Məhkəmə qərarları › İş №e-2(060)-6534/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6534/2022

01.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6534/2022 01.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı “X3” Bakı Filialının nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı “X3”-nın cavabdehlər Cavabdeh3, Fəhruz-zadə Elməddin Malik oğlu və Cavabdeh2 qarşı “kreditin və kredit borcuna görə hesablanmış faizlərin ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “X3”-nın iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 7.136,44 manat (bundan 6.777,72 manat əsas borc və 358,72 manat faiz borcu təşkil edir.) məbləğində 20 Sentyabr 2022-ci il tarixinə olan kredit borcunun və ödənilmiş 91.36 manat dövlət rüsumunun tutularaq «X3» Bakı filialına ödənilməsi barədə qətnamə çıxarılmasını xahış etmişdir. İddiaçı “X3” iddia ərizəsinə dəqiqləşmə verərək, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 7.136,44 manat (bundan 6.777,72 manat əsas borc və 358,72 manat faiz borcu təşkil edir.) məbləğində 20 Sentyabr 2022-ci il tarixinə olan kredit borcunun və ödənilmiş 91.36 manat dövlət rüsumunun tutularaq «X3» Bakı filialına ödənilməsi barədə qətnamə çıxarılmasını xahış etmişdir. Məhkəmədə iddiaçı “X3” Bakı Filialının nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edərək göstərdir ki, «X3» Bakı filialı ilə Cavabdeh3 arasında imzalanmış «14» may 2020ci il tarixli 201 №li Kredit müqaviləsinə əsasən sonuncuya illik kreditdən istifadə haqqı 19% olmaqla 36 ay müddətinə 10.000 manat məbləğində kredit verilmişdir. Həmin tarixdə verilmiş kreditin qaytarılmasının təminatı kimi «X3» Bakı filialı ilə Cavabdeh1 arasında 314 saylı və Cavabdeh2 arasında 315 saylı Zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinin 4.1–ci maddəsinə əsasən «Borcalan» ssuda hesabında qalıq əmələ gəldiyi gündən 1 ay sonradan başlayaraq hər ayın həmin günü Banka ssuda borcu ssuda hesabının qalığına hesablanmış faizlərdə daxil olmaqla 366,56 manat ödəməli idi. Bu müqavilənin 2.2-ci bəndinə görə «Borcalan» tərəfindən «Kredit müqaviləsi»nin hər hansı bir şərti pozulduqda «Bank» verilmiş krediti hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Müqavilə şərtlərinə uyğun olaraq «Borcalan» 20 Sentyabr 2022-ci il tarixə «Bank»a kredit borcu üzrə 10263.68 manat ödəniş yerinə yetirməli idi. Lakin xx.xx.2022-ci il tarixə kimi «Borcalan» tərəfindən «Banka»a 6.954,00 manat ödəniş həyata keçirilmişdir. Tərəflərindən borcalana kredit müqaviləsi üzrə öhdəliklə yerinə yetirməsi üçün dəfələrlə yazılı və şifahi xəbardarlıqlar olunmuşdur. Lakin borcalan kredit borcunu yerinə yetirməmişdir. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən kredit vaxtında ödənilmədikdə gecikdirilmiş hər bir gün üçün, «Borcalan» «Bank»a illik 29% ödəməlidir. 20 Sentyabr 2022-ci il tarixə cavabdehin «Bank»a olan borcu müqavilə şərtlərinə əsasən hesablamış faizlərlə birlikdə 7.136,44 manat təşkil edir. Bundan 6.777,72 manat əsas borc və 358,72 manat faiz borcu təşkil edir. Cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edilərək, kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi tələb olunsa da, onun tərəfindən bu öhdəliklərin yerinə yetirilməsi üçün heç bir tədbir göstərilməmişdir. Cavabdeh3 ilə bağlanmış 14 May 2020-ci il tarixli 201 saylı Kredit müqaviləsinin təminatı olaraq həmin tarixdə Cavabdeh1 arasında 314 saylı və Cavabdeh2 arasında 315 saylı Zaminlik müqaviləsi imzalanmışdır. Göstərilənləri nəzərə alaraq, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 7.136,44 manat (bundan 6.777,72 manat əsas borc və 358,72 manat faiz borcu təşkil edir.) məbləğində 20 Sentyabr 2022-ci il tarixinə olan kredit borcunun və ödənilmiş 91.36 manat dövlət rüsumunun tutularaq «X3» Bakı filialına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahış etdi. Cavabdeh3 məhkəmədə iştirak edən zaman iddia tələbini qəbul edərək göstərmişdir ki, o, həqiqətən iddiaçı təşkilatdan 10000 manat məbləğində kredit götürmüşdür. O, vətən müharibəsindən sonra səhhətində problemlər yaranmış, eyni zamanda həyat yoldaşıda 3-cü qrup əlildir. Onların müntəzəm olaraq müalicə və müayinəyə ehtiyacı olduğu vardır. Bu səbəbdən maddi durumunda yaranmış çətinliklərə görə ödənişləri edə bilməmişdir. Hazırda o, işləyir və ona vaxt verildiyi halda hissə-hissə qalan borcunu ödəyəcəkdir. Göstərilənləri nəzərə alaraq, qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Cavadehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə “X3” Bakı filialının nümayəndəsi Nümayəndə2 və Cavabdeh3 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 14 may 2020-ci il tarixli 201 №li kredit müqaviləsindən görünür ki, “X3” Bakı filialı tərəfindən Cavabdeh3 illik faiz dərəcəsi 19 faiz olmaqla, 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 4.1-ci maddəsinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. İş materiallarında olan 14 may 2020-ci il tarixli, 315 saylı Zaminlik Müqaviləsindən görünür ki, Cavabdeh2 14 may 2020-ci il tarixli, 201 saylı Kredit müqaviləsi ilə “X3” Bakı filialından kredit götürmüş “borc alan” Cavabdeh3 Bank qarşısında öz öhdəliklərinin tamamilə icra etməsi üçün məsuliyyəti “Zamin” olaraq öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 14 may 2020-ci il tarixli, 314 saylı Zaminlik Müqaviləsindən görünür ki, Cavabdeh1 oğlu 14 may 2020-ci il tarixli, 201 saylı Kredit müqaviləsi ilə “X3” Bakı filialından kredit götürmüş “borc alan” Cavabdeh3 Bank qarşısında öz öhdəliklərinin tamamilə icra etməsi üçün məsuliyyəti “Zamin” olaraq öz öhdəsinə götürmüşdür. İş materiallarında olan “X3” Bakı filialının xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 ilə “X3” Bakı filialı arasında bağlanmış 20 sentyabr 2022-ci il tarixli 201 saylı kredit müqaviləsi üzrə borcun məbləği 6777,72 manat, faiz məbləği 358,72 manat, cəmi məbləğ 7136,44 manat borc təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, lakin cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun iddiaçının qarşısında əsas borc üzrə 6777,72 manat, faiz borcu üzrə 358,72 manat icra edilməmiş pul öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Azərbaycan Respublikası Mülki Məcəllənin 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanılması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6.777,72 (altı min yeddi yüz yetmiş yeddi manat yetmiş iki qəpik) manat əsas borc və 358,72 (üç yüz əlli səkkiz manat yetmiş iki qəpik) manat faiz, cəmi 7.136,44 (yeddi min yüz otuz altı manat qırx dörd qəpik) manat məbləğində kredit borcunun və ödənilmiş 91.36 (doxsan bir manat otuz altı qəpik) manat dövlət rüsumunun tutularaq «X3» Bakı filialının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6.777,72 (altı min yeddi yüz yetmiş yeddi manat yetmiş iki qəpik) manat əsas borc və 358,72 (üç yüz əlli səkkiz manat yetmiş iki qəpik) manat faiz, cəmi 7.136,44 (yeddi min yüz otuz altı manat qırx dörd qəpik) manat məbləğində kredit borcunun və ödənilmiş 91.36 (doxsan bir manat otuz altı qəpik) manat dövlət rüsumunun tutularaq «X3» Bakı filialının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5- ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar