Müxbir hesab:AZ41NABZ********************) İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar