Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6735/2024 18.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Məhkəmə iclas katibi Həsənli Mehriban Hüseyn qızının katibliyi, Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi X2 iştirakları ilə, İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun tutulması tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 125.60 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-6735/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı «X12 Azərbaycan» QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
3. 04.11.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında əsl cavabdehlə əvəz edilmə barədə verilmiş vəsatətlər təmin edilmişdir.
İddia tələbinin dəlilləri
4. Cavabdeh Asfaram Tanqis Əli qızı ilə "xxxx" QSC arasında xx.xx.2014-cü il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. DİN-nin maps arayışına əsasən Asfaram Tanqis Əli qızının vəfat etməsi müəyyən edilmişdir. Buna görə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə, Sumqayıt Regional Asan Xidmət Mərkəzində Notariat ofisinə sorğu verilərək cavabdeh/borclu Asfaram Tanqis Əli qızının vərəsələri barədə məlumat alınmış və Asfaram Tanqis Əli qızının vərəsələri olaraq, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qanun üzrə vərəsəlik hüququnu əldə etmələri haqqında şəhadətnamə verilməsi barədə əldə edilmiş məlumat məktubları qoşmaya əlaqə edilir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş xx.xx.2021-ci il tarixli, e-2(060)-8173/2021 saylı məhkəmə qətnaməsi çıxmışdır. Nəticədə iddiaçı "xxxx" QSC "xxxx" MMC ilə bağlanmış xx.xx.2021-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx"MMC-yə sifariş etmişdir. “Azcollect MMC” öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Vərəsələr Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 xx.xx.2022-ci il tarixindəki 200 manat, xx.xx.2022-ci il tarixindəki 200 manat, xx.xx.2022-ci il tarixindəki 200 manat, xx.xx.2022-ci il tarixindəki 237.30 manat məbləğindəki vəsait "xxxx" MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə 125.60 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC-yə cavabdeh(lər) tərəfindən "xxxx" QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində yəni ümumilikdə 125.60 manat məbləğində xidmət haqqı ödəmişdir.
Tərəflərin izahatları
5. İddiaçı "xxxx" QSC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə elektron kabinet vasitəsi ilə elektron ərizə ilə məhkəməyə müraciət edərək, iş yükünün çox olması ilə əlaqədar bankın nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin olunmasının mümkün olmayacağını bildirmiş, məhkəmə baxış iclasının bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsini, bankın iddiasının tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasında Cavabdeh2 izahatında bildirdi ki, iddia tələbini qəbul etmirlər. Belə ki, 2021-ci il tarixli məhkəmə qətnaməsi üzrə ödənişləri etmişdirlər.
7. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi X6 izahatında bildirdi ki, bütün borcları ödəmişlər. Üç ildən sonra onlardan pul tələb edirlər. 800 manat pul ödəyən tələb olunan məbləği də ödəyər. Vaxtında ona deməmişlər. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
İş materialları
8. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-8173/2021 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 əsas məbləğ üzrə 713,15 (yeddi yüz on üç manat, on beş qəpik) manat borc, 82,35 (səksən iki manat, otuz beş qəpik) manat hesablanmış və ödənilməmiş faiz borcu, 5 (beş manat) cərimə borcu, 2 (iki) manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc, 4,80 (dörd manat, səksən qəpik) manat bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri, cəmi 807,3 (səkkiz yüz yeddi manat, otuz qəpik) manat məbləğində kredit kartı borcunun və dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun əvəzi “X12 Azərbaycan” QSC-nin xeyrinə tutulmuş, iddia tələbi qalan hissədə rədd edilmişdir.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional “ASAN XİDMƏT” mərkəzində Notariat ofisi tərəfindən ünvanlanmış 11 iyun 2021-ci il tarixli, 1633 nömrəli məktuba cavabdan görünür ki, xx.xx.2020-ci ildə vəfat etmiş Asfaram Tanqis Əli qızının mülkiyyətində olmuş ünvan 2 ünvanında yerləşən 13 saylı mənzilə dair vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2021-ci il tarixdə 2V-210 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.
10. Cavabdeh3 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, o, Quliyeva X1. Onun atası X5r. O, başqa xanımla səhv salınmışdır. Onun qardaşı yoxdur. Bu məsələnin həll edilməsini xahiş etmişdir.
11. İddiaçı «X12 Azərbaycan» QSC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, iş üzrə Cavabdeh3 (AA2744017 / FİN 1E2360Q) yanlışlıqla cavabdeh qismində işə cəlb edilmişdir. Belə ki, əsil Cavabdeh3dır (AZE******** / 4JSD47F). Göründüyü kimi cavabdehlərin adı, soyadı ata adı eyni olduğundan yalnışlığa yol verilmişdir. Lakin şəxsiyyət vəsiqəsi məlumatları - nömrə və Fin kod fərqlidir. Belə olan təqdirdə Cavabdeh3 (AA2744017 / FİN 1E2360Q) əsl Cavabdeh3 (AZE******** / 4JSD47F) ilə əvəz edilməsi ilə bağlı qərardad qəbul edilməsini xahiş etmişdir.
12. "xxxx" MMC ilə “X12 Azərbaycan” QSC arasında 18 yanvar 2021- ci il tarixində, istehlak kreditləri, kredit kartları və ya kredit kartları ilə bağlı qarışıq müqavilələrə əsasən istifadə edilən kreditlərdən Bank qarşısında yaranan borclarının alınması (qaytarılması) üçün göstəriləcəyi hüquq xidmətləri və bunların əvəzində ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar məsələləri tənzimləmək məqsədi ilə Hüquqi Xidmət haqqında Müqaviləsi bağlanmışdır. 13.“X12 Azərbaycan” QSC tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, "xxxx" MMC ilə “X12 Azərbaycan” QSC arasında 18 yanvar 2021-ci il tarixli Hüquqi xidmət haqqında müqavilənin şərtlərinə uyğun olaraq “X12 Azərbaycan” QSC ilə Asfaram Tanqis Əli qızı arasında imzalanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsi əsasında vərəsələri Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 tərəfindən son tarix xx.xx.2024-cü ilə təmin edilmiş 837.30 manat məbləğində pul vəsaitinə görə “X12 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-yə 125.60 manat məbləğində xidmət haqqı ödənilmişdir. 14.Azərbaycan Respublikası Sumqayıt Regional “ASAN Xidmət” mərkəzində Notariat ofisi tərəfindən “Ədalət” Vəkil Bürosuna ünvanlanmış 11 iyun 2021-ci il tarixli, 1633 nömrəli məktuba cavabdan görünür ki, xx.xx.2020-ci ildə vəfat etmiş Asfaram Tanqis Əli qızının mülkiyyətində olmuş ünvan 2 ünvanda yerləşən 13 saylı mənzilə dair vərəsələri Cavabdeh1, Cavabdeh2 və X3 xx.xx.2021-ci il tarixdə 2V-210 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.
İşin faktiki halları 15.İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 2014-cü ildə ümumi kredit müqaviləsi bağlanmış, Asfaram Tanqis Əli qızı kredit müqaviləsi üzrə öhdəliyinin icrasını təmin etmədiyindən “X12 Azərbaycan” QSC məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-8173/2021 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 əsas məbləğ üzrə 713,15 (yeddi yüz on üç manat, on beş qəpik) manat borc, 82,35 (səksən iki manat, otuz beş qəpik) manat hesablanmış və ödənilməmiş faiz borcu, 5 (beş manat) cərimə borcu, 2 (iki) manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc, 4,80 (dörd manat, səksən qəpik) manat bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri, cəmi 807,3 (səkkiz yüz yeddi manat, otuz qəpik) manat məbləğində kredit kartı borcunun və dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun əvəzi “X12 Azərbaycan” QSC-nin xeyrinə tutulmuş, iddia tələbi qalan hissədə rədd edilmişdir. İddiaçı tələbində ona əsaslanır ki, məhkəmə qətnaməsi ilə qət edilmiş həmin borc məbləğinin ödənilməsi Banka hüquqi xidmət göstərən üçüncü şəxsin sayəsində mümkün olmuşdur. Belə ki, cavabdeh borcunu könüllü qaydada ödəməmiş, ona görə də, Banka hüquqi xidmət göstərən üçüncü şəxs borcun ödənilməsi istiqamətində tədbirlər görmüş və nəticədə borc ödənilmişdir. Bu səbəbdən hazırki iddia tələbində iddiaçı həmin hüquqi yardıma görə üçüncü şəxsə ödənilmiş xidmət haqqının cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. İddiaçı tərəf tələbinin hüquqi əsaslandırması kimi, prosessual qanunvericiliyin məhkəmə xərclərini tənzimləyən normalarına, eləcə də, maddi əsas kimi, mülki qanunvericiliyin zərər anlayışını tənzimləyən normalarına istinad edir.
16. Cavabdeh tərəf isə iddia tələbinə etiraz edərək, hazırki tələb qanunsuz və əsassız olduğundan onun təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
18. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu M a d d ə 2 . Məcburi icra orqanları 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 2.2. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. M a d d ə 3 . İcra məmurunun tələblərinin məcburiliyi 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. M a d d ə 8 . İcra sənədləri üzrə icraata başlanılması 8.1. İcra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. 8.2. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübutetmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 121. Nümayəndəyə və vəkilə göstərdiyi yardıma görə xərclərin ödənilməsi 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
Məhkəmənin mövqeyi
20. Məhkəmə Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi X4 dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir.
21. Məhkəmə qeyd edir ki, tərəflərin izahatı və iş materiallarının araşdırılması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 2014-cü ildə bağlanmış kredit müqaviləsi üzrə X7 öhdəliyinin icrasını təmin etmədiyindən “X12 Azərbaycan” QSC məhkəməyə müraciət etmiş və məhkəmə qətnaməsi əsasında kredit müqaviləsi üzrə borc məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. İddiaçı tərəf hazırki iddia tələbində ona istinad edir ki, məhkəmə qətnaməsi əsasında qət edilmiş borc məbləğinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi üçüncü şəxs - "xxxx" MMC-nin hüquqi xidməti əsasında baş tutmuş və “X12 Azərbaycan” QSC tərəfindən həmin üçüncü şəxsə göstərilən hüquqi xidmətə görə 125.60 manat ödəniş edilmişdir. Məhkəmə iddiaçının irəli sürdüyü dəlillərlə razılaşmır. Belə ki, iddiaçının tələb etdiyi məbləğ nə məhkəmə xərclərinə, nə maddi zərərə aiddir. İşin müəyyən olunmuş hallarına əsasən, "xxxx" MMC iddiaçı bankı cavabdehə qarşı olan məhkəmə işində təmsil etməmişdir. İşə baxılması ilə əlaqədar məsrəflərin, yəni məhkəmə xərclərinin dairəsi qanunverici tərəfindən konkret şəkildə müəyyən edilmiş, lakin hazırkı iş üzrə iddiaçının tələb etdiyi pul məbləği məhkəmə xərclərinin dairəsinə daxil deyildir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbindən də göründüyü kimi, məhkəmə qətnaməsi icrası məcburi olan aktdır və hər hansı bir orqana müraciət edilib-edilməməsindən asılı olmayaraq icra edilməlidir və bu icra qurumu tərəfindən məcburi həyata keçirilən prosesdir. İcra orqanından kənar hər hansı bir subyektin məcburi icra işlərini təşkil etməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə hesab edir ki, hazırki tələb AR Mülki Məcəlləsinin 21-ci maddəsinin məzmunu baxımından da əsaslı deyildir. Çünki, həmin maddəyə görə hüququ pozulmuş şəxs çəkdiyi və ya çəkməli olduğu xərcləri zərər vurandan tələb edə bilər. Hazırkı işdə isə iddiaçının məcburi icra tədbirlərinə görə hüquqi xidmət göstərən təşkilata ödədiyi 125.60 manat pul onun məcburi çəkdiyi və ya çəkməli olduğu xərc deyildir. Belə ki, məhkəmə qətnaməsi iddiaçının üçüncü şəxslə əməkdaşlıq edib-etməməsindən asılı olmayaraq və bunun üçün xərc çəkilmədən də icra ediləcəkdir və bu xüsusda iddiaçı hüququnu bərpa etmək üçün məcburi xərc çəkmiş sayılmır.
Məhkəmə xərcləri
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
23. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə
24. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair iddiası təmin edilməməli və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
25. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aynur Behbudova