Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-561/2023 29.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı, Cavabdeh, Cavabdeh nümayəndəsi-vəkil Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçıya vurduğu 9500 manat maddi zərərin və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 70 manat dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nə ərizə ilə şikayət edərək Sumqayıt şəhəri Qurd dərəsi bağlar massivində yaşayan bağ qonşusu Cavabdeh tərəfindən iddiaçıya məxsus bağ sahəsinin hasarlarının sökülməsi və ağaclarının zədələnməsi və bu barədə tədbir görülməsi ilə bağlı DİN-in rəhbərliyinə etdiyi müraciəti ilə əlaqədar Sumqayıt ŞPİ 1-ci PB-nə müraciət etmişdir. Müraciətində Sumqayıt şəhəri Qurd dərəsi bağlar massivində yerləşən iddiaçıya məxsus bağ evinin həyətyanı sahəsinin daş hasarının iddiaçı tərəfindən tikilməsini, təxminən xx.xx.2022-ci il tarixdən başlayaraq tədricən hissə hissə hasarın qonşuluğunda yaşayan qardaşı Cavabdeh tərəfindən söküldüyünü və ağaclarının zədələndiyini bildirmişdir. Bu səbəbdən də iddiaçıya 9500 manat məbləğində maddi ziyan dəydiyini bildirmişdir. Bundan sonra izahatlar alınmış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq, ünvan 29 nömrəli bağ evində yaşayan Cavabdeh, bağ qonşusu və qardaşı İddiaçı ilə həyətyanı sahəsinin hasarını sökməyinin səbəbini qardaşı İddiaçı hasarın dibinə su buraxması nəticəsində hasarın bir hissəsinin aşması və digər hissəsini də söküb setkadan hasar çəkməsini bildirmiş və bu səbəbdəndə qardaşı İddiaçı ilə aralarında mübahisə yaranmışdır. Əslində söhbət yerin zəbt olunmasından və buna iddiaçının etirazından başlamışdır. Hətta dava zamanı iddiaçının üzərinə Cavabdeh kəsici alətlə gələrək demişdir ki, səni doğrayıb tökərəm. Hətta utanmadan uzun illər vətən uğrunda vətənə qulluq etmiş oğlu Elçin Abdulzadəni dilinə dolayaraq bildirmişdir ki, yaxşı oldu ki, oğlun ölüb, o yoxdur, sən də buralar da görünmə. Başın bədəninə ağırlıq etməsin deyərək iddiaçını ölümlə hədələmişdir. Bu da azmış kimi işlədiyi yerdə Müzəffərin oğlu Murad iddiaçını təhqir edərək ictimaiyyət içərisində biabır etmişdir. Burada onun məqsədi özünün tutduğu cinayəti ört-basdır etmək olmuşdur. Belə ki, Cavabdeh iddiaçının həyətindən 8000-9000 manat məbləğində tikinti materiallarını da mənimsəmişdir. Bu haqda sahə müvəkkilinə bildirsə də, sahə müvəkkili bildirmişdir ki, iddiaçı onun həyətinə girməyə ixtiyarı çatmır. Hətta hasar sökülən zaman sahə müvəkkili və qardaşı Mürşüd də orada olmuşdur. Bu səbəbdən Sumqayıt ŞPİ 1-ci PB-nin baş təhqiqatçısı polis mayoru Ruslan Vəliyev tərəfindən iddiaçıya məxsus Sumqayıt şəhəri Qurd dərəsi bağlar massivində yerləşən bağ sahəsində tək daşla 9 daş hündürlüyündə inşa edilmiş daş hasarın 36. metr hissəsinin sökülməsi ilə bağlı dəymiş maddi ziyanın məbləğinin müəyyən edilməsi məqsədi ilə xx.xx.2022-ci il tarixdə ekspertiza təyin edilmişdir. Cavabdehdən dəymiş zərərin ödənilməsini tələb etsə də, o bundan imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Beləliklə, həmin hadisə nəticəsində Cavabdeh iddiaçıya 9500 manat məbləğində zərər vurmuşdur. Cavabdeh etirazla məhkəməyə müraciət edərək iddia tələbininin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının iddia ərizəsində göstərdiyi ağacların kəsilməsi faktı olmamışdır. Hal-hazırda da iddiaçının iddia etdiyi ərazidə ağaclar mövcuddur. Bunu etiraz ərizəsinə əlavə edilən fotoşəkillər təsdiq edir. Bundan əlavə cavabdehlə iddiaçı arasında təqribən 30 metr uzunluğunda hasar mövcud olmuşdur. Həmin hasarın alt- hissəsi beton pilitələrdən ibarətdir. Beton pilitələrin üzərində 4 cərgə mişar daşından (kubik daş) hörgü olmuşdur. Divarın beton və kubik daşından hörülmüş hissəsi (4 cərgə) cavabdehin vəsaiti hesabına tikilib ərsəyə gəlmişdir. Bunu Sumqayıt 12 saylı X11 Zavodunun 10 yanvar 1995-ci ildə verdiyi 04 saylı Kassa mədaxil orderinin qəbzi və həmin müəssisə tərəfindən verilmiş 02 saylı ödəniş tapşırığı təsdiq edir. Cavabdeh həmin məmulatlar üçün ödəniş etmiş və ödənişi təsdiq edən sənədlər bu etiraza əlavə edilir. İddiaçı iddia tələbində inşa edilmiş daş hasarın 9 daşdan ibarət hörüldüyünü bildirir. Yuxarıda qeyd edildiyi kimi iddiaçının tələbi əsassızdır. Belə ki beton pilitənin üzərində tək daşla 4 cərgə daş hörülmüşdür. Bunu etiraza əlavə edilən fotoşəkil təsdiq edir. Həmin daşlar da cavabdehin vəsaiti hesabına inşa edilmişdir. Həmçinin bildirir ki, beton pilitələri X2 Hüseyov ilə birlikdə inşa etmişlər. Həmçinin beton pilitələrin üzərində 4 cərgə daşın hörülməsini X9 öz köməkçisi ilə birlikdə icra etmişdir. Daş hasarın uçurulmasında cavabdehin heç bir rolu olmamışdır. Hasarın daş hissəsinin uçurulmasında və tikinti materiallarının mənimsənilməsində heç bir rolu olmamışdır. Cavabdehin fərdi evinə xidmət göstərən elektrik elektrik və qaz xətdi vaxtilə iddiaçı tərəfindən divara bitişik şəkildə çəkilmişdir. İddiaçı həmin hasarı sökərək cavabdehin evinə xidmət göstərən elektrik və qaz xəttinin həyətin cavabdehə aid hissəsində çəkilməsini tələb etmişdir. Cavabdeh həmin işlərin görülməsi üçün Beynəlxalq Bankın Sumqayıt Filialından xx.xx.2022-ci ildə kredit götürmüş və həmin işləri öz vəsaiti hesabına icra etmişdir. Hal-hazırda iddiaçı tərəfindən mövcud ara divarı söküldüyündən cavabdeh metal tor vasitəsilə divar çəkmişdir. iddiaçının istinad etdiyi ara divar 06 aprel 2022-ci ildə iddiaçı tərəfindən dağıdılmışdır. Həmin tarixdə cavabdeh 1 saylı Sumqayıt şəhər Xəstəxanasında stasionar şəraitdə müalicə olunmuşdur (reanimasiya şöbəsində). Cavabdehin xəstəxanaya düşməyinə səbəb həmin vaxt iddiaçı ilə aralarında konfliktin baş verməsi olmuşdur. Xəstəxanaya təcili tibbi yardım maşını ilə aparılmışdır. İddiaçı polisə zəng edərək bildirmişdir ki, ara divarını guya cavabdeh sökmüşdür. Əslində həmin vaxt cavabdeh səhhəti pisləşdiyinə görə evdə həkim müayinəsi altında olmuş və həmin həkimlər tərəfindən xəstəxanaya aparılmışdır. Orada 8 gün stasionar müalicə almışdır. Cavabdeh tərəfindən hər hansı bir tikinti materiallarının mənimsənilməsi halları olmamış, ağaclara hər hansı bir ziyan dəyməmiş, daş hasar uçurulmamışdır və cavabdehə heç bir maddi ziyan vurulmamışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi. İddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X6 iddia tələbini qəbul etməyərək etirazın məzmununa uyğun izahat verdi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi-vəkil Nümayəndə iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadə verərək bildirdi ki, 1991-ci ildə Xocavənd rayonundan məcburi köçkün kimi gələrək Sumqayıt şəhəri, Qurd dərəsi bağlar massivində məskunlaşmışdır. Cavabdehlə qeyd edilən Sumqayıt şəhəri, Qurd dərəsi bağlar massivində qonşu olmuşdur. Atası ilə özü Müzəffərin bağında işləməyə başlamış, Müzəffərin malqarasını saxlamışlar. Müzəffər bağa şənbə və bazar günləri gəlir həftə içi isə gedirdi. Müzəffərin qonşularından biri atası Qurban kişi, digər qonşusu isə adını bilmədiyi digər şəxs idi. Müzəffərin bağında yaşayış olmuşdur. Bağın çəpərlərini 1995-ci ildə Cavabdeh tikmişdir. Çəpər bağa giriş tərəfdən sol tərəfdə yerləşir. Çəpər Cavabdehlə atası Qurban kişinin həyətyanı bağ sahələri arasında qoyulmuşdur. Cavabdeh çəpəri paneldən qoymuş və panellərin xərcini özü ödəmişdir. Paneldən çəpər çəkilənə qədər çəpər taxtadan idi. Cavabdeh çəpəri betondan tikdirməkdə məqsədini bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadə verərək bildirdi ki, 1993-cü ildən məcburi köçkün kimi gələrək Sumqayıt şəhərində yerləşən peşə məktəblərinin birində məskunlaşmışdır. Bundan sonra özü döyüş bölgəsinə qayıtmışdır. Qayıtdıqdanh sonra öyrənmişdir ki, iddiaçı Cavabdeh arvadı Maya onun ailə üzvlərini özlərinə məxsus bağ evində yerləşdirmişdir. Bu vaxta qədər Müzəffəri tanımamışdır. Daha sonra uşaqları məktəbə getməli olduğundan ailə üzvləri ilə birlikdə həmin bağ evindən çıxıb Sumqayıt şəhəri, 2-+ci mikrorayon ev tapıb yaşamağa başlamış, qaynatasıgil isə həmin bağ evində qalmağa davam etmişdir. Bağ evinə Müzəffərin ailə üzvləri də tez-tez gedib gəlmişdir. Müzəffərin qonşularını tanımamışdır, lakin güman edir ki, sağ qonşusu onun qardaşı olmuşdur. Bağda olan yaşayış evinin neçə mərtəbədən ibarət olmasını xatırlamır. 1998-ci ilədək polis əməkdaşı kimi cəbhə bölgəsində çalışmış. Mütəmadi ailəsinin yanına gəlib-getmişdir. Bir gün ailəsinin yanına gəldikdə bağ evində mövcud olan çəpərlərin betondan olduğunu görmüşdür. Beton çəpərləri Cavabdeh tikdirmişdir. Müzəffərin bağında ailə üzvlərindən başqa kiminsə qaldığını bilmir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadə verərək bildirdi ki, bağ evi Novxanıda yerləşir, həmin bağ evində 1981-ci ildən bəri yaşayırlar. Bağ evində əvvəllər məcburi köçknlər də yaşamışdır. Həmin vaxtlar bğ evinin sağ və sol yanında heç kəs yaşamamışdır. 1990-cı illərdə həyətdə çardağa bənzər ev olmuş, həmin evdə mal-qara saxlanılmışdır. Mal-qaraya Ələkbər kişi və onun oğlu Niyaməddin adlı şəxs baxmışdır. Bağ evinə çəpər çəkilmişdir. İddiaçı hazırki bağ evi ilə öz bağ evi arasında 1993-cü ildə çəpər mövcud olmamışdır. 1995-1996-cı illərdə Ələkbər kişi, onun oğlu Niyaməddin adlı şəxs və adını xatırlamadığı digər şəxs bünövrəsi panel olan çəpər inşa etmiş, üstünü də daş ilə hörmüşdür. Qeyd edilən çəpər Müzəffərin vəsaiti hesabına tikilmişdir. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Belə ki, iş materiallarında olan : - Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, **********85-11301 reyestr nömrəli, 0,0595 ha torpaq sahəsində, ünvan 3 ünvanında yerləşən 417 kv.m bağ evi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur. - adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1955-ci il tarixində Qubadlı rayonunun Göyərcik kəndində doğulmuş X1 “Elçin”ə dəyişdirmişdir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* №li çıxarışın surətindən görünür ki, **********21 reyestr nömrəli, Sumqayıt şəhəri, Saray bağlar massivi, B-3679 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Abdulov (Elçin) Mürsəl Qurban oğluna məxsusdur. - xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materialda cinayət hadisəsi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qəbul edilmiş qərarın surəti, müraciətin müəllifi İddiaçı dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında cavabdehin daimi yaşadığı yer üzrə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 10/4424 saylı ekspert rəyinin surətindən görünür ki, Sumqayıt şəhəri, saray bağlar massivində yerləşən B-3679 nömrəli bağ sahəsində tək daşla 9 daş hündürlüyündə inşa edilmiş daş hasarın 36 metr hissəsinin və metal boruların sökülməsi ilə bağlı dəymiş maddi ziyanın məbləğnin hazırki orta bazar qiymətlərinə uyğun olaraq təqribən 2075 manat təşkil etdiyi müəyyən olunmuşdur. - Sumqayıt ŞPİ 1-ci Polis Bölməsinin xx.xx.2022-ci il tarixli raportundan görünür ki, xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında, bundan başqa əmlakı qəsdən məhv etməsinə görə Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 232.1-ci maddəsinə əsasən barəsində inzibati icrat işinin açılması haqqında qərar qəbul edilmişdir. - Sumqayıt ŞPİ 1-ci Polis Bölməsinin xx.xx.2023-cü il tarixli, 58-112-4827 saylı məktubundan görünür ki, hadisəni törədən şəxs Cavabdeh çağırışlara gəlməməsi və yerinin müəyyən edilməməsi səbəbindən açılmış icraat dayandırılmışdır. - 12 saylı “Dəmirbeton” trestinin ödəniş tələbnaməsindən görünür ki, Cavabdeh tərəfindən xx.xx.1996-cı il tarixdə ******* manat vəsait ödənilmişdir, ödəniş dəmir-beton plitələrinin alınması üçün edilmişdir., - təqdim edilmiş fotoşəkillərdən görünür ki, iki bağ sahəsi arasında mövcud olan hasar uçmuş, daha sonra həmin hasar bərpa edilmişdir. - təqdim edilmiş GPS şəkillərinə əsasən hər iki tərəf etiraf edir ki, göstərilən torpaq sahələri onlara məxsusdur və həmin torpaq sahələri qonşu sərhəddirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına əsasən - Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Qeyd edilən Qərarda göstərilir ki, hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdehin bağ evi arasında təxmini 30 metr uzunluğunda hasar mövcud olmuş, daha sonra həmin hasar uçmuşdur. Polis orqanında aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, hasarın söküldüyü yerdə mövcud olan ağaclar kəsilməmiş, yalnız hasar uçmuşdur. Hasarın kimin tərəfindən uçurulmasına gəldikdə cavabdeh qeyd edir ki, iddiaçı tərəfindən axıdılan su nəticəsində hasar qismən uçduğundan qalan hissəni də cavabdeh özü uçurtmuşdur. Cavabdeh qeyd edir ki, hasarı özü inşa etmiş, özü də uçurtmuşdur. Uçurulmuş hasarın yerinə yeni, daha səliqəli hasar çəkmişdir. Əvvəlki hasarın kim tərəfindən inşa edilməsinə gəldikdə isə məhkəmə belə nəticəyə gəlir ki, hasar Cavabdeh tərəfindən inşa edilmişdir. Bunu şahid ifadələri və beton zavodundan alımış arayış da təsdiq edir. Bununla da görünür ki, cavabdeh iddiaçıya hər hansı zərər vurmamışdır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh ona vurduğu 9500 manat maddi zərərin və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 70 manat dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh ona vurduğu 9500 manat maddi zərərin və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 70 manat dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-561/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-561/2023
29.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver