Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-510/2025 28.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə İddiaçı QBKT MMM-in cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit üzrə borcun tutulması tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ:
1. İddiaçı QBKT MMM cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit üzrə borcun tutulması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMM QBKT ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, **********0895 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 23% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 10500 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 557 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği kredit alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan,üzərində “Fincard” adı qeyd edilmiş, kredit kartında təqdim edilir. Həmçinin, kredit müqaviləsinə üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********0895 – ******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh1, **********0895 – ******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh4, **********0895 – ******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh5 və **********0895 – ******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, zamin, kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh3 oğlu üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2024-cü il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh3 oğlunun əsas borc üzrə 5893 manat, faiz borcuna görə 767,01 manat, cərimə borcuna görə 198,20 manat, cəmi 6858,21 manat təşkil edir. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 5893 manat, faiz borcuna görə 767,01 manat, cərimə borcuna görə 198,20 manat, cəmi 6858,21 manat məbləğində borcun və 88,59 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMM QBKT-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Daha sonra İddiaçı MMM QBKT-nin nümayəndəsi Nümayəndə2 tərəfindən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edilərək, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 5893 manat, faiz borcuna görə 767,01 manat, cərimə borcuna görə 198,20 manat, cəmi 6858,21 manat məbləğində borcun və 88,59 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMM QBKT-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı MMM QBKT-nin nümayəndəsi Nümayəndə2 izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Sonuncu məhkəmə iclası ilə əlaqədar İddiaçı MMM QBKT tərəfindən məhkəməyə ərizə təqdim edilərək işə onların iştirakı olmadan baxılması və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
6. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh5 izahat verərək bildirmişdir ki, Qətibə Hacıyeva onun həyat yoldaşı olmuşdur. Krediti götürən zaman məqsədləri ödənişlərdən yayınmaq olmamışdır. Müalicələrini götürdükləri kredit hesabına etmişlər. Ödənişlərlə bağlı gecikmələr tərəflərdən asılı olmayan səbəblərdən yaranmışdır. Belə ki, oğlunun iş yerində problemlər olduğu üçün işdən azad olunmuş və bu səbəbdən də, kreditin ödənişində də problemlər yarandı. Oğlu sadəcə əlilliyi ilə bağlı pensiya alır və həmin pensiya məbləğini ailəsinin saxlanmasına sərf edir. Təxminən 4-5 ay əvvəl "xxxx" X1-Bank Kredit Təşkilatının problemlər şöbəsindən oğlu ilə əlaqə saxlanıldı və oğlu ödəniş etməkdə problem yaşadığını bildirdi. Əməkdaş 400 manat ödəniş edilərsə, aylıq ödənişin 270 manata endiriləcəyini bildirmişdir. Oğlu bu təkliflə razı olduğu üçün 400 manat ödəniş etdi. Əməkdaşlar onunla əlaqə saxlanılacağını bildirsələr də, əlaqə saxlanmamışdır. Oğlunun ödənişləri gecikdirməsinin səbəbi anasının uzun müddət yataq xəstəsi olması ilə bağlıdır. Ödənişləri etməkdən yayınmırlar. Hazırda adına kredit var. Gecikmələr olsa da, ödənişləri həyata keçirirlər.
8. Sonuncu məhkəmə iclasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
9. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
10. Məhkəmə, iddiaçının nümayəndəsinin və Cavabdeh5 izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
11. İş materiallarında olan "xxxx" MMM Qeyri-Bank Kredit Təşkilatı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, **********0895 saylı kredit müqaviləsinə əsasən kredit təşkilatı tərəfindən Cavabdeh3 24 ay müddətinə, illik 23 faizlə, 10500 manat məbləğində kredit verilmişdir.
12. İş materiallarında olan "xxxx" MMM Qeyri-Bank Kredit Təşkilatı ilə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli zaminlik müqavilələrinə əsasən zaminlər Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 borclu Cavabdeh3 kredit təşkilatı qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşımaları barədə öz üzərlərinə öhdəlik götürmüşlər.
13. İş materiallarında olan "xxxx" MMM Qeyri-Bank Kredit Təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 kredit təşkilatına 5893 manat əsas borcu, 767,01 manat faiz borcu, 198,20 manat cərimə borcu, cəmi 6858,21 manat borcu vardır. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
14. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" MMM Qeyri-Bank Kredit Təşkilatı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, **********0895 saylı kredit müqaviləsinə əsasən kredit təşkilatı tərəfindən Cavabdeh3 24 ay müddətinə, illik 23 faizlə, 10500 manat məbləğində kredit verilmiş, zaminlər Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 borclu Cavabdeh3 kredit təşkilatı qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşımaları barədə öz üzərlərinə öhdəlik götürmüşlər, cavabdehlər üzərinə düşən öhdəlikləri tam icra etməmişlər və nəticədə onların kredit təşkilatına ödənilməmiş borcu yaranmışdır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
17. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
18. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
19. (köhnə redaksiya) Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
20. (köhnə redaksiya) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
21. Azərbaycan Respublikası Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
22. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
23. Məhkəmə qeyd edir ki, cavabdehlər kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, kredit təşkilatı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
25. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri də cavabdehlərə aid edilməlidir.
26. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 müştərək qaydada 5893 (beş min səkkiz yüz doxsan üç) manat əsas, 767,01 (yeddi yüz altmış yeddi manat, bir qəpik) manat faiz borcu, 198,20 (bir yüz doxsan manat, iyirmi qəpik) manat cərimə borcu olmaqla, cəmi 6858,21 (altı min səkkizyüz əlli səkkiz manat, iyirmi bir qəpik) manat məbləğində pul, habelə 88,59 (səksən səkkiz manat, əlli doqquz qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı QBKT MMM-ə ödənilməlidir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
29. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
30. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
32. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
Nəticə hissəsi:
33. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 müştərək qaydada 5893 (beş min səkkiz yüz doxsan üç) manat əsas, 767,01 (yeddi yüz altmış yeddi manat, bir qəpik) manat faiz borcu, 198,20 (bir yüz doxsan manat, iyirmi qəpik) manat cərimə borcu olmaqla, cəmi 6858,21 (altı min səkkiz yüz əlli səkkiz manat, iyirmi bir qəpik) manat məbləğində pul, habelə 88,59 (səksən səkkiz manat, əlli doqquz qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı QBKT MMM-ə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəbnəm Həxiyeva