Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6308/2023 07.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 490 manat sığorta ödənişi məbləği və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 520 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X5 arasında xx.xx.2019-cu il tarixində sığorta müqaviləsi bağlanmış və “Nissan Almera” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2020-ci il tarixdə “Nissan Almera” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Sumqayıt şəhəri, Babək küçəsində yol-nəqliyyat hadisəsi törətmiş və “Hyundai County” markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 490 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Sumqayıt ŞPİ DYPŞ-dən "xxxx" ASC-yə daxil olmuş qərara əsasən Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddələri ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri görülməsi qərara alınmışdır. Sumqayıt ŞPİ DYPŞ-nin "xxxx" ASC-yə təqdim etdiyi arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin qeyd olunan Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “Nissan Almera” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnun olmadığı qeyd olunmuşdur. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etdiyini bildirdi. O, eyni zamanda X4 “Nissan Almera” markalı, **-TE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə etmə səlahiyyətini xx.xx.2019-cu ilədək ona etibar etdiyini, sözügedən etibarnamənin müddətinin bitdiyindən xəbəri olmadığını bildirdi. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Elektron məlumatdan görünür ki, “Nissan Almera” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixindən 1 il müddətinə kimi "xxxx" ASC-də sığortalanmışdır. - Pretenziya məktubunun surətindən görünür ki, cavabdeh vurulmuş zərərin ödənilməsi barədə iddiaçı tərəfindən bildiriş göndərilərək xəbərdar olunmuşdur. - xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, X3 490 manat sığorta ödənişi edilmişdir. - xx.xx.2020-ci il tarixli sığorta aktından görünür ki, X5 adına olan “Nissan Almera” markalı, **- TE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci ilə kimi "xxxx" ASC-də sığortalanmış və xx.xx.2020-ci ildə baş vermiş yol nəqliyyat hadisəsi zamanı X2 istifadəsində olmuş “Hyundai County” markalı, **-CM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil üçün dəymiş zərərə görə köçürmə yolu ilə 490 manat ödəniş edilmişdir. - Dəymiş zərərin hesablanmasına dair hesabat aktından görünür ki, “Hyundai County” markalı, **-CM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş ziyanın ümumi miqdarı 490 manat məbləğində müəyyən edilmişdir. - xx.xx.2020-ci il tarixli Sumqayıt şəhər Pİ-nin TŞ-nin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, xx.xx.2020-ci ildə baş vermiş yol nəqliyyat hadisəsi zamanı toplanmış material üzrə Ramin adlı şəxsin əməlində cinayət tərkibi olmadığından, barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində AR İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddələrinə əsasən inzibati qaydada tədbir görülməsi məqsədi ilə qərar Sumqayıt şəhər Pİ-nin DYPŞ-nə göndərilmişdir. - xx.xx.2018-ci il tarixli etibarnamənin surətindən görünür ki, X5 “Nissan Almera” markalı, **- TE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə etmə səlahiyyətini xx.xx.2019-cu ilədək Cavabdeh etibar etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" ASC tərəfindən sığortalanmış “Nissan Almera” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri, Babək küçəsində cavabdeh tərəfindən idarə olunarkən X3 məxsus “Hyundai County” markalı, **-CM-*** dövlət qeydiyyat nömrə nişanlı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Zərərçəkənin avtomobilinin zədələnməsi ilə əlaqədar cəmi 490 manat məbləğində sığorta ödənişi verilmişdir. “Nissan Almera” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobilə X1 edir. Cavabdeh “Nissan Almera” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobilin etibarnamə olmadan idarə edilməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə və bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə 327.1 və 332.4-cü maddələri ilə təqsirli bilinmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Bu Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü bəndinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının subroqasiya hüququnun yaranması, cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması və onun buna gətirib çıxaran əməldə təqsiri, habelə dəymiş zərərin məbləğinin 490 manat həddində olması iş materialları ilə təsdiq olunur. Odur ki, iddia təmin olunmalıdır. İddia təmin edildiyi üçün iddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 490 manat məbləğində sığorta ödənişi və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin hеsabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №e-2(060)-6308/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6308/2023
07.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver