Məhkəmə qərarları › İş №e-2(060)-6251/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6251/2022

20.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6251/2022 20.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X10 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh2 iştirakları ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, X7, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC (bundan sonra - iddiaçı) Cavabdeh1, X7, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, vərəsələr Cavabdeh1, Zülfüqarova (Qafarzadə) İlahə İlham qızından, zaminlər - Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 müştərək qaydada idiaçının хеyrinə 27R000004201 saylı krеdit razılaşması üzrə 1552,43 ABŞ dolları məbləğində krеdit bоrcu, 1386,15 ABŞ dolları məbləğində faiz bоrcu və 1683,12 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 4621 ABŞ dolları 70 sent məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 98,57 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Qafarzadə İlham Nizami oğluna iddiaçı ilə bağladığı xx.xx.2014-cü il tarixli, 27L000002377 saylı krеdit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 50000 ABŞ dolları məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Kredit xətti müqaviləsi üzrə Qafarzadə İlham Nizami oğlu iddiaçı ilə bağladığı xx.xx.2014-cü il tarixli, 27R000004201 saylı krеdit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.3333% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 ABŞ dolları məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli, 27R000004201S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Qafarzadə İlham Nizami oğlu krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu vəfaiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2015-ci il tarixdən banka qaytarmamışdır. Qafarzadə İlham Nizami oğlu götürdüyü krеdit bоrcundan 3447,57 ABŞ Dolları ödəmiş, onun 1552,43 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Qafarzadə İlham Nizami oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 2456 gün üçün hesablanmış faiz borcu 1386.15 ABŞ Dolları təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi xx.xx.2022-ci il tarixli, 970 nömrəli cavab məktubuna əsasən Qafarzadə İlham Nizami oğlundan miras qalmış əmlaka, xx.xx.2017-ci il tarixdə verilmiş 2v-19 saylı reyestrlə rəsmiləşdirilməsi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən, Cavabdeh1, X1 İlham Nizami oğlunun vərəsələridir. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə xx.xx.2022-ci il tarixdə elektron sistem vasitəsilə ərizə ünvanlanmışdır. Ərizə onunla əsaslandırılmışdır ki, Qafarzadə İlham Nizami oğlu ilə iddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 27R000004201 saylı kredit razılaşması əsasında yaranmış borc "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən kompensasiya olunacaq problemli kreditlərə aid edilmişdir. Maliyyə Bazarlarına Nəzarət Palatasının təqdim etdiyi məlumata əsasən, 271,000004201 saylıkredit razılaşması üzrə 2268,66 ABŞ dolları məbləğində kompensasiya hesablanaraq həmin məbləğ əsas borcdan silinmişdir. Hazırda xx.xx.2014-cü il tarixli, 27R000004201 saylı kredit razılaşması üzrə əsas borc 1552,43 ABŞ dolları, xx.xx.2016-cı il tarixinə (müqavilə müddəti sonuna) faiz borcu 0, cərimə isə 182,72 ABŞ dolları təşkil edir. Bununla yanaşı, sözügedən kredit öhdəliyi istinad olunan Fərmana əsasən restrukturizasiya olunacaq problemli kreditlərə aid edilmişdir. Lakin həmin Fərmanın qüvvədə olduğu dövr ərzində kredit razılaşması üzrə əsas borcun restrukturizasiya olunması ilə bağlı Banka rəsmi müraciət daxil olmayıb. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahat verərək bildirdi ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının təqdim etdiyi məlumata əsasən 2268,66 ABŞ dolları məbləğində kompensasiya hesablanaraq həmin məbləğ əsas borcdan silinmişdir. Hazırda xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə əsas borc 1552,43 ABŞ dolları, cərimə isə 182,72 ABŞ dolları təşkil edir. Sözügedən kredit öhdəliyi istinad olunan Fərmana əsasən restrukturizasiya olunacaq problemli kreditlərə aid edilmişdir. Qeyd edilənlərə əsasən nümayəndə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 özünün iş üzrə zamin olduğunu qeyd edərək iddia tələbinin ona aid hissədə rədd edilməsini məhkəmədən xahiş etdi. Digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdehlər sonuncu məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh2 izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh5 xx.xx.2000-ci ildə anadan olmuş, hazırda ünvan 2 ünvanında qeydiyyatdadır. Cavabdeh1 xx.xx.1968-ci ildə, Sumqayıt şəhərində anadan olmuşdur. O, ünvan 3 ünvanında qeydiyyatdadır. Cavabdeh İlham Qafarzadə xx.xx.1973-cü ildə, Gəncə şəhərində anadan olmuşdur. O, ünvan 4 ünvanında qeydiyyatdadır. Cavabdeh4 xx.xx.1966-cı ildə, Sumqayıt şəhərində anadan olmuşdur. O, ünvan 6 ünvanında qeydiyyatdadır. Cavabdeh3 xx.xx.1980-ci ildə, ünvan 7 ünvanında qeydiyyatdadır. İlham Qafarzadə ilə iddiaçı arasında bağlanan xx.xx.2014-cü il tarixli, 27L000002377 saylı krеdit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 50000 ABŞ Dolları məbləğində krеdit хətti açılmışdır. Qafarzadə İlham Nizami oğlu iddiaçı ilə bağladığı xx.xx.2014-cü il tarixli, 27R000004201 saylı krеdit razılaşmasına əsasən 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2,3333% оlmaqla 5000 ABŞ Dolları məbləğində krеdit götürmüşdür. xx.xx.2015-ci il tarixli, 27R000004201S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Belə ki, xx.xx.2012-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh iddiaçıya 13 ay müddətinə 4-cü aydan başlayaraq hər ay 433,23 ABŞ dolları, sonuncu ay isə 657,18 ABŞ dolları ödəməli idi. İddiaçı ilə bağlanmış xx.xx.2014-cü il tarixli zaminlik müqavilələrinə əsasən kredit müqaviləsi üzrə İlham Qafarzadənin öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər X5, Cavabdeh2və Cavabdeh3 iddiaçı qarşısında zamin olmuşlar. xx.xx.2022-ci il tarixli arayışa əsasən Qafarzadə İlham Nizami oğlunun xx.xx.2016cı il tarixinə əsas borc üzrə 1552,43 ABŞ dolları, cərimə üzrə 182,72 ABŞ dolları olmaqla, cəmi 1735,15 ABŞ dolları borcu vardır. İş materialları ilə müəyyən olunur ki, iddiaçı iddia ərizəsinin verilməsi ilə bağlı 98,57 manat dövlət rüsumu ödəmişdir. İşdən göründüyü kimi iddiaçı tərəfindən cavabdehlərə borcun qaytarılması haqqında pretenziya məktubları (xəbərdarlıqlar) göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Göründüyü kimi iddiaçı ilə İlham Qafarzadə arasında bağlanmış kredit müqaviləsinə əsasən ona 18 ay müddətinə, aylıq 2,0833 faizlə, 5000 manat kredit verilmişdir. Mülki Məcəllədə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). İlham Qafarzadə kredit öhdəliklərini lazımınca icra etməmiş və banka iddia ərizəsində göstərilən məbləğdə əsas borcu qalmışdır. Eyni zamanda iş materialları ilə müəyyən edilir ki, İlham Qafarzadə xx.xx.2016-cı il tarixində ölmüşdür. Mülki Məcəllədə göstərilir ki, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir (1151.1.). İşdən göründüyü kimi xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən cavabdehlər Cavabdeh1 və İlahə Qafarzadə (Zülfüqarova) İlham Qafarzadənin vərəsələridirlər. Bu səbəbdən onlar İlham Qafarzadənin iddiaçı qarşısında öhdəlikləri üzrə məsuliyyət daşıyırlar. Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər görülməsinə dair” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının 5.1-ci bəndində göstərilmişdir ki, Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 ABŞ dollarınadək, milli valyutada isə 17 000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000 manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsinin təmin edilməsi Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin (5.1). İş materiallarından görünür ki, cavabdehin kredit müqaviləsi üzrə borcu “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər görülməsinə dair” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının əhatə dairəsinə düşüdüyündən cavabdehə faiz borcu hesablanmalı deyildi. Bu səbəbdən iddia yalnız əsas borcun tutulması hissəsində təmin edilməli, faiz və cəriməyə aid hissədə isə təmin edilməməlidir. Zaminliklə bağlı qeyd edilməlidir ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İşdən göründüyü kimi kredit müqaviləsinin icra müddəti xx.xx.2016-cı il tarixində bitmişdir. Lakin iddia ərizəsi 1 illik müddəti ötürməklə xx.xx.2022-ci il tarixində məhkəməyə təqdim edilmişdir. Bu səbəbdən iddia tələbi zaminlər Cavabdeh3, Cavabdeh2 və X3 aid hissədə təmin edilə bilməz. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 98,57 manat dövlət rüsumunun 50 manatı cavabdehlər Cavabdeh1 və X4 aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 1552 (min beş yüz əlli iki) ABŞ dolları 43 (qırx üç) sent (ödəniş günü ABŞ dollarının Azərbaycan manatına olan ekvivalentində manatla) məbləğində pul və iddia ərizəsi verilməsi üçün ödənilmiş 50 (əlli) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Qafarzadə (Zülfüqarova) İlahə İlham qızından müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar