Məhkəmə qərarları › İş №e-2(060)-518/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-518/2024

22.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-518/2024 22.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə3, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İlk iddia üzrə İddiaçı ASC-nin ilk iddia üzrə Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-yə qarşı “saxta kreditin ləğv edilməsi və vurulmuş maddi-mənəvi zərərə görə təzminatın ödənilməsi” tələbi barədə qarşılıqlı iddia ərizələrinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1575.07 ABŞ dolları məbləğində əsas borcun, 472.97 ABŞ dolları məbləğində faiz borcunun, cəmi 2048.04 ABŞ dolları borcun və 55 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit sazişi müqaviləsinə əsasən bank borcluya 28 ay müddətinə, illik 25% olmaqla 3390 ABŞ dolları məbləğində kredit vermişdir. Hazırda borclu “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit şərtlərinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddia ərizəsinə tələblərinin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdir. Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı-nun 23 may 2015-ci il tarixli saxta kreditinin ləğv edilməsi və həmin saxta kreditin “kredit reyestrindən” silinməsi, Cavabdeh və ailə üzvlərinə yaratdığı narahatlıq səbəbindən Cavabdeh xeyrinə İddiaçı-dan 1100 manat təzminatın tutulması, 23 may 2015-ci il tarixli saxta kreditin azaldılması üçün xərclənmiş 2081 manatın Cavabdeh qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh adına 23 may 2015-ci il tarixli saxta kredit müqaviləsi tərtib etmişdir. Bank həmin saxta kredit müqaviləsində göstərdiyi məbləği və həmin məbləğə hesabladığı faizləri cavabdehdən almaq üçün “əmr icraatı qaydasında” xx.xx.2017-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinə ərizə ilə müraciət etmiş və həmin ərizə əsasında Sumqayıt şəhər Məhkəməsinin hakimi Vladimir Ruvinov 02 fevral 2017-ci il tarixdə İddiaçınun xeyrinə məhkəmə əmri qəbul etmiş və əmri icra etmək üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərmişdir. Təbii ki, bütün bu proseslər cavabdehdən gizlin aparılmış və cavabdeh həmin məhkəmə əmri ilə İcra İdarəsində “tanış” olmuş və məhkəmə əmrindən Sumqayıt Şəhər Məhkəməsinə şikayət vermişdir. Məhkəmə əmri ləğv edilərək iş məhkəmə baxışına götürülmüş, simvolik bir neçə məhkəmə iclası da keçirilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin hakimi Vladimir Ruvinovun 16 aprel 2018-ci il tarixli qərardadı ilə cavabdeh 05 may 2018-ci il tarixində məhkəmə iclasına dəvət edilmişdir. 05 mayda məhkəmə iclasına gələn cavabdeh şənbə günü olduğu üçün məhkəmə binasının qapalı olduğunu görmüş və geri qayıtmışdır. 04 may 2018-ci il tarixdə cavabdehdən gizlin məhkəmə iclası keçirən Ruvinov İddiaçı xeyrinə qəbul etdiyi qətnamədə Azərbaycan Respublikasının adından yalan danışmış, məhkəmənin yeri və vaxtı barədə cavabdehə məluat verdiyini göstərmiş, üstəlik onların yaşayış ünvanlarını bildiyi halda qətnaməni Cavabdeh qeydiyyat ünvanına göndərmişdir. Qətnamənin mövcudluğundan İcra İdarəsində xəbər tutan cavabdeh apellyasiya şikayəti üçün ötürülmüş vaxtı bərpa etdirmiş və 04 may 2018-ci il tarixli qətnamədən apellyasiya şikayəti vermişdir. İş apellyasiya məhkəməsində baxılan dövrdə - 29 fevral 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalamışdır. Həmin Fərmanın 6.2- ci bəndində bildirilir ki, “fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər”. Fərmana əsasən İddiaçı bir ay müddətində bu işi geri çağırmalı və cavabdehə restrukturizasiya təklifi verməli idi. Cavabdehdən asılı olmayan səbəblərdən Sumqayıt Apellyasiya Məhkəməsi işi banka qaytarmamış və məhkəmə dinləmələri davam etmişdir. Təfsilatına varmadan bildirir ki, məhkəmə dinləmələri 04 iyul 2019-cu ilədək davam etmiş və Ruvinovun saxtakarlıq edərək qəbul etdiyi 04 may 2018ci il tarixli qətnamə Sumqayıt Apellyasiya Məhkəməsinin 04 iyul 2019-cu il tarixli qərardadı ilə ləğv edilmişdir. Məhkəmədə uduzan İddiaçı tərtib etdiyi saxta krediti qanuni yollarla ala bilməyəcəyini bildiyi üçün qeyri-qanuni yollara əl ataraq, özünün cinayətinə Sumqayıt şəhəri üzrə İcra İdarəsini və 4 saylı Notariat Ofisini də şərik etmiş, belə ki, birinci epizodda İddiaçı Sumqayıt şəhəri üzrə İcra İdarəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubunda İcra İdarəsini aldadaraq, Sumqayıt Apellyasiya Məhkəməsinin ləğv etdiyi 04 may 2018-ci il tarixli məhkəmə qətnaməsi əsasında cavabdehdən pul tutulmalarını tələb etmiş, İcra İdarəsinin böyük icra məmuru Siyavuş Beydullayev həmin məktuba istinadən 10 iyun 2020-ci ildə “icra ödənişinin alınması haqqında” qərar qəbul etmiş və həmin qərarı rəhbər tutan Sumqayıt şəhəri üzrə İcra İdarəsinin rəisi, Ədliyyə müşaviri Fuad Nəbiyev 09 iyun 2020-ci ildə cavabdehin iş yerinə məktubla müraciət edərək, onun əmək haqqından İddiaçı-nun xeyrinə tutmalar tutulmasını tələb etmişdir. Bütün bu proseslər cavabdehdən gizlin saxlanılmışdır. İş yerində həmin məktubla tanış olan Vəsilə xanım icra məmuru Siyavuş Beydullayev ilə görüşmüş, ona Sumqayıt Apellyasiya Məhkəməsinin məlum qərardadının surətini təqdim etmiş və nəticədə Sumqayıt şəhəri üzrə İcra İdarəsi Vəsilə xanıma bankın onları aldatdığını bildirməklə, onun iş yerinə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubu ilə özünün 09 iyun 2020-ci il tarixli məktubunu geri çağırmışdı. İkinci epizodda İddiaçı xx.xx.2021-ci il tarixdə Sumqayıt ş. 4 saylı notariat ofisindən müvafiq icra qeydi alaraq, həmin icra qeydini Sumqayıt şəhəri üzrə İcra İdarəsinə təqdim etmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsi Cavabdeh əmək haqqından tutmalar, tutulması tələbi ilə xx.xx.2022-ci il tarixli məktubla onun iş yerinə müraciət etmişdir. Bütün bu proseslər cavabdehdən maksimum gizlin saxlanılmış və yenə də iş yerində məktubla tanış olan Vəsilə xanım 16 iyun 2022-ci ildə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə rəsmi məktubla müraciət edərək, icra məmurunun qərarını və digər sənədləri tələb etmiş və həmin sənədlər cavabdehin qanuni nümayəndəsinə 28 iyun 2022-ci ildə rəsmi qaydada təqdim edilmişdir ki, həmin sənədlərin əsasında Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi verilmiş və Sumqayıt İnzibati Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2-1 (118)-393/2023 nömrəli qərarı ilə Sumqayıt İcra İdarəsinin xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmişdir. Çox təəsüfedici haldır ki, Sumqayıt Apelyasiya Məhkəməsi heç bir sağlam məntiqə istinad etmədən 01 iyun 2023-cü il tarixli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli qərarı ləğv edilmişdir. Nəticədə Cavabdeh notariusun icra qeydinin ləğv edilməsi üçün Sumqayıt şəhər Məhkəməsinə müraciət edir və Sumqayıt şəhər Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli qərardadı ilə 4 saylı notariat ofisinin icra qeydi ləğv edilir. İddiaçı Sumqayıt şəhəri üzrə İcra İdarəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubu ilə ləğv edilmiş məhkəmə qətnaməsinə istinad etməklə İcra İdarəsini aldatması Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313-cü (vəzifə saxtakarlığı), 294.1. (Mülki iş üzrə işdə iştirak edən şəxs və ya onun nümayəndəsi tərəfindən sübutların saxtalaşdırılması) maddələri ilə tövsif edilməlidir. İddiaçı xx.xx.2021-ci il tarixində 4 saylı Notariat Ofisindən İcra qeydi alarkən də öz qeyri-qanuni və saxta əməllərindən qalmamış, belə ki, “Notariat haqqında Qanun”un 76-cı maddəsinin İİ abzasında deyilir ki: “İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi... halda aparılır”. Həmin maddənin İV abzasının İ cümləsində deyilir ki: “Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir”. Göründüyü kimi İddiaçı bilərəkdən həmin kreditin mübahisəli olduğunu notariat ofisindən gizlətmiş, üstəlik notariat ofisinə müraciət etməmişdən ən azı 20 gün əvvəl Cavabdeh qızma heç bir bildiriş göndərməmişdir. “Bank of Baku’nun mübahisəli pulu saxta yollarla almaq istəyi Cavabdeh, onun ailə üzvlərini narahat etməklə, onun işdəki imicinə də ciddi xələl gətirmişdir. Belə ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin heç bir araşdırma aparmadan cavabdehin iş yerinə - Sumqayıt Texnologiyalar Parkına “əmək haqqından pul tutulması” tələbi ilə göndərdiyi 10 iyun 2020-ci və 26 iyun 2022-ci il tarixli məktubları ilə onu narahat etmiş, həmin məktublar onun iş yerində əlavə sorğu-suallara səbəb olmuşdur. Cavabdehin 2081 manat resturukturizasiyası məbləği saxta kreditin bir hissəsinin bağlanmasına sərf edilmiş, üstəlik cavabdeh məhkəmə çəkişmələri dövründə öz büdcəsindən məhkəmə xərclərinə- iclaslara gəlib-getmə, iddialar üçün dövlət rüsumlarının ödənilməsi, ərizələrinin yazılması, sənədlərin surətlərinin çıxarılması üçün kifayət qədər böyük bir məbləğ- minimum 1000 manat xəcləmişdir. Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 məhkəməyə əlavə sənədlərin təqdim edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Cavabdeh İddiaçı MMC-yə qarşı 30 noyabr 2023-cü il tarixli, qarşılıqlı iddia ərizəsi ilə müraciət etmişdir. Həmin ərizə ilə bərabər digər 15 sənədin də qəbul edilməsini xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət edərək bildirmişdir ki, İddiaçı iddia tələbinin vaxtını ötürmüşdür. Buna görə də iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İddiaçı ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iddia müddətinin tətbiqi barədə ərizəyə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin nümayəndəsi Nümayəndə2 tərəfindən müddətin ötürülməsi ilə bağlı məhkəməyə təqdim edilmiş ərizədə göstərilən halların nəzərə alınmamasını və iddia tələblərinin tam təmin olunmasını xahiş etmişdir. Etiraz ərizəsini onunla əsaslandırmışlar ki, Sumqayıt Şəhər Məhkəməsinin icraatında İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbi üzrə mülki iş vardır. Sonuncu məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia müddətinin ötdüyünü bildirərək ərizə təqdim etmişdir. Hesab edirlər ki, həmin ərizə əsassızdır və iddia müddəti ötürülməmişdir. Belə ki, bu iş üzrə ilk dəfə 02 fevral 2017-ci il tarixli Sumqayıt Şəhər Məhkəməsinin məhkəmə əmri qəbul edilmiş və iddiaçının xahişi təmin edilmişdir. Lakin, hazırkı iş üzrə Cavabdeh əmrə etiraz edərək, işə mülki icraat qaydasında baxılmasını xahiş etmiş və Sumqayıt Şəhər Məhkəməsinin 04 may 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin iddia tələbi qismən təmin olunmuşdur. Bundan sonra Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 04 may 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli, 551 saylı “Azərbaycan Respublikasının fiziki şəxlərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın tətbiq olunması əsasında Sumqayıt Apellyasiya Məhkəməsinin 04 iyul 2019-cu il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 04 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, lakin Cavabdeh apellyasiya şikayəti təmin edilməmişdir. Daha sonra Azərbaycan Respublikası Prezidentinin həmin Fərmanının tətbiq olunma müddəti dövründə kredit borcunun restrukturizasiyası məqsədi ilə Cavabdeh bankın çağırışlarına baxmayaraq banka yaxınlaşmamış və Fərmanın tətbiqi müddəti başa çatdıqdan sonra icra qeydi çıxarılması üçün müraciət olunmuş, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri 4 saylı Notariat ofisində icra qeydi aparılmış və xx.xx.2021-ci ildə Sumqayıt şəhəri üzrə İcra idarəsində 08 oktyabr 2021-ci il tarixli “İcraata başlamaq haqqında” Qərar qəbul edilmişdir. Cavabdeh 08 oktyabr 2021-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarın ləğv edilməsi tələbi ilə, Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2- 1(118)-393/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarla iddiaçının tələbini təmin etsə də, onlar tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına müraciət olunmuş və Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)- 380/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin qərarı ləğv edilmiş və iddia mümkün sayılmamışdır. Daha sonra Cavabdeh icra qeydinin ləğv olunması tələbi ilə bağlı Sumqayıt şəhər Məhkəməsinə müraciət etmiş və Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4601/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə icra qeydi borc məbləğinin düzgün hesablanmadığı əsas göstərilərək ləğv edilmişdir. İcra qeydi ləğv edildikdən sonra xx.xx.2023-cü il tarixində iddia ərizəsi ilə yenidən Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunmuşdur. Göstəriləndən görünür ki, İddiaçı ASC borc tələbi ilə bağlı heç bir müraciətində iddia müddətini ötürməmişdir. Sonuncu iddia müddətinin axımı icra qeydinin ləğv olunması barədə qətnamənin qanuni qüvvəyə mindiyi andan etibarən davam edir. Belə olduğu halda iddia müddətinin ötürülməsi məsələsi əsaslı hesab edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, “380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.” Bundan əlavə, Sumqayıt Apellyasiya Məhkəməsinin 04 iyul 2019-cu il tarixli, 2(105)-642/2019 saylı qərardadının əsaslandırıcı hissəsində qeyd olunur ki, “Eyni zamanda iddiaçıya izah olunur ki, Fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qalarsa, hazırki qərardad yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur. Analoji müqavilələr üzrə mübahisənin hazırki məhkəmədənkənar həlli qaydası qeyd olunan Fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Çünki həmin Fərman məhz fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə verilmişdir”. İddiaçı ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 qarşılıqlı iddia ərizəsinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia ərizəsinin rədd edilməsi və iddia tələblərinin təmin olunmasını xahiş etmişlər. Etiraz ərizəsini onunla əsaslandırmışlar ki, Sumqayıt Şəhər Məhkəməsinin icraatında İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbi üzrə mülki iş vardır. Cavabdeh nümayəndəsi Nümayəndə2 tərəfindən məhkəməyə xx.xx.2023-cü il tarixdə qarşılıqlı iddia ərizəsi təqdim olunmuşdur. Nümayəndə2 qarşılıqlı iddia ərizəsində göstərilənlər cavabdehi borcdan yayındırmaq üçün uydurduğu şər və böhtandır. Cavabdehin nümayəndəsinin ərizəsində göstərilən hallar xəyalidir və heç bir hüquqi əhəmiyyətli sübut yoxdur. Nümayəndə2 Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunmuş hakim Vladimir Ruvinovu əsassız yerə yalan danışmaqda və qanunsuz hərəkətlər etməkdə təqsirləndirərək, bilavasitə olaraq Azərbaycan Respublikasının Cənab Prezidentinin hakim təyinatına və Azərbaycan Respublikasının Məhkəmə Hakimiyyətinin nüfuzuna xələl gətirməyə cəhd etmişdir. Cavabdeh bununla yekunlaşmamış və əsassız ittihamları ilə Sumqayıt Şəhəri üzrə İcra İdarəsini, 4 saylı Notariat ofisini və İddiaçı ASC-ni heç bir hüquq əhəmiyyətli sübut təqdim etmədən əsassız olaraq cinayətdə ittiham etmişdir. Və son olaraq İddiaçı-dan guya saxta kredit müqaviləsinin tələb olunması ilə bağlı yaradılmış narahatçılıq səbəbindən 1100 manat təzminat tələb etmişdir. Belə ki, iddiaçı heç bir qanunsuz hərəkət və ya hərəkətsizliyə yol verməmiş və iş üzrə bütün qanuni sənədlər iş materiallarına əlavə olunmuş və təzminat tələb olunması üçün heç bir əsas yoxdur. Nümayəndə2 vaxtı ilə məhkəmədə göstərdiyi qanunsuz hərəkətlərə və məhkəməyə qarşı hörmətsizliyə görə Sumqayıt Şəhər Məhkəməsinin hakimi cənab Emin Abdullayev tərəfindən də cərimə olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli, 551 saylı Azərbaycan Respublikasının fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanına əsasən Cavabdeh Şahrza qızının kredit müqaviləsi üzrə borcuna 1240 ABŞ dolları məbləğində dövlət tərəfindən kompensasiya köçürülmüş, lakin cavabdeh qalıq borc 2048.04 ABŞ dolları məbləğində pulun restrukturizasiyası ilə bağlı bankın çağırışlarına baxmayaraq banka yaxınlaşmamışdır. Hazırda cavabdehdən güzəşt məbləği çıxılandan sonra yerdə qalan cəm borc tələb olunur. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etdi ki, icra qeydinin ləğv olunması onlara o əsası verir ki, yenidən məhkəmə qaydasında müraciət etsinlər. İcra qeydi mübahisələndirildiyinə görə ləğv olunmuşdur. Öncələr cavabdeh müraciət edir və əmr də ləğv olunurdu. Daha sonra da məhkəmə qətnaməsi qəbul edilirdi. Hal-hazırda da eyni məsələdir. İcra qeydinə müraciət olunmuş və icra qeydi mübahisələndirildiyinə görə ləğv olunmuşdur. Şikayət vermək onların hüququdur. Belə ki, vəzifələri deyildir. İşin uzanmasını istəmədikləri üçün istifadə etməmişlər. İcra qeydinə müraciət etmiş və icra qeydi ilə onların tələbləri təmin olunmuşdur. Cavabdeh tərəfindən icra qeydi mübahisələndirilmiş və icra qeydi ləğv olunmuşdur. Gələcəkdə icra qeydinin ləğv olunmasını və ya cavabdehin bunu mübahisələndirəcəyini bilə bilməzlər. Ona görə də icra qeydini almışlar. Bu səbəbdən də müddət dayanmışdır. Onlar sadəcə işin icrasını tələb etmişlər. Üç ildən sonra, yəni 2023-cü ildə icra qeydi ləğv olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürülmüşdürsə o zaman müddətin axımı dayanır. Yaranmış fasilə də iddia müddətinə daxil edilmir. İcra qeydini ilk dəfə resturuktirzasiyadan dərhal sonra, xx.xx.2021-ci il tarixdə onlar irəli sürmüşdür. 2020-ci il tarixdə də Azərbaycan Respublikası Prezidentinin Fərmanının müddəti başa çatmışdır. İcra qeydi ləğv olunduqdan sonra onlar yenidən məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin normalarına əsasən hər müraciətdən sonra müddətin axımı dayanmışdır. Qarşı resturuktirzasiya təklifi ilə bağlı zənglər olmuş, lakin vətəndaş gəlməmişdir. Vətəndaş özü də qəbul etmişdir ki, ona zənglər gəlmişdir. Hətta əlindəki sənədlər ilə birlikdə gəlmiş zəngləri də göstərmək istəmişdir. Zənglər də olmuş və vətəndaş da banka dəvət olunmuş, vətəndaş da gəlməmişdir. Apellyasiya Məhkəməsinin qərarında da qeyd olunur ki, əgər resturuktirzasiya müqaviləsindən sonra problemlər qalarsa yenidən məhkəməyə müraciət oluna bilər. Resturuktirzasiya ilə bağlı 1240 ABŞ dolları güzəşt olunmuşdur. Daha sonra müştəri üçün 60 ay faizssiz qrafik ayrılmış, vətəndaş isə banka yaxınlaşmamışdır. Hesab edir ki, müddət keçməmişdir. İcra qeydi ləğv olunduqdan dərhal sonra məhkəməyə müraciət etmişlər. 1240 ABŞ dolları kompensasiya bankın daxili sisteminə əsasən tutulmuş və çıxılmışdır. İddia tələbini müdafiə edirlər. Bank olaraq onlar bu məbləği hesablamış və hazırda da müdafiə edirlər. Hər şey düzgün hesablanmış və lazım olan məbləğ çıxılmışdır. Sadəcə resturukturizasiya ilə bağlı vətəndaş banka yaxınlaşsa idi, faizlər nəzərə alınmayacaq və güzəşt olunacaqdır. 2048 ABŞ dollarıdır ki, onun özü belə güzəşt olunmuşdur. Daha sonra 60 aya bölünəcəkdi. Cavabdeh özü də bildirir ki, resturukturizasiya ilə bağlı təklif olunmuş, lakin yaxınlaşmamışlar. Qarşı tərəf bildirir ki, müqavilə etibarsızdır. İmzalar yoxdur. Bu səbəbdən də mübahisələndirmiş və heç bir çağırışa gəlməmişdir. Müddətin tətbiqi ilə bağlı apellyasiya məhkəməsinin qərardadında da göstərilir ki, anoloji müqavilələr üzrə mübahisənin hazırki məhkəmədənkənar həlli qaydası qeyd olunan fərman ilə müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf olunmuş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Borcun olmasını sübut edən sənədlər maliyyə arayışı, hesabdan çıxarış və bildirişdir. Bu sənədlər əgər notarius orqanına göndərilməsə notarius icra qeydini çıxarmazdı. Əgər Notarius orqanında hər hansı bir sənəddə problem olarsa ümummiyətlə qəbul etmir və imtina göndərir. Apelyyasiya şikayəti verib-verməmək onların hüququdur. Harda yazılmışdır ki, icra qeydinin ləğv olunması onların məhkəməyə müraciət etmək hüquqlarını məhdudlaşdırır? Hesab edir ki, müddət ötürülməmişdir. İcra qeydi əsassız olduğu üçün onların məhkəməyə müraciət etmək hüquqları məhdudlaşdırılmamışdır. Apellyasiya şikayəti verməmək üçün səbəb işin uzanmasını istəmədikləri üçündür. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, qarşılıqlı iddia tələbinin təmin edilməsi, ilkin iddia tələbinin isə rədd edilməsi, barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Əlavə olaraq qeyd etdi ki, iddiaçının icra idarəsinə 2020-ci il tarixdə müraciəti barədə sənəd vardır. Müraciətdə də yazılmışdır ki, xx.xx.2018-ci il tarixli ləğv edilmiş icra sənədinə istinad edirlər. İddiaçı ASC qanuni yolla işi aparmır. İddiaçı ASC ləğv edilmiş qətnamə ilə bağlı icra idarəsinə müraciət edənə kimi məhkəməyə müraciət edərdi. Vaxtı ötürmüşdürlər. Daha sonra mübahisəli olduğunu görmüş və notariusa müraciət etmişlər. Notariusun peçatlı sənədi onda vardır. Həmin sənəddə də İddiaçı ASC-nin bir ərizəsi vardır. Qanun deyir ki, iddiaçı pulun mübahisəsiz olduğunu sübut edən sənədlər təqdim etməli idi. Lakin heç bir sənəd təqdim edilməmişdir. Tələb etdikləri məbləğ resturukturizasiya ilə tələb edilən məbləğdən 800 manat çoxdur. İmzaların saxta olduğunu isə hələ bildirmir. Qanunvericilikdə qeyd olunmuşdur ki, müraciət edilməmişdən öncə 20 gün əvvəl onlara müraciət olunmalı idi ki, notariusa müraciət olunacaqdır. Notarius haqqında qanunda belə qeyd olunmuşdur. Qarşı tərəfin isə bu barədə müraciəti yoxdur. Hesab edir ki, iddia müddəti ötürülmüşdür. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışdan müəyyən edilir ki, Cavabdeh xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən İddiaçı ASC-yə 1575.07 ABŞ dolları əsas borcu, 472.97 ABŞ dolları faiz borcu vardır. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, MM/47707/51/11 saylı kredit sazişinə əsasən iddiaçıya 28 ay müddətinə, illik 25% ödəmək şərtilə 3390 ABŞ dolları məbləğində kredit verilmişdir. Ödəniş cədvəlinə əsasən iddiaçı 28 ay müddətinə hər ay 161,02 ABŞ dolları, sonuncu ay isə 164,94 ABŞ dolları ödəməli idi. Azərbaycan Respublikası Mərkəzi Bankının elektron portalınadan çıxarışa əsasən iddiaçının xx.xx.2015-ci il tarixli, MM/47707/51/11 saylı kredit borcu restrukturizasiya olunmalı borclar sırasına aiddir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-1102/2018 saylı qətnaməsi ilə iddiaçıdan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 2815,54 ABŞ dolları əsas borcu, 925,68 ABŞ dolları faiz borcu olmaqla, cəmi 3741,22 ABŞ dolları və ödənilmiş 23 manat dövlət rüsumunun tutulması qət edilmişdir. İcra vərəqəsinin surətindən görünür ki, həmin qətnamə 04 iyun 2018-ci il tarixdə qanuni qüvvəyə minmiş və 13 iyul 2018-ci il tarixdə icra vərəqəsi verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-642/2019 saylı qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-1102/2018 saylı qətnaməsi ləğv edilmiş və iddia ərizəsi baxılmamış saxlanmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Sumqayıt şəhəri üzrə İcra İdarəsinə ünvanlanmış 1580İB nömrəli, xx.xx.2020-ci il tarixli məlumatdan görünür ki, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icraatında borclu Cavabdeh İddiaçı ASC-nin xeyrinə kredit borcunun tutulmasına dair Sumqayıt Şəhər Məhkəməsinin saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsi vardır. Onlar tərəfindən müəyyən olunmuşdur ki, borclu hal-hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləyir. Odur ki, “İcra Haqqında” AR Qanununun 24.1.1-ci maddəsinin tələbini rəhbər tutaraq icra sənədini borclunun əmək haqqından (digər gəlirlərindən) birdəfəlik və ya vaxtaşırı tutmalar aparılması üçün iş yerinə göndərilməsini və həmin qanunun 24.1-ci maddəsinə əsasən gələcəkdə icra vəziyyətinin yoxlanılmasını xahiş etmişlər. Borcun 2048.28 USD təşkil etdiyi bildirilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin xx.xx.2020-ci il tarixli, 7913/22 nömrəli "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmiş məlumatdan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1102 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Cavabdeh tələbkar İddiaçı ASC-nin xeyrinə 3741.22 ABŞ dolları borc və 20 manat dövlət rüsumu tutulmalıdır. Hazırda icra sənədi üzrə borc məbləği 2048.28 ABŞ dolları təşkil edir. Tələb olunan 2048.28 ABŞ dolları məbləğinin xx.xx.2020-ci il tarixdən başlayaraq Cavabdeh əmək haqqından hər ay 50% tutulub İddiaçı ASC-nin hesabına köçürülməsi üçün adı çəkilən icra sənədi icra olunması üçün onlara göndərilmişdir. Eyni zamanda bildirilmişdir ki, borclu şəxs qanuna nəzərdə tutulmuş qaydada könüllü müddət ərzində icranı təmin etmədiyi üçün tələb olunan 3741.22 ABŞ dolları məbləğin 7% həcmində icra ödənişi, yəni 262 ABŞ dolları Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xüsusi fondunun hesabına köçürülməlidir. İcra sənədi icra olunduqdan sonra icra sənədində tutulmalar haqqında qeydiyyat aparılmalı və icra sənədi idarənin möhürü ilə təsdiq edildikdən sonra Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin xx.xx.2020-ci il tarixli, 8478/22 nömrəli "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmuş məlumatdan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 642/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1102 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv olunduğu üçün borclunun əmək haqqından tutulmanı dayandırmağ və icra sənədini icra etmədən Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qaytarılmağ xahiş olunmuşdur. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Sumqayıt şəhəri üzrə İcra İdarəsinə ünvanlanmış 0 nömrəli, xx.xx.2022-ci il tarixli məlumatdan görünür ki, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icraatında borclu Cavabdeh İddiaçı ASC-nin xeyrinə kredit borcunun tutulmasına dair Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra vərəqəsi vardır. Onlar tərəfindən müəyyən olunmuşdur ki, borclu hal-hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləyir. Odur ki, “İcra Haqqında” AR Qanununun 24.1.1-ci maddəsinin tələbini rəhbər tutaraq icra sənədini borclunun əmək haqqından (digər gəlirlərindən) birdəfəlik və ya vaxtaşırı tutmalar aparılması üçün iş yerinə göndərilməsini və həmin qanunun 24.1-ci maddəsinə əsasən gələcəkdə icra vəziyyətinin yoxlanılmasını xahiş etmişlər. Borcun 2048.04 USD və 20.4 manat dövlət rüsumu təşkil etdiyi bildirilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin xx.xx.2022-ci il tarixli, 10388/42 nömrəli "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmiş məlumatdan görünür ki, Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinin 8İ-13978 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Cavabdeh 2048.28 ABŞ dolları əsas borc və 20 manat dövlət rüsumu tutularaq tələbkar İddiaçı-nin xeyrinə ödənilməlidir. Tələb olunan 2048.04 ABŞ dolları və 20 manat qalıq borc məbləğinin Cavabdeh əmək haqqından hər ay 50% tutulub İddiaçı ASC-nin hesabına köçürülməsi üçün adı çəkilən icra sənədi icra olunması üçün onlara göndərilmişdir. Eyni zamanda bildirilmişdir ki, borclu şəxs qanuna nəzərdə tutulmuş qaydada könüllü müddət ərzində icranı təmin etmədiyi üçün tələb olunan 2048.04 ABŞ dolları və 20 manat məbləğin 7% həcmində icra ödənişi, yəni 144.95 ABŞ dolları Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xüsusi fondunun hesabına köçürülməlidir. İcra sənədi icra olunduqdan sonra icra sənədində tutulmalar haqqında qeydiyyat aparılmalı və icra sənədi idarənin möhürü ilə təsdiq edildikdən sonra Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin xx.xx.2022-ci il tarixli, 12485/42 nömrəli "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmuş məlumatdan görünür ki, zərurət qalxdığı üçün icra sənədini icra etmədən Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qaytarılmaq tövsiyyə olunmuşdur. İddiaçı ASC icra qeydinin verilməsi haqqında ərizə ilə Sumqayıt şəhəri 4 saylı Notariat ofisinə müraciət etmiş və həmin ərizə əsasında xx.xx.2021-ci il tarixli icra qeydi verilmişdir. İcra qeydində cavabdehdən 2048 ABŞ Dolları 28 sent borcun İddiaçı ASCnin xeyrinə tutulması qeyd edilmişdir. Notariat icra qeydinin verilməsi barədə İddiaçı ASC-nin ərizəsindən görünür ki, iddiaçıdan əsas borc üzrə 1575,07 ABŞ dolları, faiz borcu üzrə 473,21 ABŞ dolları olmaqla, cəmi 2048,28 ABŞ dolları təşkil edir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4601/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Sumqayıt şəhəri 4 saylı Notariat ofisinin xüsusi notariusunun xx.xx.2015-ci il tarixli, MM/47707/51/11 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə apardığı xx.xx.2021-ci il tarixli icra qeydi ləğv edilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları: 1) İlkin iddia üzrə iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır, 2) ilkin iddia üzrə iddiaçı iddia edir ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək müqavilə şərtlərini pozmuşdur, 4) borc məbləği barədə maliyyə arayışı xx.xx.2023-cü il tarixinə aiddir, 5) kredit müqaviləsi problemli kreditlərə dair Fərmanın təsir dairəsinə düşmüşdür, 6) ilkin iddia üzrə cavabdehə kredit müqaviləsini restrukturizasiya edilməsi barədə təklif göndərilibgöndərilməməsi ilə bağlı iş materiallarında müvafiq sənəd müəyyən edilməmişdir, 7) iddiaçı həm qalıq əsas, həm də faiz borcunu tələb edir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, MM/47707/51/11 saylı kredit müqaviləsi Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüşdür. Belə ki, bu səbəbdən iddiaçı ilk dəfə eyni məzmunlu iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra, göstərilən məsələlərin həlli ilə bağlı iddia ərizəsi Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)- 642/2019 saylı qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-1102/2018 saylı qətnaməsi ləğv edilmiş və iddia ərizəsi baxılmamış saxlanmışdır. Görünür ki, iddiaçı da, kredit müqaviləsinin Fərmanın təsir dairəsinə düşməsindən məlumatlı olmuş, lakin iş materiallarında cavabdehlə güzəştli şərtlərlə kredit müqaviləsinin bağlanması halı müəyyən edilməmişdir. İşin mübahisələndirilən halı isə cavabdehdən həm əsas, həm də faiz borcunun tələb edilməsi ilə bağlıdır. Sözügedən kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüşdür amma bununla bağlı cavabdehə yeni müqavilə bağlanılması barədə təklif göndərilməmişdir. Göndərilmişsə belə iddia ərizəsinə əlavə edilməmiş və iddia ərizəsinin əsaslandırılmasında həmin halın mövcudluğuna münasibət bildirilməmişdir. Eyni zamanda fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatmışdır. Hər bir halda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının məqsədi dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək olmuşdur. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı eyni zamanda aşağıdakıları da qeyd edir: Məhkəmə ilk növbədə qeyd edir ki, İddiaçı ASC hazırki tələblə çıxış etməyə tam səlahiyyətli olmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, MM/47707/51/11 saylı kredit sazişinə əsasən iddiaçıya 28 ay müddətinə, illik 25% ödəmək şərtilə 3390 ABŞ dolları məbləğində kredit verilmişdir. Ödəniş cədvəlinə əsasən iddiaçı 28 ay müddətinə hər ay 161,02 ABŞ dolları, sonuncu ay isə 164,94 ABŞ dolları ödəməli idi. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, ilkin iddia üzrə cavabdehin borc müqaviləsi üzrə ödənilməmiş əsas və faiz borcu yaranmışdır. İlkin iddia üzrə iddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, cavabdehdən 1575.07 ABŞ dolları əsas və 472.97 ABŞ dolları faiz borcunun tutulmasını tələb edir. İlkin iddia üzrə cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə yazılı ərizə verilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, ilkin iddia üzrə iddiaçı ilə cavabdeh arasında borc müqaviləsi üzrə münasibətlər xx.xx.2015-ci il tarixdə yaranmışdır və borc müqaviləsi üzrə müəyyən qədər ödəniş həyata keçirsə də, ilkin iddia üzrə iddiaçı borc müqaviləsi üzrə öhdəliklərin icrasını həyata keçirilməsi ilə əlaqədar yalnız xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 8 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, «iddia müddəti pozulmuş hüququn müdafıəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafıq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir». Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarını nəzərə alaraq ilk növbədə iddiaçının öhdəliyin icrasını tələb etmək hüququnun olub-olmamasına və cavabdehin borc müqaviləsi üzrə öhdəliklərin yerinə yetirib-yetirməməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə görə müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə hesab edir ki, iddia borc müqaviləsi üzrə öhdəliklərini tamamilə yerinə yetirmədiyindən, ilkin iddia üzrə iddiaçı həmin öhdəliklərin yerinə yetirilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Lakin məhkəmə ilkin iddia üzrə iddiaçı tərəfindən borc müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətinin ötürülməsini və ilkin iddia üzrə cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizənin verilməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüququqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (maddə 375.2). Qeyd edilən Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. E.Həkimovun şikayəti üzrə AR Konstitusiya Məhkəməsinin 03 noyabr 2008-ci il tarixli qərarında göstərmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyekiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddəti ilə bağlı müddəalar Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərində nəzərdə tutulmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi, analoji hüquqi mövqedən çıxış edərək, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə borc müqaviləsinin müddətinin xx.xx.2017-ci il tarixdə bitməsini və həmin müqavilə üzrə yaranmış borcun tutulması ilə bağlı iddianın xx.xx.2023-cü il tarixdə məhkəməyə verilməsini nəzərə alaraq qeyd edir ki, ilkin iddia üzrə iddiaçı qanunda nəzərdə tutulmuş 3 illik müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə ilkin iddia üzrə iddiaçının nümayəndəsinin hazırki tələblə 31 yanvar 2017-ci ildə məhkəməyə müraciət olunduğunu, lakin mülki iş üzrə ərizənin təmin edilərək məhkəmə əmrinin çıxarılmasını daha sonra Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə məhkəmə əmrinin ləğv edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə iddianın qismən təmin edilməsini, daha sonra Sumqayıt Apellyasiya Məhkəməsinin işə mahiyyəti üzrə baxılmadığını və ərizənin baxılmamış saxlanılmasını əsas gətirərək iddia müddətinin keçməməsi barədə dəlilləri üzrə qeyd edir ki, hazırki tələblə əvvəllər məhkəməyə müraciət olunması, lakin həmin mülki iş üzrə yekun məhkəmə aktının qəbul edilməməsi və iddia ərizəsinin baxılmamış saxlanılması halı iddia müddətinin ötürməməsi anlamına gələ bilməz və bu səbəbdən iddiaçının nümayəndəsinin həmin dəlilləri əsaslı hesab edilə bilməz. Beləliklə məhkəmə ilkin iddia üzrə iddiaçı tərəfindən kredit müqavilə üzrə pozulmuş hüquqlarının bərpası ilə bağlı 3 illik iddia müddəti bitdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etməsini və bununla da qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətinin ötürülməsini və həmin müddətinin ötürülməsinin üzrlü hesab edilməsi ilə bağlı ilkin iddia üzrə iddiaçı tərəfindən hər hansı bir sübutun məhkəməyə təqdim edilə bilməməsini, müddətin buraxılmaması ilə bağlı dəlillərinin əsassız olmasını, eyni zamanda ilkin iddia üzrə iddiaçının nümayəndəsinin məhkəmə iclasında iddia müddətinin ötürülməsi ilə bağlı gətirdiyi dəlillərin üzürlü hal kimi qəbul edilə bilməməsi nəzərə alaraq hesab edir ki, iddia tələbi iddia müddətinin ötürülməsi ilə əlaqədar təmin olunmamalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, iş materiallarından müəyyən olunur ki, İddiaçı ASC tərəfindən Sumqayıt şəhəri üzrə İcra İdarəsinə xx.xx.2020-ci il tarixdə müraciət edilərək, icraatda olan borclu Cavabdeh İddiaçı ASC-nin xeyrinə kredit borcunun tutulmasına dair Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra sənədinin icra vərəqəsi üzrə icra tədbirlərinin aparılması xahiş edilmiş, daha sonra isə İddiaçı ASC tərəfindən Sumqayıt şəhəri üzrə İcra İdarəsinə xx.xx.2022-ci il tarixdə müraciət edilərək, icraatda olan borclu Cavabdeh İddiaçı ASC-nin xeyrinə kredit borcunun tutulmasına dair Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədinin icra vərəqəsi üzrə icra tədbirlərinin aparılması xahiş edilmişdir. Məhkəmə bir daha qeyd edilməsini zəruri hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-642/2019 saylı qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-1102/2018 saylı qətnaməsi ləğv edilmiş və iddia ərizəsi baxılmamış saxlanmışdır. Görünür ki, iddiaçı, kredit müqaviləsinin fərmanın təsir dairəsinə düşməsindən məlumatlı olmuşdur. Lakin bütün bunlara baxmayaraq düzgün hüquqi prosedura müəyyənləşdirilməyərək, xx.xx.2020-ci il tarixli müraciət ilə Sumqayıt Apellyasiya Məhkəməsinin baxılmamış saxlanılmış Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi üzrə icra tədbirlərinin aparılması xahiş olunmuşdur. İddiaçı bu kredit müqaviləsinin fərmanın təsir dairəsinə düşməsindən məlumatlı ola-ola mövcud olan tələb ilə bağlı Sumqayıt şəhəri 4 saylı Notariat ofisinə müraciət etmiş, əsas və faiz borclarını tələb etmiş və həmin ərizə əsasında xx.xx.2021-ci il tarixli icra qeydi verilmişdir. İcra qeydində cavabdehdən 2048 ABŞ Dolları 28 sent borcun İddiaçı ASCnin xeyrinə tutulması qeyd edilmişdir. Notariat icra qeydinin verilməsi barədə İddiaçı ASC-nin ərizəyə əsasən iddiaçıdan əsas borc üzrə 1575,07 ABŞ dolları, faiz borcu üzrə 473,21 ABŞ dolları olmaqla, cəmi 2048,28 ABŞ dolları təşkil edildiyi müəyyən edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4601/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Sumqayıt şəhəri 4 saylı Notariat ofisinin xüsusi notariusunun xx.xx.2015-ci il tarixli, MM/47707/51/11 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə apardığı xx.xx.2021-ci il tarixli icra qeydi ləğv edilmişdir. Ona görə də, ilkin iddia üzrə iddiaçının nümayəndəsinin məhkəmə iclaslarında bütün bunlara istinad edərək, müddətin ötürülməmiş hesab edilməsini qeyd etməsinə baxmayaraq, bunlar müddətin üzrlü səbəbdən ötürülməmiş hesab edilməsinə dəlalət edə bilməz. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Qanunun mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 1100 (bir min yüz) manat məbləğində zərər tələbi ilə bağlı qeyd edir ki, qarşılıqlı iddia tələbinin maddi zərərin ödənilməsi hissəsinin əsaslılığı o zaman əhəmiyyət kəsb edə bilərdi ki, qarşılıqlı iddia tələbinin əsas hissəsi təmin edilmiş olsun. Ancaq tələbin əsas hissəsi təmin olunmadığından ondan doğan törəmə tələb də təmin edilə bilməz. Belə ki, qarşılıqlı iddia tələbinin əsas hissəsi İddiaçı-nun 23 may 2015-ci il tarixli saxta kreditinin ləğv edilməsi və həmin saxta kreditin “kredit reyestrindən” silinməsi ilə bağlıdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, Cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməli idi. Lakin bu müqavilənin saxta olmasına dair sübutlar ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı və onun nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçının qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində ilkin iddia üzrə cavabdehə zərər vurulması təsdiq edilmədiyindən qarşılıqlı iddia bu hissədə təmin edilə bilməz. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə qeyd edir ki qarşılıqlı iddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində də təmin edilə bilməz. Belə ki, yuxarıda qeyd olunan qanunvericilik aktlarına əsasən mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkətlər və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Lakin bu hallar hansısa mötəbər sübutlarla təsdiq edilmir. Buna görə də qarşılıqlı iddia üzrə iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi də inandırıcı deyildir. Məhkəmə ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 qarşılıqlı iddia tələbi üzrə 23 may 2015-ci il tarixli saxta kreditin azaldılması üçün xərclənmiş 2081 manatın Cavabdeh qaytarılması barədə dəlilləri üzrə qeyd edir ki, kredit münasibətləri məhz bank təşkilatı ilə cavabdeh arasında yarandığından, bu münasibətlər üzrə öhdəliklərin icrasına cavabdehlik hazırki ilkin iddia üzrə cavabdeh üzərinə düşür. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, ilk iddia üzrə İddiaçı ASC-nin ilk iddia üzrə Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair iddiası və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-yə qarşı ““saxta kreditin ləğv edilməsi və vurulmuş maddi-mənəvi zərərə görə təzminatın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası əsassız olduğundan təmin edilməməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni ikin və qarşılıqlı iddia təmin edilməməli olduğundan, iddianın qaldırılması ilə əlaqədar dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu tərəflərə aid olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia üzrə İddiaçı ASC-nin ilk iddia üzrə Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASCyə qarşı “saxta kreditin ləğv edilməsi və vurulmuş maddi-mənəvi zərərə görə təzminatın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu tərəflərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar