Məhkəmə qərarları › İş №e-2(060)-5593/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5593/2023

13.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5593/2023 13.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3500 manat pul və ödənilmiş 55 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh 5-6 ildir ki, həyat yoldaşı Məcnunun qohumlarının vasitəsilə tanımışdır. Belə ki, cavabdeh 2021-ci ilin avqust ayında Sumqayıt şəhəri Karvan ticarət mərkəzində işlədiyi mağazaya gələrək 1 ay müddətinə 2000 manat pulu borc istəmiş, həmin pulu hansı məqsədlə almaq istədiyini soruşduqda cavabdeh evinin yaxınlığında torpaq sahəsi olduğunu və ucuz qiymətə alıb baha qiymətə satdıqdan sonra pulunu verəcəyini demişdir. İddiaçı da ertəsi gün 2000 manat pulu gətirib işlədiyi Karvan ticarət mərkəzində cavabdehə vermiş, üzərindən bir müddət keçməsinə baxmayaraq cavabdeh borcunu hələ də qaytarmamışdır. Cavabdehlə bir-birlərini bir neçə müddətdir tanıdıqlarına və aralarında etibar olduğu üçün onlar öz aralarında hər hansı bir yazılı əqd bağlamamışlar. Bu səbəbdən yaşadıqları evdə iddiaçı və həyat yoldaşı arasında mübahisə yaranmışdır. Həmin mübahisə zamanı məlum olmuşdur ki, Cavabdeh iddiaçıdan 2000 manat borc almasına baxmayaraq, iddiaçının həyat yoldaşından da 1500 manat borc almışdır. İddiaçı və onun həyat yoldaşı dəfələrlə cavabdehdən onlardan aldığı 3500 manat məbəğindəki borcu qaytarmasını tələb etsələr də cavabdeh bundan imtina etmişdir. Hadisə ilə bağlı iddiaçı Sumqayıt ŞPİ-yə ərizə ilə müraciət edərək Cavabdeh o və həyat yoldaşından aldığı 3500 manat borc pulun ondan alınıb qaytarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin 30 may 2023-cü il tarixli "cinayət işinin başlamasının rədd edilməsi barədə" qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət etmişlər. İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, mülki iş üzrə iddia tələbini müdafiə etdiklərini və mülki işə onların iştirakı olmadan baxılmasını, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh elektron qaydada bildiriş göndərilməklə qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş, lakin buna baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə əsasən mülki işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti maraqlı şəxslərə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sumqayıt Şəhər Prokuroruna göndərilmiş, toplanmış təhqiqat materialı saxlanması üçün Sumqayıt ŞPİ-nin 5-ci PB-nin dəftərxanasına təhvil verilmişdir. Həmin qərarın məzmunundan görünür ki, xx.xx.2023-cü il tarixdə Şamaxı rayonu, Göylər kəndində yaşayan Qasımov Abbas Şahnəsib oğlu Sumqayıt ŞPİ-yə ərizə ilə müraciət edərək Cavabdeh onun Sumqayıt şəhəri, Yaşıl dərə bağları ərazisində yerləşən torpaq sahəsini satıb pulunun 2000 manatını mənimsədiyini, eləcə də Cavabdeh Mənzərə adlı qadını da aldadıb 3500 manat pulu alıb geri qaytarmadığını bildirmiş, bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir. Daxil olmuş müraciət araşdırma aparılmasından ötrü xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin 5-ci PB-nin törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatlarının qeydiyyatı kitabında NK-1/515 nömrə ilə qeydiyyata alınmışdır. Araşdırma zamanı tərəflər arasında olan pul məsələsinin mülki xarakterli olduğu və araşdırılma səlahiyyətlərinin Mülki və Mülki Prosessual Məcəllənin 149-cu və 150-ci maddələrində qeyd edilən əsaslar ilə cavabdehin qeydiyyata olduğu və ya yaşadığı ünvan üzrə rayon, şəhər məhkəmələrinin səlahiyyətində olduğu müəyyən edilmişdir. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Şamaxı rayonu, Göylər kəndində yaşayan Qasımov Abbas Şahnəsib oğlu Sumqayıt ŞPİ-yə ərizə ilə müraciət edərək Cavabdeh onun Sumqayıt şəhəri, Yaşıl Dərə bağları ərazisində yerləşən torpaq sahəsini satıb pulunun 2000 manatını mənimsədiyini, eləcə də Cavabdeh Mənzərə adlı qadını da aldadıb 3500 manat pulunu alıb geri qaytarmadığını bildirmiş, bu barədə qanuni tədbir görülməsini xahiş etmiş, lakin araşdırma zamanı toplanmış materialda hər hansı bir cinayət əməlinin və ya inzibati qayda pozuntusunun tərkib əlamətləri müəyyən edilmədiyindən aparılmış araşdırmanın yekunu kimi cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmçinin araşdırma zamanı izahatı alınmış Cavabdeh izahatında bildirmişdir ki, Abbas adlı şəxsi 7- 8 il olar ki, onun yaxın qohumu Mövlanın vasitəsi ilə tanımışdır. Belə ki, Abbasın yaşadığı Şamaxı rayonu, Göylər kəndi ərazisindəki evində bir neçə dəfə qonaq olmuşdur. 2021-ci ilin oktyabr ayında Abbasın yaşadığı evdə qonaq olarkən Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi ərazisində Abbas özünə məxsus 3 sot torpaq sahəsi olduğunu və həmin torpaq sahəsinin satılmasında ona köməklik göstərməyini ondan xahiş etmişdir. O da həmin torpaq sahəsinin satılmasında ona köməklik göstərməyi söz vermiş və üzərindən təxminən 2 ay keçdikdən sonra sözü gedən torpaq sahəsinə müştəri tapmışdır. Həmin müştəri torpaq sahəsini 4000 manata almaq istədiyini demiş, həmin vaxt Abbasa zəng vuraraq torpaq sahəsini 4000 manat almaq istəyən şəxsin olduğunu demiş, Abbas onunla razılaşmış və o, torpaq sahəsini adını bilmədiyi şəxsə 4000 manata satmışdır. Həmin pulun 1000 manatını Abbasın qohumu Sakitin vasitəsi ilə Abbasa göndərmiş, qalan 3000 manatı isə Abbasa zəng vuraraq borcları olduğu üçün yaxın vaxtda qaytarmaq şərti ilə götürmək istədiyini demiş, Abbas da onunla razılaşaraq həmin pulu istifadə etməyinə icazə vermişdir. O, həmin pulla borclarını bağlamışdır. Sonra isə Abbasa olan 3000 manat pul borcundan onun qohumu Mövlanın vasitəsi ilə 1000 manat da göndərmişdir. Onun Abbasa hal-hazırda 2000 manat pul borcu vardır. Həmin pulu da xx.xx.2023-cü il tarixdə Abbasa ödəyəcəyinə söz vermişdir. Əlavə olaraq izahatında Mənzərə adlı xanımı da Mövlanın vasitəsi ilə tanıdığını, Mənzərənin həyat yoldaşı Məcnun adlı şəxsdən 2020-ci ilin iyul ayında 1500 manat borc pul aldığını, üzərindən 1 ay keçdikdən sonra isə onun həyat yoldaşı Mənzərədən də 2000 manat borc pul aldığını bildirmiş, həmin pulları isə halhazıradək maddi imkanı zəif olduğu üçün ödəyə bilmədiyini, Məcnuna və həyat yoldaşı Mənzərəyə ümumillikdə 3500 manat pul borcu olduğunu, həmin borcu da 6 ay müddətinə ödəyəcəyinə söz verdiyini qeyd etmişdir. Məhkəmə iclasında iş materiallarında olan sübutlar əsasında müəyyən edildi ki, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh izahatında Mənzərə adlı xanımı da Mövlanın vasitəsi ilə tanıdığını, Mənzərənin həyat yoldaşı Məcnun adlı şəxsdən 2020-ci ilin iyul ayında 1500 manat borc pul aldığını, üzərindən 1 ay keçdikdən sonra isə onun həyat yoldaşı Mənzərədən də 2000 manat borc pul aldığını bildirmiş, həmin pulları isə hal-hazıradək maddi imkanı zəif olduğu üçün ödəyə bilmədiyini, Məcnuna və həyat yoldaşı Mənzərəyə ümumillikdə 3500 manat pul borcu olduğunu, həmin borcu da 6 ay müddətinə ödəyəcəyinə söz verdiyini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci və 14.2.6-cı maddələrinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir; 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinə verdiyi izahatında 2000 AZN manat pul vəsaitini iddiaçıdan aldığını qəbul etmişdir. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 55 manat məbləğində dövlət rüsumu ödəmiş və iddiaçı həmin məbləği cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarının izahına görə, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2015-ci il tarixli Qərarına istinadən qeyd edir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd olunmalıdır ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəası ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, cinayət işi üzrə məhkəmənin qüvvəyə minmiş qərarı hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir, hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik resjudicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. Bununla belə məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2000 manat məbləğində pul vəsaiti alınaraq, İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.Bundan əlavə məhkəməyə iddiaçı tərəfindən təqdim olunmuş sübutların iddianın əsasını sübuta yetirmək məqsədi daşıdığından, məhkəmə bu qənaətə gəlir ki, onların təqzibi ilə bağlı heç bir sübut məhkəmə mübahisəsinin predmeti olmamışdır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərkən, onun əsası iddiaçı tərəfindən cavabdehdən 1500 manat məbləğin tələb etmək hüququnun iddiaçıya deyil, onun həyat yoldaşına məxsus olması baxımından pul məbləği verən şəxs tərəfindən mübahisələndirilməsinə maneçilik görmür. Bundan əlavə cavabdehin iş materiallarında olan sübutu təqzib edən dəlillərinin nədən ibarət olmasının təsdiq olunmamasıdır. Məhkəmə iddia tələbinin qismən təmin edilməsi qənaətinə gələrkən cavabdehin polis orqanında İddiaçı 2000 manat pul götürməsi barədə verdiyi izahata əsaslanaraq, 1500 manat məbləğin cavabdehdən tələb edilməsinin hüquqi əsası sübut edilmədiyindən məhkəmə iddia tələbinin qismən təmin edilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 55 manat dövlət rusumunun 40 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, 15 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh 2000 (iki min) manat məbləğində pul və 40 (qırx) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2000 (iki min) manat məbləğində pul və 40 (qırx) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar