Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5586/2023 05.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının və övladları xx.xx.2009-cu il təvəllüdlü X10, xx.xx.2006-cı il təvəllüdlü X12 ilə birlikdə Sumqayıt şəhəri,18-ci mkr,ev 29, mənzil 56-a istifadə hüququnun tanınmasına və həmin mənzilə köçürülmələrinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 18-ci mkr, ev 29, mənzil 56 iddiaçının keçmiş qaynatası Cavabdeh mülkiyyətindədir. X7 iddiaçının keçmiş əridir. Onların xx.xx.2009-cu il təvəllüdlü X10, xx.xx.2006-cı il təvəllüdlü X12 adlı iki övladı vardır. İddiaçı ailə qurarkən həmin mübahisəli mənzilə gəlin köçmüşdür. Gəlin köçdüyü müddətdən cavabdeh və onun ailə üzvləri ilə birgə təsərrüfat idarə etmişdir. Bir müddət sonra evdə baş verən narazılıqlar nəticəsində iddiaçı ilə cavabdeh arasındakı nikah pozulmuşdur. Cavabdeh etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı qonşu binada yaşamış, cavabdehin oğlu Yaşarla ailə qurmaq barədə qərar verdikdən sonra, toy ərəfəsində cavabdeh, arvadı, Ülviyyənin atası və anası görüşüb söhbət edərkən onun valideynləri Ülviyyədən başqa övladları olmadığını, mənzilləri 4 otaqdan ibarət olduğunu, toydan sonra bir-iki il özlərinə məxsus mənzildə yaşadıqdan sonra Yaşarla Ülviyyə köçüb onlarla birlikdə yaşamasını istədiklərini, bunun üçün mənzillərində hər cür şərait və məişət əşyalarının olduğunu, Ülviyyənin bunu istədiyini bildirmişdir. Ülviyyənin özünün və ailəsinin fikri olduğu üçün razılığa gəlmişlər. Onların istəyi ilə yalnız gəlin otağı bəzədilmişdir və həmin otağa yataq dəsti yerləşdirilmişdir. Ailələr arasında razılıq olduğu üçün Ülviyyəyə başqa cehiz əşyaları verilməmişdir. 2006-cı ilin yanvar ayının 22-də toyları olmuş və o, cavabdehlərə aid evə gəlin köçmüşdür. Evə gəlin köçdükdən sonra iddiaçı həftənin 3-4 gününü cavabdehin evində, 2-3 gününü atası evində yaşayaraq valideynlərinə baxıb kömək etmişdir. Oğlunun və gəlininin xx.xx.2006-cı il tarixdə Aytac adlı bir uşaqları doğulmuşdur. Oğlu Yaşar 2003cü ildə həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra bu günə kimi “Yaşar” mebel firmasında mebel ustası işləyir. Aldığı maaşı ilə ailəsini saxlamış, gəlirlərinə hər ikisi istədiyi kimi sərəncam vermişlər. Yaşayış sahəsindən istifadə haqqı və kommunal xərclərin ödənilməsində iştirak etməmişlər. 2009-cu ilin mart ayında Ülviyyənin özü könüllü olaraq, əri ilə birgə qərarı əsasında və valideynlərinin istəyi ilə Yaşar və qızı Aytacla birlikdə daimi yaşamaq üçün atasının mənzilinə köçmüşdür. Evdən köçərkən gətirdiyi yataq dəstini özü ilə aparmışdır. Ülviyyə atası evində yaşayarkən 31 dekabr 2009-cu il tarixdə onların Ayxan adlı övladları anadan olmuşdur. 2020-ci ilin dekabr ayına kimi Ülviyyənin atasına məxsus evdə ər arvad birgə yaşamışlar. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-7092/2022 saylı, xx.xx.2022-ci il tarixli nikahın pozulması haqqında qətnamədə İddiaçı nümayəndəsinin izahatından göründüyü kimi tərəflər iki ildir ayrı yaşayırlar. 2020-ci ilin dekabr ayından oğlu Yaşar Ülviyyə ilə ailə münasibətləri pozulduqdan sonra qayıdıb onlarla bir mənzildə yaşayır. Qonşuların iştirakı ilə tərtib olunmuş Sumqayıt 19 saylı MİS-nin rəisi tərəfindən təsdiq olunmuş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, həqiqətən İddiaçı X7 ilə ailə qurduğu üçün 2006-cı ilin yanvar ayının 22-də onun atası Cavabdeh hal-hazırda mülkiyyətində olan Sumqayıt şəhəri, 18-ci mkr, 29 nömrəli evin 56 nömrəli mənzilinə gəlin köçmüş, xx.xx.2006-cı il tarixdə Aytac adlı bir uşaqları anadan olmuş, İddiaçı ailədə yeganə övlad olmuş, bir-iki il yaşadıqdan sonra əri ilə köçüb onun valideynlərinə məxsus mənzildə yaşamaları barədə ailələr arasında toylarından əvvəl əldə edilmiş razılıq olmuş, bu səbəbdən gəlin köçdüyü evə yalnız yataq dəsti gətirmiş, yaşadığı müddətdə əri Yaşarla ayrı təsərrüfat apararaq hər iki mənzildə yaşamış, 2009-cu ilin mart ayından özünün razılığı və əri ilə birgə qərarı əsasında,valideynlərinin istəyi ilə onların qonşu binada Sumqayıt şəhəri, 18-ci mkr, 21B nömrəli evin 31 saylı mənzilinə köçmüş, köçərkən özü cehiz gətidiyi yataq dəstini aparmış, həmin mənzildə yaşayarkən xx.xx.2009-cu il tarixdə Ayxan adlı övladları anadan olmuş, ailə münasibətləri pozulduğu 2020-ci ilin dekabr ayına kimi ər-arvad birgə həmin mənzildə yaşamışlar. Qonşuların iştirakı ilə tərtib olunmuş Sumqayıt 19 saylı MİS-nin rəisi Tərəfindən təsdiq olunmuş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, həqiqətən X12, X2 və onun uşaqları X17, Mailov Emil Adil oğlu ünvan 1 ünvanda yaşamırlar. X7 arvadı İddiaçı və qızı Qədirova Aytac 2009-cu ildən həmin ünvanda yaşamırlar. Yaşar Qədirov 2020-ci ilin dekabrından atasına məxsus evə qayıdıb gəlmişdir. Qeyd olunan ünvanda ailə üzvlərinin qeyd olunmasına baxmayaraq, bütün ailə üzvlərinin mənzil və məişət tullantılarının daşınması haqlarını mənzil sahibi Cavabdeh oğlu ödəmişdir. Yenə də 19 saylı MİİS-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh ailə üzvləri onun arvadı 1957-ci il təvəllüdlü X3, 1981-ci il təvəllüdlü oğlu Yaşar, 1983-cü il tarixli oğlu X8, onun arvadı X4, onun uşaqların 2010-cu il təvəllüdlü Elcan, 2014-cü il tavəllüdlü Səma və 2015-ci il təvəllüdlü Sonadır. İddiaçı özünün və onun valideynlərinin istəyi ilə cavabdehin mənzilində 3 il yaşadıqdan sonra 2009-cu ilin mart ayında könüllü olaraq əri və uşağı ilə birlikdə atasına məxsus evə köçməsi, həmin mənzildə əri və uşaqları ilə 10 il yaşaması, əri ilə ailə münasibətləri pozulduqdan sonra bugunədək yaşamaqda davam etməsi mənzildən könüllü köçüb getməsini təsdiq edir. iddiaçı 14 il bundan əvvəl könüllü olaraq cavabdehə məxsus mənzili tərk edib atasına məxsus mənzilə köçmüş, bu günə kimi uşaqları ilə birlikdə həmin mənzildə yaşayır. Həmin mənzildə daimi qeydiyyatı və ailə üzvü kimi yaşayış sahəsindən istifadə hüquqları var. Atası ölmüşdür, anası və iki uşağı ilə 4 otaqlı mənzildə rahat yaşayır. 3 ildir ərindən ayrı yaşayır, bir il bundan əvvəl də məhkəməyə ərizə verib rəsmi qaydada boşanmışdır. 14 ildən sonra isə hazırki iddia ilə məhkəməyə müraciət edir. Göründüyü kimi iddia qanunsuz və əsassız olduğu qədər də qərəzlidir. Cavabdehin yaşadığı 4 otaqdan ibarət mənzildə otaqların birində arvadı ilə cavabdeh, digərində kiçik oğlu Səfərlə arvadın, başqa otaqda oğlu Səfərin iki qızı, dördüncü otaqda 2020-ci ilin dekabr ayından iddiaçı ilə aralarında narazılıq olandan sonra evə qayıdan oğlu Yaşarla Səfərin oğlunun istifadəsindədir. Bu ailə üzvləri ilə yanaşı qızı və iki övladı da mənzilində qeydiyyatdadır və ailə üzvü kimi yaşayış sahəsindən istifadə hüquqlarına malikdirlər. İddiaçı bunları yaxşı bilir, yaşamağa tam şəraitli rahat evi olduğu halda bu iddiası qərəzli verilməsi barədə fikrini təsdiq edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi, tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdehə məxsus ünvan 3ında yerləşən 56 saylı mənzilə 2006-cı ilin yanvar ayında gəlin kimi köçmüşdür və həmin evdə 2009-cu ilə kimi yaşamışlar. 2009-cu ildən isə ailədaxili münaqişələr səbəbindən cavabdehə məxsus evdən çıxıb valideynləribə məxsus ünvan 2nda yerləşən 31 saylı mənzilə köçmüşlər. ünvan 2nda yerləşən 31 saylı mənzildə iddiaçı, cavabdehin oğlu, yəni iddiaçının keçmiş əri, övladları, iddiaçının atası və anası yaşamışdır. Keçmiş əri onun valideynləri ilə yola getmədiyinə görə pandemiya dövründə ünvan 2nda yerləşən 31 saylı mənzildən də çıxıb kirayə ev tutub yaşamağa başlamışlar. 1 il müddət ərzində cavabdehin oğlu ilə kirayədə yaşamışlar. 2022-ci ildə isə iddiaçı nikahın pozulması barədə məhkəməyə müraciət etmişdir. Hazırda da iddiaçı anasl ilə ünvan 2nda yerləşən 31 saylı mənzildə yaşayır. Hazırda cavabdeh, onun həyat yoldaşı, keçmiş əri ünvan 3ında yerləşən 56 saylı mənzildə yaşayırlar. ünvan 3ında yerləşən 56 saylı mənzilin gəlin kimi köçdüyü otağından istifadə haqqı istəyir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini qəbul etməyərək, etirazı müdafiə etdi, etirazın məzmununa uyğun izahat verdi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadə verərək bildirdi ki, cavabeh onun atası, iddiaçı isə keçmiş arvadıdır. İddiaçı ilə 2006-cı ilin yanvar ayında ailə qurmuş və ailə qurduqdan sonra 2009-cu ildə cavabdehə məxsus mənzildə yaşamışlar. Atasına məxsus mənzildən çıxmaqlarına ciddi səbəb olmamış, iddiaçı köçməkləri üçün təkid etmişdir. 2009-cu ildə iddiaçı ilə birlikdə iddiaçının valideynlərinə məxsus mənzilə köçmüş 2017-ci ilə kimi həmin mənzildə yaşamışlar. 2017-ci ildən sonra 1 il müddətinə iddiaçı ilə birlikdə başqa mənzildə kirayədə yaşamışlar. Bundan sonra aralarında elə ciddi bir səbəb olmasa da iddiaçı ilə aralarında olan nikah pozulmuşdur. Keçmiş arvadının atasına məxsus mənzilə köçməsinə etiraz etmir, lakin mənzil onun atasının mülkiyyətindədir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadə verərək bildirdi ki, cavabdeh onun əri, iddiaçı isə keçmiş gəlinidir. Ülviyyə oğlu ilə aiə qurduqdan sonra müvəqqəti olaraq ünvan 3ında yerləşən 56 saylı mənzilə gəlin köçmüş, daha sonra əvvəldən danışıldığı kimi gəlininin ailəsinə məxsus mənzilə oğlu ilə birikdə köçərək orada yaşamışdır. Daha sonra gəlini və oğlu gəlininin valideynlərinə məxsus evdən çıxmış və kirayədə yaşamışlar. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-7092/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə X7 ilə İddiaçı arasında olan Sumqayıt şəhər Nikah evində 10 aprel 2006-cı il tarixdə bağlanmış və 368 nömrə ilə qeyd edilmiş nikah qeydinin pozulması, nikahın pozulmasından sonra tərəflərin birgə nikahlarından olan xx.xx.2006-cı il təvəllüdlü X12 və xx.xx.2009-cu il təvəllüdlü X5 anaları İddiaçı himayəsinə verilməsi, X1 xx.xx.2006-cı il təvəllüdlü X12 və xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək hər ay hər uşağa 193 (bir yüz doxsan üç) manat olmaqla, ümumilikdə 386 (üç yüz səksən altı) manat miqdarında sabit pul məbləğində alimentin xx.xx.2022-ci il tarixdən başlayaraq tutulub İddiaçı verilməsi və iş üzrə verilmiş 50 (əlli) manat dövlət rüsumunun X1 alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin məlumatın təqdim olunması barədə məktubundan görünür ki, ərazi idarəsində mövcud olan arxiv materiallarına əsasən Sumqayıt şəhər X16 İcraiyyə Komitəsi Mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsinin xx.xx.1990-cı il tarixli 127/438 nömrəli orderinə, 19 saylı Mənzil İstismar Sahəsinin xx.xx.2007-ci il tarixli 5058 nömrəli 2 nömrəli forma arayışına, Sumqayıt şəhər 3 saylı dövlət notariat konturu tərəfindən təsdiq edilmiş, xx.xx.2007-ci il tarixli 7E-18444, 7E-18450, 7E-18445 xx.xx.2007-ci il tarixli 7E- 18487 nömrəli razılıq ərizələrinə əsasən ünvan 3ında yerləşən 56 saylı mənzil üzərində Cavabdeh tam mülkiyyət hüququ xx.xx.2007-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarış ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Sumqayıt şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi 19 saylı MKS-nin təsdiq etdiyi xx.xx.2023-cü il tarixli aktın əslindən görünür ki, İddiaçı X7 ilə ailə qurduğu üçün 2006-cı il yanvar ayının 22-də onun atası Cavabdeh hal-hazırda mülkiyyətində olan 18-ci mikrorayon, 29 saylı binanın 56-cı mənzilinə gəlin köçmüş, xx.xx.2006-cı il tarixində Aytac adlı bir uşaqları anadan olmuş, İddiaçı ailədə yeganə övlad olduğu üçün bir-iki il yaşadıqdan sonra əri ilə köçüb onun valideynlərinə məxsus mənzildə yaşamaları barədə ailələr arasında toydan əvvəl əldə edilmiş razılıq olmuş, bu səbəbdən gəlin köçdüyü evə yalnız yataq dəsti gətirmiş, yaşadığı müddətdə əri Yaşarla ayrı təsərrüfat apararaq hər iki mənzildə yaşamış, 2009-cu ilin mart ayından özünün razılığı ilə və əri ilə birgə valideynlərinin istəyi ilə onların qonşu binada Sumqayıt şəhəri, 18-ci mkr., 21b saylı evin 31-ci mənzilinə köçmüş, köçərkən cehiz gətirdiyi yataq dəstini aparmış, həmin mənzildə yaşayarkən xx.xx.2009-cu il tarixində Ayxan adlı övladları anadan olmuş, ailə münasibətləri pozulduğu 2020-ci ilin dekabr ayına kimi ər-arvad birgə həmin mənzildə - ünvan 4 ünvanında yaşamışlar. - Sumqayıt şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi 19 saylı MKS-nin təsdiq etdiyi xx.xx.2023-cü il tarixli aktın əslindən görünür ki, X12, X2 və övladları X17, Mailov Emil Adil oğlu 18-ci mikrorayon, ev 29, mənzil 56-da qeydiyyatda olmalarına baxmayaraq, bu ünvanda yaşamırlar. X7, həyat yoldaşı İddiaçı və qızları X12 2009-cu ildən 18-ci mikrorayon, ev 29, mənzil 56 ünvanında yaşamayıblar. X7 2020-ci ilin dekabr ayından 18-ci mikrorayon, ev 29, mənzil 56 ünvanına, yəni qeydiyyatda olduğu ünvana köçüb. 18-ci mikrorayon, ev 29, mənzil 56 ünvanında qeydiyyatda olmalarına baxmayaraq, bütün ailə üzvlərinin xidmət haqqı və məişət tullantılarının daşınıb zərərsizləşdirilməsinə görə olan borcları daima mənzil sahibi Cavabdeh ödəmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Cavabdeh oğlu Yaşarla 2006-cı ildən 2022-ci ilədək nikahda olmuşlar. Nikahda olduqları müddətdə 2006cı ildən mübahisəli mənzildə yaşamışlar. 2009-cu ildə könüllü olaraq birlikdə iddiaçının valideynlərinə məxxux mənzilə köçərək, 2019-cu ilədək orada yaşamışlar, bundan sonra 1 il müddətində kirayə mənzildə yaşadqdan sonra, münasibətləri pozulduğundan, iddiaçı uşaqları birlikdə valideynlarınə məxsus mənzilə qayıdaraq orada yaşayır, Yaşar Qədirov isə cavabdehə məxsus mənzilə köçərək orada yaşayır. İddiaçının cavabdehlə hər hansı bir etibarlı ailə əlaqələri mövcud deyil, iddiaçının yaşayış sahəsinə olan ehtiyacını cavabdehin evindən istifadə etməklə qarşılamaq məcburiyyəti yoxdur. İddiaçının mübahisəli mənzildən istifadə etmə ilə əlaqədar hüquqları yoxdur. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, tərəflər arasında mübahisəyə baxılarkən 2000-ci ilin sentyabr ayında qəbul edilmiş Mülki Məcəllənin normalarına istinad edilməlidir. Belə ki, İddiaçı mübahisəli mənzilə 2006-cı ildə köçmüş, 2009-cu ilədək orada yaşamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehin - mübahisəli mənzilin mülkiyyətçisinin qanunvericilikdə nəzərdə tutulmuş ailə üzvləri dairəsinə mənsub olmadığından, onun mənzilin mülkiyyətçisi ilə notariat qaydasında təsdiqlənən yazılı razılaşması mövcud olmadığından, eləcə də istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, mübahisəli evdən istifadə hüququ əmələ gəlməmiş, belə bir hüquqa malik olmamışdır. Ona görə də iddiaçının mübahisəli mənzildən istifadə hüququ yaranmadığı üçün oraya köçürülməsinin hüquqi əsası olmadığından iddia əsassızdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı onun övladları xx.xx.2009-cu il təvəllüdlü X10, xx.xx.2006-cı il təvəllüdlü X12 ilə birlikdə Sumqayıt şəhəri,18-ci mkr,ev 29, mənzil 56a istifadə hüququnun tanınmasına və həmin mənzilə köçürülmələrinə dair iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı övladları xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2006-cı il təvəllüdlü X12 ilə birlikdə Sumqayıt şəhəri,18-ci mikrorayon, ev 29, mənzil 56-ya istifadə hüququnun tanınmasına və həmin mənzilə köçürülmələrinə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-5586/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5586/2023
05.12.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver