Məhkəmə qərarları › İş №e-2(060)-6158/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6158/2025

08.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6158/2025 08.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Nəcəfzadə Əfsanə Eyvaz qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun qaytarılması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit borcunun qaytarılması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 21 dekabr 2016-ci il tarixli, 191/M nömrəli kredit müqaviləsinə əsasən cavabdehə illik 6 faiz olmaqla, faizlər rüblük, əsas məbləğ müddətin sonunda ödənilməklə, xx.xx.2017-ci il tarixinə kimi ******* ABŞ dolları məbləğində kredit verilmişdir. 21 dekabr 2016-ci il tarixli, 191/M nömrəli kredit müqaviləsini 29 dekabr 2017-ci il tarixli əlavəsinə əsasən kreditdən istifadə müddəti 12 ay artırılaraq xx.xx.2018-ci il tarixinə qədər artırılmışdır. 21 dekabr 2016-ci il tarixli, 191/M nömrəli kredit müqaviləsini 22 fevral 2018-ci il tarixli əlavəsinə əsasən 21 dekabr 2016-ci il tarixli 191/M nömrəli kredit müqaviləsi ilə cavabdehə illik 6 faiz olmaqla, faizlər rüblük, əsas məbləğ müddətin sonunda ödənilməklə, verilmiş ******* ABŞ dolları məbləğində olan kreditin qalıq məbləği (əsas borc 882000 ABŞ dolları, faiz 8490 ABŞ dolları) Mərkəzi Bankın rəsmi məzənnəsinə (1 ABŞ=1701) uyğun mübadilə edilərək , əsas məbləği 1499488,20 manat faiz məbləği 14,434 manat məbləğində təyin edildi. Müqavilə qalan hissədə dəyişdirilməmişdir. 21 dekabr 2016-cı il tarixli, 191/M nömrəli kredit müqaviləsini 08 yanvar 2019-cu il tarixli əlavəsinə əsasən kreditdən istifadə müddəti 24 ay artırılaraq xx.xx.2018-ci il tarixindən xx.xx.2020-ci il tarixinə qədər artırılmışdır. 21 dekabr 2016-ci il tarixli, 191/M nömrəli kredit müqaviləsini 29 dekabr 2020-ci il tarixli əlavəsinə əsasən kreditdən istifadə müddəti 12 ay artırılaraq xx.xx.2021-ci il tarixinə qədər artırılmışdır. 21 dekabr 2016-cı il tarixli, 191/M nömrəli kredit müqaviləsini 23 dekabr 2021-ci il tarixli əlavəsinə əsasən kreditdən istifadə müddəti 12 ay artırılaraq xx.xx.2022-ci il tarixinə qədər artırılmışdır. 21 dekabr 2016-ci il tarixli, 191/M nömrəli kredit müqaviləsini 26 dekabr 2022-ci il tarixli əlavəsinə əsasən kreditdən istifadə müddəti 24 ay artırılaraq xx.xx.2024-cü il tarixinə qədər artırılmışdır. 21 dekabr 2016-ci il tarixli 191/M nömrəli kredit müqaviləsini 05 yanvar 2023-cü il tarixli əlavəsinə əsasən 01.12.202-ci il tarixdən hesablanan faiz dərəcəsi 5% endirilmişdir. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən kredit və faizlər ödənilmədikdə və yaxud qismən ödənildikdə Borc alana bu barədə xəbərdarlıq göndərməklə öhdəliyin vaxtından əvvəl icra olunmasını tələb etmək barədə Bankın hüququ vardır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borc öhdəliyini lazımınca icra etmədikdə öhdəliyin icrasının vaxtında əvvəl tələb edilməsi barədə Borc verən Borc alanı xəbərdar etdikdən 3 iş günü müddətində borc öhdəliyini qeyri-şərtsiz icra etmək Borc alanın vəzifəsidir. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12-5/2-N-21-11216/2025 saylı 01 iyul 2025-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərilərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 01 iyul 2025-ci il tarixə Cavabdeh cəmi borcu 733541,35 manat, bundan 690000 manat əsas, 25333,02 manat faiz borcu və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirmiş vaxt üçün hesablanan faiz məbləği üzrə 18208,33 manat təşkil edir. Göstərilənlərə əsasən cəmi 733541,35 manat, bundan 690000 manat əsas, 25333,02 manat faiz borcu və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirmiş vaxt üçün hesablanan faiz məbləği üzrə 18208,33 manat, iş üzrə ödənilmiş 1023,54 manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 izahat verərək iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, tərəflər arasında xx.xx.2025-ci il tarixdə tələbin güzəştinə dair müqavilə bağlanaraq, 692000 manat məbləğində pulun tələb edilməsinə razılaşmışlar. Bu səbəbdən iddia tələbi rədd edilməlidir.

5. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. İş materiallarında olan İddiaçı ASC (Borcverən) və Cavabdeh (Borcalan) arasında xx.xx.2016-cı il tarixdə bağlanmış 191/M nömrəli kredit müqaviləsindən müəyyən olunur ki, “Borcverən” şəxsi məqsədlər üçün “Borcalan”a illik 6% ödənilmək şərti ilə, xx.xx.2017-ci il tarixinədək 106560 ABŞ dolları məbləğində kredit verməyi, “Borcalan” isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, göstərilən müddətdə və qaydada krediti və kreditə hesablanacaq faizləri, o cümlədən bu müqavilə ilə irəli gələn digər pul öhdəliklərini (cərimə, dəbbə) “Borcverən”ə qaytarmağı öhdəsinə götürür.

7. İş materiallarında olan İddiaçı ASC və Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə bağlanmış “xx.xx.2016-cı il tarixli, 191/M nömrəli kredit müqaviləsi”nə əlavədən görünür ki, ******* ABŞ dolları məbləğində olan kreditin qalıq məbləğinin (əsas məbləğdən qalıq borcu 886 357,76 ABŞ dolları, faiz məbləğindən 13945 ABŞ dolları məbləğindədir) istifadə müddəti kreditin bitmə tarixindən 12 ay müddətinə, xx.xx.2017-ci il tarixindən xx.xx.2018-ci il tarixinə qədər artırılmışdır.

8. İş materiallarında olan İddiaçı ASC və Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanmış “xx.xx.2016-cı il tarixli, 191/M nömrəli kredit müqaviləsi”nə əlavədən görünür ki, ******* ABŞ dolları məbləğində olan kreditin qalıq məbləğinin (əsas borc 882000 ABŞ dolları, faiz 8490 ABŞ dolları məbləğindədir) Mərkəzi Bankın rəsmi məzənnəsinə (1USD = 1.7001 AZN) uyğun mübadilə edilərək, əsas məbləği 1499488,20 AZN, faiz məbləği 14434 AZN məbləğinəd təyin edilir.

9. İş materiallarında olan İddiaçı ASC və Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış “xx.xx.2016-cı il tarixli, 191/M nömrəli kredit müqaviləsi”nə əlavədən görünür ki, ******* ABŞ dolları məbləğində olan kreditin (xx.xx.2018-ci il tarixli əlavəyə əsasən 1810606,50AZN təyin edilmiş) qalıq məbləğinin (əsas məbləğdən qalıq borcu 1152909,55 AZN, faiz məbləğindən 53604,84 AZN məbləğindədir) istifadə müddəti kreditin bitmə tarixindən 24 ay müddətinə, xx.xx.2018-ci il tarixindən xx.xx.2020-ci il tarixinə qədər artırılır.

10. İş materiallarında olan İddiaçı ASC və Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış “xx.xx.2016-cı il tarixli, 191/M nömrəli kredit müqaviləsi”nə əlavədən görünür ki, ******* ABŞ dolları məbləğində olan kreditin (xx.xx.2018-ci il tarixli əlavəyə əsasən kreditin qalıq məbləği Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun mübadilə edilərək, qalıq borcu AZN valyutasına mübadilə edilmiş, xx.xx.2019-cu il tarixli Əlavəyə əsasən kreditin istifadə müddəti xx.xx.2020-ci il tarixinə qədər artırılmışdır) qalıq məbləğinin (əsas məbləğdən qalıq borcu 690 000 AZN , faiz məbləğindən 4036,30 AZN məbləğindədir) istifadə müddəti kreditin bitmə tarixindən 12 ay müddətinə, xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər artırılır.

11. İş materiallarında olan İddiaçı ASC və Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış “xx.xx.2016-cı il tarixli, 191/M nömrəli kredit müqaviləsi”nə əlavədən görünür ki, ******* ABŞ dolları məbləğində olan kreditin (xx.xx.2018-ci il tarixli əlavəyə əsasən kreditin qalıq məbləği Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun mübadilə edilərək, qalıq borcu AZN valyutasına mübadilə edilmiş, xx.xx.2020-ci il tarixli Əlavəyə əsasən kreditin istifadə müddəti xx.xx.2021-ci il tarixinə qədər artırılmışdır) qalıq məbləğinin (əsas məbləğdən qalıq borcu 690 000 AZN, faiz məbləğindən 15.696,75 AZN məbləğindədir) istifadə müddəti kreditin bitmə tarixindən 12 ay müddətinə, xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər artırılır.

12. İş materiallarında olan İddiaçı ASC və Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanmış “xx.xx.2016-cı il tarixli, 191/M nömrəli kredit müqaviləsi”nə əlavədən görünür ki, ******* ABŞ dolları məbləğində olan kreditin (xx.xx.2018-ci il tarixli əlavəyə əsasən kreditin qalıq məbləği Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun mübadilə edilərək, qalıq borcu AZN valyutasına mübadilə edilmiş, xx.xx.2020-ci il tarixli Əlavəyə əsasən kreditin istifadə müddəti xx.xx.2021-ci il tarixinə qədər artırılmışdır) qalıq məbləğinin (əsas məbləğdən qalıq borcu 690 000 AZN, faiz məbləğindən 15.116.75 AZN məbləğindədir) istifadə müddəti kreditin bitmə tarixindən 24 ay müddətinə, xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinə qədər artırılır.

13. İş materiallarında olan İddiaçı ASC və Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış “xx.xx.2016-cı il tarixli, 191/M nömrəli kredit müqaviləsi”nə əlavədən görünür ki, xx.xx.2016-cı il tarixli 191/M saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 5 % hesablanmış şərti ilə verilən 1810606,50 manat məbləğində kreditin qalıq məbləğinə hesablanan illik faiz dərəcəsi xx.xx.2022-ci il tarixindən 5%-dən 1%-ə endirilir.

14. İş materiallarında olan ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, borcalan Cavabdeh xx.xx.2016-cı il tarixli, 191/M nömrəli kredit müqaviləsi üzrə LPO İddiaçı ASCyə xx.xx.2025-ci il tarixə 690000 manat əsas, 25333,02 manat faiz borcu və 18208,33 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz olmaqla, cəmi 733541,35 manat məbləğində borcu vardır.

15. İş materiallarında olan xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, borcalan Cavabdeh xx.xx.2016-cı il tarixli, 191/M nömrəli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə yaranmış (690000 manat) barədə məlumat verilmiş, həmin borcun tam şəkildə 5 (beş) iş günü müddətində ödənilməsi təklif edilmiş, əks halda iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.

16. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Azari” Express poçt-daşıma kuryer xidməti tərəfindən tərtib edilmiş aktın surətindən görünür ki, xx.xx.2025 Muğanbankdan qəbul edilmiş məktub qaimə (947307) Cavabdeh zərf çatdırılmamışdır.

17. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh və ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2025-ci il tarixli tələbin güzəştinə dair müqavilədən görünür ki, "xxxx" MMC ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı Əsas Müqavilə üzrə həmin banka AZ33MUGA**********000753AZM00 nömrəli cari hesabda olan ümumi vəsaitdən 692000 manat vəsaiti tələb etmək hüququnu Cavabdeh verir (güzəşt edir).

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

18. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış faizləri hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda, vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

20. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

21. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

22. Eyni Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

23. Eyni Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

24. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

25. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

27. Məhkəmə qeyd edir ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank kredit müqaviləsi üzrə yaranmış borcun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur.

28. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtı tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir.

29. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər.

30. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir.

31. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir.

32. Belə ki, Qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Mülki Məcəllənin «Öhdəliklərin icra edilməməsi» adlanan 22-ci fəslində və «Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət» adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir.

33. İstinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.

34. Göstərilən normaların dispozitiv şərtlərindən də göründüyü kimi, gecikdirilmiş vaxt üçün faiz tələb etmə yalnız kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) halında mümkündür.

35. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olduğundan hesablanmış 18203,33 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

36. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2016-cı il tarixli, 191/M nömrəli kredit müqaviləsi üzrə 690.000 (altı yüz doxsan min) manat əsas borc, 25.333,02 (iyirmi beş min üç yüz otuz üç manat, iki qəpik) faiz borcu və 18.208,33 (on səkkiz min iki yüz səkkiz manat, otuz üç qəpik) manat illik 5% gecikdirilmiş faiz borcu olmaqla, cəmi 733.541,35 (yeddi yüz otuz üç min beş yüz qırx bir manat, otuz beş qəpik) manat məbləğində pul və ödənilmiş 1023,54 (bir min iyirmi üç manat, əlli dörd qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

39. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

40. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

42. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

43. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Nəticə hissəsi:

44. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2016-cı il tarixli, 191/M nömrəli kredit müqaviləsi üzrə 690.000 (altı yüz doxsan min) manat əsas borc, 25.333,02 (iyirmi beş min üç yüz otuz üç manat, iki qəpik) faiz borcu və 18.208,33 (on səkkiz min iki yüz səkkiz manat, otuz üç qəpik) manat illik 5% gecikdirilmiş faiz borcu olmaqla, cəmi 733.541,35 (yeddi yüz otuz üç min beş yüz qırx bir manat, otuz beş qəpik) manat məbləğində pul və ödənilmiş 1023,54 (bir min iyirmi üç manat, əlli dörd qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar