Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5457/2022 28.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1, Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-4812/2021 saylı qətnaməsi üzrə cavabdeh X4 xx.xx.2019-cu il tarixli, 3M-818 saylı kredit müqaviləsinə əsasən 51000 (əlli bir min) manat məbləğində pul və 28 (iyirmi səkkiz) manat dövlət rüsumunun tutularaq iddiaçı qismində ona (İddiaçı) ödənilməsi barədə qəbul edilmiş qətnaməyə görə verilmiş icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə həmin qətnamədə qət olunmuş pul məbləğini Cavabdeh ilə X10 birgə nikahda olduqları və həmin pulu şəxsi ehtiyaclarına birgə xərclədiklərindən iddianın təmin edilməsi, Cavabdeh 25500 (iyirmi beş min beş yüz) manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh əri X5 arasında 32 saylı notariat ofisinin xüsusi notariusu X11 tərəfindən xx.xx.2019-cu il tarixdə 3M-818 № ilə qeydə alınmış kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən X10 xx.xx.2020-ci il tarixə kimi borca aldığı 51000 (əlli bir min) manat məbləğində pulunu qaytarmalı idi. Lakin o, bu günə kimi ona olan borcunu qaytarmamışdır. Borcun qaytarılması barədə X5 ev ünvanına və mobil nömrəsinə dəfələrlə bildirişlər göndərsə də, Rəşad bu günə kimi borcunu ödəməmişdir. Ona görə də onun barəsində Sumqayıt şəhər məhkəməsinə pul tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-4812/2021 saylı qətnaməsinə əsasən cavabdeh X4 xx.xx.2019-cu il tarixli, 3M-818 saylı kredit müqaviləsinə əsasən 51000 (əlli bir min) manat məbləğində pul və 28 (iyirmi səkkiz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hal - hazırda X10 ölkədən xaricdə əvvəl Ukrayna respublikasında gizlənmişdir, sonra müharibə başladığına görə qaçıb Almaniya Respublikasına getdiyi üçün onun barəsində Beynəlxalq Cinayət Polisi İdarəsi tərəfindən axtarış verilmişdir. X10 ilə birgə nikahda olduğu həyat yoldaşı Cavabdeh dəfələrlə yanına gedib gəlir, indi isə xaricə köçməyi planlaşdırırlar. Onlar birgə nikahda olduqları üçün onun 51 000 (əlli bir min) manat pulunu əlbir olub mənimsədikləri sübuta yetirilmişdir. Belə ki, X5 adına DƏDRX-nin xx.xx.2021-ci il tarixli məktubuna əsasən Sumqayıt şəhəri, 5-ci məhəllə, 18A/39, mənzil 8 qeydiyyatdan keçmişdir. Onlar əlbir olaraq həmin 51.000 manat pulu öz ehtiyaclarına, evlərinin təmirinə və sair ehtiyaclarına xərcələyərək onun pulunu qaytarmırlar. Ər-arvadın ümumi mülkiyyətində olan əmlakın hüquqi rejimi Mülki Məcəllənin 225-ci maddəsi və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra - Ailə Məcəlləsi) 31-37- ci maddələri ilə müəyyən edilir. Mülki və ailə qanunvericiliyinin ər-arvadın ümumi əmlakının yaranması ilə bağlı normalarına (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci, Ailə Məcəlləsinin 32, 36 və 37-ci maddələri) görə əksi sübut edilməyənədək ailə büdcəsinə daxil olmuş vəsaitlər ailənin ümumi gəlirlərinə, xərclənmiş vəsaitlər isə ümumi xərclərinə aid edilir. Ailə Məcəlləsinə müvafiq olaraq ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir (maddə 37.1). Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onların payına uyğun olaraq müəyyən edilir (maddə 37.3). Ailə Məcəlləsinin 32.2.1-ci və 32.2.2-ci maddələrinə əsasən ər-arvadın hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə eldikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri, ər-arvadın ümumi gəlirləri hesabına əldə etdikləri daşınar və daşınmaz əmlaklar ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə eldikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada bütün hüquqmühafizə orqanlarının müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ-ci bəndinə əsasən; Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin Qanunun İİ-ci Maddəsinə əsasən Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Cavabdeh əri X10 ilə birgə nikahda olduqları vaxt onun 51000 manat məbləğində pulunu mənimsəyərək əsassız varlanaraq qazanc əldə etmişdir. O isə əmlakından (pulundan) məhrum olmaqla ağır maddi duruma düşmüşdür. Onun pulunu qaytarmadığına görə X5 atası Elman ilə şəxsən bir neçə dəfə görüşmüş, atası ona söz verərək zamin durduğunu bildirmiş ki, oğlunun hər ay adına Kamal adında şəxsin əlaqə nömrəsi 077 *** ** ** saylı mobil telefon vasitəsi ilə Ukraynaya 5 000 manata yaxın pul göndərilir. O, həmin pulu oğlunun borcunun yerinə ona ödəyəcəkdir. Lakin Rəşadın atası Elman da onu aldatmışdır. Oğlunun ondan borca götürdüyü 51 000 manat pulunu qaytarmaq əvəzinə gəlini X7 müxtəlif yollar vasitəsi ilə Bakı şəhərində X2 işə bərpa etdirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən: Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Mülki Məcəllənin 225.4-cü maddəsinə əsasən: Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Mülki Məcəllənin 225.5-ci maddəsinə əsasən: Ərin (arvadın) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə onun ərlə arvadın ümumi əmlakındakı payına bu şərtlə yönəldilə bilər ki, nikah kontraktında ayrı qayda nəzərdə tutulmuş olmasın. Hesab edir ki, 32 saylı notariat ofisinin xüsusi notariusu X11 tərəfindən xx.xx.2019-cu il tarixdə 3M-818 № ilə qeydə alınmış kredit müqaviləsi X10 ilə bağlanmasına baxmayaraq Rəşad həmin kredit müqaviləsinə əsasən ondan aldığı 51.000 manat pulu arvadı Cavabdeh ilə birgə nikahda olduğu müddət ərzində aldığına və öz şəxsi ehtiyaclarına xərclədiklərinə görə 51 000 manat pulun yarısı 25 500 manatı Cavabdeh tutulmalıdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)- 4812/2021 saylı qətnaməsinə əsasən cavabdeh X4 xx.xx.2019-cu il tarixli, 3M-818 saylı kredit müqaviləsinə əsasən 51000 (əlli bir min) manat məbləğində pul və 28 (iyirmi səkkiz) manat dövlət rüsumunun tutularaq iddiaçı qismində ona (İddiaçı) ödənilməsi qət edilmiş qətnamə üzrə verilmiş icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə həmin qətnamədə qət olunmuş pul məbləği Cavabdeh X10 ilə birgə nikahda olduqları və həmin pulu şəxsi ehtiyyaclarına birgə xərclədiklərindən iddiası təmin edilməli, bu barədə qətnamə qəbul edilərək tələb 2/1 hissədə Cavabdeh qarşı yönəldilməlidir. Cavabdeh əri X8 borca verdiyi 51 000 manat məbləğində pulunu geri qaytarmadıqları üçün hesab edir ki, həmin pulu Cavabdeh əri Rəşad Rəfiyev ilə birlikdə öz şəxsi ehtiyaclarına xərclədiklərindən onlar birgə məsuliyyət daşımalıdırlar və ondan mənimsədikləri 51 000 manat pulun yarısı yəni 25 500 manatının Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Ona görə də hesab edir ki, iddia tələbim tam qanuni və əsaslı olduğu üçün təmin edilməlidir. Qeyd edilənlərə əsasən, iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, Rəşad Rəfiyev iddiaçıdan borc kimi aldığı 51000 manat pulu Cavabdeh ilə birgə nikah dövründə olarkən ailə ehtiyacları üçün xərcləyiblər. İddiaçı Cavabdeh və Rəşad Rəfiyevə qarşı pul tələbi Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-4812/2021 saylı qətnaməsi ilə hazırkı cavabdehə münasibətdə təmin edilməmişdir. Qeyd edir ki, tərəflərin nikahı 2021-ci ildə pozulsa da, bu borc məsələsi 2020-ci ildə yaranmışdır. Məhkəməyə isə onların həmin dövrdə faktki olaraq ayrılmaları barədə hər hansı bir sübut təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən vəkil iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyərək bildirdi ki, ilk növbədə iddiaçının belə bir iddia ilə məhkəmə müraciət etmək üçün subyektiv hüququnun olması aydınlaşdırılmalıdır. Belə ki, sözügedən müqavilə İddiaçı və Rəşad Rəfiyev arasında bağlanmış və həmin müqavilə üzrə heç bir zamin olmamışdır. Hesab edir ki, hazırkı mübahisəyə iddia icraatı deyil, icra icraatı qaydasında baxılmalıdır. Belə k, tərəflər arasında olan borc məsələsinə dair məhkəmə qətnaməsi qəbul edilmiş, həmin qətnamə ilə Cavabdeh münasibətdə iddia tələbi təmin edilməmişdir. Onda olan məlumata görə artıq həmin qətnamə qüvvəyə minmiş və qətnamə icra mərhələsindədir. İcra məmuru borcun ödənilməsini və ya mümkün olmadığı halda borcun cavabdehin arvadına keçməsi halının mümkünlüyünü yoxlamalıdır. Məhkəmənin nəzərinə çatdırır ki, Cavabdeh ilə Rəşad Rəfiyev arasında olan nikah Sumqayıt Şəhər Məhkəməsinin 2(06)-4873/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Halbuki həmin vaxta kimi tərəflər arasında münasibətlər pisləşmiş, tərəflər faktiki olaraq ayrılmışdılar, lakin Cavabdeh ailəsinin təkidi ilə rəsmi qaydada boşanmamışdır. Belə olan halda Rəşadın borc götürdüyü pulun kimə xərcləndiyi cavabdehə məlum deyil. Onu da qeyd edir ki, məhkəmə qətnaməsi ilə tutulmalı olan pulun hazırda yarıya bölünərək başqa şəxsdən tələb edilməsi absurddur. Vəkil qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-4812/2021 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı cavabdehlər X10, Cavabdeh və X9 qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh X4 xx.xx.2019-cu il tarixli, 3M-818 saylı kredit müqaviləsinə əsasən 51000 (əlli bir min) manat məbləğində pulun və 28 (iyirmi səkkiz) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş İddiaçı ilə X10 arasında notarial qaydada bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixədək qaytarmaq şərti ilə X8 51.000 (əlli bir min) manat məbləğində borc pul vermişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, X5 adına Sumqayıt şəhəri, 5-ci məhəllə 18A/39, mənzil 8 qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. X5 adına respublika üzrə qeydiyyatdan keçmiş digər daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(06)-4873/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə Cavabdeh X8 qarşı nikahın pozulması, uşağın ananın yanında saxlanması və aliment tələbinə dair iddiası təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh X10 arasında xx.xx.2013-cü il tarixində bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2014-cü il təvəllüdlü X6 iddiaçı Cavabdeh yanında saxlanması, xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün 193 (yüz doxsan üç) manat sabit pul məbləğində alimentin cavabdeh X4 tutularaq iddiaçı Cavabdeh ödənilməsi, alimentin tutulmasının xx.xx.2022-ci il tarixindən hesablanması qərara alınmışdır. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-4812/2021 saylı qətnaməsi ilə X4 xx.xx.2019-cu il tarixli, 3M- 818 saylı kredit müqaviləsinə əsasən 51000 (əlli bir min) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı Ş.X1 tutulması qət edilən borcun yarısının (25500 manat) borc götürülərkən onun arvadı olmuş - hazırkı iş üzrə Cavabdeh tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Ər-arvadın öhdəlikləri üzrə ödəmənin onların əmlakına yönəldilməsinin şərtləri Ailə Məcəlləsinin 41-ci maddəsi ilə müəyyən edilmişdir. Həmin maddəyə əsasən, ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Maddənin məzmunundan göründüyü kimi, ər-arvad ümumi öhdəlikləri üzrə birgə borclu olduqlarından kreditor qarşısında da ümumi əmlakları ilə birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin birgə borcluların və birgə öhdəliklərin anlayışını müəyyən edən 500-cü maddəsinə əsasən, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Hər birinin öhdəliyi üzrə isə tərəflər yalnız öz əmlakları ilə kreditor qarşısında fərdi məsuliyyət daşıyırlar. Lakin ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin (məsələn, nikahdan əvvəl alınmış kredit məbləğinin və ya üçüncü şəxslərə zərər yetirilməsi nəticəsində əldə edilmiş vəsaitin və s.) ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edilərsə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, şəxsi xarakterli öhdəliklərin icrası üçün ərin (arvadın) şəxsi əmlakı kifayət etmədikdə kreditor ödəməni ər-arvadın ümumi əmlakında müvafiq tərəfin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq, ər-arvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ər-arvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin bu bölgü kreditor qarşısında ər-arvadın birgə borclu olması halını aradan qaldırmır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasında qüvvədə olan mülki qanunvericilik kreditora şəxsi xarakterli öhdəliklərin icrası üçün ərin (arvadın) şəxsi əmlakı kifayət etmədikdə ödəməni ər-arvadın ümumi əmlakında müvafiq tərəfin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi barədə ərizə vermək hüququnu təsbit etmişdir. Eyni zamanda ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edilərsə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilə bilər. Göründüyü kimi mülki qanunvercilik kreditorun ərin (arvadın) öhdəliyi üzrə yaranmış borcun yarısının digər tərəfdən tutulması barədə iddia deyil, yalnız ərin (arvadın) öhdəliyi üçün ödəməni ər-arvadın ümumi əmlakında müvafiq tərəfin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi barədə iddia vermək, öhdəlik üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu sübuta yetirildiyi təqdirdə isə borcun ər-arvadın ümumi əmlakına yönəlməsi barədə iddia vermək hüququnu tanımışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, qətnamə ilə ərdən tutulması qət olunmuş borc məbləğinin yarısının arvaddan tutulması barədə hazırki iddia tələbinin təmin edilməsi üçün hər hansı hüquqi əsas yoxdur. Məhkəmə onu da qeyd edir ki, iddiaçı ərizəsində X5 iddiaçıdan aldığı borc pul vəsaitini Cavabdeh ilə birgə nikahda olduqları vaxt götürdüklərini, həmin pulu şəxsi ehtiyaclarına birgə xərclədiyini qeyd etsə də, məhkəməyə alınmış borc vəsaitinin ailə ehtiyacları üçün sərf olunduğunu təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Bu səbəbdən İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi dövlət rüsumu ddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-5457/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5457/2022
28.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver