Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5136/2024 24.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinə əsasən 1716,33 manat əsas, 156,70 manat faiz, xx.xx.2023-cü il tarixli Birbank Cashback Kredit Xətti müqaviləsinə əsasən 2000 manat əsas, 382,68 manat faiz, xx.xx.2024-cü il tarixli Kredit və Hesab müqaviləsinə əsasən isə 2048,87 manat əsas, 274,43 manat faiz, yəni cəmi 6579,01 manat pul vəsaitinin və 85,79 manat dövlət rüsumunun tutulması barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinə əsasən onun kartına illik faiz dərəcəsi 12 və məbləği 2020 manat olan kredit vəsaiti mədaxil edilmiş, xx.xx.2023-cı il tarixli Birbank Cashback Kredit Xətti müqaviləsinə əsasən ona 27 faiz dərəcəsi ilə 2000 manat kredit xətti ayrılmış, xx.xx.2024-cı il tarixli Kredit və Hesab müqaviləsinə əsasən isə onun kartına illik faiz dərəcəsi 27 və məbləği 3812 manat olan kredit vəsaiti mədaxil edilmişdir. Kreditlər nəğd qaydada deyil, cavabdehin elektron imzası ilə (mobil tətbiqi vasitəsilə) ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqavilələrinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Cavabdehin xx.xx.2024cü il tarixə İddiaçı ASC-yə xx.xx.2023-cı il tarixli Kredit müqaviləsinə əsasən 1716,33 manat əsas, 156,70 manat faiz, xx.xx.2023-cı il tarixli Birbank Cashback Kredit Xətti müqaviləsinə əsasən 2000 manat əsas, 382,68 manat faiz, xx.xx.2024-cı il tarixli Kredit və Hesab müqaviləsinə əsasən isə 2048,87 manat əsas, 274,43 manat faiz borc yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin əsaslı və qanuni olduğunu, işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını, iddia tələbinin tam təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək, bildirdi ki, səhətində problemlərinin olması ilə əlaqədar borcunu ödəyə bilməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinə əsasən cavabdehin kartına illik 58 ay müddət 12 faiz ilə 2020 manat kredit verilmişdir. - İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli Birbank Cashback Kredit Xətti müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə 27 faiz dərəcəsi ilə 2000 manat kredit verilmişdir. - İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli Kredit və Hesab müqaviləsinə əsasən isə onun kartına 59 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 3812 manat kredit verilmişdir. -İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli 2024/104/11452 saylı maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit xətti müqaviləsinə əsasən, cavabdehə 58 ay müddətinə, 2000 manat məbləğində Birkart müqaviləsi üzrə kredit xətli açılmış və bu kredit xətti müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə əsas borc məbləği 2000 manat, faiz borc məbləği 382,68 manat olmaqla, cəmi 2382.68 manat borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən, cavabdehə 59 ay müddətinə, illik 27 faiz hesablanmaqla. 3812 manat məbləğində Market Place krediti verilmiş kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə əsas borc məbləği 2048,87 manat, faiz borc məbləği 274,43 manat olmaqla, cəmi 2323,3 manat borcu yaranmışdır. xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən, cavabdehə 24 ay müddətinə, illik 12 faiz hesablanmaqla, 2020 manat məbləğində Gündəlik tələbat krediti verilmiş kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə əsas borc məbləği 1716.33 manat, faiz borc məbləği 156,7 manat olmaqla, cəmi 1873.03 manat borcu yaranmışdır. -İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehin ünvanına göndərilən xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. - pretenziya məktublarından görünür ki, cavabdeh öhdəliklərini yerinə yetirmədiyi təqdirdə, məhkəmə qaydasında ondan pul tələb olunması barədə xəbardarlıq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinə əsasən cavabdehin kartına illik 12 faiz ilə 2020 manat, xx.xx.2023-cü il tarixli Birbank Cashback Kredit Xətti müqaviləsinə əsasən cavabdehə 27 faiz dərəcəsi ilə 2000 manat, xx.xx.2024-cü il tarixli Kredit və Hesab müqaviləsinə əsasən isə onun kartına illik 27 faiz dərəcəsi ilə 3812 manat kredit verilmişdir. Kredit müqavilələrinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Cavabdehin İddiaçı ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit xətti müqaviləsinə əsasən, cavabdehə 58 ay müddətinə, 2000 manat məbləğində Birkart müqaviləsi üzrə kredit xətli açılmış və bu kredit xətti müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə əsas borc məbləği 2000 manat, faiz borc məbləği 382,68 manat olmaqla, cəmi 2382.68 manat borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən, cavabdehə 59 ay müddətinə, illik 27 faiz hesablanmaqla. 3812 manat məbləğində Market Place krediti verilmiş kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə əsas borc məbləği 2048,87 manat, faiz borc məbləği 274,43 manat olmaqla, cəmi 2323,3 manat borcu yaranmışdır. xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən, cavabdehə 24 ay müddətinə, illik 12 faiz hesablanmaqla, 2020 manat məbləğində Gündəlik tələbat krediti verilmiş kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə əsas borc məbləği 1716.33 manat, faiz borc məbləği 156,7 manat olmaqla, cəmi 1873.03 manat borcu yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Buna baxmayaraq cavabdeh xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinin, xx.xx.2023-cü il tarixli Birbank Cashback Kredit Xətti müqaviləsinin və xx.xx.2024-cü il tarixli Kredit və Hesab müqaviləsinin şərtlərini pozaraq, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının xx.xx.2023cü il tarixli Kredit müqaviləsi, xx.xx.2023-cü il tarixli Birbank Cashback Kredit Xətti müqaviləsi və xx.xx.2024-cü il tarixli Kredit və Hesab müqaviləsi üzrə əsas və faiz borcunun cavabdehdən tutulması barədə iddia tələbi əsaslıdır. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 %-i qədər olmalıdır. (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 6579,01 manat olduğundan (1716,33 manat əsas+ 2000 manat əsas + 2048,87 manat əsas + 156,7 manat faiz + 382,68 manat faiz + 274,43 manat faiz =6579,01 manat ) iddiaçı tərəfindən ödənilmiş 85,79 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdehdan xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinə əsasən 1716,33 manat əsas, 156,70 manat faiz, xx.xx.2023-cü il tarixli Birbank Cashback Kredit Xətti müqaviləsinə əsasən 2000 manat əsas, 382,68 manat faiz, xx.xx.2024-cü il tarixli Kredit və Hesab müqaviləsinə əsasən isə 2048,87 manat əsas, 274,43 manat faiz, yəni cəmi 6579,01 manat borc və ödənilmiş 85,79 manat dövlət rüsumunun əvəzinin İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinə əsasən 1716,33 manat əsas, 156,70 manat faiz, xx.xx.2023-cü il tarixli Birbank Cashback Kredit Xətti müqaviləsinə əsasən 2000 manat əsas, 382,68 manat faiz, xx.xx.2024-cü il tarixli Kredit və Hesab müqaviləsinə əsasən isə 2048,87 manat əsas, 274,43 manat faiz, yəni cəmi 6579,01 manat borc və ödənilmiş 85,79 manat dövlət rüsumunun əvəzi İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-5136/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5136/2024
24.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver