Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-596/2023 08.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi X1 Cavabdeh1, nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Ağamalı oğlunun Cavabdeh1 qarşı “pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı nümayəndəsi Vəkil1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 35000 (otuz beş min) manat pul vəsaitinin müştərək qaydada, eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.3, 449.1 və 449.4-cü maddələrinin tələblərinə əsasən, hər gecikdirmə günü üçün Mərkəzi Bank tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında olmaqla 10% miqdarında hesablanmaqla, Qətnamə icra olunan günə qədər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçının xeyrimə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 iddia tələbi üzrə cavab verməli şəxs olmadığından onu əsil Cavabdeh1 ilə əvəz edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizəyə dəqiqləşdirmə verərək, Cavabdeh1 35000 (otuz beş min) manat pul vəsaitinin, eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.3, 449.1 və 449.4-cü maddələrinin tələblərinə əsasən, hər gecikdirmə günü üçün Mərkəzi Bank tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında olmaqla 10% miqdarında hesablanmaqla, Qətnamə icra olunan günə qədər Cavabdeh1 iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Sumqayıt şəhəri, 36-cı məhəllə ərazisində yerləşən, əvvəllər adı "xxxx" Plaza olan, hal-hazırda adı “Mərkəz” Plaza olan obyektin daxilində 65 kvadrat metr ölçüdə 1 (bir) otaq icarə əsasında götürərək orada lazer epilyasiya xidməti ilə məşğul olmuşdur. Həmin "xxxx" Plazanın icarədarı Cavabdeh2 olmuşdur. İddiaçının Cavabdeh2lə münasibəti yaxşı olmuşdur. Bildirir ki, Cavabdeh2 xx.xx.2020-ci il tarixdə iddiaçının istifadəsində olan 050 ***-**-** mobil telefon nömrəsinə zəng vuraraq onunla görüşmək istədiyini söyləmişdir. İddiaçı Cavabdeh2lə görüşməyə razılaşmış və qərara gəlmişlər ki, "xxxx" Plazada görüşsünlər. Bundan sonra həmin gün Plazada görüşmüşlər. Söhbət zamanı Cavabdeh2 iddiaçıya artıq "xxxx" Plazanı icarə əsasında işlədə bilmədiyini və "xxxx" Plazanı icarə əsasında iddiaçı tərəfindən işlətməyi təklif etmişdir. Cavabdeh2 icarə haqqının nə qədər olduğunu soruşduqda, Cavabdeh2 "xxxx" Plazanın bütövlükdə icarə haqqının 55000 (əlli beş min) manat olduğunu söyləmişdir. İddiaçı icarə haqqının çox baha olduğunu bildirmişdir. Bundan sonra Cavabdeh2 onun əvəzindən iddiaçının icarə haqqı olaraq 55000 manat pulu ödəməyini və sonra "xxxx" Plazanın sahibi ilə şərtlər barədə razılığa gəlinəcəyini bildirmişdir. İddiaçı isə Cavabdeh2lə razılaşaraq, bildirmişdir ki, əvvəlcə "xxxx" Plazanın sahibi ilə görüşüb, icarəyə götürdüyü halda müəyyən şərtlərlə razılaşıb, bundan sonra icarə haqqımı ödəyəcəyinə söz vermişdir. Cavabdeh2 də təkrar-təkrar iddiaçıya bildirmişdir ki, narahat olmasın, "xxxx" Plazanın rəhbərliyi ilə münasibətləri yüksək səviyyədədir, Plazanın rəhbərliyinə inanıb, etibar etmək olar, iddiaçının şərtləri ilə onları razı salacağını iddiaçını inandırmışdır. İddiaçı buna baxmayaraq israrla bildirmişdir ki, "xxxx" Plazanın sahibini görməmiş və şərtlərimi bildirməmiş, qabaqcadan "xxxx" Plazanın icarə haqqını ödəməyəcəkdir. Əgər Plazanın sahibləri onun şərtləri ilə razı olmuş olduqları halda, onda icarə haqqının qabaqcadan ödəmiş olacaqdır. Bundan sonra Cavabdeh2 iddiaçının "xxxx" MMC-nin də tərkibinə daxil olduğu “A+A” MMC-nin nümayəndəsi ilə görüşdürəcəyini bildirmiş və xx.xx.2020-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Basin küçəsində “A+A” MMC-nin rəsmi nümayəndəsi kimi özünü təqdim edən Cavabdeh1 ilə görüşüb, tanış olmuşdur. Həmin vaxt orada onunla birlikdə Cavabdeh2 də olmuşdur. “A+A” MMC-nin rəsmi nümayəndəsi kimi özünü təqdim edən Cavabdeh1 həqiqətən həmin MMC-nin rəsmi nümayəndəsi olmağını, etibarlı şirkət olduqlarını, verdikləri sözə-vədə əməl etdiklərini, müştəriləri ilə düzgün işlədiklərini, aldatmadan və etibardan suiistifadədən kənar olduqlarını və bu kimi sair hallar söyləyərək iddiaçını inandırmışdır. İddiaçı da Cavabdeh1 dediklərinə tam inanmış, öz şərtlərini bildirib, yəni ilk növbədə ilkin 1 (bir) ay icarə haqqı vermədən, pandemiya ilə əlaqədar olaraq sonrakı 5-6 (beş-altı) ay ərzində icarə haqqını 35000 (otuz beş min) manat ödəməyi təklif etmişdir. Cavabdeh1 onun şərtləri ilə razı olmuşdur. İddiaçı bütün şərtlərinə əməl ediləcəyini bildirərək, təcili olaraq pulu ödəməyini təkidlə söyləmişdir. Bundan sonra Cavabdeh1 özünü “A+A” MMCnin rəsmi nümayəndəsi olduğunu iddiaçıya inandırıb, şərtləri ilə razı olacağını söylədiyinə o, inanmışdır. Odur ki, özü ilə götürmüş olduğu 55000 (əlli beş min) manat pulu stolun üstünə qoymuşdur. Cavabdeh1 həmin puldan 20000 (iyirmi min) manat nağd şəkildə özü götürmüş, qalmış 35000 (otuz beş min) manat pulu isə "xxxx" Plazanın hesabından “A+A” MMC-nin hesabına köçürməyi söyləmişdir. Bundan sonra iddiaçı və Samir Cavabdeh2 Cəfərovla sağollaşıb Sumqayıt şəhərinə "xxxx" Plazanın qarşısına qayıtmışlar. Orada 35000 (otuz beş min) manat pulu da Cavabdeh2 vermişdir. Cavabdeh2 də icarə borcu hesabına "xxxx" Plazanın adından “A+A” MMC-nin hesabına köçürtmüşdür. Bütün bunlara baxmayaraq, Cavabdeh1 "xxxx" Plazanı icarəyə götürməyi ilə bağlı iddiaçının irəli sürdüyü şərtlərlə pul verməmişdən qabaq razılaşmağına baxmayaraq, sonradan vermiş olduqları vədə əməl etməmişdir. Dəfələrlə pulunu tələb etməyinə baxmayaraq, yalnız 55000 manat puldan, cəmi 20000 manatını Cavabdeh1 qaytarmış, qalmış 35000 manat pulu bu günə kimi Cavabdeh1 iddiaçıya qaytarmamışdır. İddiaçıya sonradan bəlli olmuşdur ki, cavabdeh etibardan sui-istifadə edib, onu aldatmışdır. Cavabdehin məqsədi iddiaçının pulunu əvəzsiz şəkildə ələ keçirmək olmuşdur. Cavabdeh qeyd edilən məbləği özündə saxlamaqla, iddiaçının pul vəsaitindən öz mənafeləri üçün istifadə edərək faydalanmış, lakin iddiaçıya olan borcu qaytarmamışdır. Məhz bu səbəbdən də, iddiaçı məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət edir. Eyni zamanda, cavabdeh qeyd edilən məbləği özündə saxlamaqla, iddiaçının pul vəsaitindən öz mənafeləri üçün istifadə edərək faydalanmış, lakin iddiaçıya olan borcu qaytarmamışdır. Odur ki, iddiaçının vəsaitindən faydalandıqlarına və iddiaçıya olan borcu vaxtında qaytarmadıqlarına, ona maddi cəhətdən çətinliyə salaraq biznesimin inkişafına zərər vurduqlarına görə həmin vəsaitin məbləğindən faizlər ödəməlidirlər. Bu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında tam öz əksini tapmışdır. Həmin qərarın şərhinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulması müəyyən edilmişdir. İddiaçının nümayəndəsi S.A.Abusəməd məhkəməyə ərizə göndərərək mülki iş üzrə ərizəninin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh1 iddianı qəbul etmədi və göstərdi ki, Sumqayıt şəhəri, 36-çı məhəllə ərazisində yerləşən əvvəllər adı "xxxx" plaza olan hal-hazırki adı «Mərkəz» plaza «A+A» Şirkətlər qrupu MMC-ə məxsus bir binadır. O, həmin MMÇ-nin sahibinin rəsmi nümayəndəsi olub. «Mərkəz» plazanı içarə əsasında işlədən Cavabdeh2 tanıyır. Cavabdeh2 həmin plazanı 11 aya yaxın içarə əsasında işlətmişdir. Pandemiya ilə əlaqədar olaraq Samirin vəziyyəti yaxşı olmadıgını bilib və mövcud vəziyyəti nəzərə alıb icarə haqqının 35400 manata salmışlar. Sonradan Samir bildirmişdir ki, özünə partner tapıb və həmin şəxsin Pərviz adlı şəxs oldugunu demişdir. 2020-ci ilin oktyabr ayının ortalarında Cavabdeh2lə tanımadıgı bir şəxslə Bakı şəhərində görüşmüşdür. Samir həmin şəxsin Pərviz olduğunu və onun partner olmasını bildirmişdir. Pərvizdən heç bir pul məbləği götürməmişdir. Onların arasında danışıqlar olmamışdır. Cavabdeh2 özü Pərvizdən 20.000 manat pul götürüb «A+A» şirkətin hesabına köçürmüşdür. Sonradan Pərviz həmin pulu geri qaytarılmasını tələb etmiş, uşağının xəstə olduğunu bildirmişdir. O, Pərvizin uşağının xəstəliyini nəzərə alıb, Şirkətin rəhbərliyindən ödənilmiş 20.000 manatın şirkət tərəfindən Pərvizə geri qaytarılmasını xahiş etmişdir. Pərvizdən o pul almamışdır və heç bir sövdələşmə aralarında olmamışdır. Məhkəmədə cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək göstərdi ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçı 2021-ci il tarixdə bir dəfə də belə bir iddia ilə məhkəməyə müraciət etmiş və həmin mülki iş baxılmamış saxlanılmışdır. Hazırda iddiaçının cavabdehdən pul tələb etməsinə əsas olacaq hər hansı bir sübut mövcud deyildir. İddiaçı tələb etdiyi 35000 (otuz beş min) manat pulu Cavabdeh2 vermiş və "xxxx" MMC “A+A” şirkətlər qrupu MMC-yə bank vasitəsi ilə Cavabdeh2 tərəfindən ödənilməsi göstərilmişdir. Hazırki iddianın cavabdehlə heç bir əlaqəsi yoxdur. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehi və nümayəndəsinin izahatlarını dinləyərək, iddia ərizəsini nəzərdən keçirib, belə hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, işdə olan “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı Ağamalı oğlunun Cavabdeh2 barəsində şikayət ərizəsi əsasında cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli “Müəssisədəki payın alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, "xxxx" MMC nizamnamə kapitalının miqdarı 20 (iyirmi) manat olmaqla Cavabdeh2 məxsus 20 paylı kapitalını mülkiyyətinə verməyi X3 isə qəbul etməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 449-cu maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, ona qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldğı gün üçün bank-uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X2 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Göründüyü kimi prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən iddiasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə İddiaçı Cavabdeh1 qarşı “pul tələbinə” dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Ağamalı oğlunun Cavabdeh1 qarşı “pul tələbinə” dair iddiası rədd edilsin. İddiaçı Ağamalı oğlu tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №e-2(060)-596/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-596/2023
08.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver