Məhkəmə qərarları › İş №e-2(060)-64/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-64/2025

08.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-64/2025 08.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7) icarə müqaviləsinə əsasən borcun qaytarılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş Cavabdeh oglunun mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu X21 12 ünvanında yerləşən 133,5 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinin (obyektin) 2022-ci ilin iyul ayından 2023-cü ilin avqust ayının axırına qədər icarəyə verilməsindən aldə olunmuş 70 000(yetmiş min) manat pul vəsaitindən 1/2 hissədə o, İddiaçı payını, 1/2 hissədə Cavabdeh payını müəyyən etməklə onun payının ödənilməmiş hissəsi olan 10 000 manat pul məbləğinin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinin dəqiqləşdirilməsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş, Bakı şəhəri, Xətai rayonu, X21 12 ünvanında yerləşən 230 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinin (obyektin) 2022-ci ilin iyul ayından etibarən 2025-ci ilin iyun ayının axırına qədər cavabdeh tərəfindən icarəyə verilməsindən əldə olunmuş 144 000 (yüz qırx dörd min) manat pul vəsaitindən 1\2 hissədə (72.000 manat) mən İddiaçı payını, 1\2 hissədə (72.000 manat) Cavabdeh payını müəyyən etməklə onun payının ona ödənilməmiş hissəsi olan 47. 000 (qırx yeddi min) manat pul məbləğinin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2009-cu ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan iki övladları - 11 mart 2011-ci il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X10 anadan olmuşdur. Cavabdeh son vaxtlar başqa qadınlarla münasibətdə olması səbəbindən ailənin maddi tələbatlarının ödənilməsi üçün çox cüzi miqdarda vəsait ayırmışdır. Cavabdeh əvvəllər olduğu kimi yenə də mübahisə yaradaraq 2022-ci ilin iyul ayında yaşadıqları evdən gedir, əmlak bölgüsü ilə baglı mediasiya prosesini başladır və nikahın pozulması ilə bağlı 18 iyul 2022-ci il tarixdə Mediasiya prosesini başladır. Bundan sonra da birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi tələbi ilə əlaqədar xx.xx.2022-ci il tarixdə 6 saylı Mediasiya təşkilatından arayış əldə edərək məhkəməyə müraciət edir. Ailə və uşaqlarına soyuq münasibət göstərən - öz həyatını yaşayan, əmlakların tam siyahısını məhkəmədən gizlədən Cavabdeh öz uşaqlarına nəinki qətnamə ilə müəyyən edilmiş aliment ödəmir, əmlakların düzgün və ədalətli bölünməsinə uşaqlarının mənafeyinə zidd olaraq süni maneələr törətməklə, nikah dövründə əldə etdikləri əmlaklar barədə ondan gizlin qanunsuz yolla sazişlər bağlamaqla əmlak payını artırmaga çalışmışdır. Bu barədə mötəbər sübutlar məhkəmədə araşdırılır.Onlardan bu tələbi ilə bağlı olan mötəbər sübutu diqqətə çatdırır ki, ailənin küllü miqdarda ümumi gəliri hesabına Bakı şəhəri X21 12 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 230 kv.metr hissəsini mülkiyyətinə aldığını, əslində həmin əmlak yerində faktiki olaraq 400 kv.metrdən çox olduğu halda və bu biznesdən ailəsinə gələn gəliri ondan gizlətmək məqsədilə onun xəbəri olmadan satıcı ilə öz arasında mülkiyyətindəki 230 kv.metr hissəsinə görə ödənilmiş pulun yox, yalnız 96.5.kv.metr hissəsinin satıcıya geri qaytarılması barədə notariat kontorunda qanunsuz saziş təsdiq etdirməyə nail olmuş, həmçinin birgə nikah dövründə əldə etdikləri, Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Ə.Mehbalıyev küçəsi 78 saylı 2 mərtəbəli villa tipli fərdi yaşayış evlərini 200.000 manata, həmin ünvanda 68 saylı 0,05 ha torpaq sahəsini 110.000 manata satmaqla satışdan əldə etdiyi küllü miqdarda pul vəsaitinin bir hissəsi hesabına Bakı şəhəri Xətai rayonu X21 127 ünvanında yerləşən, rəsmiyyətdə 32 kv.metrdən ibarət 2 ədəd avtomobil yuma boksunu nə onun, nə uşaqlarının, nə də ki, özünün adına deyil , 2021-ci ildə ondan gizli olaraq pensiyacı, yataq xəstəsi olan təxminən 83 yaşlı anasının mülkiyyətinə almışdır. O da birgə nikah dövründə əldə etdikləri -xx.xx.2020-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmiş Bakı şəhəri X21 12 ünvanında yerləşən 133,5 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinin(obyektin) aylıq icarə haqqından payını məhkəmədən kənar israrla Cavabdeh tələb etmişdir. X4 2022-ci ilin sentyabr ayında Bakı şəhəri X21 12 ünvanında yerləşən obyekti idarə edən, mobil telefon nömrəsi 050 *** ** ** olan İlham adlı şəxslə obyektin icarə haqqı ilə baglı görüşdə Cavabdeh həyat yoldaşı olaraq obyektin icarə haqqından ona pay verilməli olduğunu dedikdə həmin İlham adlı şəxs bildirmişdir ki, hər ayın əvvəli-3-4-ü Cavabdeh 5000 manat icarə haqqı ödəyir. İcarə haqqından ona pay verilməzsə obyektdə arenada fəaliyyətini dayandıracağını bildirdikdən sonra ərizəçi Cavabdeh başqa çıxış yolu qalmamış və ona “obyektin icarə haqqından hər ay ona 3000 manat göndərəcəyini, arenda ilə işin olmamağını bildirmişdir. Beləcə aralarında razılaşma olmuşdur. Onu “susdurmaq” və arenda fəaliyyətinə maneə yaratmamağı üçün, həm də obyektlə baglı araşdırma davam etməsin deyə Cavabdeh obyektin icarəyə verilməsindən ayda əldə edilən gəlirdən (hələ aylıq icarə haqqının məbləği ona məlum deyil, araşdırmanı davam etdirəcək) məhkəmədən kənar 3000 manat pul vəsaitini "xxxx"ASC vasitəsilə 03 oktyabr 2022- ci il tarixdən başlayaraq hər ay onun hesabına maddi yardım təyinatı ilə köçürməyə başlamışdır. X17 Arif oglu obyektə getmiş və Ramin adlı şəxsdən icarə haqqının ödənilməsini tələb etmişdir. Bundan sonra, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri X21 12 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin(obyektin) aylıq icarə haqqından onun hesabına xx.xx.2022- ci il tarixdə 3000 manat, xx.xx.2022-ci il tarixdə 3000 manat, 2022-ci ilin dekabr ayında üç dəfəyə cəmi 3000 manat, 2022-ci ilin dekabr ayında 2023-cü ilin yanvar ayı hesabına hissə-hissə olmaqla 3000 manat, 2023-cü ilin fevral ayında üç dəfəyə 3000 manat, 2023-cü ilin mart ayında hissə-hissə olmaqla 3000 manat, 2023-cü ilin aprel ayında hissə-hissə olmaqla 3000 manat, 2023-cü ilin may ayında iki dəfəyə 2000 manat, 2023-cü ilin iyun ayında 2000 manat pul ödəmişdir. Bu barədə bank köçürmə qəbzlərini məhkəməyə təqdim edəcəkdir. Bakı şəhəri Xətai rayonu X21 12 ünvanında yerləşən133,5 kv.metrdən ibarət qeyri-yaşayış binasının (obyektin) 2022-ci ilin iyul ayından 2023-cü ilin avqust ayının axırına qədər icarəyə verilməsindən əldə olunmuş 70 000(yetmiş min) manat pul vəsaitindən 1\2 hissədə pay istəyirəm və Cavabdeh tərəfindən mənə cəmi 25 000 manat icarə haqqı ödənilmişdir. O, Bakı şəhəri X21 12 ünvanında yerləşən qeyri-yaşayış sahəsini və Bakı şəhəri Xətai rayonu X21 127 ünvanında yerləşən, rəsmiyyətdə 32 kv.metrdən ibarət 2 ədəd avtomobilyuma boksunu mübahisələndirərək bölgüsünü tələb etdikdə ona qarşı qərəzli münasibət sərgiləyərək obyektin icarə haqqından ona pul ödəməyi dayandırmışdır.Qarşısında şərt qoymuşdur ki, əmlak bölgüsü tələbində obyektin bölgüsündən əl çəkib 3000 manat icarə haqqına sahib durmalıdır, yoxsa icarə haqqı olaraq ona 3000 manat ödəməyəcəkdir. O, cavabdehin şərtini qəbul etməmiş və obyektlərdən payının müəyyən edilməsində davam etmiş, həmçinin qətnamə ilə müəyyən edilmiş aliment məbləğini ödəməsini də icra məmurundan 2023-cü ilin aprel-may aylarından etibarən həm şifahi, həm də rəsmi müraciətlərlə israrla tələb etməyə başlamışdır. Bunlardan sonra Cavabdeh onun hesabına 3000(üç min) manat məbləğində güya aliment ödənişləri etdiyi barədə dəlillər uyduraraq məhkəmə qətnaməsi çıxarıldıqdan sonra qətnamə ilə müəyyən edilmiş qazancının və ya başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında yəni 2000 manat məbləgində aliment ödənişlərini xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixinə qədər etməyə davam etdiyini bildirmiş, 13.394 manat 78 qəpik ödənilməmiş aliment borcunun silinməsi barədə məhkəmədə iddia qaldırmışdır. Cavabdehla onun arasında birgə nigah dövründə əldə edilmiş əmlakın bölgüsünə dair Yasamal rayon Məhkəməsində e-2(004)- 306\2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixdə qətnamə çıxarılmışdır. Ailə və uşaqlarına soyuq münasibət göstərən - öz həyatını yaşayan, əmlakların tam siyahısını məhkəmədən gizlədən Cavabdeh öz uşaqlarına nəinki qətnamə ilə müəyyən edilmiş aliment ödəmir, əmlakların düzgün və ədalətli bölünməsinə uşaqlarının mənafeyinə zidd olaraq süni maneələr törətməklə, nikah dövründə əldə etdikləri əmlaklar barədə ondan gizlin qanunsuz yolla sazişlər bağlamaqla əmlak payını artırmaga çalışmışdır. Məhkəmənin diqqətinə çatdırır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-209\2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdehla onun arasında bağlanmış nikahın pozulması, yetkinlik yaşına çatmayan uşaqlarının onun yanında qalmaları və uşaqların saxlanılması üçün Cavabdeh hər ay qazancının 1\3 hissəsi miqdarında aliment tutularaq aliment ödənilməsi qət edilmişdir. Göründüyü kimi 03 oktyabr 2022-ci il tarixdən etibarən hər ay Cavabdeh tərəfindən obyektin icarə haqqından onun payına 3000 manat ödənilərkən hələ nikahları məhkəmə qaydasında pozulmamışdır, nə də ki, cavabdehdən aliment tutulması barədə qətnamə mövcud deyildi. Uşaqlara aliment ödənilməsi ilə baglı müqavilə , öhdəlik və ya qətnamə olmadığı halda, əksinə məhkəməyə müraciət edərək adında olan əmlakları bölgü siyahısından Dövlət rüsumunun ödənilməsi haqqında məlumat çıxarmaqla məhkəmədən gizlədib ondan əmlaklar, həmçinin mediatordan uydurma, saxta barışıq sazişi əldə edərək mənkəməyə təqdim etmiş uşaqlarının anasından külli miqdarda (200.000 manat) pul tələb edən , əmlak payını artırmaq niyyətində olan bir şəxsin- Cavabdeh könüllü olaraq həmin uşaqların anasına hər ay 3000 manatı aliment olaraq ödəməsi heç bir ağlabatan mühakimənin nəticəsi də deyildir. Cavabdeh hesabına köçürdüyü pul məbləğləri ailə biznesinin gəliri olaq onun payına aiddir. İş materiallarından da aşkar görünür ki, alimentlə bağlı məhkəmənin qətnaməsi xx.xx.2023-cü il tarixdə çıxarılmışdır. Beləliklə də "xxxx"ASC vasitəsilə 03 oktyabr 2022-ci il tarixdən başlayaraq hər ay onun hesabına maddi yardım təyinatı ilə köçürülən obyektin icarə haqqından pul vəsaitinin xx.xx.2023-cü il tarixdən məhkəmənin verdiyi icra sənədi üzrə borclu Cavabdeh onun xeyrinə tutulmalı olan alimentə heç bir aidiyyəti yoxdur. Belə ki, borclu Cavabdeh oglu mülkiyyətindəki Bakı şəhəri Xətai rayonu X21 12 ünvanında yerləşən 400 kv.metrdən çox olan torpaq sahəsində yerləşən qeyriyaşayış binasını-obyekti icarəyə verməklə hər ay rəsmiyyətdə 5000 (beş min) manat gəlir əldə edir. Nikahı pozduran - ailəni dağıdan şəxs X14 direktoru, həm də 5Saylı Şəhər Kliniki Xəstəxanasının Baş Həkimi Cavabdehdur.O, vəzifəli şəxs olduğu üçün rəsmi sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilmir. Yaxın vaxt ərzində məhkəmə gedişlərindən məlum olmuşdur ki, X7 Cavabdeh iş icraçısı olmaqla Cavabdeh verdiyi etibarnamələrlə onun tapşırıqlarını yerinə yetirir. Portalda yoxlanılarsa 2020-ci ildən etibarən Cavabdeh tərəfindən Adil Məmmədzadəyə çoxsaylı etibarnamələr verildiyi müəyyən olunacaqdır. Bakı şəhəri X21 12 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin aylıq icarə haqlarını Adil Məmmədzadə vasitəsilə əldə edir. Onu da məlum etməyi lazım bilir ki, ər-arvad arasında əmlak bölgüsü zamanı cavabdeh onu real əmlak payından məhrum etmək, öz əmlak payını artırmaq niyyəti ilə tanışı X16 oglu ilə əlbir olub güya 400.000 manat pulun borca verildiyi barədə mediasiya təşkilatında uydurulan yazılı sübut – xx.xx.2022-ci il tarixli barışıq sazişi təsdiq etdirərək onu məhkəməyə təqdim edib 400.000 manat borc məbləğinin nikah dövrünə aid ər-arvadın ümumi borcu oldugunu bildirərək “ 400.000(dörd yüz min manat) borc məbləğinin1\2 hissəsinin, yəni 200.000(iki yüz min) manat məbləgində pul vəsaitinin o- İddiaçı tutularaq ona verilməsini xahiş etmiş, iddiası təmin edilməmişdir.Sumqayıt Şəhər Məhkəməsi də e-2(060)-4977/2023 saylı xx.xx.2023-cü il tarixli qətnamə qəbul edərək Adil Məmmədzadənin 400.000 manat pul tələbi barədə iddiasını rədd etmiş, tərəflər arasında sadə formada baglanmış borc müqaviləsini uydurma əqd kimi qiymətləndirərək, iddia tələbini əsassız hesab etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki,keçən məhkəmə iclasında da bildirildi ki, cavabdeh tərəfindən 230 kv.m birgə nikah dövründə əldə edilmiş qeyri-yaşayış sahəsini 135 kv.m-ə endirərək guya 95 kv.m geri qaytarılaraq saxta saziş bağlamışdır.Apellyasiya məhkəməsinin qətnaməsi ilə həmin 230 kv.m Cavabdeh adına bərpa olunmuşdur.Bunun əsasında çıxarış da verilmiş və məhkəməyə təqdim olunmuşdur.Tərəflərin ümumi birgə mülkiyyəti hesab olunan həmin X21nə yerləşən qeyri-yaşayış sahəsini əvvəlcə 135 kv.m olduğu üçün aylıq icarə haqqı 2022-ci ilin iyul ayından 2023-cü ilin avqust ayınadək-14 ay ərzində 70 000 manat və hər ay üçün 3000 manat ödəmə var idi.Hələ o vaxt nə nikah pozulmamışdı, nə də ki məhkəmə qətnaməsi yox idi.Cavabdeh uydurma, yalan deyərək bildirmişdir ki, guya aliment ödəmişdir.Hansı ki 2022-ci ilin iyul ayında nikah pozulmamışdır.Sonra əmlak tələbi barədə iddia qaldırılmışdır. Cavabdeh şifahi razılığa gələrək guya hər ay icarə haqqı ödəyəcəkdir.2022-ci ilin 3 oktyabrindan 2023-cü ilin iyul ayının axırına qədər 3000 manat ödənilməsi barədə çeklər var.Axırıncı aylarda 2000 manat ödənilmişdir.Halbuki o vaxt hələ nikah pozulmamış idi. 2022-ci ilin iyul ayında nikahları faktiki pozulmuşdur və birgə nikah dövründəkini tələb etmir.2025-ci ilin iyul ayından artıq ½ payları müəyyən olunmuşdur.Tələb 2025-ci ilin iyul ayına qədərdir.135 kv.m- icarə haqqı 3000 manat vermişdir. 2025-ci ilin iyul ayından iddiaçının payına düşən hissədən icarə haqqı 2000 manat olmaqla ayrıca icarə müqavilə bağlanmışdır. 25 may 2025-ci il tarixli ekspert rəyi verilərək hər il üzrə həmin qeyri-yaşayış sahəsinin hər il üzrə icarə haqqı verilmişdir ki, bu da ağlabatan hesab edilir. 2022-ci ilin iyul ayından 2025-ci ilin iyul ayına qədər aylıq 3000 manat icarə haqqı olmaqla ondan əldə olunan vəsait 144 000 manat pul vəsaiti edir. Ondan ½ hissə yəni 72 000 manat iddiaçının payının müəyyən olunması,Cavabdeh tərəfindən 47 000 manat tutularaq iddiaçıya verilməsini xahiş etmişdir. Tərəflər və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə tərəflərin və mübahisə predmeti barəsində müstəqil tələb irəli süməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, birgə nikah dövründə əldə edilmiş qeyriyaşayış sahəsi icarə müqaviləsinə əsasən cavabdeh tərəfindən icarəyə verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Bakı şəhərində bağlanmış xx.xx.2020ci il tarixli, 4Ə-34 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə dair sazişdən görünür ki, birinci tərəf Bakı şəhəri, R.Bağırov küçəsi 12 X5 Firması adından təsisçi Qafarov əli Qafar oğlu və ikinci tərəf Cavabdeh olaraq, alıcı almışş olduğu 230 kv.m sahədən 96.5 kv.m qeyri-yaşayış binasını satıcının mülkiyyətinə qaytardığı üçün satıcı X5 Firması adından təsisçi Qafarov əli Qafar oğlu Bakı şəhəri, Xətai rayonu, X21 12 ünvanda istifadədə olan 0.04484 ha torpaq sahəsində yerləşən 479.6 kv.m, ümumi 404.9 kv.m əsas 74.5 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının 133.5 kv.m sahəsini alıcı Cavabdeh mülkiyyətinə verir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, **********60 nömrəli qəbzdən görünür ki, Cavabdeh tərəfindən İddiaçı hesabına 1000 manat köçürülmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, **********864 nömrəli qəbzdən görünür ki, Cavabdeh tərəfindən İddiaçı hesabına 1000 manat köçürülmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, **********27 nömrəli qəbzdən görünür ki, Cavabdeh tərəfindən İddiaçı hesabına 1000 manat köçürülmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, **********99 nömrəli qəbzdən görünür ki, Cavabdeh tərəfindən İddiaçı hesabına 1000 manat köçürülmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, **********32 nömrəli qəbzdən görünür ki, Cavabdeh tərəfindən İddiaçı hesabına 1000 manat köçürülmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, **********61 nömrəli qəbzdən görünür ki, Cavabdeh tərəfindən İddiaçı hesabına 1000 manat köçürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 05/23 nömrəli arayışdan görünür ki, X1 Onurğa Mərkəzində skolioz diaqnozu ilə müalicə almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 395716 nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, X21 12 ünvanında yerləşən qeyri-yaşayış binası Cavabdeh adına xx.xx.2020-ci il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır.Daşınmaz Əmlakın dövlət reyestrində 86 nömrəli reyestr kitabının 8444 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, **********55 nömrəli qəbzdən görünür ki, Cavabdeh tərəfindən İddiaçı hesabına 1000 manat köçürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, **********29 nömrəli qəbzdən görünür ki, Cavabdeh tərəfindən İddiaçı hesabına 1000 manat köçürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, **********36 nömrəli qəbzdən görünür ki, Cavabdeh tərəfindən İddiaçı hesabına 1000 manat köçürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, **********94 nömrəli qəbzdən görünür ki, Cavabdeh tərəfindən İddiaçı hesabına 1000 manat köçürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, **********17 nömrəli qəbzdən görünür ki, Cavabdeh tərəfindən İddiaçı hesabına 1000 manat köçürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, **********84 nömrəli qəbzdən görünür ki, Cavabdeh tərəfindən İddiaçı hesabına 1000 manat köçürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, **********03 nömrəli qəbzdən görünür ki, Cavabdeh tərəfindən İddiaçı hesabına 1000 manat köçürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, **********02 nömrəli qəbzdən görünür ki, Cavabdeh tərəfindən İddiaçı hesabına 1000 manat köçürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, **********14 nömrəli qəbzdən görünür ki, Cavabdeh tərəfindən İddiaçı hesabına 1000 manat köçürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, **********40 nömrəli qəbzdən görünür ki, Cavabdeh tərəfindən İddiaçı hesabına 1000 manat köçürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh tərəfindən İddiaçı hesabına 1000 manat köçürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh tərəfindən İddiaçı hesabına 1000 manat köçürülmüşdür. İş materiallarında olan e-2(004)-306/2023 saylı, xx.xx.2023-cü il tarixli Bakı şəhəri Yasamal rayon Məhkəməsinin qətnaməsindən görünür ki, ilkin iddia ərizəsinin qismən təmin edilməsi, ilkin iddia ərizəsi üzrə cavabdeh İddiaçı 15550 manat tutularaq ilkin iddia ərizəsi üzrə iddiaçı Cavabdeh verilməsi, ilkin iddia ərizəsi üzrə cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 177.1 m2 olan mənzilə ilkin iddia üzrə iddiaçı Cavabdeh ½ hissədə, ilkin iddia üzrə cavabdeh İddiaçı ½ hissədə payları müəyyən edilməsi, ilkin iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin qismən təmin edilməsi, qarşılıqlı iddia ərizəsi üzrə Cavabdeh mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 52.8 m2 olan mənzilə və Bakı şəhəri, Xətai rayonu, X21 12 ünvanında yerləşən ümumi sahəsi 133.5 m2 olan mənzilə qarşılıqlı iddia üzrə İddiaçı ½ hissədə, qarşılıqlı iddia üzrə Cavabdeh ½ hissədə paylarının müəyyən edilməsi, qarşılıqlı iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən Cavabdeh Bakı şəhəri, Xətai rayonu, X21 12 ünvanında yerləşən ümumi sahəsi 133.5 kv.m olan qeyri-yaşayış binasını icarəçi Horeca Delivery MMC-yə icarə verir. Horeca Delivery MMC 1750 manat icarə haqqı ödəyir. İş materiallarında olan 2(103)-3358/2024 saylı, xx.xx.2024-cü il tarixli Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsindən görünür ki,iddiaçı Cavabdeh İddiaçı, qarşılıqlı iddia üzrə İddiaçı Cavabdeh, X6, Bakı 6 saylı Mediasiya təşkilatına, X5 Firması və Alməmmədov Nizar hüseyn qızına qarşı ər-arvad arasında əmlak bölgüsü tələbi barədə ilkin və qarşılıqlı iddia ərizələrinə dair mülki iş üzrə cavabeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsi, Yasamal rayon Məhkəməsinin e-2(004)-306/2023 nömrəli, 14 dekabr 2023-cü il tarixli qətnaməsi qismənmübahisələndirilən qeyri-yaşayış sahələrinə dair hissələrdə ləğv edilməsi,həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilməsi, qarşılıqlı iddia tələbi həmin hissələrdə qismən təmin edilməsi, Aerorport firması ilə Cavabdeh arasında Bakı şəhəri, Xətai rayonu, X21 12 ünvanında 0.04484 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 479.6 kv.m olan qeyriyaşayış binasının 230 kv.m sahəsinin xx.xx.2020-ci il tarixli 4Ə-34 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh satılmasına dair müqaviləyə sonradan həmin tərəflər arasında bağlanmış və Bakı şəhəri 27 saylı Notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 3M-335 reyestr nömrəli saziş etibarsız hesab edilməsi və Bakı şəhəri 27 saylı Notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 4Ə-34 saylı alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Xətai rayonu, X21 12 ünvanında yerləşən Cavabdeh mülkiyyətinə verilmiş qeyri-yaşayış binasının 230 kv.m sahəsinin 96.5 kv.m hissəsi satıcı Aeroport firmasından Cavabdeh mülkiyyətinə geri qaytarılması,Həmin sazişə əsasən Bakı şəhəri, Xətai rayonu, X21 12 ünvanında yerləşən qeyri-yaşayış binasının Cavabdeh məxsus olan 230 kv.m sahəsindən 96.5 kv.m hissəsinin satıcı Aeroport firmasına qaytarılması barədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının və qeyriyaşayış binasının 133.5 kv.m sahəsinin Cavabdeh adına Daşınmaz Əmlakın Dövlət Reyetrindən 88 nömrəli reyestr kitabının 8444 nömrəli vərəqində qeydiyyata lınmış və qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020-ci il olan çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Xətai rayonu, X21 12 ünvanında 0.04484 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 479.6 kv.m olan qeyri-yaşayış binasının 230 kv.m hissəsinə Cavabdeh mülkiyyət hüququ bərpa olunmaqla həmin əmlak üzərində tərəflər bərabər, yəni İddiaçı ½ hissədə, Cavabdeh ½ hissədə paylarının müəyyən edilməsi, Bakı şəhəri, Xətai rayonu, X21 127 ünvanında yerləşən, ümumi sahəsi 250.4 m2 olan qeyri-yaşayış binasının mülkiyyət üzrə Aeroport firmasına məxsus hissəsindən X2 mülkiyyətinə satılmış B tikilisində olan 32 kv.m, 2 nömrəli sahənin alınması üçün ödənilmiş 130000 manat məbləğində pul vəsaitinin ½ hissəsinə, yəni 75000 manat hissəsində cavabdeh İddiaçı payı müəyyən edilməsi və həmin məbləğ Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, X21 12 (Yeni qaydalarla:AZ 1074, Bakı şəhəri, Xətai rayonu, X21 giriş 131) İddiaçı adına xx.xx.2025-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Alternativ Ekspertiza mərkəzinin 29 may 2025-ci il tarixli, 108 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, X21 12 ünvanda yerləşən, "xxxx" X3 mülkiyyətində olan, ümumi sahəsi 479,6 kv.m təşkil edən qeyri-yaşayış binasının 230,0 kv.m-lik hissəsinin 2023-cü ilin fevral ayına olan təqribi icarə haqqı 4830,00 (dörd min səkkiz yüz otuz) manat, 2024-cü ilə olan aylıq icarə haqqı isə 5175,00 (beş min yüz yetmiş beş) manat, hazırkı dövrə olan aylıq icarə haqqı isə 5175,00 (beş min yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Bakı şəhəri, Xətai rayonu, X21 12 ünvanda yerləşən, "xxxx" X3 mülkiyyətində olan, ümumi sahəsi 479,6 kv.m təşkil edən qeyri-yaşayış binasının 230,0 kv.m-lik hissəsinin 2023-cü il üzrə (2023-cü ilin yanvar ayından 2024-cü ilin yanvar aynadək olan dövr üzrə) ümumi icarə haqqı 55200 manat, 2024-cü il üzrə (2024-cü ilin yanvar ayından 2025-ci ilin yanvar ayınadək olan dövr üzrə) ümumi icarə haqqı 57960 manat, 2025-ci il üzrə ümumi icarə haqqı 25875 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin xx.xx.2025-ci il tarixli, 84 nömrəli hesabatdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, X21 12 ünvanında yerləşən 230 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinin 2022-ci ildən etibarən aylıq icarə haqqı 3800 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur (700.1.). İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər (700.2.). Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir (700.3.). Mülki Məcəllədə həmçinin göstərilir ki, əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir (684.1.). Mülki Məcəllənin 215.3-cü maddəsinə əsasən paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər:

1. əşyanın dəyərini və işlənməyə yararlığını saxlamaq üçün ondan istifadə üzrə hərəkətlərin yerinə yetirilməsini tələb etmək, belə hərəkətlər yerinə yetirilmədikdə isə onların yerinə yetirilməsi barədə məhkəmənin qərar çıxarmasını tələb etmək səlahiyyəti;

2. əşyaya dəymək qorxusu olan və ya dəyə biləcək zərərin qarşısını almaq üçün dərhal görülməli olan tədbirləri bütün şərikli sahiblər hesabına müstəqil həyata keçirmək səlahiyyəti. Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən,nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.Ər-arvadın ümumi birgə mülkiyyətinə:onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) ,ərarvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Ailə Məcəlləsinin 33-cü maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər.Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. Ailə Məcəlləsinin 35-ci maddəsinə əsasən, nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Göründüyü kimi, birgə nikah dövründə əldə edilmiş əmlaka münasibətdə iddiaçı icarə haqqını cavabdehdən ödənilməsini istəmiş,bununla bağlı Yasamal rayon Məhkəməsində işə baxılıb, hüquqi qiymət verilmiş, bundan sonra apellyasiya məhkəməsində iş baxılıb qurtaranadək hazırki işin icraatı dayandırılmış, yekun məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra icraat davam etdirilmişdir.Cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmiş, etiraz və mülahizələrini bildirməmişdir. Məhkəmə hesab edir ki, birgə nikah dövründə əldə edilmiş icarə haqqı cavabdehdən 18X3800:2=34.200 manat tutularaq iddiaçıya ödənilməli, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumunun tutulması ilə bağlı hər hansı tələb olmadığından ödənilmiş 120 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. İcarə müqaviləsinə əsasən34200 (otuz dörd min iki yüz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar