Məhkəmə qərarları › İş №e-2(060)-5563/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5563/2023

19.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5563/2023 19.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulmasına dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X3 vərəsələri Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 iddiaçı "xxxx" ASC-nin xeyrinə 61,30 manat borc, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin Sumqayıt filialı ilə X5 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, BPM**********96 №-li kredit müqaviləsinə əsasən Bank tərəfindənX4 42 ay müddətinə, illik 29 faiz dərəcəsi ilə hesablanmaqla, 1500 manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X1 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Sumqayıt şəhəri 3 saylı notariat ofisi tərəfindən verilən məlumata əsasən X3vərəsələri Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5,Cavabdeh4 xx.xx.2023-cü il tarixli 1332 saylı məktuba əsasən vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. xx.xx.2023cü il tarixli maliyyə arayışına əsasən, X3 Banka ödənilməmiş qalan 61,30 manat borcu qalmışdır. Eyni zamanda tərəflərindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün cəmi 30 AZN dövlət rüsumu və 0,40 AZN bank xidmət haqqı ödənilmişdir. Cavabdehlər X3 vərəsələri Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5,Cavabdeh4 vərəsə kimi müəyyən olunmasına baxmayaraq,"xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Beynəlxalq Bankı” ASC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdehlər məhkəmə baxış iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə mülki işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - iddiaçı "xxxx" ASC-nin Sumqayıt filialı ilə X5 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, BPM**********96 №-li kredit müqaviləsindən görünür ki, Bank tərəfindən X4 42 ay müddətinə, illik 29 faiz dərəcəsi ilə hesablanmaqla, 1500 manat kredit verilmişdir.. - "xxxx" ASC ilə "xxxx" ASC arasında imzalanmış “Kredit Müqavilələri üzrə Tələb Hüquqlarının Ötürülməsinə dair” 08 avqust 2016-cı il tarixli müqaviləyə əsasən "xxxx" ASC-nin X2 qarşı olan tələb hüququ mövcud olduğu həcmdə "xxxx" ASC-yə güzəşt edilmişdir. - Sumqayıt şəhəri 3 saylı notariat ofisi tərəfindən verilən məlumatdan görünür ki, X3 vərəsələri Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5,Cavabdeh4 xx.xx.2023-cü il tarixli 1332 saylı məktuba əsasən vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. - xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə ölmüş X3 vərəsələri Cavabdeh1 və Cavabdeh3dır və onların hər biri miras əmlakdan 1/3 pay almalıdır. - xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə ölmüş X3 vərəsəsi oğlu X9 öldüyü üçün, miras onun arvadı Cavabdeh4, oğlu Cavabdeh2va və qızı Cavabdeh5 keçir və onların hər biri miras əmlakdan 1/9 pay almalıdır. - xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, X3 "xxxx" ASC-yə 61,3 manat borcu vardır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçı "xxxx" ASCnin Sumqayıt filialı ilə X5 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, BPM**********96 №-li kredit müqaviləsinə əsasən Bank tərəfindənX4 42 ay müddətinə, illik 29 faiz dərəcəsi ilə hesablanmaqla, 1500 manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X1 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Sumqayıt şəhəri 3 saylı notariat ofisi tərəfindən verilən məlumata əsasən X3vərəsələri Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5,Cavabdeh4 xx.xx.2023-cü il tarixli 1332 saylı məktuba əsasən vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, X3 Banka ödənilməmiş qalan 61,30 manat borcu qalmışdır. Eyni zamanda tərəflərindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün cəmi 30 AZN dövlət rüsumu və 0,40 AZN bank xidmət haqqı ödənilmişdir. Cavabdehlər X3 vərəsələri Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5,Cavabdeh4 vərəsə kimi müəyyən olunmasına baxmayaraq,"xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ‘‘ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2-ci maddəsinə əsasən ‘‘qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən ‘‘mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən ‘‘vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1309-cu maddəsinə əsasən “vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar”. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən “icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır”. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən “öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır”. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə X3 borcu onun vərəsələri olan Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və övladları Cavabdeh2 Eldar oğlu, Cavabdeh5 Eldar qızından (qanuni nümayəndələri Cavabdeh4 vasitəsilə) tutulmalıdır. Ona görə də iddiaçının xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə borcun cavabdehlərdən tutulması hissədə iddia tələbi təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi təmin edildiyindən dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehlərdən ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, 61,3 manat borc, ödənilmiş 30 AZN dövlət rüsumunun və 0,40 qəpik bank xidmət haqqının əvəzi, cəmi 91,7 manat borcun Cavabdeh1 1/3 hissəsi, Cavabdeh3 1/3 hissəsi, Cavabdeh4 və övladları Cavabdeh2 Eldar oğlu, Cavabdeh5 Eldar qızından hər birindən 1/9 hissəsi (qanuni nümayəndələri Cavabdeh4 vasitəsilə) iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. 61,3 manat borc, ödənilmiş 30 AZN dövlət rüsumunun və 0,40 qəpik bank xidmət haqqının əvəzi, cəmi 91,7 manatın Cavabdeh1 1/3 hissəsi, Cavabdeh3 1/3 hissəsi, Cavabdeh4 və övladları Cavabdeh2 Eldar oğlu, Cavabdeh5 Eldar qızından hər birindən 1/9 hissəsi (qanuni nümayəndələri Cavabdeh4 vasitəsilə) iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar