Məhkəmə qərarları › İş №e-2(060)-5502/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5502/2022

06.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5502/2022 06.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 vərəsəsi Cavabdeh 2205.46 manat əsas borc və ödənilmiş 43 dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödəilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, X4 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən borcluya 60 ay müddətinə, illik 29% olmaqla, 4.238 manat məbləğində kredit verilmişdir. xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə əsas borcu - 2205.46 manat məbləğində təşkil edir. xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X2 vərəsəsi – Cavabdehdur. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə iddiaya qarşı etiraz daxil olmuşdur. Etirazda bildirilmişdir ki, X4 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən borcluya 60 ay müddətinə, illik 29% olmaqla, 4.238 manat məbləğində kredit verilmişdir. Kredit müqavilələri üzrə tələb hüquqlarının ötürülməsinə dair xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən kredit borc üzrə tələb hüququ "xxxx" ASC-yə güzəşt edilmişdir. Bu barədə borcalana xx.xx.2016-ci il tarixli bildiriş təqdim olunmuşdur. Kredit müqaviləsinə əlavə edilən ödəniş cədvəlinə əsasən ödənişlər hər ay "xxxx" ASC tərəfindən ödənilən borcalanın əmək təqaüdündən tutulmuş, kredit üzrə ödənişlər həmişə vaxtmda və tam həyata keçirilmişdir. xx.xx.2019-cu ildə borcalan X4 vəfat etmişdir. X1 vəfat etməsi barədə “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Sumqayıt filialına məlumat verildikdə bankdan bildirilmişdir ki, borcalanın ölüm haqqmda şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti banka təqdim olunarsa qalan kredit borcu silinəcəkdir. Bankın tələbinə müvafiq olaraq borcalanın ölüm haqqmda şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti banka təqdim olunmuşdur. Bundan 3 il keçəndən sonra İddiaçı ASC tərəfindən borcalanın mirası üzrə varis kimi ona qarşı 2205.46 kreditin ödənilməsi tələbi ilə məhkəməyə müraciət edilmişdir. O, borcalandan qalan mirası əmlakdan tam pay hissədə - onun oğlu kimi Sumqayıt şəhər 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən açılmış vərəsəlik işi üzrə qəbul etmişdir. xx.xx.2020-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Qeyd olunanlarla əlaqədar olaraq hesab edir ki kredit müqavilələri üzrə tələb hüquqlarının ötürülməsinə dair xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən kredit borcu üzrə tələb hüququ "xxxx" ASC-yə güzəşt edildiyindən və bu barədə xx.xx.2016-cı il tarixdə bildiriş təqdim olunduğundan İddiaçı ASC bu kredit borcu üzrə tələbi irəli sürə bilməz. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında cavabdeh etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməməsini xahiş etdi. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - X4 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən X3 60 ay müddətinə, aylıq faiz dərəcəsi 29% olmaqla, 4.238 manat kredit vermişdir. - xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə X3 verilmiş **********337-05101- 093010 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 79.48 kv/m olan 4 otaqlı mənzildən ibarətdir. Sumqayıt şəhər 1 saylı notariat ofisinin xüsusi notariusu X6 həmin şəhadətnamənin həqiqiliyini təsdiq etmişdir. - Maliyyə arayışından görünür ki, X2 xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə 2205.46 manat əsas borcu vardır. - İddiaçının X1 ünvanına göndərilən xx.xx.2016-cı il tarixli bildiriş məktubundan görünür ki, İddiaçı ASC ilə "xxxx" ASC arasında imzalanmış kredit müqavilələri üzrə tələb hüquqlarının ötürülməsinə dair xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən İddiaçı ASC-nin borcalan X3 qarşı olan tələb hüququ mövcud olduğu həcmdə "xxxx" ASC-yə güzəşt edilmişdir. Həmin borc bildiriş borcalana təqdim edildiyi andan etibarən "xxxx" ASC qarşısında icra edilməlidir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, İddiaçı ASC ilə X4 arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən borcluya 60 ay müddətinə, aylıq faiz dərəcəsi 29% olmaqla, 4.238 manat kredit verilmişdir. İddiaçı ASC ilə "xxxx" ASC arasında imzalanmış kredit müqavilələri üzrə tələb hüquqlarının ötürülməsinə dair xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən İddiaçı ASC-nin borcalan X3 qarşı olan tələb hüququ mövcud olduğu həcmdə "xxxx" ASC-yə güzəşt edilmişdir. X4 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Onun vərəsəsi Cavabdeh miras əmlakını tam həcmdə qəbul etmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia hazırki tələbi irəli sürmək hüququ olmayan şəxs tərəfindən verildiyindən əsassızdır. Belə ki, İddiaçı ASC ilə "xxxx" ASC arasında imzalanmış kredit müqavilələri üzrə tələb hüquqlarının ötürülməsinə dair xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən İddiaçı ASCnin borcalan X3 qarşı olan tələb hüququ mövcud olduğu həcmdə "xxxx" ASC-yə güzəşt edilmişdir. Sözügedən məktuba iddiaçı tərəfindən münasibət bildirilmədiyindən məhkəmə bu xüsusatı işin mübahisəsiz halı kimi qiymətləndirmişdir. Məhkəmə verilmiş tələb daxilində işə baxaraq, məhkəmə araşdırması zamanı işin müəyyən edilmiş faktiki hallarına qiymət verərək bu qənaətə gəlir ki, iddia, iddia irəli sürmək hüququ olmayan şəxs tərəfindən verilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar