Məhkəmə qərarları › İş №e-2(060)-5570/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5570/2023

13.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5570/2023 13.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi ilə, İddiaçı "Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 qarşı nağd pul krediti müqaviləsi üzrə pul tələbinə dair mülki işə 13 noyabr 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə X5 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 118218- CNS-4907/1 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə Banka borclu olduğu 1797,53 manat məbləğində əsas borc, 244,16 manat məbləğində faiz borcu, ümumilikdə 2041,69 manat, ”Bank VTB (Azərbaycan)” ASC ilə X5 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 118218-1-20119 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə Banka borclu olduğu 394,34 manat məbləğində əsas borc, 74,73 manat məbləğində faiz borcu, ümumilikdə 469,07 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 45,11 manat dövlət rüsumunun qanun üzrə vərəsələr Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 tutularaq İddiaçı ASC-nə ödənilməsi, tələbin Bank qarşısında girov ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən ev əşyaları – 1 ədəd “Samsung” televizor, 1 ədəd “Çinar” soyuducu, 1 ədəd paltar yuyan maşın, 1 ədəd kompyuter, 1 ədəd mebel, 1 ədəd divan kreslo əşyalarına yönəldilməsi, qeyd edilən əşyaların satışından götürülən məbləğ borcun ödənilməsinə yetərli deyilsə, tutmanın borclunun başqa əşyalarına yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X5 arasında bağlanmış xx.xx.2014-cüil tarixli 118218-CNS-4907 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən X4 istehlak məqsədilə illik 20 faiz hesablanması şərti ilə 36 ay müddətinə 12000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bank ilə X5 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 118218-CNS-4907 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı Razılaşmaya əsasən X5 xx.xx.2015-ci il tarixinə mövcud olan borcu Azərbaycan Respublikasının Mərkəzi Bankının məzənnəsi ilə konvertasiya edilərək 7645 manat məbləğində borcu illik 25 faiz hesablanması şərti ilə 19 ay müddətinə uzadılmışdır. X1 xx.xx.2015-ci il tarixli 118218- CNS-4907/1 saylı kredit müqaviləsi üzrə Banka ümumilikdə 2041,69 manat məbləğində borcu qalmışdır. Borc üzrə cərimə tətbiq edilməmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X5 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 118218-1-20119 saylı “kredit xətti müqaviləsi”nə əsasən X4 istehlak məqsədilə illik 28 faiz hesablanması şərti ilə xx.xx.2017ci il tarixədək 1890 manat məbləğində kredit verilmişdir. Bank tərəfindən verilmiş kreditin təminatı kimi ünvan 2 ünvanında yerləşən ev əşyaları – 1 ədəd “Samsung” televizor, 1 ədəd “Çinar” soyuducu, 1 ədəd paltar yuyan maşın, 1 ədəd kompyuter; 1 ədəd mebel, 1 ədəd divan kreslo Bank ilə X5 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 118218-14-206 nömrəli “Girov Müqaviləsi” əsasında Bank qarşısında girov ilə yüklü edilmişdir. X1 xx.xx.2015-ci il tarixli 118218-1-20119 saylı kredit müqaviləsi üzrə Banka ümumilikdə 469.07 manat məbləğində borcu qalmışdır. Borc üzrə cərimə tətbiq edilməmişdir. İddiyaya əlavə olunmuş ölüm haqqında şəhadətnamədən müəyyən etmək olur ki, kredit alan X5 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. 1 saylı Sumqayıt Regional “Asan Xidməti” Mərkəzində Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 134 saylı məktubuna əsasən xx.xx.2016-cı ildə vəfat etmiş X2 miras qalmış əmlaka dair xx.xx.2017-ci il tarixli 2V-314 reyestr nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamə, 2V-315 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və 3M-357 reyestr nömrəli miras payın bağışlanması müqaviləsi, xx.xx.2017-ci il tarixli 2V-332 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və 3M-377 reyestr nömrəli miras payının bağışlanması müqaviləsi sənədlərinin surəti Banka təqdim edilmişdir. xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X3 ölümü ilə əlaqədar vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri – arvadı Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 miras əmlakdan 1/3 hissədə pay almalıdırlar. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən miras ünvan 3 ünvanında yerləşən mənzil miras əmlakdan ibarətdir. xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X3 ölümü ilə əlaqədar vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri – arvadı Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 miras əmlakdan 1/3 hissədə pay almalıdırlar. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən miras Beynəlxalq Bank ASC mərkəzi filialında olan kart hesabında 4146,07 manat miras əmlakdan ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinin tələbinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Eyni zamanda Bank ilə girov qoyan arasında bağlanmış girov müqavilənin tələbinə əsasən borc alan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə girov saxlayanın girov predmetinə tutma yönəltmək hüququ vardır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəflərindən cavabdehlərə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilələrin şərtləri onların tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Tərəflərindən cavabdehlərə pretenziya qaydasında müraciət olunmuşdur. Ona görə də iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada (sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişlərə əsasən) məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini məhkəmədın xahiş etmişdir. Cavabdehlər isə məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci və 185.6-cı maddələrinə əsasən məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X5 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 118218-1-20119 saylı Kredit xətti müqaviləsindən görünür ki, bank tərəfindən X4 istehlak məqsədilə illik 28 faiz hesablanması şərti ilə xx.xx.2017-ci il tarixədək 1890 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2015-ci il tarixli 118218-14-206 nömrəli “Girov Müqaviləsi” əsasında Bank qarşısında girov müqaviləsi və həmin müqaviləyə 1 saylı Əlavəyə əsasən, xx.xx.2015-ci il tarixli 118218-1-20119 saylı Kredit xətti müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulunun təminatı olaraq ilə X4 məxsus ünvan 2 ünvanında yerləşən ev əşyaları – 1 ədəd “Samsung” televizor, 1 ədəd “Çinar” soyuducu, 1 ədəd paltar yuyan maşın, 1 ədəd kompyuter; 1 ədəd mebel, 1 ədəd divan kreslo İddiaçı Açıq Səhmdar Cəmiyyətinə girov qoyulmuşdur. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X5 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 118218-CNS-4907 saylı Nağd pul krediti müqaviləsindən görünür ki, bank tərəfindən X4 istehlak məqsədilə illik 20 faiz hesablanması şərti ilə 36 ay müddətinə 12000 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə X5 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 118218-CNS-4907saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2015-ci il tarixli, 01 saylı Razılaşmadan görünür ki, X5 xx.xx.2015-ci il tarixinə mövcud olan borcu Azərbaycan Respublikasının Mərkəzi Bankının məzənnəsi ilə konvertasiya edilərək 7645 manat məbləğində borcu illik 25 faiz hesablanması şərti ilə 19 ay müddətinə uzadılmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli, 3334P saylı bildirişdən görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 yazılı bildiriş ünvanlanmışdır. İşdə olan AZ-İ 836973 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2016-cı il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 1294 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan arayışdan görünür ki, X3 Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2015-ci il tarixli 118218-1-20119 saylı Kredit xətti müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə 394.34 manat məbləğində əsas borc, 74.73 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə isə 469.07 manat məbləğində borcu vardır. İş materiallarında olan arayışdan görünür ki, X3 Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2015-ci il tarixli Nağd pul Kredit xətti müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə 1797.53 manat məbləğində əsas borc, 244.16 manat məbləğində faiz borcu, ümumilikdə isə 2041.69 manat məbləğində borcu vardır. İşdə olan xx.xx.2017-ci il tarixli 2V-315 reyestr nömrəsi ilə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2016-cı il tarixdə ölmüş X3 vərəsələri Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 miras əmlakdan 1/3 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 4 ünvanında yerləşən mənzilin ½ hissəsindən ibarətdir. İşdə olan xx.xx.2017-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2016-cı il tarixdə ölmüş X3 arvadı Cavabdeh1 onların nikah dövründə əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ haqqında şəhadətnamə verilən əmlak ünvan 4 ünvanında yerləşən mənzildən ibarətdir. İşdə olan xx.xx.2017-ci il tarixli miras payın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh2 xx.xx.2017-ci il tarixli, 2V-315 reyestr nömrəsi ilə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ona düşən miras payını Cavabdeh1 bağışlamışdır. İşdə olan xx.xx.2017-ci il tarixli 2V-332 reyestr nömrəsi ilə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2016-cı il tarixdə ölmüş X3 vərəsələri Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 miras əmlakdan 1/3 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak X4 məxsus ******************** saylı kart hesabında 4146.07 manat qalıq məbləğdən ibarətdir. İşdə olan xx.xx.2017-ci il tarixli miras payın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh2 xx.xx.2017-ci il tarixli, 2V-332 reyestr nömrəsi ilə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ona düşən miras payını Cavabdeh1 bağışlamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X5 və "xxxx" (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2015-ci il tarixli 118218-1-20119 saylı Kredit xətti müqaviləsi və xx.xx.2015-ci il tarixli Nağd pul Kredit xətti müqaviləsi müqavilələri imzalanmışdır. İddiaçı Bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. X5 xx.xx.2016-cı il tarixdə ölmüşdür. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. İşdən görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə Bank tərəfindən cavabdehlərə xx.xx.2023-cü il tarixdə pretenziya qaydasında bildiriş göndərilmiş, lakin qanunda müəyyən edilmiş müddətin keçməsinə baxmayaraq cavabdehlər borcun ödənilməsini təmin etməmişdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2016-cı il tarixdə ölmüş X3 Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ibarət olmaqla 3 vərəsəsi var. Onların hər biri miras əmlakdan 1/3 hissədə pay almışdır. Miras əmlak ünvan 4 ünvanında yerləşən mənzilin ½ hissəsi və ******************** saylı kart hesabında qalan 4146.07 manat pul məbləğindən ibarətdir. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cavabdehlərin hər biri 1/3 hissədə X2 qalan miras əmlakı qəbul etdiklərindən və miras əmlakın məbləği hal-hazırda tələb edilən borc məbləğindən çox olduğundan cavabdehlərə münasibətdə iddia tələbi təmin edilməlidir. Məhkəmə onu da qeyd edir ki, Cavabdeh2 ona düşən miras payından imtina etməmiş, mirası qəbul etmiş və öz payını digər vərəsə Cavabdeh1 bağışlamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 münasibətdə də təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi Bank qarşısında girov ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən ev əşyaları – 1 ədəd “Samsung” televizor, 1 ədəd “Çinar” soyuducu, 1 ədəd paltar yuyan maşın, 1 ədəd kompyuter, 1 ədəd mebel, 1 ədəd divan kreslo əşyalarına yönəldilməsi, qeyd edilən əşyaların satışından götürülən məbləğ borcun ödənilməsinə yetərli deyilsə, tutmanın borclunun başqa əşyalarına yönəldilməsi hissəsində qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5-ci maddəsinə əsasən, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Məhkəmə hesab edir, xx.xx.2015-ci il tarixli 118218-1-20119 saylı Kredit xətti müqaviləsi üzrə yaranmış borcun ödənilməsi üçün tutmanın girov predmetinə - ünvan 1 ünvanında yerləşən ev əşyaları – 1 ədəd “Samsung” televizor, 1 ədəd “Çinar” soyuducu, 1 ədəd paltar yuyan maşın, 1 ədəd kompyuter, 1 ədəd mebel, 1 ədəd divan kreslo əşyalarına yönəldilməsi hissəsində iddia tələbi təmin edilməli, tutmanın borclunun başqa əşyalarına yönəldilməsi hissəsində isə təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı ASC ilə X5 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 118218-CNS-4907/1 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə Banka borclu olduğu 1797,53 manat məbləğində əsas borc, 244,16 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 2041,69 manat borcun 1/3 hissəsi Cavabdeh1, 1/3 hissəsi Cavabdeh3 və 1/3 hissəsi Cavabdeh2 tutulmalı, ”Bank VTB (Azərbaycan)” ASC ilə X5 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 118218-1-20119 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə Banka borclu olduğu 394,34 manat məbləğində əsas borc, 74,73 manat məbləğində faiz borcu, ümumilikdə 469,07 manat borcun 1/3 hissəsi Cavabdeh1, 1/3 hissəsi Cavabdeh3 və 1/3 hissəsi Cavabdeh2 tutulmalı, xx.xx.2015-ci il tarixli 118218-1-20119 saylı kredit müqaviləsi üzrə tutma Bank qarşısında girov ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən ev əşyaları – 1 ədəd “Samsung” televizor, 1 ədəd “Çinar” soyuducu, 1 ədəd paltar yuyan maşın, 1 ədəd kompyuter, 1 ədəd mebel, 1 ədəd divan kreslodan ibarət əşyalara yönəldilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia tələbi əsas hissədə təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 45.11 manat dövlət rusumu da cavabdehlərdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı ASC ilə X5 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 118218-CNS-4907/1 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə yaranmış 1797,53 (bir min yeddi yüz doxsan yeddi manat əlli üç qəpik) manat məbləğində əsas borc, 244,16 (iki yüz qırx dörd manat on altı qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 2041,69 (iki min qırx bir manat altmış doqquz qəpik) manat borcun 1/3 (üçdə bir) hissəsi Cavabdeh1, 1/3 (üçdə bir) hissəsi Cavabdeh3 və 1/3 (üçdə bir) hissəsi Cavabdeh2 tutulsun. İddiaçı ASC ilə X5 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 118218-1-20119 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə yaranmış 394,34 (üç yüz doxsan dörd manat otuz dörd qəpik) manat məbləğində əsas borc, 74,73 (yetmiş dörd manat yetmiş üç qəpik) manat məbləğində faiz borcu, ümumilikdə 469,07 (dörd yüz altmış doqquz manat yeddi qəpik) manat borcun 1/3 (üçdə bir) hissəsi Cavabdeh1, 1/3 (üçdə bir) hissəsi Cavabdeh3 və 1/3 (üçdə bir) hissəsi Cavabdeh2 tutulsun. xx.xx.2015-ci il tarixli 118218-1- 20119 saylı kredit müqaviləsi üzrə tutma Bank qarşısında girov ilə yüklü edilmiş ünvan 5 ünvanında yerləşən ev əşyaları – 1 ədəd “Samsung” televizor, 1 ədəd “Çinar” soyuducu, 1 ədəd paltar yuyan maşın, 1 ədəd kompyuter, 1 ədəd mebel, 1 ədəd divan-kreslodan ibarət əşyalara yönəldilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar