Məhkəmə qərarları › İş №e-2(060)-5405/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5405/2022

29.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5405/2022 29.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi Rüstəmli Aytən Kamil qızının katibliyi, Cavabdeh və Qanuni nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Qanuni nümayəndə və Cavabdeh2 (qanuni nümayəndəsi Qanuni nümayəndə) qarşı borcun ödənilməsinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək cavabdehlər Qanuni nümayəndə və Cavabdeh2 qanuni nümayəndəsi Qanuni nümayəndə iddiaçı "xxxx" ASC-nin xeyrinə BMP**********13 nömrəli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 5102,96 manat əsas, 36,28 manat faiz borcu olmaqla, cəmi 5139,24 manat məbləğində kredit borcunun, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 71,40 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının əvəzinin tutulması barədə qətnamə qəbul edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Sumqayıt filialı ilə X2 arasında bağlanmış BPM**********13 nömrəli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə illik 20 faiz ödəmək şərtilə 5150 manat məbləğində kredit verilmişdir. X2 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və ölüm faktı Sumqayıt “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınaraq, xx.xx.2020-ci il tarixdə ölüm haqqında şəhadətnamə verilmişdir. Kredit müqaviləsi üzrə borc qaldığından bank tərəfindən sorğu verilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisindən əldə edilən xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdən müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X1 vərəsələri ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh2 və Qanuni nümayəndədır və onların hər biri miras əmlakından bərabər pay alıblar. Eyni zamanda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdən aydın olur ki, miras əmlakları Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 13/31 ünvanında yerləşən 55 saylı mənzildən və mərhumun orta aylıq əmək haqqının üç mislindən ibarətdir. Borc alanın vəfat etdiyi tarixə kredit müqaviləsi üzrə 5102,96 manat əsas, 36,28 manat faiz borcu olmaqla, cəmi 5139,24 manat məbləğində kredit borcu qaldığından, vərəsə olan cavabdehlərə öhdəliyin yerinə yetirilməsi haqqında bank tərəfindən xx.xx.2022-ci il tarixdə bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, öhdəlik yerinə yetirilməmişdir. Hazırda iddia ərizəsinə əlavə edilən maliyyə arayışına əsasən müqavilə üzrə xx.xx.2022-ci il tarixə 5102,96 manat əsas, 36,28 manat faiz borcu olmaqla, cəmi 5139,24 manat məbləğində kredit borcu ödənilməmiş qalmaqdadır. Həmçinin notariat ofisindən əldə edilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdən görünür ki, cavabdehlər ünvan 2 ünvanında qeydiyyatdadırlar. Beləliklə, borc alanın vəfat etdiyi tarixə qalan kredit borcu mirası qəbul etmiş vərəsələr tərəfindən ödənilmədiyi üçün, borcun məhkəmə qaydasında tələb edilməsi zərurəti yaranmışdır. Bundan başqa, hazırki mübahisə üzrə iddia qiyməti ümumilikdə 5139,24 manat olduğundan, bank tərəfinfən 71,40 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı ödənilmişdir. İddiaçı Azərbaycan Beynəlxalq Bankı” ASC ərizə ilə məhkməyə müraciət edərək iddia tələbini müdafiə etdiklərini, mülki işə iştirakları olmadan baxılmasını və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh və digər Cavabdeh2 qanuni nümayəndəsi Qanuni nümayəndə iddia tələbini qəbul edərək bildirdi ki, əri X2 ürək çatışmazlığından əziyyət çəkdiyindən, əməliyyat olunmaq üçün bankdan kredit götürmüşdür. Lakin əməliyyat zamanı ölmüşdür. Yetkinlik yaşına çatmayan oğlu Cavabdeh2 ilə birlikdə ərindən qalan miras əmlakı 3 otaqlı mənzili bərabər qəbul etdiklərini bildirdi. Banka müraciət edərək birdəfəyə ödəməyə imkanı olmadığını bildirmişdir. Hazırda banka olan borcun müəyyən qədər azaldılacağı təqdirdə, birdəfəlik borcu bağlayacağını qeyd etdi. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" ASC-nin Sumqayıt filialı ilə X2 arasında imzalanmış xx.xx.2020-ci il tarixli, BPM**********13 nömrəli kredit müqaviləsindən görünür ki, borcluya 36 ay müddətinə, illik 20 faizlə, 5150 manat manat kredit verilmişdir. - AZ-İİ № 079533 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X2 xx.xx.2020-ci il tarixdə Miokard infarktı səbəbindən sıradan çıxmışdır (ölməsi ilə əlaqədar). - xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə ölmüş X1 vərəsələri Qanuni nümayəndə və Cavabdeh2 ünvan 3 ünvanından bərabər hissədə pay almalıdırlar. - maliyyə arayışından görünür ki, X1 vəfat etdiyi tarixə 5102,96 manat əsas, 36,28 manat faiz olmaqla cəmi 5139,24 manat borcu vardır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, "xxxx" ASC-nin Sumqayıt filialı ilə X2 arasında bağlanmış BPM**********13 nömrəli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə illik 20 faiz ödəmək şərtilə 5150 manat məbləğində kredit verilmişdir. X2 xx.xx.2020-ci il tarixdə ölməsi ilə əlaqədar sıradan çıxmış və ölüm faktı Sumqayıt “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınaraq, xx.xx.2020-ci il tarixdə ölüm haqqında şəhadətnamə verilmişdir. Kredit müqaviləsi üzrə borc qaldığından bank tərəfindən sorğu verilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisindən əldə edilən xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdən müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X1 vərəsələri ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh2 və Qanuni nümayəndədır və onların hər biri miras əmlakından bərabər pay almışdır. Eyni zamanda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdən aydın olur ki, miras əmlakları Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 13/31 ünvanında yerləşən 55 saylı mənzildən və ölən şəxsin orta aylıq əmək haqqının üç mislindən ibarətdir. Borc alanın vəfat etdiyi tarixə kredit müqaviləsi üzrə 5102,96 manat əsas, 36,28 manat faiz borcu olmaqla, cəmi 5139,24 manat məbləğində kredit borcu qaldığından, vərəsə olan cavabdehlərə öhdəliyin yerinə yetirilməsi haqqında bank tərəfindən xx.xx.2022-ci il tarixdə bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, öhdəlik yerinə yetirilməmişdir. Hazırda iddia ərizəsinə əlavə edilən maliyyə arayışına əsasən müqavilə üzrə xx.xx.2022-ci il tarixə 5102,96 manat əsas, 36,28 manat faiz borcu olmaqla, cəmi 5139,24 manat məbləğində kredit borcu ödənilməmiş qalmaqdadır. Həmçinin notariat ofisindən əldə edilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdən görünür ki, cavabdehlər ünvan 2 ünvanında qeydiyyatdadırlar. Beləliklə, borc alanın vəfat etdiyi tarixə qalan kredit borcu mirası qəbul etmiş vərəsələr tərəfindən ödənilmədiyi üçün, borcun məhkəmə qaydasında tələb edilməsi zərurəti yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ‘‘ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir”. Həmn Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən ‘‘vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar”. Həmin Məcəlləsinin 1309-cu maddəsinə əsasən “vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar”. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, "xxxx" ASC ilə X2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə X1 borcu cavabdeh Qanuni nümayəndə və digər Cavabdeh2 qanuni nümayəndəsi Qanuni nümayəndə tutulmalıdır. Ona görə də iddiaçının xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə əsas və faiz borcunun cavabdehlərdən tutulması hissədə iddia tələbi təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1%-i qədər olmalıdır. (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 5139,24 manat olduğundan (5102,96 manat əsas+36,28 manat faiz+ =5139,24) iddiaçı tərəfindən ödənilmiş 71,40 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh X1 vərəsələri cavabdeh və digər Cavabdeh2 qanuni nümayəndəsi Qanuni nümayəndə xx.xx.2020-ci il tarixli, BMP**********13 nömrəli Kredit müqaviləsinə əsasən əsas borc üzrə 5102,96 manat, faiz borcu üzrə 36,28 manat olmaqla, cəmi 5139,24 manat kredit borcu tutulmalı, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 71,40 dövlət rüsumunun və 0,40 qəpik bank xidmət haqqının əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdehlər Qanuni nümayəndə və Cavabdeh2 qanuni nümayəndəsi Qanuni nümayəndə hər birindən ½ hissədə olmaqla xx.xx.2020-ci il tarixli, BMP**********13 nömrəli Kredit müqaviləsinə əsasən əsas borc üzrə 5102,96 manat, faiz borcu üzrə 36,28 manat olmaqla, cəmi 5139,24 manat kredit borcu, ödənilmiş 71,40 dövlət Dövlət rüsumunun və 0,40 qəpik bank xidmət haqqının əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar