Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5523/2023 23.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X11 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “"xxxx" ASC ilə X7 arasında bağlanmış 08 iyul 2011-ci il tarixli N 541AİF saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2023-cü il tarixinə hesablanmış və ödənilməmiş 582.83 manat əsas borcun, 69.50 manat faiz borcunun və iddia qaldırılması üçün ödənilmiş 30.40 manat dövlət rüsumu olmaqla ümumilikdə 682.73 manat pulun Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X7 arasında bağlanmış 08 iyul 2011-ci il tarixli 541AİF saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə Sumqayıt şəhəri, 5-ci məhəllə, ev 13/34 saylı evin 10 saylı mənzilin alınması məqsədi ilə 300 ay müddətinə illik 8 faiz ödəmək şərti ilə 28000 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Kreditin təminatı qismində X7 xx.xx.2011-ci il tarixdə "xxxx" ASC ilə və satıcı X2 yaşayış sahəsinin alqı-satqı və ipoteka müqaviləsinin elementlərini özündə birləşdirən qarışıq müqavilə bağlamışdırlar. Alqı-satqı və ipoteka müqaviləsinin 1-ci bəndinə əsasən satıcı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 25 iyun 2011-ci il tarixli 14/3683 saylı arayışa əsasən yaşayış sahəsi 44.4 m2, Sumqayıt şəhəri, 5-ci məhəllə, ev 13/34 saylı evin 10 saylı mənzilini Alıcı-İpoteka qoyanın mülkiyyətinə vermişdir. Satılan mənzil Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Sumqayıt Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 08 dekabr 2010-cu il tarixli çıxarışa (seriya MA №0134180) əsasən satıcıya məxsusdur. Mənzilin satış qiyməti 36 000 manatdır, mənzilin dəyərinin 8000 manatı Alıcı-İpotekaya qoyanın özü tərəfindən, 28000 manatı isə Kreditor-İpoteka saxlayan tərəfindən 08 iyul 2011-ci il tarixli 541AİF saylı kredit müqaviləsinə əsasən Alıcı- İpoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. Kreditin məbləği 28000 manat, kreditin qaytarılma tarixi 541AİF saylı kredit müqaviləsinə uyğun olaraq vasaitlərin Alıcı- İpoteka qoyana faktiki təqdim etdiyi tarixdən 25 il müddətinə 08 iyul 20366-cı il tarixinədək, kredit üzrə illik faiz dərəcəsi 8%, kredit üzrə əsas borc və faizlər növbəti ayın 5-dən aylıq 216.11 manat məbləğində bərabər hissələrlə ödənilməsi nəzərdə tutulmuşdur. “Real Prays” qiymətləndirmə şirkətinin, 02 iyun 2011-ci il Bakı şəhərində tərtib edilmiş daşınmaz əmlakın qiymətləndirmə aktına əsasən ,ipoteka predmetinin bazar qiyməti 36000 manat dəyərində qiymətləndirilir. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. AR DİN BPQMİ-nin MAPS şöbəsindən əladə edilmiş məlumata əsasən borclunun vəfat etdiyi məlum olmuşdur. Bununla da elektron məlumat sistemindən götürülmüş məlumata əsasən “1 Saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzi”-ndə vərəsəlik işinin açılması müəyyən edilmişdir. Tərəflərindən verilmiş 14 iyul 2023-cü il tarixli AİD-2790/2023 saylı sorğularına cavab olaraq “1 Saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzi”-ndə fəaliyyət göstərən Notraiat ofisinin 18 iyul tarixli N-1685 saylı cavabında bildirilmişdir ki, 27 sentyabr 2021-ci il tarixdə vəfat etmiş X1 miras qalmış əmlak üzrə X9 və Cavabdeh “vərəslik hüququ haqqında” şəhadətnamə verilmişdir. Həmin şəhadətnamələrin surətləri banka təqdim edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 582.83 manat, faiz borcu 69.50 manat təşkil edir. Beləliklə cavabdehin xx.xx.2023-cü il tarixinə ümumi borcu 652.33 manat təşkil edir. 22 iyul 2016-cı il tarixdə Maliyyə Bazarlarına Nəzarət Palatasının müvafiq qərarına əsasən "xxxx" ASC-nin bank fəaliyyətinə dair lisenziyası ləğv edilmişdir. Azərbaycan İpoteka Fondu ASC ilə Bank "xxxx" ASC arasında imzalanmış 23 may 2011-ci il tarixli, 31 saylı xidmət müqaviləsinə əlavə olaraq 25 iyul 2016-cı il tarixli, 31-2507/16 saylı ipoteka kreditlərinin reyestrinə əsasən xidmət olunması üçün "xxxx" ASC-nin Azərbaycan İpoteka Fondu ASC xətti ilə verilmiş bütün ipoteka kreditləri Bank "xxxx" ASCyə təhkim edilmişdir. Bu barədə, cavabdehə dəfələrlə şifahi, yazılı və KİV hesabına məlumat verilmişdir. xx.xx.2010-cu il tarixli DYB-İP 000633 №-li ipoteka kağızına əsasən cavabdehə qarşı AR İpoteka və Kredit Zəmanət Fondunun tələb hüququ inodossament yolu ilə Bank "xxxx" ASC-yə verilmişdir. İddiaçının nümayəndəsi X10 ərizə ilə müraciət edərək, iddia tələblərini müdafiə etdiyini və gələcək iclaslarda işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmədə cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək bildirdi ki, onun qardaşı rəhmətə gedib. Qardaşı ipoteka ilə özünə ev almışdır. O, vəfat edərkən onun evinin iki aylıq ödənişi qalmışdır. O, qardaşının ölüm haqqında şəhadətnaməsini və digər sənədləri adiyyatı orqanlara təqdim etmişdir. Qardaşı ipotekaya ev alarkən kredit məbləği "xxxx" sığorta ASC-də sığortalanmışdır. "xxxx" sığorta ASCqardaşı vəfat etdikdən sonra onun qalan borcunu tam bağlamamış, 2 aylıq borcu qalmışdır. Onun anası yəni cavabdeh xəstədir, o, anasına tək baxır. Onların tələb olunan borcu ödəməyə imkanları yoxdur. Həmin borc "xxxx" sığorta ASC tərəfindən ödənilməli idi. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, №AS-İP-541AİF saylı “Alqı-satqı və ipoteka müqaviləsi”ndən görünür ki, X7 xx.xx.2011-ci il tarixdə "xxxx" ASC ilə və satıcı X2 yaşayış sahəsinin alqı-satqı və ipoteka müqaviləsinin elementlərini özündə birləşdirən qarışıq müqavilə bağlamışdırlar. Alqı-satqı və ipoteka müqaviləsinin 1-ci bəndinə əsasən satıcı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 25 iyun 2011-ci il tarixli 14/3683 saylı arayışa əsasən yaşayış sahəsi 44.4 m2, Sumqayıt şəhəri, 5-ci məhəllə, ev 13/34 saylı evin 10 saylı mənzilini Alıcı-İpoteka qoyanın mülkiyyətinə vermişdir. Satılan mənzil Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Sumqayıt Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 08 dekabr 2010cu il tarixli çıxarışa (seriya MA №0134180) əsasən satıcıya məxsusdur. Mənzilin satış qiyməti 36 000 manatdır, mənzilin dəyərinin 8000 manatı Alıcı-İpotekaya qoyanın özü tərəfindən, 28000 manatı isə Kreditor-İpoteka saxlayan tərəfindən 08 iyul 2011-ci il tarixli 541AİF saylı kredit müqaviləsinə əsasən Alıcı-İpoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. Kreditin məbləği 28000 manat, kreditin qaytarılma tarixi 541AİF saylı kredit müqaviləsinə uyğun olaraq vasaitlərin Alıcı-İpoteka qoyana faktiki təqdim etdiyi tarixdən 25 il müddətinə 08 iyul 20366-cı il tarixinədək, kredit üzrə illik faiz dərəcəsi 8%, kredit üzrə əsas borc və faizlər növbəti ayın 5-dən aylıq 216.11 manat məbləğində bərabər hissələrlə ödənilməsi nəzərdə tutulmuşdur. 22 iyul 2016-cı il tarixdə Maliyyə Bazarlarına Nəzarət Palatasının müvafiq qərarına əsasən "xxxx" ASC-nin bank fəaliyyətinə dair lisenziyası ləğv edilmişdir. Azərbaycan İpoteka Fondu ASC ilə Bank "xxxx" ASC arasında imzalanmış 23 may 2011-ci il tarixli, 31 saylı xidmət müqaviləsinə əlavə olaraq 25 iyul 2016-cı il tarixli, 31-2507/16 saylı ipoteka kreditlərinin reyestrinə əsasən xidmət olunması üçün "xxxx" ASC-nin Azərbaycan İpoteka Fondu ASC xətti ilə verilmiş bütün ipoteka kreditləri Bank "xxxx" ASC-yə təhkim edilmişdir.Bu barədə, cavabdehə dəfələrlə şifahi, yazılı və KİV hesabına məlumat verilmişdir. xx.xx.2010-cu il tarixli DYB-İP 000633 №-li ipoteka kağızına əsasən cavabdehə qarşı AR İpoteka və Kredit Zəmanət Fondunun tələb hüququ inodossament yolu ilə Bank "xxxx" ASC-yə verilmişdir. İşdə olan xx.xx.2011-ci il tarixli №541 AİF nömrəli “Kredit Müqaviləsi”nin surətindən görünür ki, "xxxx" ASC tərəfindən X5 illik 8 (səkkiz) faizlə 300 (üç yüz) ay müddətinə 28000 (iyirmi səkkiz min) manat məbləğində aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən, borcalan krediti və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəniş cədvəli ilə müəyyən olunmuş elə məbləğlərdə və elə müddətlərdə borcverənə qaytarmalıdır ki, kredit və kreditdən istifadəyə görə hesablanmış faizlər ən geci kreditin qaytarılmasının razılaşmada nəzərdə tutulmuş son tarixinə qədər tam həcmdə borcverənə ödənilmiş olsun. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 27 sentyabr 2021-ci ildə vəfat etmiş X3 vərəsələri bunlardır: ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh və o, miras əmlakdan ½ hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsinin xx.xx.2011-ci il tarixdə X6 verilmiş çıxarışa ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 44,4 kv.m olan mənzildən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdeh İ.A.Cəlilova vermiş, lakin cavabdeh öldükdən sonra, vərəsəliyi qəbul etmiş şəxs üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun iddiaçının qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Azərbaycan Respublikası Mülki Məcəllənin 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Mülki Məcəllənin 1306-cı maddəsinə əsasən, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Hazırda Cavabdeh kredit götürən X4 hüquqi varisi olduğu üçün borc tələbinin cavabdehdən tələb olunması əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı "xxxx" ASC ilə X7 arasında bağlanmış xx.xx.2011-ci il tarixli №541AİF saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixinə hesablanmış və ödənilməmiş 582 (beş yüz səksən iki) manat 83 (səksən üç) qəpik əsas borc, 69 (altmış doqquz) manat 50 (əlli) qəpik faiz borcunun və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik dövlət rüsumu olmaqla ümumilikdə 682 (altı yüz səksən iki) manat 73 (yetmiş üç) qəpik tutularaq Bank "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №e-2(060)-5523/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5523/2023
23.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver