Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5359/2025 27.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, İddiaçı "xxxx" X1 nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı "xxxx" X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" X2 vurulmuş maddi ziyana görə 830,90 manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1dan tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh2, mülkiyyət hüququ Cavabdeh1 məxsus “Mercedes Benz C180 minik” markalı **-UG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsində idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" X2 məxsus 1 ədəd işıq dirəyini sıradan çıxararaq müəssisəyə 830,90 manat məbləğində maddi ziyan yetirmişdir. Hadisə ilə bağlı Bakı şəhər Xəzər rayon DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilən İXP ******* saylı İnzibati xəta haqqında protokola və TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs “Mercedes Benz C180 minik” markalı **-UG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh2 tanınmışdır. Hadisə zamanı Cavabdeh2 tərəfindən idarə edilən “Mercedes Benz C180 minik” markalı **-UG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası olmamışdır. Aşağıda göstərilənlərə əsasən, iddianı qanuni və əsaslı sayaraq hesab edir ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində müəssisəyə dəymiş maddi ziyana görə 830,90 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2dan və Cavabdeh1 tutularaq "xxxx" X2 ödənilməlidir. Cavabdehlər maddi ziyanın ödənilməsi üçün müəssisəyə dəvət edilsə də, gəlməməklə ödənişdən imtina etmişdir.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" X1 nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirdi ki, yol-nəqliyyat hadisəsindən məlumatı olmamışdır. Avtomobilin idarə edilməsi üçün şəxsə etibarnamə vermişdir. Tədqiq olunan sübutlar:
5. "xxxx" X1 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsində "xxxx" EŞM-nə məxsus 1 ədəd işıq dirəyini naməlum sürücü idarə etdiyi “Mercedes Benz minik” markalı **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə vuraraq sıradan çıxmış, nəticədə müəssisəyə 830,9 manat dəyərində maddi ziyan dəymişdir.
6. TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh2 25 iyul 2024-cü il tarixində, saat 05:30-da Şüvəlan qəsəbəsində “Mercedes Benz C180 minik” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etdiyinə görə onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Həmin inzibati xətanı törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir.
7. "xxxx" Elektrik şəbəkə müəsisəsinin direktoru E.İ.Eldarov tərəfindən təsdiq edilmiş smetadan görünür ki, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsində naməlum sürücünün idarə etdiyi “Mercedes Benz C180 minik” markalı **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə vurulmuş işıq dirəyinin bərpasına sərf olunan xərclər 830,90 manat təşkil edir.
Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
28. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. - 926.1-ci maddəsinə sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. -1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. -1108.2-ci maddəsinə görə yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
2. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək, tərəfləri dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
3. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh2 25 iyul 2024-cü il tarixində, saat 05:30-da Şüvəlan qəsəbəsində “Mercedes Benz C180 minik” markalı, **- UG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etdiyinə görə onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Həmin inzibati xətanı törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" Elektrik şəbəkə müəsisəsinin direktoru E.İ.Eldarov tərəfindən təsdiq edilmiş smetadan görünür ki, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsində naməlum sürücünün idarə etdiyi “Mercedes Benz C180 minik” markalı **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə vurulmuş işıq dirəyinin bərpasına sərf olunan xərclər 830,90 manat müəyyən edilmişdir.
4. Hal-hazırda iddiaçı məhkəməyə müraciət edərək cavabdehlər tərəfindən avtomobilinə dəymiş ziyanın ödənilməsini məhkəmədən xahiş edir.
5. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqsirli davranışa yol verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur.
6. Mülki Məcəllənin yuxarıda adı qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.
7. Məhkəmə qeyd edir ki, iş materialları ilə "xxxx" EŞM-nə məxsus 1 ədəd işıq dirəyinə zərər dəyməsi, zərərin Cavabdeh2 qanunsuz hərəkəti nəticəsində vurulması, hadisədə cavabdehin təqsirli bilinməsi sübuta yetirildiyindən sözügedən avtomobilə dəymiş zərər ödənilməlidir.
8. Məhkəmə Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinməsi nöqteyi nəzərdən qiymətləndirərək hesab edir ki, göstərilən qərar məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadığından, Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə müvafiq olaraq həmin qərar məhkəmə üçün məcburi olmasa da, yol nəqliyyat hadisəsinin məhz Cavabdeh2 tərəfindən törədilməsi göstərilən qərarla sübuta yetirilmiş və buna görə də Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib, cərimə edilmişdir.
9. Beləliklə, Cavabdeh2 yol nəqliyyat hadisəsi törətməsi nəticəsində iddiaçı "xxxx" X2 məxsus 1 ədəd işıq dirəyini vurması, iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatı, yazılı sənədlər və işin digər materialları ilə tam sübuta yetirilmişdir.
10. Məhkəmə iddianın Cavabdeh1 aid hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia əsassız olduğundan təmin edilməməlidir. Ona görə ki, baş vermiş yolnəqliyyat hadisəsində yüksək təhlükə mənbəyi olan “Mercedes Benz C180 minik” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1 olsa da, əslində yolnəqliyyat hadisəsinin baş verdiyi vaxt həmin avtomobil mülkiyyətçinin sahibliyində olmamış, avtomobil mülkiyyətçinin verdiyi etibarnamə əsasında Cavabdeh2 qanuni sahibliyində olmuşdur. Belə olan halda baş vermiş həmin yol-nəqliyyat hadisəsinə görə Cavabdeh1 yüksək təhlükə mənbəyinin sahibi hesab edilə bilməz və hazırki halda yüksək təhlükə mənbəyinin sahibi Cavabdeh2dur. Yol-nəqliyyat hadisəsi də məhz onun təqsiri üzündən baş vermişdir və buna müvafiq olaraq da o, qanunauyğun qaydada inzibati məsuliyyətə cəlb edilmişdir. Demək ki, törədilmiş mülki hüquq pozuntusuna görə məsuliyyət-zərərin əvəzini ödəmək vəzifəsi də onun üzərindədir (maddə 1108.1., ikinci cümlə). Başqa sözlə desək yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqazidd götürülməsində təqsirli olduqda məsuliyyət daşıyır. Hazırki halda avtomobil nəinki Cavabdeh2 qanunsuz sahibliyində olmamış, əksinə qeyd edildiyi kimi avtomobilin idarə edilməsi ilə bağlı Cavabdeh1 tərəfindən ona etibarnamə verilmiş və avtomobil Cavabdeh1 məlumatı əsasında ondan hüquqazidd şəkildə götürülməmişdir.
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
12. Məhkəmə ödənilməli olan zərərin məbləği ilə bağlı qeyd edir ki, “"xxxx" Elektrik şəbəkə müəsisəsinin direktoru E.İ.Eldarov tərəfindən təsdiq edilmiş smetadan görünür ki, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsində naməlum sürücünün idarə etdiyi “Mercedes Benz C180 minik” markalı **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə vurulmuş işıq dirəyinin bərpasına sərf olunan xərclər 830,90 manat təşkil edir.
13. Məhkəmə hesab edir ki, Cavabdeh2 iddiaçının xeyrinə tutulan ziyan məbləği 830,90 manat müəyyənləşdirilməlidir.
14. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh2 830 (səkkiz yüz otuz) manat, 90 (doxsan) qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" X1 xeyrinə ödənilməlidir.
QƏTETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 830 (səkkiz yüz otuz) manat, 90 (doxsan) qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" X1 xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva