Məhkəmə qərarları › İş №e-2(060)-5133/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5133/2024

21.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5133/2024 21.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçının nümayəndəsi Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 52183 (əlli iki min yüz səksən üç) manat əsas borc məbləğinin, dövlət rüsumuna görə ödənilmiş 246.55 manat məbləğində pulun, cəmi 52429 (əlli iki min dörd yüz iyirmi doqquz) manat 55 (əlli beş) qəpik məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh 7-8 ay olarki tanıyır. İddiaçı sonuncu ilə mənzilini kirayə verdiyi şəxsin vasitəsilə tanış olmuşdur. Bu müddət ərzində çox yaxşı münasibətləri olmuş, özünə qarşı inam yarada bilmişdir. Cavabdeh 2023-cü ilin may ayında bildirdi ki, İddiaçı və həyat yoldaşına pensiya düzəldə bilər. Bunun müqabilində 10 000 (on min) manat pul lazımdır. Əfsanə Abdullayevə özünə məxsus qızılları lombarda qoyaraq 10 000 (on min) manat pul götürüb Cavabdeh vermişdir. Yaxın münasibət qurduqlarına görə heç bir sənədə, sübuta ehtiyac duymadan pulu vermişdir. Bir neçə ay keçdikdən sonra yenidən bildirmişdir ki, əlavə olaraq 3000 manat da vermək lazımdır. Həmin məbləği İddiaçı həyat yoldaşı Namaz Abdullayev öz bank kart hesabından Cavabdeh bank kartına köçürmüdür. İddiaçı pensiyanın düzəlmədiyini görüb sentyabr ayında 13 000 (on üç min) manatı geri qaytarmasını cavabdehdən tələb etdikdə o bildirmişdir ki, lombardda 20 000 (iyirmi min) manatdan artıq dəyəri olan qızılları vardır. Əgər 20 000 (iyirmi min) manat lombarda olan borcunu ödəsə qızılları çıxarıb sataraq həm də ona olan borcunu tamamilə ödəyər. İddiaçı da həyat yoldaşına məxsus avtomobili girov qoyaraq 20000 (iyirmi min) manat götürmüş və Ulduza Allahverdiyevaya vermişdir. Sonuncu bir müddət sonra bildirmişdir ki, lombarda bir ilə yaxındır ödəniş etmədiyi üçün 10300 (on min üç yüz) manat faiz borcu yığılmışdır və bu səbəbdən də qızılları götürə bilməmişdir. Sonra bildirmişdir ki, o həmçinin qızıl alqı-satqısı ilə məşğul olur. Tanıdığı şəxslərdən ucuz qiymətə qızıl alaraq satıb gəlir əldə edir. Bu adla yenidən 8883 (səkkiz min səkkiz yüz səksən üç) manatı alaraq qızıl alveri ilə məşğul olub hisə-hissə borcları qaytaracağını və vermişdir. Lakin iddiaçı oktyabr ayınadək cavabdehin heç bir ödəniş etmədiyini görmüşdür. Cavabdeh isə yenə də bildirmişdir ki, qızıl ticarəti ilə məşğul olan zaman ziyana düşmüşdür, həmçinin 10300 (on min üç yüz) manat faizi ödəməsə qızıllar da lombardda batacaq və heç bir ödəniş edə bilməyəcək ümumiyyətlə. İddiaçı oktyabr ayında yenidən özünə məxsus qızılları lombardda Ulduza Allahverdiyevanın adına girov qoyaraq 10300 (on min üç yüz) manat götürüb vermişdir. Lakin sonuncu yenə də onu aldatmış, başqa şəxslərə olan borcunu qaytarmaq üçün pulu verdiyini bildirmişdir. İddiaçı ondan aldığı məbləği öz xətti ilə yazılı surətdə borcunu etiraf etməsini istəmişdir. O, da əlavədə təqdim edilən sənəddə bu öz xətti ilə yazaraq ondan ümumilikdə 52183 (əlli iki min yüz səksən üç) manat borc pul aldığını və bu məbləği 3 ay müddətində qaytaracağını bildirən məktubu yazmışdır. Nəzərə çatdırır ki, qeyd olunan tarixdən bu günədək ümumilikdə olan 52183 (əlli iki min yüz səksən üç) manat borcu üzrə yalnış 1200 (min iki yüz) manat pul və 800 (səkkiz yüz) manat dəyərində yağ məhsulu qaytarmışdır. Hər dəfə borcu tələb edən zaman müxtəlif bəhanələrlə borcunu qaytaracağını bildirmiş, lakin borc öhdəliyini icra etməmişdir. Hər dəfə 1-2 gün vaxt istəmiş və qısa bir zamanda qaytaracağını bildirmiş, lakin pulu tələb etdikdə isə müxtəlif bəhanələrlə öhdəliyinin icrasından yayınmışdır. Cavabdehdən dəfələrlə borc öhdəliyi üzrə yaranmış borclarını ödəməsini tələb etsə də müxtəlif bəhanələrlə borcun ödənilməsindən yayınmışdır. Məhkəmədə iddiaçının nümayəndəsi Vəkil eyni məzmunlu izahat verərək, iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini xahiş etdi. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan əlyazmadan görünür ki, Cavabdeh İddiaçı 52183 (əlli iki min yüz səksən üç) manat borc alır və üç ay müddətində qaytarmağa söz verir. “İnsan Hüquqları və X1 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1 və 135.2-ci maddəsinin tələblərinə görə pul da əmlak hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsi nə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan qanunveriçilik normalardan çıxış edərək məhkəmə belə nəticəyə gəlir ki, hazırki mübahisə üzrə Cavabdeh varlanmış şəxs, İddiaçı isə məhrum olandır. Cavabdeh varlanmasına haqqı qazandıran əsas və ya müqavilə olmadığı üçün o, əldə etdiyini İddiaçı qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 52183 (əlli iki min yüz səksən üç) manat məbləğində pulun və iş üzrə ödənilmiş 246 (iki yüz qırx altı) manat 55 (əlli beş) qəpik dövlət rüsumu olmaqla, ümumilikdə 52429 (əlli iki min dörd yüz iyirmi doqquz) manat 55 (əlli beş) qəpik məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar