Məhkəmə qərarları › İş №e-2(060)-534/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-534/2024

31.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-534/2024 31.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, Cavabdeh MTK-nin sədri X1 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-nə qarşı «pul» tələbinə dair mülki işə 31 yanvar 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh MTK-dən iddiaçı ilə aralarında bağlanmış 07 mart 2020-ci il, 104 saylı müqavilədə mənzilin ümumi sahəsindən artıq göstərilmiş 12.2 kv.m sahəyə görə 12,200 manat, həmin məbləğin 10%-i, yəni 1,220 manat məbləğində dəbbə pulu, 2.000 manat mənəvi ziyana görə və işin məhkəmədə baxılması üçün ödənilmiş 137 manat məbləğində dövlət rüsumu, cəmi 15.557 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsi ilə elektron ərizə məhkəməyə müraciət edərək, məhkəmədən hazırlıq iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh MTK-nin sədri X2 ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-nin hüquqi və faktiki ünvanı ünvan 2 ərazi aidiyyatı üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. İş materialarında olan AZEMİS-dən əldə edilmiş çıxarışdan görünür ki, hazırda Cavabdeh MTK (VÖEN: **********), rəsmi qaydada ünvan 3 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir. 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. 44.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa (MPM-nin 44.2.2), hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə (MPM-nin 44.2.5) məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Məhkəmə hesab edir ki, Cavabdeh MTK-nin rəsmi qaydada qeydiyyatda olduğu ünvan (VÖEN: **********), ünvan 3 ünvanı olduğundan mülki iş aidiyyatı üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39, 44- 45, 263, 264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh MTK-nə qarşı “pul” tələbinə dair mülki iş ərazi aidiyyatı üzrə Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) gündən 10 gün ərzində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar