Məhkəmə qərarları › İş №e-2(060)-59/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-59/2023

22.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-59/2023 22.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X8 Fikrət qızının sədrliyi Məhkəmə iclasının katibi X1 İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı «maddi ziyana görə təzminat tələbinə dair» mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "X7" MMC-dən (vöen **********, direktor X4) 10.000 azn (on min manat) tutularaq maddi ziyana görə ona ödənilməsi və - "X7" MMC-dən (vöen **********, direktor X4) hər ay 300 azn (üç yüz manat) 2 il ərzində tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək, "X7" MMC-dən (vöen **********, direktor X4) 10.000 azn (on min manat) tutularaq maddi ziyana görə ona ödənilməsi və -"X7" MMCdən (vöen **********, direktor X4) hər ay 600 azn (altı yüz manat) 1 il ərzində tutularaq ona ödənilməsi, hər hansı mülki və ya vəzifəli şəxsin əməllərində cinayətin əlamətləri aşkara çıxarsa Azərbaycan Respublikası Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən bu barədə xüsusi qərardad qəbul edilərək araşdırılması üçün prokurorluğa göndərilməsi və dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2021-ci il tarixdən Cavabdehndə (vöen **********, direktor X4) əmək müqaviləsi bağlanmadan fəhlə kimi işləmiş, nədənsə əmək müqaviləsiz onu işlədirdi və əlbətdə ki tibbi sığortada etməmişdir. Onda xx.xx.2021 tarixdə taxta rəf yığırdılar, fanerka kəsirdilər. Saat 17:30 radələrində iş görən zaman əlində olan itialət qəflətən əlindən çıxıb ayağına düşdü və param parça etdi ayağını, diz qapağın üstündən (budun üstündən) diz qapağın altına kimi kəsilib. O an onu müdriyyətlə tanış edən və özüdə orada çalışan Turan Hacıyev adlı şəxsdə yanındaydı, onu iş yerindən işçilər Turan və Azər apardılar xəstəxanaya və dedilər ki orada guya evdə baş verib hər şey yaxşı olacağını bildirməsini xahiş edərək onu inandırmışdırlar. Onların heç bir məhsuliyyəti yoxdur, məhsuliyyəti olan şirkətin rəhbəridi ki, niyə onun əmək müqaviləsi bağlamayıb və niyə tibbi sığortanı etməyib, üstəlikdə niyə müalicə xərclərini ödəməmiş və ödəmir, onun ayağı hələdə sağalmayıb, evdə belə ayaq kəsilmir, ən azı o, həmin an işdə olmuş və evdə baş versəydi onu xəstəxanaya iş yoldaşları yox valideynləri aparardı. Onu özü xəstəxanaya aparmalıydı, işçilər yox. Ayağının sümüyü görünürdü, və əmək qabiliyyətini itirmiş, ayağını hissə etmir. Onun müalicə xərclərini dəymiş fiziki maddi mənəvi ziyanı ödəməlidir (10.000 azn) ödəsə o, şikayətini geri götürəcək və qeyd edəcəkdir ki ödədiyinə görə geri götürdü. Üstəlikdə onun DSMF ödənişi və tibbi sığorta olunmalıdır. Sumqayıt Şəhər Məhkəməsi 3(060)-100/2022 saylı xx.xx.2022 tarixli Qərar qəbul edərək onu əmək müqaviləsiz MMC işlətdiyi üçün 20.000 azn cərimə olunub və Sumqayıt Apellyasiya Məhkəməsidə 3(105)-146/2022 saylı xx.xx.2022 tarixli Qərarla qüvvədə saxlamışdır. Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(004)- 718/2022 saylı qərarına əsasən qarşı tərəf 1.000 azn dəyərində cərimə edilmişdir. İddiaçı məhkəmədə eyni məzmunlu izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən məhkəmə Cavabdeh nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-718/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh MMC-nin direktoru X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1000 (min) manat məbləğində inzibati cərimə edilmişdir. İşə əlavə olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-100/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, Hüquqi ünvanı Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 1, mənzil 94 olan “X9” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 20000 (iyirmi min) manat məbləğində cərimə olunmuşdur. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-146/2022 saylı qərarının surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-100/2022 saylı, xx.xx.2022ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X3”X13 482/KEŞ saylı ekspert rəyindən görünür ki, Respublika Klinik Xəstəxanasında İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstəilənlərə əsasən, o, xx.xx.2021-ci il tarixdə xəstəxana müraciət etmiş və aparılmış müvafiq müayinədən sonra ona “ Sağ dizin və budun aşağı hissəsinin kəsilmiş-didilmiş yarası” diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq yara İ-li cərrahi işlənilmiş və qanaxma dayandırılmışdır. Əmək qabiliyyətinin təyini məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid deyildir. İddiaçı mütəxəssis müayinəsi zamanı hazırda onda sağ dizin və budun aşağı hissəsinin kəsilmiş və didilmiş yarasının qalıq əlamətləri, hissiyyat və hərəkətin zəifliyi ilə sağ bud sinirinin tarvmatik hissəvi zədələnməsi”nin olduğu müəyyən edilmişdir ki, bununla əlaqədar xəstənin konservativ müalicəyə ehtiyacı vardır. Konservativ müalicənin nəticəsindən asılı olaraq həkimlərin konisiliumunun qərarına əsasən cərahiyyə əməliyyatının zəruriliyi qiymətləndirilə bilər. Qeyd olunan müalicələrin aparılması Azərbaycan Respublikasında fəaliyyət göstərən tibb müəssisələrində mümkündür. Müalicəyə sərf olunacaq vəsaitin miqdarının təyini məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid deyildir. İşdə olan "xxxx" Klinikası MMC-nin məktubundan görünür ki, İddiaçı müalicəsi üçün 2 nahiyənin Maqnit rezonans tomaqrafiyası çəkilməsi və 15 seans (2 aydan sonra təkrar 15 seans) fizioterapiya kursu məsləhət görülür. Bunların ümumi qiyməti 1030 manat təşkil edir. İşdə olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, hüquqi şəxslərin dövlət reyestr məlumatlarına əsasən hüquqi ünvanı Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 1, mənzil 94 olan Cavabdeh xx.xx.2018-ci il tarixində dövlət qeydiyyatına alınmışdır və hal-hazırda fəaliyyəti dayandırılmışdır. Azərbaycan Respublikası “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə uyğun olaraq əmək münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Əmək münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bakı 2 saylı Mediasiya Təşkilatının mediatoru X2 xx.xx.2022-ci il tarixində, saat 10:00-11:00-da təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişdir. Cavabdeh həmin ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə poçt vasitəsi ilə məlumatlandırılsa da, sessiyada iştirak etməmişdir. İ.B.İddiaçı mediasiya sesiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödədi. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239.1-ci maddəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. Həmin Məcəllənin 239.3-cü maddəsinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1123.1-ci maddəsinə əsasən əmək qabiliyyətini qismən itirmiş zərərçəkənin sağlamlığının pozulması ilə əlaqədar əmək qabiliyyəti sonralar zərərin əvəzinin təyin edildiyi məqamdakına nisbətən azaldıqda o, zərərin əvəzinin ödənilməsi vəzifəsinin həvalə olunduğu şəxsdən əvəz miqdarının müvafiq surətdə artırılmasını istənilən vaxt tələb edə bilər. Həmin Məcəllənin 1123.2-ci maddəsinə əsasən əgər zərərçəkənin əmək qabiliyyəti zərərin əvəzinin təyin edildiyi məqamdakına nisbətən artarsa, zərərçəkənin sağlamlığına vurulmuş zərərin əvəzini ödəmək vəzifəsinin həvalə olunduğu şəxs əvəz miqdarının müvafiq surətdə azaldılmasını tələb edə bilər. Həmin Məcəllənin 1123.3-cü maddəsinə əsasən əgər zərərin əvəzini ödəmək vəzifəsinin həvalə olunduğu fiziki şəxsin əmlak vəziyyəti yaxşılaşmışsa, əvəz miqdarı isə bu Məcəllənin 1116.3-cü maddəsinə uyğun azaldılmışsa, zərərçəkən zərərin əvəzinin ödənilməsi miqdarının artırılmasını tələb edə bilər. Həmin Məcəllənin 1125.1-ci maddəsinə əsasən zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Üzrlü səbəblər varsa, məhkəmə zərərin əvəzinin ödənilməsinə hüququ olan fiziki şəxsin tələbi ilə ona çatası ödənişləri zərərvuranın imkanlarını nəzərə almaqla, bir dəfəliyə, lakin ən çoxu üç illiyə təyin edə bilər. İşəgötürənin məsuliyyətini tənzimləyən konkret normalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq olunmuş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləği”ndə nəzərdə tutulmuşdur. Qaydaların 1.1-ci bəndində göstərilir ki, işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda, bədbəxt hadisənin təhqiqat aktına əsasən təqsirkar müəssisə işçiyə dəyən zərərə görə qanunvəriciliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Qaydaların 2.1-ci bəndinə müvafiq olaraq istehsalatda əmək xəsarəti zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən ziyanın əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir. Qaydaların 1.2-ci bəndinə əsasən aşağıdakı sənədlər olduqda, təqsirkar işəgötürən əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir: - istehsalatda baş vərmiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı); - işçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud peşə xəstəliyini təsdiq edən TSEKin şəhadətnaməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı nozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarının 5.1-ci bəndinə əsasən aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003-cü il oktyabırm 1-dən başalayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə zamanı və iş materiallarından görünür ki, İddiaçı cavabdeh təşkilatda qeyriqanuni işləmiş, onunla əmək müqaviləsi bağlanılmamışdır, həmin vaxt o, xəsarət almışdır, lakin bu barədə heç bir akt tərtib edilməmişdir. İddiaçının cavabdehdən hər ay 600 azn (altı yüz) manat 1 il ərzində tutularaq ona ödənilməsi tələbi əsassızdır və təmin edilməməlidir. Bundan əlavə iddiaçının hər hansı mülki və ya vəzifəli şəxsin əməllərində cinayətin əlamətləri aşkara çıxarsa Azərbaycan Respublikası Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən bu barədə xüsusi qərardad qəbul edilərək araşdırılması üçün prokurorluğa göndərilməsi hissəsində məhkəmə qeyd edir ki, cavabdehin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi aşkar edilmişdir və o inzibati məsuliyyət cəlb edilmişdir. Məhkəmə iclası zamanı İddiaçı bildirmişdir ki, bu müddət ərzində onun tərəfindən heç bir müalicə aparılmamışdır. AR Mülki Məcəlləsinin 1119-cu maddəsinə əsasən zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirilməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Məhkəmə qeyd olunan normalardan və "xxxx" Klinikası MMC-nin məktubunu nəzərə alaraq hesab edir ki, cavabdeh “X7" MMC-dən (vöen **********, direktor X4) maddi ziyanın əvəzi olaraq 1030 manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 120 (bir yüz iyirmi) manat dövlət rusumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1097.1ci və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “X7" MMC-dən (vöen **********, direktor X4) maddi ziyanın əvəzi olaraq 1030 (бир мин отуз) manat və iş üzrə ödənilmiş 120 (bir yüz iyirmi) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPMnin 363.1.5- ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar