Məhkəmə qərarları › İş №e-2(060)-563/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-563/2023

13.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-563/2023 13.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 avqust 2020 il tariхli, 200892-PC********** nömrəli istehlak krеditi müqaviləsi üzrə Cavabdeh 499.57 manat məbləğində əsas bоrc, 0 manat məbləğində faiz bоrcu və 43.1 manat cərimə borcu оlmaqla, cəmi 542.67 manat borcun, 11 mart 2021-ci il tariхli, 200804- 585765/3 nömrəli istehlak krеditi müqaviləsi üzrə Cavabdeh 1955.33 manat məbləğində əsas bоrc və 365.69 manat faiz borcu оlmaqla, cəmi 2321.02 manat borcun və 16 sentyabr 2021 il tariхli, 200804-585765/4 nömrəli istehlak krеditi müqaviləsi üzrə Cavabdeh 491.75 manat məbləğində əsas bоrc və 98.24 manat faiz borcu оlmaqla, cəmi 589.99 manat borcun və 54.94 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 13 avqust 2020-ci il tariхli, 200892- PC********** nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 0% dərəcəsi ilə maksimal limiti 500 (beş yüz) manat olan kredit xətti ayrılmışdır. İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 11 mart 2021-ci il tariхli, 200804- 585765/3 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 30 ay müddətinə, illik 19% dərəcəsi ilə 3500 manat məbləğində krеdit vеrilmişdir. İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 16 sentyabr 2021-ci il tariхli, 200804-585765/4 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 21% dərəcəsi ilə 700 (yeddi yüz(.00)) manat məbləğində krеdit vеrilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditlərin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafiklərini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 13 avqust 2020 il tariхli, 200892-PC**********nömrəli istehlak krеditi müqaviləsi üzrə 25 noyabr 2022-ci il tarixinə cavabdehin 499.57 manat məbləğində əsas bоrcu, 0 manat məbləğində faiz bоrcu və 43.1 manat cərimə borcu оlmaqla, ümumilikdə 542.67 (beş yüz qırx iki (.67)) manat məbləğində kredit bоrcu yaranmışdır. 11 mart 2021 il tariхli, 200804-585765/3 nömrəli istehlak krеditi müqaviləsi üzrə 25 noyabr 2022-ci il tarixinə cavabdehin 1955.33 manat məbləğində əsas bоrcu və 365.69 manat faiz borcu оlmaqla, ümumilikdə 2321.02 (İki min üç yüz iyirmi bir (.02)) manat məbləğində kredit bоrcu yaranmışdır. 16 sentyabr 2021-ci il tariхli, 200804-585765/4 nömrəli istehlak krеditi müqaviləsi üzrə 25 noyabr 2022-ci il tarixinə cavabdehin 491.75 manat məbləğində əsas bоrcu və 98.24 manat faiz borcu оlmaqla, ümumilikdə 589.99 manat məbləğində kredit bоrcu yaranmışdır. İstehlak krеditi müqavilələrin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqavilələrə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalan kreditləri vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Qeyd edilənlərə əsasən, iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tariхli, 200892-PC********** nömrəli Smile krеdit xətti müqaviləsinə əsasən, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 0% dərəcəsi ilə 500 manat məbləğində kredit ayrılmışdır. İşdə olan xx.xx.2020-ci il tarixli kassa məxaric orderindən görünür ki, bir ədəd plastik kart Cavabdeh tərəfindən qəbul edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 13. 08.2020-ci il tariхli, 200892-PC**********nömrəli Smile krеdit xətti müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə Banka 499.57 manat məbləğində əsas borcu, 43.1 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 542.67 manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 76 gün təşkil edir. İş materiallarına əlavə olunmuş 11 mart 2021 il tariхli, 200804-585765/3 nömrəli krеdit müqaviləsinə əsasən, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 30 ay müddətinə, illik 19% dərəcəsi ilə 3500 manat məbləğində kredit ayrılmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli kassa məxaric orderindən görünür ki, 3500 manat pul vəsaiti Cavabdeh tərəfindən qəbul edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 11 mart 2021 il tariхli, 200804-585765/3 nömrəli krеdit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə Banka 1955.33 manat məbləğində əsas borcu, 365.69 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 2321.02 manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 135 gün təşkil edir. İş materiallarına əlavə olunmuş 16 sentyabr 2021 il tariхli, 200804-585765/4 nömrəli krеdit müqaviləsinə əsasən, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 24 ay müddətinə, illik 21% dərəcəsi ilə 700 manat məbləğində kredit ayrılmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli kassa məxaric orderindən görünür ki, 700 manat pul vəsaiti Cavabdeh tərəfindən qəbul edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 16 sentyabr 2021 il tariхli, 200804-585765/4 nömrəli krеdit krеdit müqaviləsi üzrə xx.xx.2022ci il tarixə Banka 491.75 manat məbləğində əsas borcu, 98.24 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 589.99 manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 162 gün təşkil edir. İşdə olan xx.xx.2022-ci il tarixli, 200/200/1125/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, 200/200/0635/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, 200/200/0753/2022 nömrəli bildirişlərdən görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır. Məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2020-ci il tariхli, 200892-PC**********nömrəli, 11 mart 2021-ci il tariхli, 200804-585765/3 nömrəli, 16 sentyabr 2021-ci il tariхli, 200804-585765/4 nömrəli krеdit müqavilələri bağlanmışdır. İddiaçı Bank sözügedən müqavilələr üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu Cavabdeh öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Beləliklə, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməməklə kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Bu səbəbdən kreditor İddiaçı ASC-nin xeyrinə xx.xx.2020-ci il tariхli, 200892-PC********** nömrəli Smile krеdit xətti müqaviləsi üzrə 499.57 manat məbləğində əsas borcun, 11 mart 2021-ci il tariхli, 200804-585765/3 nömrəli krеdit müqaviləsi üzrə 1955.33 manat əsas borc, 365.69 manat faiz borcu olmaqla, ümumilikdə 2321.02 manat borcun və 16 sentyabr 2021-ci il tariхli, 200804-585765/4 nömrəli krеdit müqaviləsi üzrə 491.75 manat əsas borc, 98.24 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 589.99 manat borcun cavabdehdən tutulması barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin xx.xx.2020-ci il tariхli, 200892- PC********** nömrəli Smile krеdit xətti müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 43,1 manat məbləğində dəbbə pulu kreditorun həm əmlak, həm də bütun əsaslı mənafelərinə uyğundur, tənasübsüz surətdə yüksək deyil. Bu səbəbdən iddia həmin hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 54.94 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasənmülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1-284-6, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 13 avqust 2020-ci il tariхli, 200892-PC********** nömrəli istehlak krеditi müqaviləsi üzrə 499,57 (dörd yüz doxsan doqquz manat əlli yeddi qəpik) manat məbləğində əsas bоrc və 43,1 (qırx üç manat on qəpik) manat cərimə borcu, 11 mart 2021-ci il tariхli, 200804-585765/3 nömrəli istehlak krеditi müqaviləsi üzrə 1955,33 (bir min doqquz yüz əlli beş manat otuz üç qəpik) manat məbləğində əsas bоrc və 365,69 (üç yüz altmış beş manat altmış doqquz qəpik) manat faiz borcu və 16 sentyabr 2021-ci il tariхli, 200804-585765/4 nömrəli istehlak krеditi müqaviləsi üzrə 491,75 (dörd yüz doxsan bir manat yetmiş beş qəpik) manat məbləğində əsas bоrc və 98,24 (doxsan səkkiz manat iyirmi dörd qəpik) manat faiz borcu оlmaqla, ümumilikdə 3453,68 (üç min dörd yüz əlli üç manat altmış səkkiz qəpik) manat borc və 54,94 (əlli dörd manat doxsan dörd qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar