Məhkəmə qərarları › İş №e-2(060)-5730/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5730/2023

18.12.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5730/2023 18.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Şükürova Əntiqə Əfqan qızının katibliyi ilə İddiaçı1 və digər iddiaçı, eyni zamanda İddiaçı3 nümayəndəsi Nümayəndə, iddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçılar İddiaçı1, Nümayəndə və İddiaçı3 cavabdehlər Sumqayıt şəhəri Sumqayıt Bələdiyyəsi və Cavabdeh2 qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, Nümayəndə və İddiaçı3 cavabdehlər Sumqayıt şəhəri Sumqayıt Bələdiyyəsinə qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişlər ki, o, 1984-cü ildən X2 ilə ailə quraraq, ailə üzvləri həyat yoldaşı Mehman Kərimov, qızı Sehran Kərimova və oğlu İddiaçı3la birlikdə 2015-ci ilə qədər yuxarıda göstərilən ünvanda, yəni ünvan 1əsində onlar oradan çıxaraq yuxarıda göstərilən Sumqayıt şəhəri, YAT-5, 20 Yanvar küçəsi, məh. 15, ev.42B-yə 1 otağa müvəqqəti köçərək yaşamağa başlamışlar. Hal-hazırda böyük bir külfət yataqxananın dar otağında zillət içərisində qalmışdır. Həyat yoldaşı vəfat etdikdən sonra həmin yaşayış sahəsi boş kimsəsiz vəziyyətdə qaldığı üçün kənar şəxslər tərəfindən zəbt edilmişdir. Sumqayıt Regional “Asan Xidmət” Mərkəzinin Notariat ofisinin 24 noyabr 2022ci il, 3712 nömrəli məktubuna əsasən 1 saylı Sumqayıt Regional “Asan Xidmət” mərkəzində notariat ofisinə 08 oktyabr 2022-ci il tarixində ölmüş X1 vərəsəsi – qızı Nümayəndə müraciət etmiş və vərəsələr siyahısına əlavə edilmişdir. Qeyd edilənlərə əsasən, məhkəmədən onun - İddiaçı1, Nümayəndə və İddiaçı3 Sumqayıt şəhəri, Xəzri MK İİİ küçə, ev 103 ünvanında yerləşən mənzildə istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 cavabdeh qismində mülki işə cəlb edilərək iddia ərizəsinin surəti rəsmi qaydada təqdim edilmişdir. Cavabdeh2 məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçılardan biri-yəni İddiaçı1 onun həyat yoldaşının keçmiş həyat yoldaşı, digər iddiaçı Nümayəndə onun qızı, İddiaçı3 isə oğludur. X2 ilə İddiaçı1 arasında nikaha 2007-ci ildə xitam verilmişdir. Onunla mərhum M.Kərimov arasında nikah 2015-ci ildə qeydə alınmışdır. 2016-cı ildən mərhumla birlikdə ünvan 2 ünvanında yaşamışlar. Həmin evi mərhumla birlikdə tikmişlər. Mərhumun birinci nikahından anadan olmuş qızı Nümayəndə və oğlu İddiaçı3 analarının yanında yaşamışlar. Mərhum həyat yoldaşı keçmiş ailəsinə 8 sot torpaq almış, ev tikməkdə onlara köməklik göstərmişdir. İddiaçıların ayrı-ayrı yerlərdə bir neçə evləri olmasına baxmayaraq mərhum ərinin vəfatından sonra onlar ona qarşı əmlak tələb edərək, mənzilə istifadə hüququ əldə etmək istəyirlər. Halhazırda yaşadığı 103 saylı evin hüquq müəyyənedici sənədi yoxdur. Onun və mərhumun əməyi hesabına tikilib başa çatmışdır. İddiaçı Nümayəndə xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, ünvan 2 ünvanındakı ev 1984-cü ildə atası ilə anasının birgə vəsaiti hesabına tikilmişdir. Anası İddiaçı1 2015-ci ilə qədər qardaşı İddiaçı3 ilə həmin mənzildə yaşamışdır. O Nümayəndə ailə həyatı qurana kimi həmin ünvanda yaşamışdır. İddiaçı3 isə hərbi işi ilə bağlı çıxana qədər atası ilə yerdə yaşamışdır. Hal-hazırda yaşadığı ev isə qardaşı və anasının şəxsi vəsaiti hesabına tikilmiş, atasından heç bir maddi dəstək alınmamışdır. Cavabdeh tərəfin onlara qarşı irəli sürdüyü bir neçə yerdə mənzilləri olduğu iddiası isə yalandır. Sənədlə heç bir əsası yoxdur. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, iddia tələblərini tam həcmdə müdafiə edirlər. Mübahisəli mənzil 1984-cü il tarixdən iddiaçıların istifadəsində olmuşdur. Həmin mənzil mərhum atası və yoldaşı tərəfindən inşa edilmişdir. Bilindiyi kimi, həmin mənzillər gecəqondu kimi nəzərdə tutulmuşdur. Ona görə də zamanında həmin evə sənəd alınmamışdır. Lakin dövlət tərəfindən vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması üçün imkan yaradılmışdır. Həmin ərazidə tək bu ev yox, digər evlər də daxil qəsəbə şəklindədir. Bələdiyyələr yarandıqdan sonra da orada yaşamaqda davam etmişlər. 2001-ci il tarixdən həmin torpaq sahələri Bələdiyyələrin sərəncamına verildikdən sonra da orada həmin şəxslər orada yaşamaqda davam etmişlər. Yenə də həmin şəraitdə köhnə qaydada sənədləşdirmə işləri aparılmamışdır. Lakin məhəllə komitələri nəzarət xarakterli arayışlar verməklə həmin sahədə həmin sahədə yaşamalarını təmin etmişdir. Lazım olduqda oradan arayışlar alıb-vermişlər. Bütün kommunlar ödənişlərini vaxtlı-vaxtında ödəmişlər. Bu səbəbdən də tam istifadə hüququ yaranmışdır. Mərhum həyat yoldaşından sonra indiki cavabdeh orada fəaliyyətə başlamışdır. İddiaçıları isə tədricən oradan uzaqlaşdırmış, orada yaşamağa və istifadə etməyə icazə verməmişdir. Evin sənədi olmasa belə istifadə hüququ mülkiyyət hüququna bərabər tutulur. 2015-ci il tarixdə Gülnarə xanım evdən çıxmışdır. İddiaçıların sənədsiz mülkiyyət hüquqlarına bərabər tutulan hüquqları vardır. Cavabdeh həmin ünvana gəldikdən sonra onların yaşamasını dözülməz hala gətirmişdir. Ona görə də məcbur olmuş və çıxmışlar. Qonşular da təsdiq edir ki, iddiaçılar oranı tikmiş və orada yaşamışlar. Onların hüquqları isə digər xanımın hüquqlarından daha çoxdur. Lakin o isə imkan vermir. Məhkəmə iclasında digər iddiaçı, eyni zamanda İddiaçı3 nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, atası 2022-ci ilin oktyabr ayının 8-ində rəhmətə getmişdir. 2006-cı il tarixdə ailə qurmuşdur. Ailə qurduqdan sonra isə həmin ünvana ata evi kimi getmiş və gəlmişdir. Lakin atası qardaşı ilə həmin ünvanda yaşamışdır. Qardaşı hərbi iş ilə əlaqədar Lənkəran rayonundadır. 2015-ci ilə qədər qardaşı atası ilə birlikdə yaşamışdır. Lakin atasının ünvanına rəhmətə gedənə kimi baş çəkmişdir. Onlar atasının yas mərasimini keçirdikdən sonra cavabdeh onları Polis orqanlarına şikayət etmişdir. Səbəbi isə onunla əsaslandırmışdır ki, içəri güc ilə girirlər və onların haqqı-hüququ yoxdur. Məhkəmə iclasında İddiaçı1 izahatında bildirdi ki, övladlarına pay istəyir. Əziyyət çəkmiş, tikmiş və düzəltdirmişdir. Oradakı bütün əziyyət onundur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər Sumqayıt şəhəri Sumqayıt Bələdiyyəsinin nümayəndəsi və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci və 185.6-cı maddələrinin tələblərinə əsasən işə Cavabdeh2 və cavabdeh Sumqayıt şəhəri Sumqayıt Bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə işdə iştirak edən şəxslərin izahatlarını, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 22 saylı Mənzil-Kommunal sahəsinin 1175 nömrəli, xx.xx.2023 tarixli ailə tərkibi haqqında arayışından görünür ki, ünvan 4 ünvanında İddiaçı1 qeydiyyatdadır, lakin yaşamır. Ailə tərkibi isə Nümayəndə Meman qızı və İddiaçı3dur. Dövlət rüsumu qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində Sumqayıt Şəhər Məhkəməsinin hesabına dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nümayəndə xx.xx.1985-ci il tarixdə anadan olmuşdur. Sumqayıt Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 13 noyabr 2015-ci il tarixli, AZ-İ seriyalı, 228183 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə X3 arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2015-ci ilin noyabr ayının 13-cü günündə 441 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunduqdan sonra kişiyə Kərimov, qadına isə Əliyeva soyadı verilmişdir. Azərbaycan Respublikası Sumqayıt Şəhəri İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-6-1/2-71 nömrəli, 21 iyun 2023-cü il tarixli arayışdan görünür ki, vətəndaş İddiaçı1 1984-cü ildən 2015-ci ilədək "xxxx" MTK ərazisində İİİ küçə, ev 103-də X2, X4 və İddiaçı3 ilə birlikdə yaşamışdır. Qonuşlar tərəfindən birgə tərtib edilmiş və Sumqayıt Şəhəri Xəzri MK-nin sədri tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, X2 1984-cü ildən əvvəlki ailə üzvləri İddiaçı1 (həyat yoldaşı) qızı X4 və oğlu İddiaçı3 ilə 2015-ci ilə qədər Sumqayıt şəhər, Xəzri MK İİİ küçə, ev 103-də yaşamışlar. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, Xəzri MK İİİ küçə, ev 103 ünvanında yerləşən mənzil iddiaçılar tərəfindən irəli sürülmüş iddia tələbindən görünür ki, onların uzun müddət mübahisəli evdə yaşadıqlarını nəzərə alaraq Sumqayıt şəhəri, Xəzri MK İİİ küçə, ev 103 ünvanında yerləşən mənzilə istifadə hüquqlarının tanınmasını xahiş etmişlər. AR Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından göründüyü kimi mülkiyyətçinin digər qohumları, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarına əsasən:

1. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.

2. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında göstərilmişdir ki: «Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz». Məhkəmə hesab edir ki, iddiaçıların mənzilə istifadə hüquqlarının tanınması barədə iddia tələbinin hüquqi əsası yoxdur. Belə ki, işin araşdırılan hallarına əsasən müəyyən edilmişdir ki, iddiaçılar mənzildən tərəflər arasında nikahın pozulması, digər iddiaçının ailə həyatı qurması və sonuncu isə başqa şəhərdə işləməsi səbəbindən uzun müddətdir ki, yaşamırlar və öz razılıqları ilə köçüb getmişlər. Mənzil rəsmi qaydada özəlləşdirilməyən mənzil olmaqla mənzilə istifadə hüququnun tanınmasının hüquqi və faktiki əsası mövcud olmamaqla, iddia tələbinin əsassız olması qənaətinə gəlməyə imkan verir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçıların yaşayış evinə istifadə hüquqlarının tanınması ilə bağlı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1ci maddəsinin ikinci cümləsində “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəllarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Məhkəmə qeyd edir ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququna malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar tərəfindən irəli sürülmüş iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçılar İddiaçı1, Nümayəndə və İddiaçı3 cavabdehlər Sumqayıt şəhəri Sumqayıt Bələdiyyəsi və Cavabdeh2 qarşı ünvan 5 ünvanında yerləşən mənzilə istifadə hüququnun tanınması barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar