Məhkəmə qərarları › İş №e-2(060)-6557/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-6557/2022

23.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-6557/2022 23.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı İddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsinə dair» iddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyənetdi: İddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 002İK-NƏS/2019 nömrəli xx.xx.2019-cu il tarixli Kredit müqaviləsinə əsasən əsas borc üzrə 138431.23 AZN, faiz borcu üzrə 4812.22 AZN olmaqla, cəmi 143243.45 AZN borc məbləğinin, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsində qeydiyyata alınmasına dair ödənilmiş 46.45 AZN dövlət rüsumu və xidmət haqqının tutulması, 002İK- NƏS/2019 nömrəli xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin təminatı kimi Cavabdeh ilə Bank arasında bağlanan xx.xx.2019-cu il tarixli 002İK-NƏS/2019 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması və əldə olunmuş vəsaitin Cavabdeh banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi, Cavabdeh məxsus ipoteka qoyulmuş ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakdan Cavabdeh və onunla birlikdə yaşayan ailə üzvlərinin istifadə hüquqlarına xitam verilməklə onun və onunla birlikdə yaşayan ailə üzvlərinin ən geci bir ay ərzində mənzildən çıxarılması, mənzili tərk etmədikdə onun və onunla birlikdə yaşayan ailə üzvlərinin məcburi qaydada çıxarılması və mənzilin boşaldılması, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, ödənilmiş 433.07 AZN dövlət rüsumu və 0.65 AZN xidmət haqqının cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni nəzərdən keçirərək hesab edirəm ki, ərizə məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində nəzərdə tutulan iddia ərizəsinin forma və məzmununa əməl edilməmişdir. 149-cu maddənin tələbinə görə ərizədə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları, iddiaçının və ya ərizəçinin cavabdehə qarşı yönələn tələbi göstərilməlidir. Hesab edirəm ki, yoxlanılan ərizədə iddia tələbi qeyri müəyyəndir. Belə ki, göründüyü kimi iddiaçı tərəfindən cavabdeh və onunla birlikdə yaşayan ailə üzvlərinə qarşı tələb irəli sürülmüş, lakin həmin şəxslərin dairəsi müəyyən edilməmiş, eləcə də cavabdeh qismində göstərilməmişlər. MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsinin və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa dövlət rüsumu qanunla nəzərdə tutulmuş məbləğdə ödənilməmişdir, rüsum kəsiri (17 qəpik) təşkil edir. MPM-nin 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara istinadən hesab edirəm ki, ərizə iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, ərizənin qaytarılması noqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264 və 267-268-ci maddələrinə əsaslanaraq, qəraraaldı: İddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsinə dair» iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar