Məhkəmə qərarları › İş №e-2(060)-6419/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6419/2023

31.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6419/2023 31.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər MəhkəməsininhakimiTanrıverdiyeva Günel Cəbrayıl qızı İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx"ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli, 112751 saylı kredit kartı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixi üzrə banka olan 634.27 AZN (altı yüz otuz dörd manat iyirmi yeddi qəpik) əsas borcu, 14.20 AZN (on dörd manat iyirmi qəpik) faiz borcu, 10.66 AZN (on manat almış altı qəpik) cərimə borcu olmaqla, cəmi 659.13 AZN (altı yüz əlli doqquz manat, on üç qəpik) borcun və dövlət büdcəsinə ödənilmiş 30 Azn (otuz) məbləğində dövlət rüsumunun tutularaq (ümumi məbləğ olaraq 689.13 AZN) iddiaçı "xxxx" ASC-yə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixində Kredit kartlarının alınması və istifadə olunmasının əsas şərt və qaydalarına dair 1002\112751 saylı müqavilə bağlanmışdır. Bank illik 24% hesablamaqla 1000 AZN (min manat) limitində kredit xətti açmışdır. Xəttdən istifadə etmək məqsədilə kredit kartı verilmişdir. xx.xx.2021-ci il tarixli, 112751 saylı kredit kartı müqaviləsinin: 7.3. Toplam ödənilən məbləğ minimum ödənilməli olan məbləğdən çox olarsa, lakin borc tam ödənilmədiyi halda əsas borcun ödənilməyən hissəsinə aylıq nominal faiz dərəcəsi ilə faiz borcu hesablanacaqdır. Minimum ödəniş məbləğinin tam ödənildiyi, lakin əsas borcun qalan hissəsi ödənilmədiyi halda ödənilməyən əsas borc məbləğinə aylıq nominal faiz dərəcəsi ilə faiz borcu hesablanacaqdır. 7.4. Minimum ödəniş məbləğinin əskik ödənildiyi və ya ödənilmədiyi halda əsas borcun minimum ödəniş məbləğindən artıq olan hissəsinə aylıq nominal faiz dərəcəsi ilə faiz borcu hesablanacaqdır. Minimum ödəniş məbləğinin ödənilməyən hissəsinə isə bu müqavilənin 7.10-cu maddəsində qeyd edilən aylıq cərimə faizi hesablanacaqdır. 7.10. Cari kredit üzrə aylıq nominal faiz dərəcəsi 2 %, illik nominal faiz dərəcəsi 24 % və kreditin rəsmiləşdirilməsi, illik xidmət haqqları, sığorta, qiymətləndirmə xərcləri də daxil olmaq üzrə faktiki illik faiz dərəcəsi illik 24 %, aylıq cərimə faiz dərəcəsi 3 % təşkil edir. Lakin cavabdeh kredit kart müqaviləsi ilə üzərinə düşən öhdəlikləri icra etməmiş və banka olan borcunu ödəməkdən yayınmışdır. xx.xx.2023-cü il tarixi üzrə banka olan əsas 634.27 AZN (altı yüz otuz dörd manat iyirmi yeddi qəpik), faiz borcu 14.20 AZN (on dörd manat iyirmi qəpik), cərimə borcu isə 10.66 AZN (on manat almış altı qəpik) cəmi borcu 659.13 AZN (altı yüz əlli doqquz manat, on üç qəpik) təşkil edir. Həmin borcun ödənilməsi ilə əlaqədar dəfələrlə Cavabdehə müraciət edilsə də, borc ödənilməmişdir. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Tərəflər arasında yaranan mühabisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və iddiaçı öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüquqdan istifadə etmək qərarına gəlmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya ödəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Lakin cavabdeh kredit kart müqaviləsi ilə üzərinə düşən öhdəlikləri icra etməmiş və banka olan borcunu ödəməkdən yayınmışdır. xx.xx.2023-cü il tarixi üzrə banka olan cəmi borcu 659.13 AZN (altı yüz əlli doqquz manat, on üç qəpik) təşkil edir. Həmin borcun ödənilməsi ilə əlaqədar dəfələrlə Cavabdehə müraciət edilsə də, borc ödənilməmişdir. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Ona görə də iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan 1002\112751 saylı, xx.xx.2021-ci il tarixli Kredit kartı müqaviləsindən görünür ki, "xxxx" tərəfindən Cavabdeh 24% hesablamaqla 1000 AZN (min manat) limitində kredit xətti açmışdır. İşdə olan maliyyə arayışından görünür ki, hazırda Cavabdeh "xxxx" ASC-yə 634.27 manat əsas borc, 14.20 manat faiz borcu, 10.66 manat cərimə borcu olmaqla, ümumilikdə 659.13 manat borcu var. İş materiallarında olan xx.xx.2023-ci il tarixli və xx.xx.2023-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh borcun ödənilməsi barədə bildiriş ünvanlanmışdır. Məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 1002\112751 saylı, xx.xx.2021-ci il tarixli Kredit kartı müqaviləsi bağlanmışdır. İddiaçı bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Beləliklə, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməməklə kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Bu səbəbdən Cavabdeh "xxxx" ASC-nin xeyrinə 634.27 manat əsas və 14.20 manat faiz borcunun tutulması hissəsində iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 10.66 manat məbləğində dəbbə pulu kreditorun həm əmlak, həm də bütun əsaslı mənafelərinə uyğundur, tənasübsüz surətdə yüksək deyil. Bu səbəbdən iddia həmin hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasənmülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1-284-6, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, 112751 saylı kredit kartı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə banka olan 634,27 (altı yüz otuz dörd manat iyirmi yeddi qəpik) manat əsas borc, 14,20 (on dörd manat iyirmi qəpik) manat faiz borcu, 10,66 (on manat almış altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 659,13 (altı yüz əlli doqquz manat, on üç qəpik) manat borc və dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar