Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6326/2020 30.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı “pul“ tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5.156,54 manat əsas, 45,40 manat faiz, cəmi 5.201,94 manat pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 134692-CNS-10971 №-li "Nağd pul krediti müqaviləsinə əsasən Cavabdeha istehlak məqsədilə illik 24% hesablanması şərti ilə 36 ay müddətinə 450.000 rubl məbləğində kredit verilmişdir. Bank ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 134692-CNS-10971 saylı ‘Nağd pul krediti müqaviləsi”nə dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2015-ci il tarixli 01 saylı Razılaşmaya əsasən Cavabdeh xx xxxxxx 2015-ci il tarixə mövcud olan borcu kapitallaşdırılaraq 426.466,12 rubl məbləğində müəyyən edilmiş və illik 24% hesablanmaqla 60 ay müddətinə, yəni xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etmədiyi üçün iddiaçı Bank həmin kredit müqaviləsi, həmin müqavilədə dəyişiklik və əlavələr edilməsi barədə Razılaşma üzrə borcun tutulması məqsədi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət ctmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(060)-5976/2017 nömrəli qətnaməsi ilə Cavabdehdan İddiaçı ASC-nin xeyrinə kredit müqaviləsinə əsasən Banka olan borcu üzrə cəmi 518.882,62 rubl və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti tutulmuşdur. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalaraq apelyasiya şikayəti vermiş və Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(105)-745/2018 saylı qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(060)-5976/2017 nömrəli qətnaməsi kredit borcunun tutulması hissəsində dəyişdirilərək cəmi 518.882,62 rubl məbləğində pulun ödəniləcək günə AR Mərkəzi Bank tərəfindən manatın məzənnəsi nəzərə alınmaqla iddiaçıya verilməsi qət edilmişdir. Cavabdeh xx.xx.2014-cü il tarixli 134692-CNS-10971 №-li “Nağd pul krediti müqaviləsi” və həmin müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2015-ci il tarixli 01 saylı Razılaşma üzrə Banka olan əsas kredit borcunun “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanı ilə əlaqədar olaraq restrukturizasiya edilməsi məqsədi ilə Bank ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli 134692-CNS-10971/2 №-li “Nağd pul krediti müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən kreditin məbləği 5.156,54 AZN məbləğində müəyyən edilmiş və Cavabdeh həmin kredit məbləğini illik 1 faiz hesablanması şərti ilə 60 ay müddətinə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini xx xxxxxx 2019-cu il tarixdən lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka xx xxxxxxxx 2020-ci il tarixə 5.156,54 AZN məbləğində əsas borc, 45,40 AZN məbləğində faiz borcu, ümumilikdə isə 5.201,94 AZN məbləğində borcu qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Mülki iş materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 134692-CNS- 10971 saylı kredit müqaviləsindən görünür ki, Bank VTB ASC borcalan Cavabdeh 36 ay müddətinə, illik 24% olmaqla 450.000 rubl məbləğində kredit verməyi, borcalan krediti qəbul edib istifadə etməyi və ödəniş cədvəlinə uyğun olaraq faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. 134692-CNS-10971 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə xx xxxxxx 2015-ci il tarixli 01 saylı razılaşmaya əsasən borclu Cavabdeh xx xxxxxx 2015-ci il tarixə mövcud olan borcu kapitallaşdırılaraq 426.466,12 rubl məbləğində müəyyən edilmiş və illik 24 faiz hesablanmaqla 60 ay müddətinə, yəni xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Sənədlərdən görünür ki, xx.xx.2014-cü il tarixli 134692-CNS-10971 saylı kredit müqaviləsi üzrə kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanı ilə əlaqədar olaraq restrukturizasiya olunmuş, kreditin məbləği 5.156,54 AZN məbləğində müəyyən edilmiş və Cavabdeh həmin kredit məbləğini illik 1 faiz hesablanması şərti ilə 60 ay müddətinə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka əsas borcu 5.156,54 AZN, faiz borcu 45,40 AZN, cəmi borc 5.201,94 manat təşkil edir. Bildirişlərdən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməmiş, bununlada müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin faktiki hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 421, 442, 445, 448.1, 739-cu maddəsinin tələblərinə əsasən qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 5.156,54 manat əsas borc, 45,40 manat faiz borcu, cəmi 5.201,94 manat borc İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən ödənilmiş məhkəmə xərclərinin əvəzi olaraq 30,40 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Cavabdeh 5.156,54 manat əsas borc, 45,40 manat faiz borcu, cəmi 5.201,94 (beş min iki yüz bir manat, doxsan dörd qəpik) manat borc və ödənilmiş məhkəmə xərclərinin əvəzi olaraq 30,40 (otuz manat qırx qəpik) manat İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №e-2(060)-6326/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6326/2020
30.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver