Məhkəmə qərarları › İş №e-2(060)-5352/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5352/2024

26.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5352/2024 26.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün tutulan aliment məbləği artırılaraq hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləği müəyyən edilməklə, həmin məbləğin cavabdeh X3 tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3323/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı və Cavabdeh arasındakı xx.xx.2014-cü il tarixində bağlanmış nikah pozulmuşdur. Həmçinin qətnamədə xx.xx.2020ci il tarixindən başlayaraq Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün aylıq hər uşaq üçün 125 manat olmaqla, cəmi 250 manat məbləğində aliment ödəməsi qət edilmişdir. Hal-hazırda X2 9, X4 isə 7 yaşı var. Odur ki, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən çıxarılmış 2(060)- 3323/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnamədə qeyd olunmuş aliment məbləği uşaqların heç bir tələbatının ödənilməsi üçün kifayət etmir. Uşaqlar hazırda orta məktəbdə təhsil alırlar və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və hər uşaq üçün 235 manat məbləğində müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, yuxarıda qeyd edilən qətnaməyə uyğun olaraq uşaqların qayğısına iddiaçı qalır, onların bütün ehtiyaclarını ödəməyə çalışır. Məhz bu səbəbdən uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Buna görə də görə iddiaçı “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh etirazla ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, İddiaçı cavabdehə qarşı “alimentin miqdarının artırılması tələbinə dair“ iddia tələbini əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı məhkəmədən xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il tarixli X4 yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin məbləğinin hazırki ödənilən 250 manatdan artırılaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh bildirir ki, O ikinci dəfə ailə həyatı qurmuşdur. Belə ki, cavabdeh xx.xx.2023-cü il də X8 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Onların övladları dünyaya gələcəkdir. Hazırda iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, alimentin məbləğinin artırılmasını tələb edir. Cavabdeh qeyd edir ki, o iddia tələbini qəbul etmir. Belə ki, cavabdehin maddi vəziyyətində heç bir dəyişiklik olmamışdır. Əlavə heç bir yerdə işləmir. Həmçinin cavabdeh ikinci dəfə ailə həyatı qurmuşdur və ən yaxın günlərdə yenidən ata olacaqdır. Belə olan halda alimentin artırılması əsassız olar. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkil X6 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi. İddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək, ona başqa yerdə işləməyə icazə verilmədiyini və 629 manat əmək haqqı aldığını bildirdi. Ona görə də iddia tələbinin rədd edilməsini xahiş etdi Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3323/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri Nizami rayonu qeydiyyat şöbəsində xx.xx.2014-ci il tarixdə bağlanmış, 328 nömrəsi ilə qeydə alınmış nikah pozulmqası, xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər anası İddiaçı yanında qalmaları, xx.xx.2020-ci il tarixdən etibarən xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 125 manat, ümumilikdə 250 manat aliment Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. - Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X4 atası Cavabdeh, anası İddiaçı qızıdır. - Nikahın pozulması haqqında xx.xx.2020-ci il şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasındakı nikaha xx.xx.2020-ci il tarixində xitam verilmişdir. - xx.xx.2024-ci il tarixli, №-MŞB/14/2024-00020 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak edərək ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3323/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Elnur qızı və Cavabdeh arasındakı xx.xx.2014-cü il tarixində bağlanmış nikah pozulmuşdur. Həmçinin qətnamədə xx.xx.2020-ci il tarixindən başlayaraq Cavabdeh tərəflərin birgə nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün aylıq hər uşaq üçün 125 manat olmaqla, cəmi 250 manat məbləğində aliment ödəməsi qət edilmişdir. İddiaçı əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşaqlarının artmaqda olan tələbatlarını qarşılamaqda çətinlik çəkir, buna görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət edir. Cavabdeh iddia tələbini qəbul etmir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1.-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 78.1. maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3323/2020 saylı qətnaməsinə əsasən müəyyən olunmuş aliment miqdarı hazırda xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün kifayət etmir. Belə ki, onların böyüməsi ilə əlaqədar maddi tələbatları getdikcə artır, iddiaçı isə, övladlarının saxlanılmasında maddi baxımdan çətinlik çəkir. Bu halda məhkəmə hesab edir ki, iddiaçının marağı əhəmiyyətli dərəcədə pozulur. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə görə, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2.-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə, qanunun qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, yetkinlik yaşına çatmayan uşağın mənafeyini, həmçinin onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, eləcə də, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3323/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək hər ay hər uşaq üçün 200 manat olmaqla, ümumilikdə 400 manat sabit pul məbləğində aliment cavabdehdən alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia tələbi qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3323/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək hər ay hər uşaq üçün 200 manat olmaqla, ümumilikdə hər ay üçün 400 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar