Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-5405/2025 18.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iş üzrə (açar sözlər: geri qaytarma, ərizənin geri götürülməsi barədə) Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10015 manat məbləğində əsas borc, 1166 manat faiz, 1069 manat cərimə borcu olmaqla, cəmi 12250 manat məbləğində borc və 126.75 manat məbləğində ödənilmiş dövlət rüsumunun “PROKREDİT” Bank Olmayan Kredit Təşkilatı ASC-nin xeyrinə tutulması, tutulmanın ipoteka predmeti olan 2021-ci il buraxılışlı, qeydiyyat nişanı ** ED ***, Ban Z94C351BBMR143656, KİA RİO CROSS minik, ağ rəngli avtomobyiləönəldilməsi, həmin avtomobilin hərracda satılması, qeyd edilən girov predmetinin satışından əldə olunmuş vəsaitin cavabdehlərin iddiaçı “PROKREDİT” Bank Olmayan Kredit Təşkilatı ASC-yə olan borclarının ödənilməsinə yönəldilməsi, həmin girov predmetinin satışından əldə olunmuş vəsait cavabdehlərin “PROKREDİT” Bank Olmayan Kredit Təşkilatı ASC-yə olan əsas, faiz və cərimə borclarının ödənilməsinə kifayət etmədikdə qalan borcun Cavabdeh tutulmasına dair qətnamə barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı "xxxx" ASC xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, Cavabdeh borc məbləğindən xx.xx.2025-ci il tarixdə qismən ödəniş etdiyini, bundan sonra qrafik üzrə vaxtında ödəniş edəcəyini bildirmiş və bu səbəbdən e- 2(060)-5405/2025 saylı mülki iş üzrə iddianın geri qaytarılmasını və dövlət rüsumunun geri ödənilməsini xahiş etmişdir.
Məhkəmə icraat iştirakçılarının izahatları
3. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə və sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa əsasən) xəbərdar edilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə baxış iclasına gəlməmişdirlər.
Tətbiq edilən hüquq
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa; Maddə 170.1. bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər.
Məhkəmənin mövqeyi
5. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri, iddiaçının ərizəsini nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır.
6. Belə ki, iddiaçı tərəf iddia ərizəsinin və əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir.
7. Odur ki, iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılmalı, ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.
8. Göstərilənlərə əsasən və MPM-nin 170, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. xx.xx.2025-ci il tarixli, ********** saylı qəbz əsasında ödənilmiş 126.75 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçı "xxxx" ASC-yə geri qaytarılsın. Dövlət rüsumunun geri qaytarılması hissəsində qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X1 İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Hakim Pərvin İmamverdiyeva