Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6396/2023 14.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı aliment miqdarının azaldılması tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli, 2(004)-7392/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilərək xx.xx.2005-ci il təvəllüdlü X9 və xx.xx.2008ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək hər bir uşağın saxlanılması üçün 300 manat olmaqla ümumilikdə aylıq 600 manat sabit pul məbləğində alimentin, mediatora ödənilmiş 50 manat rüsumun, hüquqi yardım üçün vəkilə ödənilmiş 120 manat vəsaitin Cavabdeh tutularaq iddiaçı X4 verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(060)749/2013 saylı qətnaməsinə əsasən Cavabdeh ilə X6 arasında xx.xx.2005-ci il tarixdə Sumqayıt Şəhər VVAQ Şöbəsində 669 № ilə qeydə edilmiş nikah pozulmuş, nikahın pozulmasından xx.xx.2005-ci il təvəllüdlü X9 və xx.xx.2008-ci il təvəllüdlü X1 Tünzalə Akif qızının yanında saxlanılması, xx.xx.2005-ci il təvəllüdlü X9 və xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək hər bir uşaq üçün 75 manat olmaqla ümumilikdə aylıq 150 manat sabit pul məbləğinin aliment tutularaq X4 verilməsi qət edilmişdir. Daha sonra Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-16792/2017 saylı qətnaməsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(060)749/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək xx.xx.2017-ci ildən başlayaraq xx.xx.2005-ci il təvəllüdlü X9 və xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək hər bir uşaq üçün 100 manat olmaqla ümumilikdə aylıq 200 manat sabit pul məbləğinin aliment tutularaq X4 verilməsi qət edilmişdir. Daha sonra Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli, 2(004)7392/2019 saylı qətnaməsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)16792/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək xx.xx.2005-ci il təvəllüdlü X9 və xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək hər bir uşaq üçün 160 manat olmaqla ümumilikdə aylıq 320 manat sabit pulməbləğinin aliment tutularaq X4 verilməsi qət edilmişdir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi alimentin artırılması ilə bağlı son müraciəti 2019-cu il tarixdə olmuş, həmin vaxtdan indiyədən 4 il müddət keçmişdir. Hazırda hər uşağın saxlanılması üçün aylıq 160 manat aliment yetərli deyil, mövcud vəziyyətdə uşağın tələbatlarının ödənilməsinə daha çox vəsait tələb olunur. Bundan sonra İddiaçı iddia tələbini azaldaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli, 2(004)-7392/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilərək xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 300 manat sabit pul məbləğində alimentin, mediatora ödənilmiş 50 manat rüsumun, hüquqi yardım üçün vəkilə ödənilmiş 120 manat vəsaitin Cavabdeh tutularaq iddiaçı X4 verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7392/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2005-ci il təvəllüdlü X9 və xx.xx.2008-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ondan hər ay hər bir uşağa görə 160 (yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat tutulan alimentin miqdarının azaldılaraq hər ay hər uşaq üçün 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment müəyyən edilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, O, İddiaçı ilə nikah qeydiyyatından keçərək ailə qurmuşdur. Onların xx.xx.2005-ci il təvəllüdlü X9 və xx.xx.2008-ci il il təvəllüdlü X7 adlı iki övladı olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-749/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə aralarında olan nikahın pozulması, xx.xx.2005-ci il təvəllüdlü X9 və xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək hər bir uşaq üçün 75 manat olmaqla ümumilikdə aylıq 150 manat sabit pul məbləğində alimentin tutularaq X4 verilməsi qət edilmişdir. Daha sonra Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-16792/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-749/2013 saylı, xx.xx.2013- cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilərək xx.xx.2005-ci il təvəllüdlü X9 və xx.xx.2008-ci il il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək hər bir uşaq üçün 100 manat olmaqla ümumilikdə aylıq 200 manat sabit pul məbləğində aliment tutularaq X4 verilməsi qət edilmişdir. Daha sonra Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2(004)-7392/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin 2(060)-16792/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilərək xx.xx.2005-ci il təvəllüdlü X9 və xx.xx.2008-ci il il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək hər bir uşaq üçün 160 manat olmaqla ümumilikdə aylıq 320 manat sabit pul məbləğində aliment tutularaq X4 verilməsi qət edilmişdir. Belə ki Cavabdeh xx.xx.2014-cü il tarixdə nikah münasibətlərinə girərək, ikinci dəfə ailə həyatı qurmuşdur. Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X8, xx.xx.2015-ci il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü ismayıllı Hüseyn Zaur oğlu adlı üç övladı da var. Həyat yoldaşı dördüncü uşağa hamilədir. Ötən dövrdə hətta aliment borcu ilə əlaqədar barəsində cinayət işi başlanmış, yaxın qohumlarımın maddi dəstəyi ilə bu problem həll olunsa da, onun hələ də aliment borcu var. Əmək haqqı isə 350 manatdır. 320 manat aliment məbləği onun artıq yaşayış imkanlarını məhdudlaşdırır, maddi sıxıntıları həddən artıq çoxdur. Həmçinin cavabdeh İddiaçı maddi dəstəyi və imkanları kifayət qədər yaxşıdır, alimenti mütəmadi olaraq artırmaqda məqsədi Cavabdeh daha da çətin vəziyyətə salmaqdır. Ona görə də hesab edir ki, aliment məbləği azaldılmalıdır. Bu səbəbdən də ondan tutulan alimenti ödəməkdə çətinlik çəkir. Cavabdeh maddi vəziyyəti nə qədər çətin olsa da, övladlarının saxlanmalarının məsuliyyətini dərk edir və bunun üçün də əlindən gələni edir. Məhkəmə iclasında iştirak edən iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə etdi, qarşılıqlı iddia tələbini qəbul etmədi. İlkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia tələbini qəbul etmədi. Qarşılıqlı iddia tələbini müdafiə edərək bildirdi ki, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi. İlkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli, 2(004)-7392/2019 saylı qətnaməsindən görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X9 və xx.xx.2008-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ondan hər ay hər bir uşağa görə 160 (yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. -MŞŞ/MT030/2023-01934 saylı xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat rüsum ödəmişdir. xx.xx.2023-cü il tarixli 82899 saylı qəbzdən görünür ki, İddiaçı Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 120 manat ödəmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəyə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın hamısını və ya bir hissəsini xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasıə sas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Şərh olunan hüquq normasının məzmunundan da göründüyü kimi qanunverici alimentin miqdarının müəyyən olunması ilə bağlı məhkəmə qərarını daimi və son olaraq qətiləşdirmir, tərəflərdən birinin ailəvə ya maddi vəziyyətində dəyişiklik olduğu hallarda alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi və tərəflərin diqqətəlayiq başqa maraqlarının nəzərə alınmasını istisna etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarından formalaran hüquqi mövqeyə görə bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin uzərinə düşür prinsipi rəhbər tutulmalıdır. Məhkəmə ilkin iddia tələbi ilə bağlı qeyd edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli, 2(004)-7392/2019 saylı qətnaməsindən görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X9 və xx.xx.2008-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ondan hər ay hər bir uşağa görə 160 (yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamə ilə tutulan alimentin məbləği hazırda uşaqın saxlanması üçün kifayət etmir. Belə ki, uşağın böyüməsi ilə əlaqədar onun maddi tələbatları getdikcə artır, iddiaçı isə, övladını saxlamaqda maddi baxımdan çətinlik çəkir. Bu halda məhkəmə hesab edir ki, iddiaçının marağı əhəmiyyətli dərəcədə pozulur. Məhkəmə tərəflərin bildirdiyi bütün faktları hərtərəfli, tam və qərəzsiz məcmu halda tədqiq edərək bu nəticəyə gəlir ki, ilkin iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, Cavabdeh özünün maddi durumunun ağır vəziyyətdə olmasına dair sübutları məhkəməyə təqdim etmədiyindən və aliment miqdarının azaldılması tələbinə dair gətirdiyi dəlillər əsassız olduğundan məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ilkin iddia tələbinin hüquqi yardımın əvəzinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi ilə bağlı hissəsində hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, hüquqi yardım üçün vəkilə ödənilmiş 120 (bir yüz iyirmi) manat Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə ilkin iddianın mediasiyaya dair xərcin əvəzinin cavabdehdən alınaraq iddiaçıya verilməsi ilə bağlı hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, ödənilmiş 50 manat mediasiya xərcinin əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli, 2(004)-7392/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən mediasiya xərci kimi ödənilmiş 50 manatın və vəkilə ödədiyi 120 manatın əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilsin. İlkin iddia tələbi qalan hissədə rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli, 2(004)-7392/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının azaldılaraq hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutulması barədə qarşılıqlı iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-6396/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6396/2023
14.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver