Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5499/2022 05.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlu, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun tutulmasına dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" ASC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə BMP**********22 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 723,06 manat əsas, 3,77 manat faiz borcu olmaqla, cəmi 726,83 manat məbləğində kredit borcu, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Sumqayıt filialı ilə X3 arasında bağlanmış BPM**********22 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 12 ay müddətinə illik 16 faiz ödəmək şərtilə 1200 manat məbləğində kredit verilmişdir. X3 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və ölüm faktı Sumqayıt “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınaraq, xx.xx.2020-ci il tarixdə ölüm haqqında şəhadətnamə verilmişdir. Kredit müqaviləsi üzrə borc qaldığından bank tərəfindən sorğu verilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisindən əldə edilən miras qalmış əmlaka dair açılmış vərəsəlik işinin surətindən müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdehdur. Eyni zamanda həmin vərəsəlik işindən aydın olur ki, miras əmlakı ünvan 2 ünvanında yerləşən 8 saylı mənzildən ibarətdir. Borc alanın vəfat etdiyi tarixə kredit müqaviləsi üzrə 723,06 manat əsas, 3,77 manat faiz borcu olmaqla, cəmi 726,83 manat məbləğində kredit borcu qaldığından, vərəsə olan cavabdehə öhdəliyin yerinə yetirilməsi haqqında bank tərəfindən xx.xx.2022-ci il tarixdə bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, öhdəlik yerinə yetirilməmişdir. Hazırda iddia ərizəsinə əlavə edilən maliyyə arayışına əsasən müqavilə üzrə xx.xx.2022-ci il tarixə 723,06 manat əsas, 3,77 manat faiz borcu olmaqla, cəmi 726,83 manat məbləğində kredit borcu ödənilməmiş qalmaqdadır. Həmçinin notariat ofisindən əldə edilən vərəsəlik işinin surətindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadırlar. Beləliklə, borc alanın vəfat etdiyi tarixə qalan kredit borcu mirası qəbul etmiş vərəsə tərəfindən ödənilmədiyi üçün, borcun məhkəmə qaydasında tələb edilməsi zərurəti yaranmışdır. Bundan başqa, hazırki mübahisə üzrə iddia qiyməti ümumilikdə 726,83 manat olduğundan, bank tərəfindən 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı ödənilmişdir. Odur ki, "xxxx" ASC məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddia barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin tələblə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan; -"xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli sazişdən görünür ki, borcluya 12 ay müddətinə, illik 16 % olmaqla 1200 manat məbləğində kredit verilmişdir. - Sumqayıt “ASAN Xidmət” X4 tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2020-ci il tarixdə COVİD-19 virusu səbəbindən ölmüşdür. Sumqayıt “ASAN Xidmət” Mərkəzində Notariat Ofisində xx.xx.2020-ci il tarixdə vəfat etmiş X1 miras qalmış əmlaka dair açılmış vərəsəlik işinə əlavə edilmiş ərizədən görünür ki, Cavabdeh X1 qalmış miras əmlakı qəbul etmişdir. - "xxxx" ASC-nin 21 iyul 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 723,06 manat əsas, 3,77 manat faiz, cəmi 726,83 manat borcu vardır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, "xxxx" ASC-nin Sumqayıt filialı ilə X3 arasında bağlanmış BPM**********22 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 12 ay müddətinə illik 16 faiz ödəmək şərtilə 1200 manat məbləğində kredit verilmişdir. X3 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və ölüm faktı Sumqayıt “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınaraq, xx.xx.2020-ci il tarixdə ölüm haqqında şəhadətnamə verilmişdir. Kredit müqaviləsi üzrə borc qaldığından bank tərəfindən sorğu verilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisindən əldə edilən miras qalmış əmlaka dair açılmış vərəsəlik işinin surətindən müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdehdur. Eyni zamanda həmin vərəsəlik işindən aydın olur ki, miras əmlakı ünvan 2 ünvanında yerləşən 8 saylı mənzildən ibarətdir. Borc alanın vəfat etdiyi tarixə kredit müqaviləsi üzrə 723,06 manat əsas, 3,77 manat faiz borcu olmaqla, cəmi 726,83 manat məbləğində kredit borcu qaldığından, vərəsə olan cavabdehə öhdəliyin yerinə yetirilməsi haqqında bank tərəfindən xx.xx.2022-ci il tarixdə bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, öhdəlik yerinə yetirilməmişdir. Hazırda iddia ərizəsinə əlavə edilən maliyyə arayışına əsasən müqavilə üzrə xx.xx.2022-ci il tarixə 723,06 manat əsas, 3,77 manat faiz borcu olmaqla, cəmi 726,83 manat məbləğində kredit borcu ödənilməmiş qalmaqdadır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən müvafiq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, işi görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Eyni zamanda, “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2020-ci il tarixli qərarında qeyd etmişdir ki, qanunvericilik mirasın qəbulunun iki üsulunu, formal və qeyri-formal üsullarını müəyyən etmişdir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (Mülki Məcəllənin 1243.2-ci maddəsi). Beləliklə, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Belə iddialara məhkəmələrdə hansı qaydada baxılmasının qeyri-müəyyən olmasına dair müraciətedənin qənaəti ilə bağlı qeyd edilməlidir ki, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsinin mexanizmi mülki prosessual qanunvericiliklə müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, X3 iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. X3 xx.xx.2020-ci ildə sıradan çıxmışdır (ölməsi ilə əlaqədar). Cavabdeh X1 qalmış miras əmlakı qəbul etmişdir. Bank tərəfindən vərəsə Cavabdeh borcun qaytarılması barədə xəbərdarlıq olunmuşdur. Lakin Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək kredit müqaviləsinin tələblərini pozmuş və iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə əsas və faiz borcunun cavabdehdən tutulması hissədə iddia tələbi təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də təmin edilməli, iddianın qiyməti 1000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat məbləğində olmalıdır.(“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 726,83 manat olduğundan (723,06 manat əsas+ 3,77 manat faiz=726,83) iddiaçı tərəfindən ödənilmiş 30,40 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 284- 6-cı və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh BMP**********22 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 723,06 manat əsas, 3,77 manat faiz borcu olmaqla, cəmi 726,83 manat məbləğində kredit borcu, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının əvəzi tutularaq iddiaçı "xxxx" ASC -nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-5499/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5499/2022
05.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver