Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-614/2025 09.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhət məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə:
1. İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “SNTV” əmtəə nişanı ilə fəaliyyət göstərən "xxxx" MMC-nin kabelşəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 34.98 manat abunə haqqı qismində vurulmuş zərərin məbləğində vurulmuş zərərin, hüquqi göstərilməsi və qrafik üzrə 50 (əlli) manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0.40 (qırx) qəpik məbləğində bank xidmət haqqının,cəmi 115.38 manat məbləğində pulun tutulub iddiaçı"xxxx" MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, “SNTV” əmtəə nişanı ilə fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının, Sumqayıt şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, Milli Televiziya və Radio Şurasından 07 may 2005-ci il tarixli, TR 057 saylı və 07 may 2012-ci il tarixli, TR 066 saylı Dövlət rüsumunun ödənilməsi haqqında məlumat xüsusi razılıqlar (lisenziyalar) almışdır. Bu məqsədlə kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xəttləri çəkir. Kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı xx.xx.2015-ci il tarixədək 9 manat, xx.xx.2015-ci il tarixdən etibarən 10 manat təşkiledir Lakin bir çox vətəndaşlar "xxxx" MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq “SNTV”-yə məxsus kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə "xxxx" MMC tərəfindən "xxxx" hüquq firması ilə xx.xx.2008-ci il, xx.xx.2011-ci il, xx.xx.2014-cü il , xx.xx.2015-ci il və xx.xx.2018-ci il tarixdə hüquqi xidmətlərin göstərilməsi dair müqavilələr imzalanmışdır. İddia ərizəsinə əlavə edilmiş “TERM” Kompaniyası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 56 №-liarayışdan görünür ki, cavabdeh ünvan 1in sahibidir. xx.xx.2023-cü il tarixdə “ Ədalət-A” hüquq firmasının və “SNTV” kabel televiziyasının əməkdaşları sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə, xx.xx.2023-cü il tarixli, 1919 N saylı, akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabelşəbəkədən ayrılmışdır Həmin ünvan iddiaçıya məxsus şəbəkədən xx.xx.2023-cü il tarixində ayrılmışdır. Sözügedən mənzilin şəbəkədən ayrıldığı xx.xx.2023-cü il tarixdən qanunsuz qoşulma barədə tərtib olunan xx.xx.2023-cü il tarixli 1919 N saylıaktın tərtib olunma tarixinədək olan müddət olan müddət 106 gün təşkil edir. Bir günlük abunə haqqının 33 (otuz) qəpik olmasını nəzərə alaraq müəyyən olunmuşdur ki,cavabdehin iddiaçıya abunə haqqı qismində vurduğu zərər 34.98 manat təşkil edir. Belə olan halda hesab edirəm ki,yuxarıda qeyd edilmiş qanunsuz qoşulma nəticəsində "xxxx"MMC-yə maddiziyan vurulmuşdur "xxxx" MMC ilə "xxxx" hüquq firması arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nazarət baxışızamanı binaların yoxlanması üçün 50 (əlli) manat pul ödəyir. Ödənilən dövlət rüsumu 30 (otuz) manat, bank xidməti haqqı isə 0.40 (qırx) qəpik təşkiledir. Beləliklə,cavabdehin "xxxx" MMC-yə ödəməli olduğu məbləğ cəmi 115.38 manat (34.98+30.40+50 manat) təşkil edir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (məhkəmə bildirişinə imza etməklə) xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, lakin iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmiş, cavabdeh isə məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
4. Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdeh qanunsuz olaraq iddiaçının kabel şəbəkəsinə qoşulmuşdur. Bununla əlaqədar akt tərtib edilmiş və ona 34.98 manat abunə haqqı qismində vurulmuş zərər və hüquqi xidmət göstərilməsi və qrafik üzrə 50 (əlli) manat borc hesablanmışdır. Hazırda həmin məbləğ və ödənilmiş dövlət rüsumu cavabdehdən tələb olunur.
5. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, o yalnız bir dəfə xəbərlərə baxmaq üçün kabel şəbəkəsinə qoşmuşdur. Lakin bu hal mütəmadi olmamış, müvəqqəti olmuşdur.
6. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli 1919 nömrəli aktın təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2023-ci il tarixdə "xxxx" hüquq firmasının və “SNTV” kabel televiziyasının əməkdaşları ünvan 1 ünvanında kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş və bu barədə xx.xx.2023-cü il tarixdə akt tərtib olunmuşdur.
8. İşdə olan xx.xx.2024-cü il tarixli, 875 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" MMC (SNTV) "xxxx" MMC-nin hesab nömrəsinə 50 manat məbləğində pul köçürmüşdür.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
9. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh kabel şəbəkəsinə qanunsuz olaraq qoşulmuş və nəticədə cavabdehin, iddiaçı "xxxx" MMC qarşısında maddi ziyana görə 34.98 manat məbləğində borcu yaranmışdır. Bu halı iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər və cavabdehin izahatı da təsdiq edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər.
11. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2).
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci və 1096.2-ci maddələrinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
13. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
14. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh ünvan 1 ünvanında iddiaçıya məxsus kabel şəbəkəsinə qanunsuz qoşulmaqla iddiaçıya vurduğu ziyana görə 34.98 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir.
15. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
16. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
17. Məhkəmə hesab edir ki, "xxxx" hüquq firmasına hüquqi yardıma görə ödənilən xərclərə görə cavabdehdən 50 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya verilməlidir.
18. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 30,40 manat dövlət rüsumu da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir.
Nəticə hissəsi:
19. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. Cavabdeh “SNTV” əmtəə nişanı ilə fəaliyyət göstərən "xxxx" MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 34,98 (otuz dörd manat doxsan səkkiz qəpik) manat abunə haqqı qismində vurulmuş zərər, hüquqi xidmət göstərilməsi və qrafik üzrə 50 (əlli) manat, cəmi 84,98 (səksən dörd manat doxsan səkkiz qəpik) manat məbləğində pul, iddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə)apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Tanrıverdiyeva