Məhkəmə qərarları › İş №e-2(060)-5270/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5270/2025

04.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5270/2025 04.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurduğu maddi ziyana görə "xxxx" ASC-nin xeyrinə 11600,44 manat pulun, iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 126 manat pulun, hüquqi xidmətlərə görə isə 300 manat pulun tutularaq ödənilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 ilə bağlanmış xx.xx.2017-ci il tarixli ƏM- 20/22 nömrəli müddətsiz əmək müqaviləsinə əsasən, xx.xx.2017-ci il tarixindən "xxxx" ASC-də (müəssisədə) sürücü kimi fəaliyyətə başlamış və xx.xx.2024-cü il tarixədək işləmiş, həmin tarixdə ərizə ilə müraciət edərək əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş, beləliklə də ərizəsi nəzərə alınaraq müqaviləyə qanunvericiliyin tələblərinə uyğun olaraq xitam verilmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh şirkətə məxsus olan və idarə etdiyi "Kamaz 53212” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Sumqayıt şəhəri, Koroğlu prospekti ilə hərəkətdə olan zaman işıqforun qırmızı işığının tələbini pozaraq hərəkətini davam etdirərkən əks istiqamətli yolda hərəkətdə olan "Mersedes" markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmış, daha sonra idarəetməni itirərək soldan hərəkətdə olan X4 idarə etdiyi "Vaz 21723" markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq zəncirvari, eyni zamanda xəsarətlərlə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində X4 avtomobilinə dəyən zərər müvafiq qüsur aktı ilə qiymətləndirilmiş və yekun olaraq ona 6500 manat məbləğində ziyan dəydiyi müəyyən edilmişdir. Həmin zərərdən 1305,66 manat "xxxx"ASC tərəfindən ödənilmişdir. Qalan zərərin ödənilməsi ilə bağlı Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(060)- 1245/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək "xxxx" ASC-dən 3598,34 manat pulun X4 xeyrinə tutulması qət edilmişdir. Həmin pul iddiaçıya ödənilmişdir. Bundan başqa, Cavabdeh xx.xx.2024-cü il tarixdə yuxarıda qeyd edilən yol-nəqliyyat hadisəsini törədən zaman şirkətə məxsus olan idarə etdiyi "Kamaz 53212” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə 8002,10 manat maddi zərər vurması da müəyyən olunmuşdur (xx.xx.2023-cü il tarixli 10 saylı akt). İş materiallarından da göründüyü kimi məhz Cavabdeh təqsirinə görə müəssisəyə ümumilikdə 11600,44 manat maddi ziyan dəymişdir, bu öz təsdiqini Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1245/2024 saylı qətnaməsi ilə də tapır. Eyni zamanda, iddia tələbinin məhkəməyə verilməsi üçün 126 manat dövlət rüsumu və hüquqi xidmət göstərilməsi ilə bağlı 300 manat vəkillik üçün müqavilə bağlanmışdır ki, həmin pullar da cavabdehdən tutularaq müəssisəyə ödənilməlidir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh iştirak etdiyi məhkəmə iclasında iddianı qəbul etmədi, çünki təqsirin onda olması ilə razılaşmamışdır. O, qeyd etdi ki, maddi imkanı zəifdir və bu məbləği ödəyə bilməz. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1245/2024 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin işçisi Cavabdeh tərəfindən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçı X5 məxsus avtomobilə dəymiş zərərə görə 3548,34 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun 70 manat hissəsinin "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq X5 ödənilməsi, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci olaraq "xxxx" ASC-dən 35 manat, X3 isə 15 manat məbləğində pul vəsaitinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ******************** saylı bank hesabına köçürülməsi qət edilmişdir. - Əmək müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" ASC-də sürücü vəzifəsində işləmişdir. - Əmək müqaviləsində dəyişiklik edilməsi barədə bildirişdən görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" ASC-də sürücü vəzifəsində işləmişdir. - xx.xx.2023-cü il tarixli 10 saylı aktdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsini törədən zaman şirkətə məxsus olan idarə etdiyi "Kamaz 53212” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə 8002,10 manat maddi zərər vurması müəyyən olunmuşdur. - xx.xx.2024-cü il tarixli ödəniş tapşırığıdan görünür ki, "xxxx" ASC tərəfindən X5 3598,34 manat vəsait ödənilmişdir. - Sumqayıt şəhər Polis İdarəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, xx.xx.2023-cü il tarixdə X2 idarə etdiyi Kamaz 53212 markalı, **-AE-*** dövlət nişanlı yük avtomaşını ilə Sumqayıt şəhəri, Koroğlu prospekti ilə hərəkətdə olan zaman svetaforun qırmızı işığının tələbini pozaraq hərəkətini davam etdirdikdə əks istiqamətli yolda hərəkətdə olan Mercedes markalı, **-RT-*** dövlət nişanlı avtomaşına çırpılmış daha sonra, idarəetməni itirərək soldan hərəkətdə olan X4 idarə etdiyi Vaz 21723 markalı, **- VS-*** dövlət nişanlı nişanlı avtomaşınla toqquşaraq zəncirvari eyni - zaman xəsarətlərlə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. - 160 nömrəli yol vərəqindən görünür ki, 01 sentyabr 2023-cü ildən – 01 yanvar 2024-cü il tarixədək "Kamaz 53212” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini Azərbaycan Respublikası ərazisində idarə etmək üçün X1 "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yol vərəqi verilmişdir. - 07.12.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X5 1305.66 manat pul ödənilmişdir. - "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli işə dair sığorta ödənişi aktından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus "Kamaz 53212” markalı, 50-AE911 dövlət qeydiyyat nişanlı yük avtomobili "Meqa Sığorta” ASC tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək "ANVSMMİS" növü üzrə sığortalanmışdır. Həmin avtomobili yol vərəqəsi əsasında Cavabdeh idarə edir. xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyatı hadisəsi nəticəsində X4 idarə etdiyi Vaz 21723 markalı, **-VS-*** dövlət nişanlı nişanlı avtomaşına 6500 manat məbləğində ziyan dəymiş, 1305.66 manat "xxxx" ASC tərəfindən X4 hesabına köçürülmüşdür. - Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə idarə etdiyi Sumqayıt Dəmir-Beton-12 Açıq Səhmdar Cəmiyyətinə məxsus "Kamaz 53212” markalı, 50-AE911 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə VAZ 21723 markalı, **-VS-*** dövlət nişanlı avtomaşına yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurmuş, yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt sürücü Cavabdeh ayıq olmuş, avtonəqliyyat vasitəsini yol vərəqi ilə idarə etmək hüququ olmuşdur. -xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Cavabdeh barəsində toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilmiş, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddələri nəzərdə tutulan inzibati tənbeh tədbirlərinin görülməsindən ötrü Sumqayıt ŞPİ-nin DYPŞnə göndərilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh Cəmiyyətdə sürücü vəzifəsində işləyərkən, xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus, yol vərəqi əsasında Cavabdeh tərəfindən idarə olunan "Kamaz 53212” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı yük avtomobili iddiaçı X5 məxsus olan “Vaz 21723” markalı, **-VS-*** dövlət nişanlı avtomaşınla toqquşmuş, nəticədə sonuncu avtomobilə ziyan dəymişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1245/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin işçisi Cavabdeh tərəfindən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçı X5 məxsus avtomobilə dəymiş zərərə görə 3548,34 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun 70 manat hissəsinin "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq X5 ödənilməsi, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci olaraq "xxxx" ASC-dən 35 manat, X3 isə 15 manat məbləğində pul vəsaitinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ******************** saylı bank hesabına köçürülməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə "xxxx" ASC tərəfindən X5 3598,34 manat vəsait ödənilmişdir. xx.xx.2023-cü il tarixli 10 saylı aktla Cavabdeh xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsini törədən zaman şirkətə məxsus olan idarə etdiyi "Kamaz 53212” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə 8002,10 manat maddi zərər vurması müəyyən olunmuşdur. Hazırda "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurduğu maddi ziyana görə "xxxx" ASC-nin xeyrinə 11600,44 manat pulun, iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 126 manat pulun, hüquqi xidmətlərə görə isə 300 manat pulun tutularaq ödənilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İşdən görünür ki, iddianın 3598,34 manat hissəsi reqress qaydasında, 8002,10 manat hissəsi isə adi qaydada tələb edilən maddi zərərdən ibarətdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında göstərilmişdir ki, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 21.3-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. - 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-cimaddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzizərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsizərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər -1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. -1099.2-ci maddəsinə görə bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. -1114.1-ci maddəsinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmi İşdən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində cavabdehin təqsiri sübuta yetrilmiş və onun təqsiri nəticəsində X5 məxsus avtomobilə 3548,34 manat məbləğində zərərin dəyməsi (habelə 70 manat dövlət rüsumu) müəyyən edilmişdir, bu barədə artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi vardır. İddiaçının təqdim etdiyi ödəmə tapşırığına görə Cəmiyyət tərəfindən F.A.Zəkiyevə 3598,34 manat vəsait ödənildiyindən onun həmin pulu Cavabdeh reqres qaydasında tələb etmək hüququ yaranmışdır və iddia bu hissədə əsaslıdır. Digər tərəfdən, təqdim edilmiş qüsur aktından görünür ki, baş vermiş qəza nəticəsində cavabdehin idarə etdiyi avtomobilə də zərər dəymişdir və onun bərpası üçün 8002,10 manat tələb olunur. Məhkəmə ümumilikdə iddia edilən 11600,44 manat vəsaitin qanuni əsaslarla tələb edilidyi nəticəsinə gəlir və hesab edir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində Cəmiyyətə məhz bu məbləğdə maddi zərər vurulmuşdur. Buna görə də iddia bu hissələrdə əsaslıdır və təmin olunmalıdır. Vəkil xərcinə görə 300 manat pulun tutulmasına gəldikdə isə məhkəmə bu halı təsdiq edən mötəbər sübutların (müqavilə və ödəmə qəbzi) təqdim edilməməsi əsası ilə iddianı bu hissədə rədd edir. Bu nəticəyə gələrkən məhkəmə həmçinin cavabdehin maddi vəziyyətini də nəzərə alır. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də təmin edilməlidir. Belə ki, iddianın qiyməti 10000 manatdan 100000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi qədər olmalıdır. (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 11600,44 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 125 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 1 manat isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 11600,44 manat pul və 125 manat dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Ödənilmiş 1 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilsin. İddia qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar