Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5606/2023 06.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh borca görə yanvar 2019-cu il tarixdən verilmuş 190 min ABŞ doları əsas borc, MM-nin 445.7-ci maddəsinə görə illik beş faiz dərəcəsi ilə hesablanmış 38250 ABŞ dolları, mənəvi ziyana görə 10000 ABŞ dolları, cəmi 238250 (iki yüz otuz səkkiz min iki yüz əlli) ABŞ dolları (405025 AZN manatla) (dörd yüz beş min 025) Cavabdeh tutularaq İddiaçı ödənilməsi, vəkillə bağlanan müqaviləyə görə 320 manat Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2015-ci il tarixdən 2022-ci il tarixədək müddətdə ayrı-ayrı vaxtlarda avtomobil alqı-satqısı adı ilə tanıdığı Cavabdeh 190 min ABŞ dolları məbləğində pul vermiş, həmin puldan borc kimi iddiaçıya ödəyəcəyi 238250 ABŞ dolları pulunu qaytarmamışdır. xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər prokurorluğuna müraciət edib pulunun alınıb iddiaçıya verilməsi barədə qərar qəbul etməsini xahiş etmişdir. Fakta görə xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər prokurorluğu tərəfindən Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət işi başlanmış, 20 iyul 2022-ci ildə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhə edildiyinə görə şübhəli şəxs qismində barəsində həbsqəti imkan tədbiri seçilmişdir. İddiaçı özünə qarşı yaratdığı inam və etibardan suiistifadə etməklə əmlakını etibardan sui istifadə etmə və ya aldatma yolu ilə vahid qəsdlə külli miqdarda pul vəsaitini ələ keçirmək məqsədilə şərikli avtomobil alqı-satqısı ilə məşğul olub qazanc əldə edəcəklərinə dair yalan vədlər verib inandıraraq 2016-cı ilin dekabr ayının əvvəllərində Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində yerləşən "xxxx" ASC-nin inzibati binasının qarşısında həmin tarixdə 1 ABŞ dollarının satış məzənnəsi 1,700 manat olan 10000 ABŞ dollarını, 2017-ci ilin mart ayının əvvəllərində və 2018-ci ilin mart ayının əvvəllərində Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində yerləşən "xxxx" ASC-nin qarşısında hər dəfəsində həmin tarixdə 1 ABŞ dollarının satış məzənnəsi 1,700 manat olan 10000 ABŞ dolları olmaqla cəmi 30000 ABŞ dolları pulunu ələ keçirmiş, bundan əlavə Azərbaycan Respublikası Mənzil X4 tabeliyində olan "xxxx" MMC-də yeni tikiləcək evləri şərikli təmir etməklə qazanc əldə edəcəklərimə dair yalan vədlər verib aldadaraq həmin tarixdə 1 ABŞ dollarının satış məzənnəsi 1,70 manat olan 50000 ABŞ dolları pulunu Sumqayıt şəhəri, ünvan 1 ünvanında yerləşən Sumqayıt filialının qarşısında ələ keçirmiş bundan başqa kriptovalyuta satışı ilə məşğul olmaqla külli miqdarda qazanc əldə edəcəyinə dair iddiaçıya yalan vədlər verib aldadaraq 2019-cu ilin ortalarında Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən "xxxx" ASC-nin qarşısında həmin tarixdə 1 ABŞ dollarının satış məzənnəsi 1,700 manat olan 110000 ABŞ dolları pulunu ələ keçirərək iddiaçının etibarından sui-istifadə etmə və ya aldatma yolu ilə külli miqdarda, cəmi 323000 (üç yüz iyirmi üç min) manat pul vəsaitini ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Əvvəldən tanıdığı Zaur adlı şəxsin iddiaçının etibarından suiistifadə edərək iddiaçıya məxsus 190 min ABŞ dolları pulu ələ keçirməsi olmuşdur. Belə ki, iddiaçı Zauru uşaq vaxtlarından tanıyır. Onunla hər zaman aralarında dostluq münasibətləri olmuş, hər hansı ədavət və ya düşmənçilikləri olmamışdır. 2011-ci ildə Zaurla Sumqayıt şəhəri ərazisində görüşüb həmsöhbət olduqları zaman X8 adlı şəxsin sürücüsü işlədiyini öyrənmişdir. Kamal Orucovu həmin vaxt qiyabi tanısa da, sonradan həmin şəxslə aralarında münasibət yaranmış və hazırda mütəmadi olaraq Kamal Orucovla görüşüb həmsöhbət olmuşlar. 2015-2016-cı illər ərzində iddiaçı Sumqayıt şəhəri ərazisində avtomobil satış mərkəzi açmış, həmin salona satış üçün müxtəlif modellərdə avtomobillər gətirirmişdir. O ərəfələrdə Zaur da bir ya iki dəfə iddiaçının salonuna satmaq üçün avtomobil gətirmişdir. İddiaçı, Zaurdan avtomobil almaq üçün pulu haradan əldə etdiyini soruşduqda, Zaur həmin pulları ona ailə üzvlərinin verdiyini söyləmişdir. Bundan sonra Zaur iddiaçıya birgə avtomobil gətirib satışını həyata keçirməyi təklif etmiş və başlanğıc olaraq iddiaçıdan 10000 (on min) ABŞ dolları istəmişdir. İddiaçı, həmin pulu ona 2016-ci ilin dekabr ayının əvvəllərində Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən "xxxx" ASC-yə məxsus binanın qarşısında öz avtomobilində Zaura vermişdir. Bundan sonra Zaur avtomobil satışı ilə bağlı işləri daha da genişləndirəcəyi və yüksək məbləğdə qazanc əldə edəcəklərinə dair iddiaçıya yalan vədlər verərək 2017-ci ilin mart ayının əvvəllərində və bir il sonra 2018-ci ilin mart ayının əvvəllərində Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən "xxxx"ASC-nin qarşısında onun öz avtomobilində hər dəfəsində 10000 (on min) ABŞ dolları olmaqla, ümumilikdə 20000 (iyirmi min) ABŞ dolları pul almışdır. Bununla Zaur guya iddiaçı ilə maşın alveri edəcəyi adı ilə onu aldadaraq 30000 (otuz min) ABŞ dolları pulunu ələ keçirmişdir. İddiaçı həmin ərəfələr Zaurdan qazancı nə vaxtda götürəcəkləri ilə bağlı suallar versə də, Zaur hər dəfəsində iddiaçıdan qısa müddətə möhlət istəyərək və ya digər bəhanələrlə söhbətdən yayınmış, iddiaçı Zaurun özü ilə uşaqlıqdan dostluq etmişdir, iddiaçının ailəsi Zauru, həmçinin Zaurun ailəsi iddiaçını yaxından tanıdığı üçün iddiaçı Zaurun dələduzluq edəcəyinə inanmamış, düşünmüşdür ki, Zaur iddiaçıdan aldığı pullarla onların işlərini yönəldir və zamanı çatanda iddiaçı həmin işlərdən yüksək qazanc əldə edəcəkdir. Bundan başqa 2019-cu ilin yanvar ayında Zaurla həmsöhbət olduqları zaman Zaur iddiaçıya Kamal Orucovun Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Ağentliyinin tabeliyində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində yüksək vəzifədə işlədiyini və Kamalın ona həmin binada olan mənzillərin tamirini həvalə edəcəyini bildirmişdir. İddiaçı, X5 sürücüsü işlədiyini bildiyi üçün ona inanmışdır. Zaur iddiaçıya həmin evləri təmir etməkdə ona şərik olmağı təklif etmiş və işə başlamaq üçün 50000 (əlli min) ABŞ dolları pula ehtiyacının olduğunu demişdir. İddiaçı tərəddüd etmədən 50000 (əlli min) ABŞ dolları pulu 2019-cu ilin yanvar ayının ortalarında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Sumqayıt şəhəri, ünvan 3 ünvanında yerləşən Sumqayıt filialının qarşısında Zaura vermişdir. Zaur pulu iddiaçıdan aldıqdan sonra mənzillərin təhvil verilməsini gözləməli olacaqlarını bildirib, yalnız təhvil verildikdən sonra həmin mənzillərin təmirinə başlayacaqlarını demişdir. İddiaçı, Zaura inandığı üçün Kamal Orucova zəng edib ondan bu barədə heç bir məlumat almamışdır, halbuki həmin vaxt iddiaçının Kamal Orucovla telefon əlaqəsi olmuşdur. Artıq 2019-cu ilin ortalarında iddiaçı Zaurdan verdiyi pulları geri istəməyə başlamışdır. Çünki ona verdiyi pullardan qazanc əldə etməmiş artıq iddiaçıda Zaura qarşı müəyyən söhbətlərin yaranmasına səbəb olmuşdur. Lakin Zaurla hər gün görüşdüklərindən, görüş zamanı Zaur işlərin hansı formada inkişaf etdiyindən iddiaçıya elə danışmışdır ki, onda özünə qarşı olan bütün şübhələri yox etmişdir. Həmin ilin sentyabr ayının əvvəllərində Zaur zəng edib iddiaçı ilə görüşmək istədiyini bildirdiyindən onlar Zaurla elə həmin gün görüşmüşlər. Görüş zamanı Zaur iddiaçıya Elçin adlı tanışının kriptovalyuta işi ilə məşğul olduğunu və eyni zamanda həmin işdən aylıq olaraq yüksək məbləğdə qazanc əldə etdiyini bildirmişdir. İddiaçı, Zaura kriptovalyutadan anlayışının olmadığını dedikdə Zaur iddiaçıya bunun üçün onların biliyinə gərək olmadığını, Elçinə yol verəcəkləri təqdirdə Elçinin özünün bütün işləri aparacağını və onlara da aylıq qazanclarını verəcəyini bildirmişdir. İddiaçı, Zaurdan Elçinə nə qədər pul verməli olduqlarını soruşduqda, Zaur iddiaçıya kriptovalyutada yüksək məbləğdə qazanc əldə etmək istəyirlərsə, yüksək məbləğdə də yatırım etməli olduqlarını demiş və iddiaçıdan 110000 (bir yüz on min) ABŞ dolları pul istəmişdir. İddiaçı ilk əvvəl tərəddüd etsə də, Zaur iddiaçını arxayın salmışdır ki, həmin pul batmayacaq və əlavə üzərində qazanc da əldə edəcəklər. İddiaçı Zaura inadığı üçün həmin ayın sonlarında 110000 (bir yüz on min) ABŞ dolları pulu Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən "xxxx" ASC-nin qarşısında Zaura vermişdir. Bundan sonra Zaur iddiaçıya üç ay müddətində aylıq 500 (beş yüz) ABŞ dolları pul versə də, sonradan ölkə ərazisində elan olunmuş pandemiya ilə əlaqədar işlərin zəiflədiyini bildirib pul verməkdən imtina etmişdir. Beləliklə də 2019-cu ilin sentyabr ayından etibarən Zaur hər dəfəsindən bir bəhanə etməklə iddiaçını pullarını qaytarmaqdan yayınmışdır. Zaurla aralarında olan dostluq münasibətlərinə görə, həmçinin onun valideynlərinə görə iddiaçı, 3 ilə yaxın müddət ərzində ondan şikayət etməyərək gözləmişdir, lakin Zaurun pulları qaytarmaq fikrinin olmadığını gördüyü üçün ondan Sumqayıt şəhər prokurorluğuna şikayət etmişdir. İddiaçının uzun müddət pul vəsaitindən istifadə edən Cavabdeh kifayət qədər faydalanmış, iddiaçıya 50 min dollar məbləğində həmin dövrlər ərzində ziyan vurmuşdur. Belə ki, hər il üçün qanunvericiliyin tələbinə görə ondan 5 % ümumi məbləğdə pul tutularaq verilməlidir. 2019-cu ilin yanvar ayından 2023-cü ilin iyul ayınadək olan müddətdə 190 min ABŞ dollar pulun ödəməməsi nəticəsində iddiaçı bu müddət üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. İddiaçıya olan pul borcunun 4 il 6 ay gecikdirilmiş müddət üçün 38250 ABŞ dolları məbləğində (64096.4 manat) olduğuna görə, 190 min ABŞ dolları ilə birlikdə borc məbləği 228250 ABŞ dolları borc təşkil edir. Pulu ödəmədiyinə görə iddiaçı vəkillə müqavilə bağlamaq məcburiyyətində qalmış və ona görə əlavə 320 manat xərcə düşmüşdür. Buna görə də hazırkı iddia ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçı Cavabdeh iddia tələbini qismən qəbul edərək iddiaçıya 50000 ABŞ dolları borcu olduğunu bildirdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Sumqayıt şəhər Polis İdarəsinin istintaq Şöbəsinin müstəntiqi X3 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin icraatına xitam verilməsi barədə qərarda olan, hazırkı mülki iş üzrə Cavabdeh ifadəsindən görünür ki, İddiaçı və X2 onun barəsində Sumqayıt şəhər prokurorluğuna etdikləri müraciətlərlə tanış olmuşdur. Həmin müraciətlərində göstərdikləri xüsusatlar üzrə bildirmişdir ki, o, İddiaçıla uşaqlıq dostudur. 2019-cu ilin iyun ayında İddiaçı ona təklif etmişdir ki, "xxxx" MMC-nin Sumqayıt şəhər filialında tikilən evlərin təmirini birgə həyata keçirsinlər. O, Orxanla razılaşmış və həmin işi görməyi o öz öhdəsinə götürmüşdür. Həmin ayın sonlarında İddiaçı ona 50000 (əlli min) ABŞ dolları pul vermişdir. İddiaçı aldığı həmin pulun müqabilində bir sıra işlər görmüş və həmin ilin iyul ayından etibarən 2020-ci ilin fevral ayınadək olan müddət ərzində İddiaçı aylıq 5000 (beş min) manat pul ödəmişdir. Ümumilikdə almış olduğu 50000 (əlli min) ABŞ dolları pulun müqabilində o, İddiaçı 48000 (qırx səkkiz min) manat pul ödəmişdir. Pandemiya ilə əlaqədar işlər zəiflədiyindən o, İddiaçı növbəti aylarda pul ödəyə bilməmişdir. Bundan başqa İddiaçı 2015-ci ildə avtomobil alqı-satqısını həyata keçirməsi üçün ona ümumilikdə 30000 (otuz min) ABŞ dolları pul vermişdir. Həmin vaxtlar onun işləri yüksək səviyyədə irəlilədiyindən o, İddiaçı aldığı pulun qarşılığında ona hazırda dəqiq məbləğini xatırlamasa da, ondan aldığı məbləğdən artıq məbləğdə pul qaytarmışdır. Avtomobil alqı-satqısı ilə bağlı İddiaçı aldığı pula görə onun Orxana borcu yoxdur. Bundan əlavə olaraq bildirmişdir ki, o, 2019-cu ilin əvvəllərində Elçin adlı şəxslə tanış olmuşdur. Həmin şəxs kriptovalyuta ilə məşğul olduğunu və həmin işdən yüksək məbləğdə qazanc əldə etdiyini bildirmişdir. O, Elçinə həmin işdən anlayışının olmadığını bildirəndə Elçin ona bunun üçün sadəcə yatırım etməyin kifayət etdiyini bildirmişdir. Belə ki, Elçinin təklifi ilə ona verəcəyi 110000 (bir yüz on min) ABŞ dolları pulun müqabilində Elçin ona aylıq olaraq 6500 (altı min beş yüz) ABŞ dolları pul ödəyəcəkdir. O, Elçinin bu təklifini İddiaçı demişdir. Orxan razılaşmış və Elçinin təklifi ilə ona 110000 (bir yüz on min) ABŞ dolları pul vermişdir. O həmin pulu Elçin adlı şəxsə vermişdir. Elçin ona verdiyi pulun müqabilində 10 ay müddətində aylıq 6500 (altı min beş yüz) ABŞ dolları pul vermişdir. O həmin puldan 500 (beş yüz) ABŞ dolları pulu özünə götürüb qalan 6000 (altı min) ABŞ dolları pulu Orxana vermişdir. Lakin sonradan pandemiya ilə əlaqədar Elçin ona pul verməyi dayandırdığı üçün o, Orxana pul verə bilməmişdir. İddiaçı almış olduğu 110000 (bir yüz on min) ABŞ dolları pulun müqabilində o, Orxana 60000 (altmış min) ABŞ dolları pul ödəmiş və ona bu günədək 50000 (əli min) ABŞ dolları pul borcu qalmışdır. xx.xx.2022-ci il tarixli cinayət işinin icraatına xitam verilməsi barədə qərarda olan İddiaçı ifadəsindən görünür ki, Sumqayıt şəhər prokurorluğuna ərizə ilə o müraciət etmişdir. Müraciətinə səbəb əvvəldən tanıdığı Zaur adlı şəxsin onun etibarından suiistifadə edərək ona məxsus 190 min ABŞ dolları pulu ələ keçirməsi olmuşdur. Belə ki, o, Zauru uşaq vaxtlarından tanıyır. Onunla hər zaman aralarında dostluq münasibətləri olmuş, hər hansı ədavət və ya düşmənçilikləri olmamışdır. 2011-ci ildə Zaurla Sumqayıt şəhəri ərazisində görüşüb həmsöhbət olduqları zaman X8 adlı şəxsin sürücüsü işlədiyini öyrənmişdir. Kamal Orucovu həmin vaxt qiyabi tanısa da, sonradan həmin şəxslə aralarında münasibət yaranmış və hazırda mütəmadi olaraq Kamal Orucovla görüşüb həmsöhbət olmuşlar. 2015-2016-cı illər ərzində o, Sumqayıt şəhəri ərazisində avtomobil satış mərkəzi açmış, həmin salona satış üçün müxtəlif modellərdə avtomobillər gətirmişdir. O ərəfələrdə Zaur da bir ya iki dəfə onun salonuna satmaq üçüb avtomobil gətirmişdir. O, Zaurdan avtomobil almaq üçün pulu haradan əldə etdiyini soruşduqda, Zaur həmin pulları ona ailə üzvlərinin verdiyini deyirmiş. Bundan sonra Zaur ona birgə avtomobil gətirib satışını həyata keçirməyi təklfi etmiş və başlanğıc olaraq ondan 10.000 (on min) ABŞ dolları istəmişdir. O, həmin pulu ona 2016-cı ilin dekabr ayının əvvəllərində Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən “DəmirBank" ASC-yə məxsus binanın qarşısına öz avtomobilində Zaura vermişdir. Bundan sonra Zaur avtomobil satışı ilə bağlı işləri daha da genişləndirəcəyi və yüksək məbləğdə qazanc əldə edəcəklərinə dair ona yalan vədlər verərək 2017-ci ilin mart ayının əvvəllərində və bir il sonra 2018-ci ilin mart ayının əvvəllərində Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən "DəmirBank” ASC-nin qarşısında onun öz avtomobilində hər dəfəsində 10000 (on min) ABŞ dolları olmaqla, ümumilikdə 20000 (iyirmi min) ABŞ dolları pul almışdır. Bununla Zaur guya onunla maşın alveri edəcəyi adı ilə onu aldadaraq 30000 (otuz min) ABŞ dolları pulunu ələ keçirmişdir. O həmin ərəfələr Zaurdan qazancı nə vaxtda götürəcəkləri ilə bağlı suallar versə də, Zaur hər dəfəsində ondan qısa müddətə möhlət istəyərək və ya digər bəhanələrlə söhbətdən yayınmışdır. O, Zaurun özü ilə uşaqlıqdan dostluq etmiş, onun ailəsi Zauru, həmçinin Zaurun ailəsi onu yaxından tanıdığı üçün o, Zaurun dələduzluq edəcəyinə inanmamışdır. Düşünmüşdür ki, Zaur ondan aldığı pullarla onların işlərini yönəldir və zamanı çatanda o həmin işlərdən yüksək qazanc əldə edəcəkdir. Bundan başqa 2019-cu ilin yanvar ayında Zaurla həmsöhbət olduqları zaman Zaur ona Kamal Orucovun Azərbaycan Respublikasının Mənzil X4nin tabeliyində “MİDA " Məhdud Məsuliyyətli Cəmiyyətində yüksək vəzifədə işlədiyini və Kamalın ona həmin binada olan mənzillərin təmirini həvalə edəcəyini bildirmişdir. O, X5 sürücüsü işlədiyini bildiyi üçün ona inanmışdır. Zaur ona həmin evləri təmir etməkdə ona şərik olmağı təklif elmiş və işə başlamaq üçün 50000 (əlli min) ABŞ dolları pula ehtiyacının olduğunu demişdir. O, tərəddüd etmədən 50000 (əlli min) ABŞ dolları pulu 2019-cu ilin yanvar ayının ortalarında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Sumqayıt şəhəri, ünvan 3 ünvanında yerləşən Sumqayıt filialının qarşısında Zaura vermişdir. Zaur pulu ondan aldıqdan sonra mənzillərin təhvil verilməsini gözləməli olacaqlarını bildirib, yalnız təhvil verildikdən sonra həmin mənzillərin təmirinə başlayacaqlarını demişdir. O, Zaura inandığı üçün Kamal Orucova zəng edib ondan bu barədə heç bir məlumat almamış, halbuki həmin vaxt onun Kamal Orucovla telefon əlaqələri olmuşdur. Artıq 2019-cu ilin ortalarında o, Zaurdan verdiyi pulları geri istəməyə başlamışdır. Çünki ona verdiyi pullardan qazanc əldə etməməsi artıq onda Zaura qarşı müəyyən şübhələrin yaranmasına səbəb olmuşdur. Lakin Zaurla hər gün görüşdüklərindən, görüş zamanı Zaur işlərin hansı formada inkişaf etdiyindən ona müsbət fikirlərlə danışmışdır ki, onda özünə qarşı olan bütün şübhələri yox etmişdir. Həmin ilin sentyabr ayının əvvəllərində Zaur zəng edib onunla görüşmək istədiyini bildirdiyindən onlar Zaurla elə həmin gün görüşmüşlər. Görüş zamanı Zaur ona Elçin adlı tanışının kriptovalyuta işi ilə məşğul olduğunu və eyni zamanda həmin işdən aylıq olaraq yüksək məbləğdə qazanc əldə etdiyini bildirmişdir. O, Zaura kriptovalyutadan anlayışının olmadığını dedikdə Zaur ona bunun üçün onların biliyinə gərək olmadığını, Elçinə pul verəcəkləri təqdirdə Elçinin özünün bütün işləri aparacağını və onlara da aylıq qazanclarını verəcəyini bildirmişdir. O, Zaurdan Elçinə nə qədər pul verməli olduğuqlarını soruşduqda, Zaur ona kriptovalyutada yüksək məbləğdə qazanc əldə etmək istəyirlərsə yüksək məbləğdə də yatırım etməli olduqlarını demiş və ondan 110000 (bir yüz on min) ABŞ dolları pul istəmişdir. O, ilk əvvəl tərəddüd etsə də, Zaur onu inandırmışdır ki, həmin pul batmayacaq və əlavə üzərində qazanc da əldə edəcəklər. O Zaura inandığı üçün həmin ayın sonlarında 110000 (bir yüz on min) ABŞ dolları pulu Sumqayıt şəhəri, 6-cı mikrorayon ərizisində yerləşən “DəmirBank" ASC-nin qarşısında Zaura vermişdir. Bundan sonra Zaur ona üç ay müddətində aylıq 500 (beş yüz ) ABŞ dolları pul versə də, sonradan ölkə ərazisində elan olunmuş pandemiya ilə əlaqədar işlərin zəiflədiyini bildirib pul verməkdən imtina etmişdir. Beləliklə də, 2019-cu ilin sentyabr ayından etibarən Zaur hər dəfəsindən bir bəhanə etməklə onun pullarını qaytarmaqdan yayınmışdır. Zaurla aralarında olan dostluq münasibətlərinə görə, həmçinin onun valideynlərinə görə o, 3 ilə yaxın müddət ərzində ondan şikayət etməyərək gözləmiş, lakin Zaurun pulları qaytarmaq fikrinin olmadığını gördüyü üçün ondan Sumqayıt şəhər prokurorluğuna şikayət etmişdir. xx.xx.2022-ci il tarixli cinayət işinin icraatına xitam verilməsi barədə qərarda olan şahid qismində dindirilən X1 ifadəsindən görünür ki, Cavabdeh və İddiaçı xeyli müddədir ki, tanıyır. Belə ki, Cavabdehla aralarında 2010-cu ildən dostluq əlaqələri mövcuddur. İddiaçıla Sumqayıt Dövlət Universitetində tarix falkültəsində paralel qruplarda oxumuş, həmin vaxtdan onu qiyabi tanısa da, sonradan Zaur vasitəsilə aralarında münasibət yaranmışdır. O özü kripto pulların alqı-satqısı ilə məşğul olur. Hazırda Ukrayna Respublikasında davam edən müharibə ilə əlaqədar ölkə ərazisində olan banklardan pulların çıxarılması əməliyyatı dayandırıldığından o da öz fəaliyyətini dondurmuşdur. 2019cu ilin aprel ayında Zaurla görüşüb həmsöhbət olduqları zaman o, Zaura gördüyü işlər barəsində məlumat vermişdir. Zaur kripto pulların alqı-satqısına maraq göstərdiyi üçün ona təklif elmişdir ki, o, İddiaçıla görüşüb ona ətraflı məlumat versin. Həmin ilin aprel ayının 15də o, Zaur, Orxan və Asif adlı şəxs Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən “Təndir" restoranında görüşmüşlər. Həmin vaxt o onlara kripto alqı-satqısı ilə bağlı ətraflı məlumat vermişdir. Söhbət əsnasında Zaur 10000 (on min) ABŞ dolları vəsaiti yatıracağı təqdirdə aylıq qazancı barədə sual vermiş, o isə ona həmin pulun müqabilində ona ilkin olaraq 2000 (iki min) ABŞ dolları verə biləcəyini demişdir. Zaur onunla razılaşmışdır. Həmin vaxt yanlarında Orxan və Asif olsalar da, onlar edilən söhbətə heç bir müdaxilə etməmişlər. Bundan 3 gün sonra, xx.xx.2019-cu ildə o, Zaurla Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən “Panorama” restoranında görüşmüş və Zaur ona 10000 (on min) ABŞ dolları pul vermişdir. Həmin vaxt onların yanında Asif olmuşdur. Aralarında olan razılığa əsasən o ayın sonu Zaura 2000 (iki min) ABŞ dolları pul verməli olmuşdur. Zaurla görüşdən təxminən 1 həftə sonra o Asiflə birlikdə Ukrayna Respublikasına getmişdir. Həmin ayın sonu o Cavabdeh kart hesabına 2000 (iki min) ABŞ dolları pul göndərmişdir. Bundan sonra Zaur onların yanına Ukraynaya getmişdir. Bir neçə gün onlarla birlikdə qaldıqdan sonra Zaur geri qayıtmışdır. Zaur Sumqayıt şəhərinə geri qayıtdıqdan 5 gün sonra, yəni xx.xx.2019-cu ildə ona 20000 (iyirmi min) ABŞ dolları pul göndərmişdir. O, Zaurun ona ilkin vermiş olduğu 10000 (on min) ABŞ dolları pula görə ona ilk əvvəl 2000 (iki min) ABŞ dolları, növbəti ayın 5-dək isə vermiş olduğu 20000 (iyirmi min) ABŞ dolları pula görə ona əlavə olaraq 2000 (iki min) ABŞ dolları, ümumilikdə 4000 (dörd min) ABŞ dolları pul göndərmişdir. xx.xx.2019-cu ildə isə Zaur onun hesab nömrəsinə 27000 (iyirmi yeddi min) ABŞ dolları pul göndərmiş və Zaurun onda ümumilikdə 57000 (əlli yeddi min) ABŞ dolları pulu olmuşdur. O, həmin aydan etibarən 4 ay müddətində Cavabdeh aylıq 6000 (altı min) ABŞ dolları pul göndərmişdir. Hər ilin sonuncu ayı, yəni dekabr ayında banklarda sistemlər sıfırlanmaları üçün dondurulduqlarından o, Zaura pul göndərə bilməmişdir. 2020-ci ildən etibarən isə pandemiya ilə əlaqədar demək olar ki, bütün işlər tənəzüllə uğradığından o Zaura pul göndərə bilməmişdir. 2021-ci ilin may ayının 17-də o, Cavabdeh 1000 (bir min) ABŞ dolları pul göndərmişdir. 2022-ci ilin fevral ayının əvvəllərində isə o, Cavabdeh Orxan və Kamal adlı şəxslərə borclu olduğunu eşitmişdir. Zaurun təkidli israrlarından sonra o İddiaçı 6000 (altı min) ABŞ dolları pul göndərmişdir. Onun Cavabdeh hazırda 50000 (əlli min) ABŞ dolları borcu vardır. Sumqayıt şəhər Polis İdarəsinin istintaq Şöbəsində istintaqı aparılmış ********* saylı cinayət işinin istintaqı zamanı İddiaçı ilə Cavabdeh arasında aparılmış üzləşmənin protokolundan görünür ki, İddiaçı ifadə verərək qeyd edir ki, Cavabdeh onu aldadaraq ümumilikdə 190000 ABŞ dolları vəsaitini ələ keçirmişdir, buna cavab olaraq Cavabdeh bildirir ki, qeyd edilən məbləğdə pulu İddiaçı iş görmək adı ilə almışdır, işlər alınmadığı üçün pulu qaytara bilməmişdir, pulu olan kimi həmin məbləği İddiaçı qaytaracaqdır. Qeyd edilən üzləşmə dindirmə protokolu İddiaçı, Cavabdeh və onun müdafiəçisi tərəfindən imzalanmışdır. - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 14 saylı Vəkil Bürosunun hüsabına 320 manat köçürülmüşdür. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh müəyyən işlər görərək gəlir əldə etmək adı ilə iddiaçı Orxan Həsənovdan ümumilikdə 190000 ABŞ dolları pul almışdır. Qeyd edilən məbləğdə pulu iddiaçıdan aldığını cavabdeh etiraf edir, lakin həmin puldan hazırda iddiaçıya 50000 ABŞ dolları borcu qaldığını qeyd edir. Məhkəmə cavabdehin etirazına tənqidi yanaşır, belə ki, Sumqayıt şəhər Polis İdarəsinin istintaq Şöbəsində istintaqı aparılmış ********* saylı çinayəti işinin istintaqı zamanı şahid qismində dindirilmiş və hazırkı mülki işdə tərəf olmayan X1 istintaq zamanı qeyd etdikləri ilə Cavabdeh hazırda qeyd etdikləri ziddiyyətli olmaqla yanaşı, sonuncunun cinayət işinin istintaqı zamanı 190000 ABŞ dolları məbləğində İddiaçı borcu olduğunu və həmin borcu qaytaracağını qeyd etməsi də hazırkı mülki iş üzrə verdiyi izahatla tam ziddir. Həmçinin cinayət işinin istintaqı zamanı İddiaçı ilə Cavabdeh arasında aparılmış üzləşmə zamanıda Cavabdeh 190000 ABŞ dolları borcunun olduğunu etiraf edərək, pulu olan kimi həmin məbləği İddiaçı tam qaytaracağını qeyd etmişdir. Cavabdeh iddiaçıdan 190000 ABŞ dolları məbləğində pul aldığını etiraf edir, lakin hazırda 50000 ABŞ dolları borcu olduğunu qeyd etsə də, 140000 ABŞ dollarını hansı tarixlərdə, hansı şəraitdə qaytarmasına dair hər hansı bir sübut təqdim edə bilmir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbində göstərilir ki, 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı 190000 ABŞ dollarını ələ keçirməklə, hüquqi əsas olmadan cavabdehin hesabına əsassız varlanmışdır. Ona görə də iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Məhkəmə iddia tələbinin MM-nin 445.7-ci maddəsinə görə illik beş faiz dərəcəsi ilə hesablanmış 38250 ABŞ dolları vəsaitin Cavabdeh alınaraq İddiaçı ödənilməsinə dair hissəsinə münasibətdə bildirir ki, hazırkə tələb əsassız varlanma ilə bağlıdır, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında kredit müqaviləsi üzrə borc öhdəlikləri üçün beş faiz dərəcəsi ilə hesablanmış vəsaitin tutulması qeyd edildiyindən iddia tələbi bu hissədə təmin edilə bilməz. Sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Mülki Məcəllədə həmçinin göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2.). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına əsasən - Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Qeyd edilən Qərarda göstərilir ki, hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə iddia tələbinin mənəvi ziyana görə 10000 ABŞ dolları vəsaitin Cavabdeh alınaraq İddiaçı ödənilməsinə dair hissəsinə münasibətdə bildirir ki, iddiaçı tərəfindən mənəvi ziyanın dəyməsi ilə bağlı sübutlar iş materiallarına əlavə edilməmişdir. Ona görə də iddia tələbi bu hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbinin hüquqi yardımın əvəzinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi ilə bağlı hissəsində hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, hüquqi yardım üçün vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun əvəzinin tələb edilməsi hissəsinə münasibətdə qeyd edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən iddianın qiyməti 100000 manatdan ******* manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 390 manat + 10000 manatdan yuxarı iddia qiymətinin 0,1 %-i qədər olmalıdır. Hazırda iddia tələbinin təmin edilən hissəsi 190000 ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikasının manat məzənnəsi nəzərə alınmaqla) olduğundan (190000x 1,70(1USD=170 AZN) = 613 manat) Cavabdeh 696 manat ödənilmiş dövlət rüsumunun 613 əvəzi tutularaq İddiaçı verilməli, ödənilmiş 83 manat iddiaçının özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh əsassız varlanma nəticəsində əldə etmiş olduğu 190000 ABŞ dolları borc (ödəniş gününə Azərbaycan Respublikasının manat məzənnəsi nəzərə alınmaqla), vəkilə ödənilmiş 320 manatın əvəzi, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi 613 manat tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh əsassız varlanma nəticəsində əldə etmiş olduğu 190000 ABŞ dolları borc ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə, iddiaçının vəkilə ödədiyi 320 manatın əvəzi və ödənilmiş dövlət rüsumunun əvəzi 613 manat tutularaq İddiaçı ödənilsin. Ödənilmiş Dövlət rüsumunun 83 manatı İddiaçı özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-5606/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5606/2023
06.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver