Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6638/2025 28.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) Cavabdeh qarşı borcun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh 29 iyul 2016-cı il tarixli, 08-xx-xx-056036 saylı kredit müqaviləsi üzrə cəmi 1104,91 manat, bundan 932,52 manat məbləğində əsas borcu və 0 manat faiz borcu, 172,39 manat Azərbaycan Respubikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanan illik (5%) faiz borcunun və 31,05 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X5 arasında bağlanmış 29 iyul 2016-cı il tarixli, 08-16-11- 056036 saylı kredit müqaviləsinə əsasən, borcalana şəxsi məqsədləri üçün illik 29 faiz, 60 ay müddətinə olmaqla, xx.xx.2021-ci il tarixinə qədər 1712 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən kredit və faizlər ödənilmədikdə və yaxud qismən ödənildikdə borc alana bu barədə xəbərdarlıq göndərməklə öhdəliyin vaxtından əvvəl icra olunmasını tələb etmək barədə bankın hüququ vardır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borc öhdəliyini lazımınca icra etmədikdə öhdəliyin icrasının vaxtında əvvəl tələb edilməsi barədə borc verən borc alanı xəbərdar etdikdən 3 iş günü müddətində borc öhdəliyini qeyri-şərtsiz icra etmək borc alanın vəzifəsidir. X5 müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmiş və bunun nəticəsində onun 10 aprel 2025-ci il tarixinə banka 932,52 manat məbləğində əsas borcu və 0 manat faiz borcu, 172,39 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, ümumilikdə 1104,91 manat məbləğində borcu qalmışdır. Sumqayıt Regional “Asan Xidmət” mərkəzində Notariat Ofisindən bildirilmişdir ki, xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixdə, 2V-356 və2 V-357 nömrə ilə rəsmiləşdirilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinə” əsasən xx.xx.2019-cu il tarixdə ölmüş X3 vərəsəsi Cavabdehdur. Borcla bağlı vəfat etmiş X3 vərəsəsi Cavabdeh 12-5/2-F-21-6133/2025 saylı 18 aprel 2025-ci il tarixli xəbərdarlıq məktubu ünvanlanmışdır. Lakin buna baxmayaraq cavabdeh banka olan borcu ödəməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərilərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.
İddia müddətinin tətbiqi haqqında ərizənin əsaslandırıldığı hallar:
3. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək məhkəmənin icraatında olan 2(060)-6638/2025 saylı mülki iş üzrə iddiaçı Muğanbank ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia iddia müddəti axımında verilmədiyinə görə iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Muğanbank ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh 29 iyul 2016-cı il tarixli, 08xx-xx-056036 saylı kredit müqaviləsi üzrə cəmi 1104,91 manat, bundan 932,52 manat məbləğində əsas borcu və 0 manat faiz borcu, 172,39 manat Azərbaycan Respubikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanan illik (5%) faiz borcunun və 31,05 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan Muğanbank ASC-yə ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırır ki, “Muğanbank" Açıq Səhmdar Cəmiyyəti ilə X5 arasında bağlanmış 29 iyul 2016-cı il tarixli, 08-xx-xx-056036 saylı kredit müqaviləsinə əsasən, borcalana şəxsi məqsədləri üçün illik 29 faiz, 60 ay müddətinə olmaqla, xx.xx.2021-ci il tarixinə qədər 1712 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən kredit ve faizlər ödənilmədikdə və yaxud qismən ödənildikdə borc alana bu barədə xəbərdarlıq göndərməklə öhdəliyin vaxtından əvvəl icra olunmasını tələb etmək barədə bankın hüququ vardır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borc öhdəliyini lazımınca icra etmədikdə öhdəliyin icrasının vaxtından əvvəl tələb edilməsi barədə borc verən borc alanı xəbərdar etdikdən 3 iş günü müddətində borc öhdəliyini qeyri-şərtsiz, icra etmek borc alanın vəzifəsidir. X5 müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmiş və bunun nəticəsində onun 10 aprel 2025-ci il tarixinə banka 932,52 manat məbləğində əsas borcu və 0 manat faiz borcu, 172,39 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla ümumilikdə 1104,91 manat məbləğində borcu qalmışdır. Sumqayıt Regional "Asan Xidmət" mərkəzində Notariat Ofisindən bildirilmişdir ki, 14 05.2020-ci və xx.xx.2020-ci il tarixdə, 2V-356 və 2 V-357 nömrə ilə rəsmiləşdirilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadəətnamələrinə əsasən xx.xx.2019-cu il tarixdə ölmüş X3 vərəsəsi Cavabdehdur. İş materialından göründüyü kimi kredit müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. Lakin iddiaçı Muğanbank ASC müqavilənin bitmə tarixindən 4 il 2 ay müddət keçdikdən sonra hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Yəni iddiaçı Muğanbank ASC xx.xx.2024-cü il tarixinə kimi məhkəməyə müraciət etmək məcburiyyətində idi. Göründüyü kimi iddiaçı tərəfindən tələbetmə müddəti ötürülmüşdür. İddianın müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun qanunverici normaların kifayət qədər dəqiq olmasının bu və ya digər hərəkətlərin hansı hərəkətlərə səbəb olmasını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standartlara cavab verməlidir. ( Avropa Məhkəməsinin Seryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük palatasının və Braniovski Polşaya qarşı iş üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir . Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarılması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair qərarında qeyd edir ki, kredit münasibətlərindən yaranan mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində tutulan üç illik müddət tətbiq edilməlidir. Hesab edir ki, hazırki iltizama görə müddət keçdiyindən iddiaçının ondan borclu olduğu məbləği tələb etmək üçün subyektiv hüququ yoxdur.
Tərəflərin mövqeləri:
4. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə prosesinin iştirakları olmadan keçirilməsini və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
5. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının iddia tələbi iddia müddəti ərzində verilmədiyindən iddia tələbinin təmin olunmaması barədə qətnamə qət edilməsini və xx.xx.2026-cı il, saat 09:45-ə təyin edilmiş məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
Tədqiq olunan sübutlar:
6. İddiaçı ASC ilə X5 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 08-xx-xx-056036 saylı kredit müqaviləsinə əsasən bank X4 illik 29 faiz, 60 ay müddətinə olmaqla 29 iyul 2021-ci il tarixinədək 1712 manat məbləğində kredit verməyi, borcalan isə həmin müqaviləyə əsasən krediti qəbul etməyi, göstərilən müddətdə və qaydada krediti və kreditə hesablanacaq faizləri, o cümlədən bu müqavilə ilə irəli gələn digər öhdəliklərini (cərimə, dəbbə)borcverənə qaytarmağı öhdəsinə götürmüşdür.
7. xx.xx.2016-cı il tarixli, 08-xx-xx-056036 saylı kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, kredit müqaviləsi üzrə ödənişlərin icra edilməsi müddəti xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək müəyyən edilmişdir.
8. Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, X3 banka 932,52 manat əsas, illik 5%-lə hesablanmış 172,39 manat faiz borcu olmaqla, cəmi 1104,91 manat məbləğində borcu mövcuddur.
9. Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.
10. Sumqayıt Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2022-ci il tarixli, 376 nömrəli məktubunun surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X2 miras qalmış əmlaka dair vərəsələri aşağıdakılardır: 1. Qızı – X6 (miras paydan imtina etmişdir); 2. Oğlu - Cavabdeh (miras əmlakı qəbul etmişdir).
11. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X3 vərəsəsi Cavabdehdur, şəhadətnamə əsasında verilən miras əmlak Sumqayıt TİB tərəfindən xx.xx.2004-cü il tarixdə X4 verilmiş 17322 qeydəalma nömrəsi ilə 14 nömrəli kitabda qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 64,89 kv.m olan daşınmaz əmlak paylı mülkiyyət üzrə X4 məxsus ½ hissəsindən ibarətdir.
12. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X3 vərəsəsi Cavabdehdur, şəhadətnamə əsasında verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə X4 verilmiş **********46 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, Novxanı bağ massivi, 3360C ünvanında yerləşən, ümumi sahəsi 0,035 ha olan torpaq sahəsindən ibarətdir.
Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin :
- 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 739-cu maddəsinə əsasən (əvvəlki redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. -372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. -372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. -375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. -373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarı: Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
15. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir.
16. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
17. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X5 arasında xx.xx.2016-cı il tarixli, 08-xx-xx-056036 saylı kredit müqaviləsi bağlanmış və bank tərəfindən X4 illik 29 faiz, 60 ay müddətinə olmaqla 29 iyul 2021-ci il tarixinədək 1712 manat məbləğində kredit verilmişdir. X1 xx.xx.2019-cu ildə vəfat etmişdir. Cavabdeh X3 qanun üzrə vərəsəsi təyin edilmiş və o, Sumqayıt TİB tərəfindən xx.xx.2004-cü il tarixdə X4 verilmiş 17322 qeydəalma nömrəsi ilə 14 nömrəli kitabda qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 64,89 kv.m olan daşınmaz əmlakın paylı mülkiyyət üzrə X4 məxsus ½ hissəsi, ƏMDK-nin yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə X4 verilmiş **********46 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, Novxanı bağ massivi, 3360C ünvanında yerləşən, ümumi sahəsi 0,035 ha olan torpaq sahəsindən ibarət miras əmlakdan tam hissədə pay almışdır.
18. Göründüyü kimi kredit götürən vəfat etdiyindən müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmiş və bunun nəticəsində iddiaçıya borcu yaranmışdır. Cavabdeh borclunun vərəsəsi olaraq mirası qəbul etməsinə baxmayaraq miras qoyanın bank qarşısında əsas və faiz borcunu vaxtında ödəməmiş, bununla da iddiaçının müqavilənin şərtlərinə uyğun olaraq əsas və faiz borcunu tələb etmək hüququ yaranmışdır.
19. Hal-hazırda cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona qarşı verilmiş iddia tələbi üzrə müddətin tətbiq edilməsi əsası ilə iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
20. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi yuxarıda qeyd edilənlərə əsasən əsaslı olsa da, cavabdeh tərəfindən iddia müddətinin ötürülməsi barədə məhkəməyə ərizə təqdim edilmişdir.
21. Konstitusiya Məhkəməsi Plenumunun L.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarlarında ifadə edilmiş hüquqi mövqeyə görə iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu bilibbilməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı olmamışdır. Bu səbəbdən iddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır. İddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.
22. Məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə mərhum X5 arasında 29 iyul 2016-cı il tarixdə bağlanmış kredit müqaviləsinin müddəti 29 iyul 2021-ci il tarixədək müəyyən edilmişdir. X1 01 avqust 2019-cu il tarixdə vəfat etmiş, onun vərəsəsi olan Cavabdeh xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmiş, iddiaçı isə məhkəməyə 29 sentyabr 2025-ci il tarixdə müraciət etmişdir.
23. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.
24. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir”.
25. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki amilin mövcudluğu, habelə onların heç də həmişə üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir.”
26. Məhkəmə qeyd edir ki, iddiaçının bank fəaliyyətini həyata keçirən təşkilat olaraq bu müddət ərzində borclunun ölümündən məlumatsız olması ağlabatan deyildir. Belə ki, sözügedən müqavilənin icra edilməsi müddətinin bitməsi anından 4 ildən artıq müddət keçmişdir. Boclunun 01 avqust 2019-cu il tarixdə vəfat etməsi nəzərə alındıqda, onun bank qarşısında öhdəliyinin müddətinin 29 iyul 2021-ci il tarixində bitməsi, bu müddət ərzində sözügedən kredit müqaviləsi üzrə icra edilməmiş öhdəliyinin olması və bankın bu halı sorğulamaması anlaşılan deyildir.
27. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından müqavilə öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması anına münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377ci maddəsinin şərh edilməsinə dair19 iyun 2025-ci il tarixli qərarında qeyd edilmişdir ki, icra müddəti müəyyənləşdirilmiş müqavilə öhdəlikləri üzrə bu müddətin bitdiyi, icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə isə Mülki Məcəllənin 427.2 və 427.4-cü maddələrində göstərilən müddətlərin bitdiyi gün öhdəlik icra olunmamışdırsa, həmin gün artıq kreditorun öz hüquqlarının pozulduğunu bilməli olduğu tarixdir. Həmin günün ertəsi günü isə kreditorun müqavilə üzrə hüquqlarının müdafiəsi üçün tələb hüququna münasibətdə iddia müddətinin axımı başlamış olur.
28. ... Borclunun ölümü halında Mülki Məcəllənin 427-ci maddəsi ilə müəyyənləşdirilmiş icra müddəti ərzində öhdəlik icra edilməzsə, Mülki Məcəllənin 377.2 və 377.3-cü maddələri ilə nəzərdə tutulmuş müddətdən etibarən kreditorun hüquq varisliyi prinsipinə əsasən borclunun vərəsələrinə qarşı iddia qaldırmaq hüququ yaranmış olur. Müqavilələrdən yaranan öhdəliklər üzrə iddia müddətlərinin mirasdan imtina üçün qanunvericiliklə müəyyənləşdirilmiş 3 aylıq (məhkəmə qaydasında uzadıldıqda isə ən çoxu 5 aylıq) müddətlərə münasibətdə uzun olması nəzərə alınarsa, kreditor borcluya, onun ölümü halında isə mirasdan imtina etməmiş vərəsələrinə qarşı iddia qaldırmaq üçün kifayət qədər zamana malik olur. Əks yanaşma, yəni borclunun ölümünün iddia müddətinin axımının kəsilməsinə və ya dayandırılmasına səbəb olan hal kimi qəbul edilməsi, iddia müddətinin axımının vərəsələrin müəyyən edilməsindən sonra başlanmış hesab olunması kreditora əsassız üstünlüyün tanınması ilə nəticələnməklə yanaşı, iddia müddətinin məqsəd və mahiyyətinə də uyğun olmazdı.
29. Məhkəmə iddiaçının tələbinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanan illik 5% borcun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə də təmin edilməməlidir. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilən faizin tutulması borclunun pul məbləğinin (kredit müqaviləsi üzrə borcunun) ödənilməsini gecikdirməsindən, yəni, əsas müqavilə tələbi üzrə öhdəliyin icrasından asılıdır. Başqa sözlə, borclunun kredit müqaviləsi üzrə əsas borc öhdəliyinin icrası hər hansı (iş üzrə iddia müddətinin keçməsi) səbəbdən tələb edilə bilmirsə, o halda iddiaçı eyni (iş üzrə iddia müddətinin keçməsi) əsası ilə həmin tələbə əlavə və ondan bilavasitə asılı olan zərərin əvəzinin ödənilməsini də tələb edə bilməz.
30. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən və cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etdiyindən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.
31. Qeyd olunanlar əsasən məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair iddiası təmin edilməməli, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu da iddiaçıya aid edilməlidir.
Nəticə:
32. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva