Məhkəmə qərarları › İş №e-2(060)-6243/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-6243/2023

22.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-6243/2023 22.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X4 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı qətnamənin dəyişdirilməsi və digər tələbi barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsi müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4182/2022 saylı iş üzrə 23 noyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilməsini, 05 iyul 2006-cı il təvəllüdlü X2, 20 fevral 2008-ci il təvəllüdlü X3 və 23 iyul 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün cavabdehdən onun xeyrinə hər ay hər uşağa görə 220 manat sabit pul məbləğində olmaqla, cəmi 660 manat məbləğində alimentin tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirərək aşağıdakı nəticəyə gəlir. İddia ərizəsindən göründüyü kimi iddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 4182/2022 saylı iş üzrə 23 noyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilməsini xahiş edir. Lakin, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin həmin məhkəmənin özü tərəfindən dəyişdirilməsi səlahiyyəti mülki-prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. İddiaçı yalnız həmin qətnamə ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsini məhkəmədən xahiş edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir (153.2.1). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı Cavabdeh qarşı qətnamənin dəyişdirilməsi və digər tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina olunsun. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar