Məhkəmə qərarları › İş №e-2(060)-625/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-625/2024

29.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-625/2024 29.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı «X4 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «borcun tutulması tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: «X4 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas məbləğ üzrə borc 93.58 (doxsan üç manat əlli səkkiz qəpik) manat, hesablanmış və ödənilməmiş faiz borcu 10.05 (on manat beş qəpik) manat, cərimə borcu 10.36 manat (on manat otuz altı qəpik) manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 2.00 (iki) manat bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 4.80 (dörd manat səksən qəpik) manat, cəmi borc 120.79 (yüz iyirmi manat yetmiş doqquz qəpik) manat məbləğində kredit borcu və dövlət büdcəsinə köçürülmüş 30 (otuz) manat məbləğində dövlət rüsumunun «X4 Azərbaycan» QSC-nin хeyrinə tutulması (ödənilməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2013-cü il tarixdə «X4 Azərbaycan» QSC və Cavabdeh arasında Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bankları tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 500 (beş yüz) manat məbləğində, 5 (beş) il müddətinə kredit kart limiti (kredit xətti) açılmışdır. “Kart/əlavə kart sahibi” həmin kredit kart limiti (kredit xətti) üzrə istifadə etmiş olduğu vəsaiti (krediti) və ona hesablanmış faizləri, komisyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə “Bank”a qaytarmağı (ödəməyi) öhdəsinə götürmüşdür. Müqavilənin 4.21.2-ci bəndinə əsasən “Bank”kın “Kart/əlavə kart sahibi”nin istifadə etmiş olduğu vəsaiti (krediti) və vəsait (kredit) üzrə faizləri, komissiya və digər nəzərdə tutulmuş ödənişləri (haqları) vaxtında, müqavilə ilə müəyyən edilmiş şərtlərlə qaytarılması tələb etmək, tələbləri yerinə yetirilmədikdə kartın fəaliyyətini dayandırmaqla (bloklaşdırmaqla), borcun qaytarılması üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün tədbirləri həyata keçirmək, o cümlədən məhkəməyə müraciət etmək hüququ vardır. Müqavilənin 4.22.3-cü bəndinə əsasən “Kart/əlavə kart sahibi” kredit kartından istifadə nəticəsində yaranmış borcunu(larını) və/və ya borcu üzrə faizləri, komissiya və digər nəzərdə tutulmuş ödənişləri vaxtında və müqavilə ilə müəyyən edilmiş şərtlərlə ödəmək (qaytarmaq). Bu müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədikdə yaranmış borclarıın geri qaytarılması ilə bağlı “Bank”ın çəkdiyi (çəkməli olduğu) bütün xərclərin əvəzini, habelə əldən çıxmış faydasını “Bank”a ödəmək vəzifəsini daşıyır. «X4 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, bоrcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pоzaraq kreditin əsas məbləğini və оna hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaхtdan mütəmadi оlaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı хəbərdarlıq edilməsinə baхmayaraq, öhdəliyi icra etməmiş və bu günədək bоrcu ödəməmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən «X4 Azərbaycan» QSC-yə оlan bоrcu: əsas məbləğ üzrə borc 93.58 (doxsan üç manat əlli səkkiz qəpik) manat, hesablanmış və ödənilməmiş faiz borcu 10.05 (on manat beş qəpik) manat, cərimə borcu 10.36 manat (on manat otuz altı qəpik) manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 2.00 (iki) manat bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 4.80 (dörd manat səksən qəpik) manat, cəmi borc 120.79 (yüz iyirmi manat yetmiş doqquz qəpik) manat məbləğində kredit təşkil edir. İddiaçının nümayəndəsi Nümayəndə Elzibar oğlu ərizə ilə məhkəməyə müraciət iddia tələbini müdafiə etdiklərini və gələcək məhkəmə iclaslarını onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirdib, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan “X4 Azərbaycan” QSC ilə Cavabdeh (“kredit alan”) arasında bağlanmış 20 avqust 2013-cü il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik müqaviləsindən görünür ki, “X4 Azərbaycan” QSC tərəfindən Cavabdeh 5 il müddətinə 500 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan “X4 Azərbaycan” QSC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, borclu Cavabdeh 20 avqust 2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas məbləğ üzrə borc 93.58 (doxsan üç manat əlli səkkiz qəpik) manat, hesablanmış və ödənilməmiş faiz borcu 10.05 (on manat beş qəpik) manat, cərimə borcu 10.36 manat (on manat otuz altı qəpik) manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 2.00 (iki) manat bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 4.80 (dörd manat səksən qəpik) manat, cəmi borc 120.79 (yüz iyirmi manat yetmiş doqquz qəpik) manat məbləğində kredit kartı borcu təşkil edir. İş materiallarında olan qaimənin surətindən görünür ki, müqavilə üzrə öhdəliklərini pozduğuna dair cavabdehə bildirişlər (pretenziyalar) göndərilmiş və 4 manat 80 qəpik poçt xidmət haqqısı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məçəllənin 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanılması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh əsas məbləğ üzrə borc 93 (doxsan üç) manat 58 (əlli səkkiz) qəpik, hesablanmış və ödənilməmiş faiz borcu 10(on) manat 05 (beş) qəpik, cərimə borcu 10 (on) manat 36 (otuz altı) qəpik, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 2.00 (iki) manat bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 4 (dörd) manat 80 (səksən) qəpik, cəmi borc 120 (yüz iyirmi) manat 79 (yetmiş doqquz) qəpik məbləğində kredit borcu və dövlət büdcəsinə köçürülmüş 30 (otuz) manat məbləğində dövlət rüsumu “X4 Azərbaycan” QSC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar