Məhkəmə qərarları › İş №e-2(060)-5269/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5269/2022

14.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5269/2022 14.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumilikdə 807.99 (səkkiz yüz yeddi.99) manat (əsas borcu- 807.99 (səkkiz yüz yeddi.99) manat, faiz borcu-0.00 (sıfır) manat) məbləğin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı ASC–yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı ASC ilə X5 arasında xx.xx.2016-cı il tarixli 08-xx-xx-059640 saylı Kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, X4 60 (altmış) ay müddətinə, illik 29 % olmaqla 2084 (iki min səksən dörd) manat məbləğində kredit verilmişdir. xx.xx.2016-cı il tarixli 08-xx-xx-059640 saylı Kredit müqaviləsi üzrə İddiaçı ASC-yə əsas borcu- 807.99 (səkkiz yüz yeddi.99) manat, faiz borcu -0.00 (sıfır) manat, ümumilikdə 807.99 (səkkiz yeddi.99) manat məbləğində borc təşkil edir. xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən, X2 vərəsəsi – Cavabdehdur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Göstərilənləri nəzərə alaraq, Cavabdeh ümumilikdə 807.99 (səkkiz yüz yeddi.99) manat (əsas borcu- 807.99 (səkkiz yüz yeddi.99) manat, faiz borcu-0.00 (sıfır) manat) məbləğin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı ASC–yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclaslarını nümayəndələrinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmədə iştirak edən zaman iddia tələbini qəbul edərək göstərmişdir ki, anası Raziya Hüseynova iddiaçı təşkilatdan 5 il müddətinə 2084 manat məbləğində kredit götürmüşdür. O, anasının hüquqi varisi kimi hazırda tələb olunan borc məbləğini ödəməkdən boyun qaçırmır və həmin borcu vaxt verildiyi halda hissə-hissə iddiaçı təşkilata ödəyəcəkdir. Qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə Cavabdeh dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə X6 arasında bağlanmış xx.xx.2016-cı il tarixli 08-xx-xx-059640 №-li “Kredit müqaviləsi”nə əsasən 60 ay müddətinə qaytarılmaq şərti ilə illik 29% olmaqla, 2084 manat məbləğində kredit verilmişdir. İşdə olan İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, cavabdeh X3 əsas borc 807 (səkkiz yüz yeddi) manat 99 (doxsan doqquz) qəpik, faiz borcu 0 (sıfır) manat, cəmi 807 (səkkiz yüz yeddi) manat 99 (doxsan doqquz) qəpik məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş-X2 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan oğlu-Cavabdeh və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: Sumqayıt şəhəri, Corat Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 256 nömrəli məktubuna əsasən, X2 adında 1105,95 (bir min yüz beş manat 95 qəpik) əmək haqqı məbləğindən ibarətdir. İş materiallarında olan AZ-İİ № 058406 saylı, xx.xx.2020-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X5 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”-nin şərtlərinə Cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh kreditin və kredit faizlərinin qaytarılmasına dair lazımi qaydada xəbərdar edilsə də öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə faydalanan şəxs həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini və cavabdehin iddia tələbini qəbul etməsini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh əsas borc üzrə 807 (səkkiz yüz yeddi) manat 99 (doxsan doqquz) qəpik məbləğində borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh əsas borc üzrə 807 (səkkiz yüz yeddi) manat 99 (doxsan doqquz) qəpik məbləğində borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar