Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6715/2022 10.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh 5700 manatın tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ərizə ilə müraciət edərək xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 zəng mərkəzi xidmətinə və həmin tarixdə ərizə ilə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə müraciət edərək, 2 ay əvvəl qızıl univermağında Cavabdeh 120 qram qızıl düzəltdirməsi üçün 5700 manat pul verməyini, lakin həmin adamı tapa bilmədiyini bildirərək, onun cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. İddiaçının ərizəsi əsasında araşdırılma aparılmış və Cavabdeh əməlində cinayət hadisəsi müəyyən edilmədiyindən və həmin əməl mülki xarakter daşıdığından onun barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.1 maddəsinə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İddiaçı özü avtomobil təmiri ilə məşğul olur, Cavabdeh təxminən 7-8 ildir ki, tanıyır. Onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. Cavabdeh zərgərliklə məşğul olur və iddiaçı ondan bir neçə dəfə sifarişlə qızıl almışdır. 2022-ci ilin aprel ayının ortalarında özünə təxminən 5000-6000 manat civarında qızıl boyunbağı almağı qərara almışdır. Bu məqsədlə də tanışı Cavabdeh qızıl mağazasına gedib ona 100 qram çəkidə boyunbağı düzəltməyi sifariş etdim, boyunbağının formasını da ona göstərmişdim. Həmin qızılın 19 iyun 2022-ci il tarixədək hazır olacağına və həmin tarixədək ona 5700 manat pul verəcəyi barədə onunla razılaşmışdır. Fuad iddiaçıya demişdir ki, ola bilər ki, boyunbağı 100 qramdan bir qədər yuxarı çəkidə əmələ gəlsin, iddiaçı buna narazılıq etməmiş və onunla razılaşmışdır. 19 iyun 2022-ci il tarixdə yaxın qohumunun toyu olduğu üçün həmin tarixədək qızılın hazır olmasını ondan istəmişdir. 19 iyun 2022-ci il tarixədək iddiaçı ona ayrı- ayrı vaxtlarda, ümumilikdə 5700 manat pul vermişdir. İlk olaraq 2022-ci ilin may ayının sonlarında Sumqayıt şəhəri ərazisində yerləşən Karvan ticarət mərkəzinin içərisində Cavabdeh qızıl mağazasında ona 4700 manat pul vermişdir. Bundan sonra 2022-ci ilin may ayının sonlarında Cavabdeh həmin qızıl mağazasında ona 200 manat pul vermiş, sonuncu pulu isə 2022-ci ilin iyun ayının əvvəllərində Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən Mərkəzi Plaza deyilən parkda 800 manat pul vermişdir. Ümumilikdə 100 qramlıq boyunbağının 5700 manat pulunu vermişdir. Beləliklə 19 iyun 2022-ci il tarixdə, saat 10 radələrində Fuadın iş yerinə gedərək, qızıl boyunbağını ondan təhvil almaq istəmişdir. Üstündə də təxminən 1000 manat pul götürmüşdür ki, boyunbağının çəkisi 100 qramdan artıq olsa pulu ona ödəyə bilsin. İddiaçı Fuaddan qızıl boyunbağımı istəmiş, o da iddiaçıya boyunbağını göstərmiş, qızılın çəkisinin danışdıqları kimi 100 qram çəkidən 20 qram artıq olduğunu, 2 saat ərzində boyunbağını hazırlayıb bitirəcəyini söyləmişdir. İddiaçı cavabdehə bildirmişdir ki, Yardımlı rayonuna qohumunun toyuna gedir, çatdıra bilməyəcəksə, sabah tezdən gəlib qızılı yoxlatdırıb alar. İddiaçı həmin günün sabahı, yəni 20 iyun 2022-ci il tarixdə, saat 11 radələrində Fuadın qızıl mağazasına getmiş və ondan qızılı istəmiş, cavabdeh isə qızılın olmadığını, satdığını bildirmiş, iddiaçının pulunu hissə-hissə, yəni həftəyə 2000 manat pul şəklində qaytaracağını bildirmişdir. İddiaçı isə “səndə mümkün deyil ki, lom şəklində qızıl olmasın, heç olmasa 100 qram qızılı lom şəklində qaytar” deyə cavabdehə bildirmişdir. Lakin cavabdeh iddiaçıya hazırkı günə kimi nə qızılı vermir, nə də ki, iddiaçının ona verdiyi 5700 manat pulu qaytarmır. Sonradan anlamışdır ki, Cavabdeh kiməsə borcu olduğu üçün iddiaçını aldadaraq ümumilikdə 5700 manat pulunu mənimsəmişdir. Odur ki, iddiaçı da məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməyi qərara almışdır. İddiaçı iddia tələbini müdafiə etdi. İddia ərizəsində qeyd edilənləri təsdiq etdi. İddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etdi. Bildirdi ki, zərgərdir, iddiaçı ondan qızıl boyunbağı hazırlamağını xahiş etmişdir. Bunun müqabilində iddiaçı tərəfindən ona 5700 manat pul ödənilmişdir. Həmin qızıl boyunbağını hazırlamaq üçün qızılı aldığı şəxslərlə aralarında mübahisə yaranmış, iddiaçı tərəfindən verilmiş 5700 manat, aralarında mübahisə yaranmış şəxslər tərəfindən mənimsənilmişdir. Buna görə də iddiaçının sifarişini yerinə yetirə bilməmişdir. Bundan sonra borcu iddiaçıya hissə-hissə ödəməyi təklif etsə də, iddiaçı bununla razılaşmamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt Şəhər Məhkəməsinin 6(060)-83/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəhər Polis İdarəsinin İŞ-nin müstəntiqi, polis mayoru X1 NK-1/2006 saylı material üzrə «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərarından görünür ki, aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı məhkəmə nəzarəti qaydasında Sumqayıt Şəhər Məhkəməsinə şikayət verərək Şəhər Pİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X1 NK-1/2006 saylı material üzrə «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və işin araşdırılması üçün yenidən Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü PB-nə göndərilməsi üçün qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Pİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X1 NK-1/2006 saylı material üzrə «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. - Sumqayıt Şəhər Məhkəməsinin 6(060)-83/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında qeyd olunmuş araşdırma zamanı Cavabdeh verdiyi izahatdan görünür ki, İddiaçı tanımış, onunla ədavət və ya düşmənçiliyi olmamışdır. 30 ildir ki, Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən Cavid ticarət mərkəzində yerləşən zərgər mağazasında zərgər kimi işləyir. 2022-ci ilin aprel ayında İddiaçı adında müştəri ona yaxınlaşaraq qızıl boyunbağı düzəltdirmək istədiyini demiş və o, da onunla razılaşmışdır. Ruslan ona demişdir ki, düzəltdirmək istədiyi boyunbağı 100-130 qram çəkidə olsa da olar, hər dəfə ona müəyyən məbləğdə pul gətirib verəcək və onun verdiyi pulun müqabilində o, lom kimi qızıl alıb boyunbağı düzəltdirmək üçün saxlayacaqmış. Bu qayda ilə Ruslan 2 ay ərzində ona ümumilikdə 5700 (beş min yeddi yüz) manat pul vermiş və o, həmin pul ilə təxminən 100 qram çəkidə qızıl almışdır. O, 100 qram çəkidə qızılı aldıqdan sonra Ruslan üçün boyunbağını düzəltməyə başlamışdır. O, boyunbağını düzəldəndə Ruslanın istədiyi formanı düzəltmək üçün 100 qram qızılın kifayət etmədiyini görüb bu barədə Ruslana məlumat verib əlavə olaraq da 25 qram qızıl lazım olduğunu demişdir. Ruslan da ona həmin 20 qram qızılı almağını, boyunbağını götürəndə ona pulunu, yəni 7100 (yeddi min yüz) manat və zəhmət haqqı kimi 800 (səkkiz yüz) manat, ümumilikdə 7900 (yeddi min doqquz yüz) manat pulu ona verəcəyini demişdir. Ruslanla razılaşmışlar. O, boyunbağını hazırladıqdan sonra Ruslana məlumat verərək gəlib boyunbağını götürməsini demişdir. Ruslan isə gəlib boyunbağını götürəndə ondan pulu istəmişdir, Ruslan isə onunla razılaşmayaraq əlavə olaraq qızıla görə 1400 manat və zəhmət haqqında görə 800 manat pulu verə bilməyəcəyini demişdir. Sonralar isə Ruslan ondan 5700 manat pulunu istəyəndə o, ona həmin pulu hissə-hissə verə biləcəyini demişdir. Lakin, Ruslan onunla razılaşmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 2022-ci ilin aprel ayında İddiaçı Cavabdeh qızıl boyunbağı düzəltdirmək istədiyini bildirmiş, aralarında razılıq əldə edilmişdir. Bu qayda ilə iddiaçı cavabdehə 2 ay ərzində ayrı-ayrı vaxtlarda cəmi 5700 manat ödəniş etmişdir. İddiaçı ödədiyi pulun müqabilində sifariş etdiyi qızıl boyunboğunu tələb etdikdə cavabdeh həmin boyunbağının hazır olmadığını, iddiaçı tərəfindən ödənilmiş 5700 manatı hissə-hissə ona qaytara biləcəyini bildirmişdir. İddiaçı bununla razılaşmamış, pulunu almaq üçün Sumqayıt Şəhər Polis İdarəsinə müraciət etmişdir. Sumqayıt Şəhər Polis İdarəsinin İŞ-nin müstəntiqi, polis mayoru X1 NK-1/2006 saylı material üzrə «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» xx.xx.2022ci il tarixli qərarı ilə aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı iddia tələbini müdafiə edir, cavabdeh iddianı etiraf edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 752.2-ci maddəsinə görə, əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Bu Məcəllənin 762.1-ci maddəsinə əsasən, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Bu Məcəllənin 765-ci maddəsinə görə, məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etirafı, iddiaçının həmin etirafla razı olması məhkəmə tərəfindən qəbul edilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh 5700 manat tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 5700 manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-6715/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6715/2022
10.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver