Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6093/2024 31.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı aliment miqdarının azaldılması tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Sumqayıt şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(060)-895/2019 saylı qətnaməsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün tutulan ayda 154 manat, cəmi 308 manat sabit pul məbləğində alimentin miqdarının dəyişdirilərək, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay 235 manat cəmi 470 manat sabit pul məbləğində alimentin və mediasiya təşkilatına ödənilmiş 50 manat pulun manat pulun İddiaçı xeyrinə tutulmasına barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X5 adlı iki övladı vardır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(060)-895/2019 saylı qətnaməsinə əsasən hər uşağa ayda 154 manat, cəmi 308 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Həmin məbləğ uşaqların tələbatını ödəmir. Cavabdeh işləyir və gəliri vardır. Hazırda respublikada uşaqlar üçün minimum yaşayış həddi 235 manat müəyyən edilmişdir. Cavabdehin uşaqlar üçün ayda həmin məbləğdə aliment ödəməyə tam imkanı vardı. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(060)-895/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını azaldaraq, övladları xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 120 manat olmaqla, cəmi iki uşağa görə 240 manat sabit pul məbləğində aliment tutulub, cavabdeh İddiaçı verilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçıya qarşı alimentin artırılması tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət edərək, övladlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh ikin iddia tələbini qəbul etmir və hazırkı qarşılıqlı iddia ilə məhkəməyə müraciət edir. O, qeyd edir ki, iddiaçı ikinci dəfə ailə həyatı qurmuşdur. Belə ki, Cavabdeh xx.xx.2021-ci ildə Nağıyeva (Həbibova) Fidan Fazil qızı ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Onların xx.xx.2021-ci il təvəllüdlü X4 adlı bir övladları var. Cavabdeh ilkin iddia tələbini qəbul etmir. Belə ki, onun hər ay 470 manat sabit pul məbləğində aliment ödəməyə maddi imkanım yoxdur. Belə ki. onun rəsmi iş yeri var və 345 manat əmək haqqı alır. Onun hər ay nəinki 470 manat, məhkəmə qətnaməslə müəyyən olunmuş 308 manat məbləğində alimenti də ödəməyə maddi imkanı yoxdur. Lakin Cavabdeh bir ata kimi dərk edir ki, o, öz övladlarını saxlamalı və onlara maddi cəhətdən köməklik etməlidir. Bu bir ata kimi onun həm hüququ, həm də vəzifəsidir. Cavabdeh hər ay hər uşaq üçün 120 manat olmaqla cəmi 240 manat aliment ödəməyə maddi imkanı çatır. O hesab edir ki, mülki işə baxılarkən bütün bunlar nəzərə alınamlıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbini müdafiə etdi, qarşılıqlı iddia tələbini qəbul etmədi. İlkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 ilkin iddia tələbini müdafiə etdi, qarşılıqlı iddia tələbini qəbul etmədi. İlkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə2 ilkin iddia tələbini qəbul etmədi. Qarşılıqlı iddia tələbini müdafiə edərək bildirdi ki, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi. İlkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-895/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli nikahın pozulması, tərəflərin xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X3 İddiaçı yanında qalması, nikahın pozulması haqqında şəhadətnamənin verilməsi ilə bağlı olaraq Cavabdeh 15 manat dövlət rüsumu alınsın, İddiaçı bu rüsumu ödəməkdən azad edilməsi, xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2014cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay Cavabdeh hər uşağa görə 154 manat olmaqla, ümumilikdə 308 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı qızma verilməsi qət edilmişdir. - MŞŞ/MT030/2024-01809 saylı xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər ilkin mediasiya sesiyasında iştirak etmiş, lakin prosesin davam etdirilməsi barədə razılığa gəlməmişlər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar 50 manat mediasiya xərci ödəmişdir. - doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X5 iki övlad var. - Azərbaycan Respublikası Sumqayıt şəhəri X2 tərəfindən 119 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh fəhlə peşəsində işləyir, aylıq vəzifə maaşı 345 manat təşkil edir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəyə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın hamısını və ya bir hissəsini xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasıə sas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Şərh olunan hüquq normasının məzmunundan da göründüyü kimi qanunverici alimentin miqdarının müəyyən olunması ilə bağlı məhkəmə qərarını daimi və son olaraq qətiləşdirmir, tərəflərdən birinin ailəvi ya maddi vəziyyətində dəyişiklik olduğu hallarda alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi və tərəflərin diqqətəlayiq başqa maraqlarının nəzərə alınmasını istisna etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Məhkəmə ilkin iddia tələbi ilə bağlı qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-895/2019 saylı qətnaməsindən görünür ki, xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay Cavabdeh hər uşağa görə 154 manat olmaqla, ümumilikdə 308 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamə ilə tutulan alimentin məbləği hazırda uşaqın saxlanması üçün kifayət etmir. Belə ki, uşağın böyüməsi ilə əlaqədar onun maddi tələbatları getdikcə artır, iddiaçı isə, övladını saxlamaqda maddi baxımdan çətinlik çəkir. Bu halda məhkəmə hesab edir ki, iddiaçının marağı əhəmiyyətli dərəcədə pozulur. Məhkəmə tərəflərin bildirdiyi bütün faktları hərtərəfli, tam və qərəzsiz məcmu halda tədqiq edərək bu nəticəyə gəlir ki, ilkin iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, Cavabdeh özünün maddi durumunun ağır vəziyyətdə olmasına dair mötəbər sübutları məhkəməyə təqdim etmədiyindən və aliment miqdarının azaldılması tələbinə dair gətirdiyi dəlillər əsassız olduğundan məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi rədd edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə iddianın mediasiyaya dair xərcin əvəzinin cavabdehdən alınaraq iddiaçıya verilməsi ilə bağlı hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-895/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 200 manat olmaqla ümumilikdə hər ay üçün 400 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən mediasiya xərci kimi ödənilmiş 50 manatın əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilsin. İlkin iddia tələbi qalan hissədə rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-895/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının azaldılaraq xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 120 manat olmaqla, cəmi iki uşağa görə 240 manat sabit pul məbləğində aliment tutulub cavabdeh İddiaçı verilməsi barədə qarşılıqlı iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-6093/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6093/2024
31.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver