Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-52/2023 30.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması və tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması və tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 30 yanvar 2020-ci il tariхli, 200846-265195/4 nömrəli kredit müqaviləsi üzrə əsas borc 29101.14 manat, əsas borca hеsablanmış faiz borcu 8264.20 manat olmaqla, cəmi 37365.34 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı olmaqla, cəmi 45 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 202,50 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın Bank qarşısında ipotеkaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh1 tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 42.37 kv.m-dən ibarət 22 saylı mənzilə yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti hərracda satıldıqda Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 42.37 kv.m-dən ibarət 22 saylı mənzildən çıxarılması və həmin mənzilin boşaldılması haqqında qətnamə çıхarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında 30 yanvar 2020-ci il tariхli, 200846-265195/4 nömrəli kredit müqaviləsi imzalanmışdır. Bağlanmış kredit müqaviləsinin şərtlərinə görə İddiaçı ASC tərəfindən Cavabdeh1 illik 22 faiz dərəcəsi ilə 36 ay müddətinə 34400 (otuz dörd min dörd yüz) manat məbləğində krеdit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 42.37 kv.m-dən ibarət 22 saylı mənzil 31 yanvar 2020-ci il tariхli, 200846-265195\1 nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən banka ipotеka qoyulmuşdur. Еyni zamanda, bank və cavabdehlər – Cavabdeh2 arasında 30 yanvar 2020-ci il tariхli, 200846-265195/4 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Borcalan Kredit Müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar, dəfələrlə yazılı formada xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdehlər bundan heç bir nəticə çıxarmamışdır.Bank tərəfindən “İpoteka haqqında” AR-nın Qanununun 36.1-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka predmetinə tutma yönəldilməsi barədə xx.xx.2022-ci il tarixli, 001/007/2470/2022 nömrəli bildiriş ipoteka qoyan Cavabdeh1 xx.xx.2022-ci il tarixdə sifarişli poçt göndərişi üsulu ilə göndərilmişdir. Poçt göndərişi vasitəsilə göndərilmiş həmin bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, yəni xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır (bildirişin dövlət qeydiyyatına alınması barədə ərizə, X4 vasitəsi ilə müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişi iddia ərizəsinə əlavə edilir). Kredit Müqaviləsi üzrə borclu Cavabdeh1 öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə, İddiaçı ASC-nin ipoteka predmetinə tutmanın yönəldilməsinə başlamaq hüququ yaranmışdır. Cavabdehlərin (Borcalanın) öz öhdəliyini icra etməməsi nəticəsində onun Banka olan borcu əsas borc məbləği – 29101.14 manat, kredit məbləğindən istifadəyə görə yaranmış faiz borcunun məbləği – 8264.20 manat, cəmi – 37365.34 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun formada izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, ərizədə qeyd olunanları təsdiq edir və onlar məhkəməyə müraciət edəndən sonra bir dəfə ödəniş etmişdir. Bu isə öz əksini rəydə tapmış və iş materiallarına əlavə olunmuşdur. Cavabdeh2 yaşayış yerinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmişdir. Lakin cavabdehin həmin ünvandan köçməsi səbəbindən məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamışdır. Bu barədə poçt tərəfindən müvafiq qeyd yazılmış və möhürlə təsdiq edilmiş məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Cavabdeh1 yaşayış yerinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmişdir. Lakin cavabdehin ünvanının düzgün olmaması və sair səbəblərdən məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamışdır. Bu barədə poçt tərəfindən müvafiq qeyd yazılmış və möhürlə təsdiq edilmiş məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 SMS bildirişi göndərilməklə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil elektron kabinet vasitəsi ilə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlər Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil və Cavabdeh2 iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə İddiaçı ASC-nin nümayəndəsi X2 izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 200846-265195/4 saylı, xx.xx.2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 34400 manat məbləğində, 36 ay müddətinə, illik 22% dərəcəsi ödənilməsi şərti ilə kredit müqaviləsi imzalanmışdır. 200846-265195/1 saylı, xx.xx.2020-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, satıcı Sumqayıt şəhəri, 7-8-12 məhəllə, ev 17 a, mənzil 22 ünvanında yerləşən və mülkiyyət hüquqları AR Sumqayıt Şəhər Texniki invertarlaşdırma bürosu tərəfindən 07 dekabr 1995-ci il tarixində verilmiş, reyestr kiabı № 14, invertar işi 18915 olan qeydiyyat vəsiqəsinə əsasən ona məxsus ümumi sahəsi 42.37 kv.m mənzil alıcı-ipoteka qoyanın mülkiyyətinə verir. Daşınmaz əmlakın satış dəyəri 48000 ( qırx səkkiz min) manat təşkil edir. Həmin məbləğin 14000 manat məbləğində olan hissəsi alıcı-ipoteka qoyanın özü tərəfindən, 34000 manat məbləğində olan hissəsi isə kreditor-ipoteka saxlayan tərəfindən 30 yanvar 2020-ci il tarixli 200846-265195/4 nömrəli kredit müqaviləsinə əsasən alıcıipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 200846-265195/4 saylı, xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 zamin durmuşdur. xx.xx.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 200846-265195/4 saylı, xx.xx.2020-ci il tarixli kredit və zaminlik müqavilələri üzrə üzərlərinə götürdükləri öhdəliklərin yerinə yetirməsi tələb olunmuş, müqavilələr üzrə yaranmış borcun 7 gün müddətində banka ödənilməsi lazımi qaydada aparılmadığı halda borcun məhkəmə qaydasında tələb ediləcəyi və müqavilələrin şərtlərinə uyğun olaraq müvafiq tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 7-8-12 məhəllə, ev 17 a, mənzil 22 ünvanında yerləşən daşınmaz əmlak xüsusi mülkiyyət olmaqla xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam həcmdə payda Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, hüququ yüklü edilən şəxs Cavabdeh1 İddiaçı ASC-nin ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakı ipoteka qaydasında yüklü etmişdir. Bu isə daşınmaz əmlak dövlət reyestrində 384 nömrəli reyestr kitabının 59 nömrəli vərəqində qeydiyyata alınmışdır. Nikah haqqında şəhadətnamənin sürətindən görünür ki, Cavabdeh2 ilə X6 arasında bağlanmış nikah Sumqayıt şəhər nikah şöbəsində 31 avqust 2012-ci il tarixində akt qeydləri kitabında 582 nömrəsi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Nuriyev, arvada isə Nuriyeva soyadı verilmişdir. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 200846-265195/4 saylı, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 37365.34 manat borcu vardır və kredit müqaviləsi üzrə gecikmə 476 gün təşkil edir. İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh1 verilmiş xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh1 200846-265195/4 saylı, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 20 aprel 2022-ci il tarixinə banka 29817.13 manat məbləğində əsas borcu, 8422.16 manat məbləğində faiz borcu olmaqla, ümumillikdə 38239.29 manat məbləğində borcu yaranmışdır. Cavabdehlərə bildirişi aldığı gündən 3 iş günü ərzində borcun ödənilməsinin təmin olunmayacağı təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-4379/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması və tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair mülki iş üzrə müstəqil qiymətləndiricinin rəyinin alınması ilə bağlı ekspertiza təyin edilmiş, mülki iş üzrə icraat müstəqil qiymətləndiricinin rəyi alınanadək dayandırılmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 69 saylı rəyinə əsasən cavabdehlər Cavabdeh1 mülkiyyətində olan ünvan 1 nömrəli mənzilin bazar dəyəri 50000 (əlli min) manat müəyyən edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-4379/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı kredit borcunun tutulması, tələbin ipotеka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq və məhkəmə mühasibatlıq ekspertizaları təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/7398 saylı ekspert rəyinə əsasən əsas borc üzrə 27.894,50 manat, faiz borcu üzrə 7.875,21 manat olmaqla, ümumilikdə 35.769,71 manat kredit müqaviləsi üzrə borcunun olması nəticəsinə gəlinmişdir. xx.xx.2022-ci il tarixli, 10/6781 saylı imtina məktubuna əsasən tərəflərin baxışda iştirak etməməsi səbəbi və sonra baxışın təxirə salınması ilə bağlı məlumat Mərkəzə daxil olmadığından Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi ekspertizanın keçirilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 427.3-cü maddəsinin tələbinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 739.1. və 739.2-ci maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741 və 742.1-ci maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Beləliklə, məhkəmənin qənaətinə görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən müqavilə şərtlərinə əməl olunmamış, üzərlərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca yerinə yetirməmişlər. Bunun nəticəsində İddiaçı ASC ümid etməyə haqqı çatanlardan məhrum olmuşdur. Bu isə məhkəmənin iddia tələbinin ekspertizanın rəyi nəzərə alınmaqla qismən təmin edilməsi nəticəsinə gəlməsinə əsas vermişdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə hesab edir ki, ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyinə əsasən 50.000 manat məbləğində müəyyən edilməlidir. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 39.1-ci maddəsində göstərilir ki, ipoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə ərizənin daxil olduğu gündən 1 ay müddətində baxır və həmin mübahisələrin həllinə dair qətnamə və ya qərardad çıxarır. Çıxarılan qərardan şikayət verildiyi halda, həmin şikayətə sonrakı instansiya məhkəmələrində ərizənin daxil olduğu gündən 1 ay müddətində baxılır və həmin işin həllinə dair qətnamə və ya qərardad çıxarılır. Qeyd edilən Qanunun 34.1.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır. MPM-nin 172.1.2-ci maddəsinə əsasən işə ağlabatan müddətdə, lakin ərizə məhkəməyə daxil olduğu vaxtdan ipoteka müqaviləsindən irəli gələn mübahisələrə və iflas haqqında işlərə - 3 ay müddətindən gec olmayaraq baxılmalı və işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinin tələbinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 319.6-cı maddəsinin tələbinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. və 448.2-ci maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı təqdim edilmiş sənədlərlə və məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında 30 yanvar 2020-ci il tariхli, 200846-265195/4 nömrəli kredit müqaviləsi imzalanmışdır. Bağlanmış kredit müqaviləsinin şərtlərinə görə İddiaçı ASC tərəfindən Cavabdeh1 illik 22 faiz dərəcəsi ilə 36 ay müddətinə 34400 (otuz dörd min dörd yüz) manat məbləğində krеdit verilmişdir. Cavabdeh1 ilə İddiaçı ASC arasında xx.xx.2020-ci il tarixdə 200846-265195/4/1 saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmçinin İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 200846-265195/4 saylı, xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 zamin durmuşdur. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 42.37 kv.m-dən ibarət 22 saylı mənzil 31 yanvar 2020-ci il tariхli, 200846-265195\1 nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən banka ipotеka qoyulmuşdur. Həmin müqavilə bağlanarkən qanunun tələblərinə əməl edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC ilə aralarında bağlanmış kredit və zaminlik müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəlikləri vaxtında və lazımınca icra etməmişlər. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilərək İddiaçı ASC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-cu il tarixli, 200846-265195/4 saylı kredit müqaviləsinə əsasən ekspertizanın rəyi nəzərə alınmaqla cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 27894.50 manat əsas borc, 7875.21 manat faiz borcu, ümumilikdə 35769.71 manat tutulmalı, eyni zamanda məhkəmə, «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 59.3.1-ci maddəsinin tələbinə uyğun olaraq hesab edir ki, ipoteka predmeti olan ünvan 1 nömrəli mənzilinə tutma yönəldildikdə və o satıldıqda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ən geci bir ay ərzində mənzildən çıxarılmalı və həmin mənzil boşaldılmalıdır. Belə ki, “İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun qeyd olunan maddəsinin tələbinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuşdursa, ipoteka qoyulmuş yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 202,31(iki yüz iki manat otuz bir qəpik) manat dövlət rüsumu, həmçinin 15(on beş) manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsum və 30(otuz) manat xidmət haqqı olmaqla, cəmi 45(qırx beş) manat ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı ASC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-cu il tarixli, 200846-265195/4 saylı kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 27894.50 manat əsas borc, 7875.21 manat faiz borcu, ümumilikdə 35769.71 manat məbləğində borc, 197,31(yüz doxsan yeddi manat otuz bir qəpik) manat dövlət rüsumu, həmçinin 15(on beş) manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsum və 30(otuz) manat xidmət haqqı olmaqla, cəmi 45(qırx beş) tutulmalı, tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan ünvan 1 nömrəli mənzilinə yönəldilməli, həmin mənzilin ilkin satış qiyməti (likvid dəyəri) 50000 (əlli min) manat müəyyən edilməli, açıq hərracda satılmalı, satışdan əldə olunmuş pul vəsaiti hesabına iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 27894,50 (iyirmi yeddi min səkkiz yüz doxsan dörd manat əlli qəpik) manat əsas borc, 7875,21(yeddi min səkkiz yüz yetmiş beş manat iyirmi bir qəpik) manat faiz borcu, ümumilikdə 35769.71( otuz beş min yeddi yüz altmış doqquz manat yetmiş bir qəpik) manat məbləğində borc, iddia qaldırılması üçün ödənilmiş 197,31(yüz doxsan yeddi manat otuz bir qəpik) manat dövlət rüsumu, həmçinin 15(on beş) manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsum və 30(otuz) manat xidmət haqqı olmaqla, cəmi 45(qırx beş) manat xərc ödənilməli, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədikdə, qətnamə qalan hissədə ümumi qaydada icra edilməli, cavabdehlər Cavabdeh1 məxsus olan mənzilə tutma yönəldildikdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin mənzildən çıxarılmalı, mənzil boşaldılmalı, cavabdehlərdən ekspertiza tədqiqatının dəyəri qismində 50 manat tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 5.19 manatı iddiaçıya aid edilməli, 197,31 manat cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 30 yanvar 2020-ci il tarixli kredit müqaviləsi üzrə 27894,50 (iyirmi yeddi min səkkiz yüz doxsan dörd manat əlli qəpik) manat əsas borc, 7875,21(yeddi min səkkiz yüz yetmiş beş manat iyirmi bir qəpik) manat faiz borcu, ümumilikdə 35769.71( otuz beş min yeddi yüz altmış doqquz manat yetmiş bir qəpik) manat məbləğində borc, iddia qaldırılması üçün ödənilmiş 197,31(yüz doxsan yeddi manat otuz bir qəpik) manat dövlət rüsumu, həmçinin 15(on beş) manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsum və 30(otuz) manat xidmət haqqı olmaqla, cəmi 45(qırx beş) manat xərc tutulsun. Tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan ünvan 1 nömrəli mənzilinə yönəldilsin, həmin mənzilin ilkin satış qiyməti (likvid dəyəri) 50000 (əlli min) manat müəyyən edilsin, açıq hərracda satılsın, satışdan əldə olunmuş pul vəsaiti hesabına İddiaçı ASC-yə ümumilikdə 27894,50 (iyirmi yeddi min səkkiz yüz doxsan dörd manat əlli qəpik) manat əsas borc, 7875,21(yeddi min səkkiz yüz yetmiş beş manat iyirmi bir qəpik) manat faiz borcu, ümumilikdə 35769.71( otuz beş min yeddi yüz altmış doqquz manat yetmiş bir qəpik) manat məbləğində borc, iddia qaldırılması üçün ödənilmiş 197,31(yüz doxsan yeddi manat otuz bir qəpik) manat dövlət rüsumu, həmçinin 15(on beş) manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsum və 30(otuz) manat xidmət haqqı olmaqla, cəmi 45(qırx beş) manat xərc ödənilsin. Cavabdehlər Cavabdeh1 məxsus olan mənzilə tutma yönəldildikdə və o satıldıqda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin mənzildən çıxarılsın və mənzil boşaldılsın. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ekspertiza tədqiqatının dəyəri qismində 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-52/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-52/2023
30.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver