Məhkəmə qərarları › İş №e-2(060)-665/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-665/2024

29.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-665/2024 29.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X8 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə İddiaçı, nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçının nümayəndəsi Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2391/2021 saylı xx.xx.2021ci il qətnaməsi ilə müəyyən edilmiş tərəflər arasında birgə nikahdan olan xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşınadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment miqdarını dəyişdirərək, uşağın saxlanılması üçün 220 manat sabit pul məbləğində alimentin və iddiaya görə ödənilmiş 50 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2391/2021 saylı xx.xx.2021- ci il qətnaməsi ilə müəyyən edilmiş tərəflər arasında birgə nikahdan olan xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşınadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment miqdarını dəyişdirərək, uşağın saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin, uşağın müalicəsi ilə bağlı əlavə xərclərə görə 400 manat maddi yardımın, eləcədə iddiaya görə ödənilmiş 50 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə 16 may 2016-cı il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar, birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü X5 adlı bir övladları dünyaya gəlib. Bir müddət sonra iddiaçının iddiası ilə nikahları pozulmuşdur. Nikaha daxil olarkən münasibətləri yaxşı olsa da, bir müddətdən sonra münasibətləri pisləşmişdir. Belə ki, qayınatası və qayınanası ailələrinə müdaxilə etdiklərindən cavabdehlə aralarında tez-tez münaqişə baş verirdi. Qayınatası və qayınanası dünyaya gələcək övladlarının qız olacağını bildikdən sonra uşağı dünyaya gətirməməyi üçün ona psixoloji təzyiqlər etmişlər, hamiləliyi ilə bağlı həkim müayinələrindən keçməyi üçün heç bir köməklik göstərməmişlər. Bu səbəbdən iddiaçını həkim müayinələrinə öz valideynləri aparmışlar. Bundan sonra cavabdehlə münasibətləri tamamilə pisləşmişdir. İddiaçının iddiası əsasında Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2391/2021 saylı xx.xx.2021-ci il qətnaməsi ilə tərəflər arasında nikahın pozulması, boşanmadan sonra birgə nikahdan olan xx.xx.2017-ci il təvəllüdlü X3 anası İddiaçı yanında qalması və 03 fevral 2021-ci il tarixdən başlayaraq X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment və müalicəsi ilə bağlı əlavə xərclərə görə uşaq sağalanadək hər ay 50 (əlli) manat sabit pul məbləğində alimentin cavabdehdən Cavabdeh tutulması qət olunmuşdur. Bildirir ki, uşaqlar günü-gündən böyüyür, hər ikisi məktəblidirlər. Onların ehtiyaclar və tələbatlarını ödəməkdə iddiaçı çətinlik çəkir. Cavabdeh atalıq məsuliyyətini dərk etmir, öz valideynlik vəzifələrini yerinə yetirməkdən boyun qaçırır. Əlavə olaraq onu da nəzərə çatdırır ki, Aylin dünyaya gəldikdən 09 ay sonra onda "talassemiya əlamətlərinin daşıyıcısı" xəstəliyi aşkar edilmişdir. Uşağın xəstəliyi ilə əlaqədar müayinə və müalicəsinə mütəmadi olaraq maddi vəsait tələb olunur. Bu səbəbdən də, hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilməlidir. Məhkəmədə iddiaçı, İddiaçı, nümayəndəsi və vəkili Vəkil eyni məzmunlu izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, o, İddiaçı ilə xx.xx.2016cı il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Birgə nikahlarından bir övladları olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2391/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahlarından olan övladları saxlanılması üçün ondan hər ay 175 (bir yüz yetmiş beş) manat miqdarında alimentin və əlavə olaraq 50 (əlli) manat maddi yardımın tutulması qət edilmişdir. Hazırda iddiaçı onun maddi durumunda hər hansı bir halın baş verməsini əsas gətirmədən yalnız 2024-cü ilin Azərbaycan Respublikasındakı uşaqlar üçün yaşayış minimumu əsas götürmüşdür. Onun maddi vəziyyəti nə qədər çətin olsa da, övladlarının saxlanmasının məsuliyyətini dərk edir və bunun üçün də, o hər ay kəsilən alimenti vaxtında ödəyir. Qanunvericilikdə aliment tutulması əsası ilə, alimentin məbləğinin artırılması əsası birbirindən fərqləndirilmişdir. Aliment məbləğinin artırılması üçün yeganə əsas alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişklik olmasıdır. Həmin qətnamədən sonra onun maddi vəziyyətində heç bir artım baş verməmişdir. Hesab edir ki, bunu iddiaçı da başa düşməli və nəticə çıxarmalıdır. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin olunmalıdır. İş materiallarından görünür ki, tərəflər xx.xx.2016-cı il tarixdə rəsmi nikaha girmişlər, birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X5 adlı bir övladı olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2391/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2391/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında Sumqayıt ASAN xidmət mərkəzi qeydiyyat şöbəsində xx.xx.2016-cı il tarixdə 1170 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, boşanmadan sonra birgə nikahdan olan xx.xx.2017-ci il təvəllüdlü X5 anası İddiaçı yanında qalması və 03 fevral 2021-ci il tarixdən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment və müalicəsi ilə bağlı əlavə xərclərə görə uşaq sağalanadək hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. İşdə olan şəxs haqqında elektron məlumatdan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərkimya” İstehsalat Birliyində elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsində çalışır və aylıq əmək haqqısı 638,98 manat təşkil edir. İş materiallarında olan “Leyla” Medical Center-də xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X1 Medical Center-də xx.xx.2023-cü il tarixindən davamlı olaraq həkim-nevroloq qəbulunda olub, müayinələrdən keçib və 2 aydan bir EEQsi istənilmişdir. Uşağa epilepsiya diaqnozu qoyulmuş dərman müalicəsi başlanmış və mütəmadi olaraq 2 aydan bir kontrola gəlməyi bildirilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, iddiaçı və cavabdeh Sumqayıt 1 saylı Mediasiya Təşkilatının mediatoru X2 xx.xx.2023-cü il tarixində saat 11:00-da təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödədi. Azərbaycan Respublikası Konstitusiyasına əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Maddə 17, İİ hissə). Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (Maddə 34). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Konstitusiyasına əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Maddə 17, İİ hissə). Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (Maddə 34). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikasında 2023-cü il üçün “X7” Azərbaycan Respublikasının Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən iddiaçının aliment tələbi ilə bağlı ödəməkdən azad olduğu dövlət rüsumu Mülki-Prosessual Məcəllənin 112.1.3 və 119.2 maddələrinə uyğun olaraq cavabdehdən tutulmalı və dövlət nəfinə keçirilməlidir. Hazırki halda tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan xx.xx.2017-ci il təvəllüdlü X3 yaşını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideynin uşaqları saxlamağa borclu olduqlarını və uşağın səhhətini nəzərə alaraq məhkəmə hesab edir ki, azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi barədə iddiaçının tələbi qismən təmin edilməklə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2391/2021 saylı iş üzrə qəbul etdiyi 16 iyun 2021-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/16 N-li Qərarında göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. İddia tələbinin maddi yardımla bağlı hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2.2-ci maddəsinə əsasən, bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda ümumi uşaqların doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Qeyd edilənlərə və eyni zamanda tərəflərin birgə nikahından olan övladının mütəmadi olaraq müayinə və müalicə olunmasına ehtiyac olmasını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi maddi yardımla bağlı hissədə də qismən təmin olunmaqla, Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X3 müalicəsi ilə bağlı əlavə xərclərə görə 100 (bir yüz) manat məbləğində maddi yardım tutularaq İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2391/2021 saylı, 16 iyun 2021-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment və müalicə ilə bağlı əlavə xərclərə görə 100 (bir yüz) manat məbləğində pul tutularaq İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınıb dövlət nəfinə ödənilsin. İş üzrə mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş xərcin əvəzi olaraq 50 (əlli) manat Cavabdeh alınaraq İddiaçı ödənilsin. Dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar