Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5535/2025 13.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrindən tutulmasına dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3oğlu qızından xx.xx.2014-cü il tarixli CC/09512/41/27 saylı müqaviləyə əsasən 491,6 ABŞ dolları əsas, 351,51 ABŞ dolları faiz borcu olmaqla, cəmi 843,11 ABŞ dolları borcun və 35 manat məbləğındə ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli CC/09512/41/27 saylı müqaviləyə əsasən 1270 ABŞ dolları məbləğində kredit verilmişdir. Hazırda mərhum X1 491,6 ABŞ dolları əsas, 351,51 ABŞ dolları faiz borcu olmaqla, cəmi 843,11 ABŞ dolları borcu vardır. X3 xx.xx.2017-cı il tarixdə vəfat etmişdir. 1 saylı notariat ofisinin asan xidmət notariat qurumunun verdiyi şəhadətnaməyə əsasən X1 vərəsələri olmaqla, onlar miras qoyana məxsus əmlakı vərəsəlik qaydasında qəbul etmişlər. Beləliklə, borc alanın müqavilə üzrə kredit borcu mirası qəbul etmiş vərəsələr tərəfindən ödənilmədiyi üçün, borcun məhkəmə qaydasında tələb edilməsi zərurəti yaranmışdır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3oğlu qızı məhkəmə iclasında iddianı qəbul etmədilər. Onlar qeyd etdilər ki, borcun mövcudluğu barədə heç bir məlumatları olmamışdır. Bundan başqa, mübahisə üzrə iddia müddəti bank tərəfindən ötürülmüşdür. Onlar bu barədə məhkəməyə ərizələr təqdim etdilər. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2014-cü il tarixli CC/09512/41/27 saylı kredit müqaviləsindən görünür ki, X2 illik 28 faizlə 12 ay müddətinə 1270 ABŞ dolları məbləğində kredit verilmişdir. Vəsait həmin tarixli qəbzlə borclu tərəfindən şəxsən qəbul edilmişdir. - xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2017-ci il tarixdə ölmüş X1 vərəsələri Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3oğlu qızıdır. -xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, X1 xx.xx.2014-cü il tarixli CC/09512/41/27 saylı kredit müqaviləsi üzrə banka 491,6 ABŞ dolları əsas, 351,51 ABŞ dolları faiz borcu olmaqla, cəmi 843,11 ABŞ dolları borcu qalmışdır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, İddiaçı ASC ilə X3 arasında xx.xx.2014-cü il tarixli CC/09512/41/27 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ona illik 28 faizlə 12 ay müddətinə 1270 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. İşdən görünür ki, borcalan X3 xx.xx.2017-ci il tarixdə ölmüşdür. Notariat ofisi tərəfindən verilmiş məktubdan görünür ki, ondan qalmış mirası qəbul etmiş vərəsələri Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3oğlu qızı müvafiq notariat ofisinə müraciət etmiş və notariat ofisi tərəfindən onlara vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Təqdim edilmiş maliyyə arayışlarına əsasən, X1 xx.xx.2014-cü il tarixli CC/09512/41/27 saylı kredit müqaviləsi üzrə banka 491,6 ABŞ dolları əsas, 351,51 ABŞ dolları faiz borcu olmaqla, cəmi 843,11 ABŞ dolları borcu qalmışdır. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3oğlu qızı vərəsə kimi müəyyən olunmalarına baxmayaraq, İddiaçı ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişlər. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən ‘mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən ‘vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İşdən görünür ki, İddiaçı ASC ilə X3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli CC/09512/41/27 saylı kredit müqaviləsinə görə X1 borcu onun vərəsələri olan Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3oğlu qızından tutulmalıdır. Məhkəmə qeyd edir ki, qüvvədə olan mülki qanunvericiliyə görə vərəsələr miras aktivindən bəhrələndikləri kimi, miras passivinə görə bank qarşısında öhdəlik daşımalıdırlar. Bununla belə, işdən görünür ki, cavabdehlər hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermişdir. Yuxarıda da qeyd edildiyi kimi, öhdəlik yaradan kredit müqaviləsinin bitmə tarixinin xx.xx.2015-ci il olduğu müəyyən olunur. Hazırki iddia ərizəsindən isə görünür ki, o, məhkəməyə xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. Mülki Məcəllənin 372.1-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.1-ci maddəsinə görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır Həmin Məcəllənin 378-ci maddəsinə görə öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Yuxarıda da qeyd edildiyi kimi, kredit müqaviləsi üzrə iddia müddəti 3 il olduğundan bank hazırki tələblə məhkəməyə ən geci xx.xx.2018-ci il tarixdə müraciət etməli olduğu halda, bunu xx.xx.2025-ci il tarixdə etmiş, bununla da iddia müddətini ötürmüşdür. Buna görə də məhkəmə hesab edir ki, hazırki iddia təmin oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrindən tutulmasına dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov
Məhkəmə qərarları › İş №e-2(060)-5535/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5535/2025
13.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver