Məhkəmə qərarları › İş №e-2(060)-5870/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5870/2022

18.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5870/2022 18.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, TuranBank ASC-nin “Binəqədi”filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, FM № 1249/f-19 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, TuranBank ASC-nin “Binəqədi” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, FM № 1249/f-19 saylı kredit müqaviləsi üzrə Cavabdeh Banka olan 1173,21 manat (bir min yüz yetmiş üç manat iyirmi bir qəpik) əsas, 8,92 manat (səkkiz manat doxsan iki qəpik) faiz, 0,74 manat (yetmiş dörd qəpik) cərimə borcu olmaqla, cəmi borcu 1182,87 manat (bir min yüz səksən iki manat səksən yeddi qəpik) borcun və tərəflərindən ödənilmiş 31,83 manat dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq TuranBank ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, TuranBank ASC-nin “Binəqədi” filialı ilə Cavabdeharasında bağlanmış xx.xx.2019-cu il tarixli, FM № 1249/f-19 saylı güzəştli kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 1 %, 12 ay güzəşt müddəti olmaqla, 60 ay müddətinə 1218,18 manat (bir min iki yüz on səkkiz manat on səkkiz qəpik) məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh xx.xx.2022-ci il tarixinə TuranBank ASC-yə 1173,21 manat (bir min yüz yetmiş üç manat iyirmi bir qəpik) əsas, 8,92 manat (səkkiz manat doxsan iki qəpik) faiz, 0,74 manat (yetmiş dörd qəpik) cərimə borcu olmaqla, cəmi borcu 1182,87 manat (bir min yüz səksən iki manat səksən yeddi qəpik) təşkil edir. İddiaçı ASC-nin nümayəndəsi iddia tələbini müdafiə etdi. İddia ərizəsində qeyd edilənləri təsdiq etdi. İdia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. “AZEMİS” X1 cavabdehin sərhədkeçmə məlumatlarından görünür ki, Cavabdeh, xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Hüdudlarını tərk etmiş, hazırki vaxtadək geri qayıtmamışdır. Belə olan halda məhkəmə mülki işə Azərbaycan Respublikasının MPM-nin 147-ci maddəsinə əsasən iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, FM № 1249/f- 19 saylı güzəştli kredit müqaviləsindən görünür ki, borcluya illik faiz dərəcəsi 1 %, 12 ay güzəşt müddəti olmaqla, 60 ay müddətinə 1218,18 manat məbləğində kredit verilmişdir. Borcalanın əsas və faiz borcları üzrə ödənişlərini təsdiq edən sənəddən görünür ki, Cavabdeh 1173,21 manat əsas, 8,92 manat faiz, 0,74 manat cərimə olmaqla cəmi 1182,87 manat manat borcu vardır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən borclu götürdüyü kredit borcunu, faiz dərəcələri ilə birlikdə 60 ay müddətinə ödəməyi öhdəsinə götürmüş, lakin nəzərdə tutulan öhdəliyin yerinə yetirilməsinə dair borcluya xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Cavabdehin banka 1173,21 manat əsas, 8,92 manat faiz, 0,74 manat cərimə olmaqla cəmi 1182,87 manat manat borcu yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək kredit müqaviləsinin tələblərini pozmuş və iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə əsas və faiz borcunun cavabdehdən tutulması hissədə iddia tələbi təmin edilməlidir. İddia tələbindən göründüyü kimi cavabdehdən eyni zamanda hesablanmış 0,74 manat dəbbə pulunun tutulması tələb olunur. Məhkəmə hesab edir ki, cavabdehdən 0,74 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Ona görə də iddia tələbi bu hissədə də təmin edilməlidir. Məhkəmə iddia tələbinin müqavilənin birtərəfli qaydada xitam edilməsi hissəsini araşdıraraq, hesab edir ki, borcluya pulun geri qaytarılması ilə bağlı bildirişlə müraciət olunaraq, pulun geri qaytarılması tələb edildiyinə görə iddiaçı tərəfindən pretenziya qaydalarına riayət olunmuşdur. Qeyd olunan bildirişləri məhkəmə müqavilənin birtərəfli qaydada xitam edilməsi üçün təklifə bərabər tutur. Odur ki, iddia bu hissədə də təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1%-i qədər olmalıdır. (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 1182,87 manat olduğundan (1173,21 manat əsas+8,92 manat faiz+0,74 manat cərimə=1182,87) iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi 31,83 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, TuranBank ASC-nin “Binəqədi” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, FM № 1249/f-19 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməli, TuranBank ASC-nin “Binəqədi” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, FM № 1249/f-19 saylı kredit müqaviləsi üzrə Cavabdeh Banka olan 1173,21 manat (bir min yüz yetmiş üç manat iyirmi bir qəpik) əsas, 8,92 manat (səkkiz manat doxsan iki qəpik) faiz, 0,74 manat (yetmiş dörd qəpik) cərimə borcu olmaqla, cəmi borcu 1182,87 manat (bir min yüz səksən iki manat səksən yeddi qəpik) borcun və ödənilmiş 31,83 manat dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. "xxxx" ASC-nin “Binəqədi” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, FM № 1249/f-19 saylı kredit müqaviləsi vaxtından əvvəl ləğv edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, FM № 1249/f-19 saylı kredit müqaviləsi üzrə 1173,21 manat (bir min yüz yetmiş üç manat iyirmi bir qəpik) əsas, 8,92 manat (səkkiz manat doxsan iki qəpik) faiz, 0,74 manat (yetmiş dörd qəpik) cərimə borcu olmaqla, cəmi borcu 1182,87 manat (bir min yüz səksən iki manat səksən yeddi qəpik) borc və ödənilmiş 31,83 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar