Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6837/2024 17.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İş № e-2(060)-6837/2024 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ Sumqayıt Şəhər Məhkəməsi 17 dekabr 2024-cü il Sumqayıt şəhəri Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı icarə müqaviləsinin ləğv olunması vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında, baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə icarə müqaviləsinin ləğv edilməsi, Cavabdeh “Passat CC” markalı **-VP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 15060 manat məbləğində dəymiş zərərin və 136 manat dövlət rüsumunun İddiaçı ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili dəqiqləşmə barədə ərizə ilə müraciət edərək, hüquqi xidmət üçün ödənilmiş 325 manat hüquqi yardım xərcinin əvəzinin cavabdehə aid edilməsini xahiş etmişdir. İddia tələbi onun əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsinə əsasən Cavabdeh “Passat CC” markalı **-VP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 12 ay müddətinə icarəyə götürmüşdür. Bu müddət ərzində cavabdeh 8592 manat icarə haqqı ödənilməli idi. Lakin, Cavabdeh nəqliyyat vasitəsini götürdüyü müddətdə heç bir ödəniş edilməmişdir. Bundan sonra onunla dəfələrlə əlaqə yaradılmasına baxmayaraq ödəniş və ya nəqliyyat vasitəsini geri qaytarmaqdan imtina edilmişdir. “Passat CC” markalı **-VP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçı tərəfindən yararsız vəziyyətdə tapılmışdır. “Passat CC” markalı **-VP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin qiymətləndirilməsi üçün "xxxx" MMC-yə müraciət edilmişdir. Qiymətləndirmə rəyinə əsasən “Passat CC” markalı **-VP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 15060 manat qiymətləndirilmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək, tərəflər arasında müqavilənin olduğunu, həmin müqavilə üzrə cavabdeh öhdəlik götürdüyünü və həmin məbləği ödəməli olduğunu bildirdi. O qeyd etdi ki, avtomobil cavabdehdə olmuş və cavabdeh qəzadan sonra həmin avtomobili şəxsən Sumqayıt şəhəri, 48-ci məhəllədə yerləşən avtodayancağa yerləşdirmişdir. Bu səbəbdən də iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbini qismən qəbul edərək, onun bağladıqları müqavilənin düzgün olmadığını bildirdi Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qismən qəbul edərək, onların avtomobilə baxış keçirdiklərini və avtomobilin matoru heç yerində olmadığını, avtomobilin mülkiyyətçisinin hal-hazırda iddiaçı olduğunu bildirdi. Hadisə baş verəndən bir müddət sonra cavabdeh iddiaçını məlumatlandırmış, ödənişləri ödəyə bilməyəcəyini bildirmiş və qohumu vasitəsilə duracağa təmin etmişdir. Avtomobilin mülkiyyətçisi iddiaçı olduğu üçün cavabdeh onu satıb gəlir də əldə edə bilmədiyini bildirdi. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2022-ci il tarixli, 588 saylı icarə müqaviləsindən görünür ki, icarə verən ilə icarə alan arasında bağlanmış ödəniş qrafikinə əsasən icarəyə verən icarə alana 12 ay müddətinə, aylıq 716 manat hesablamaqla 8592 manata avtomobili icarəyə verir. İcarə müqaviləsinə əsasən icarə alan cədvəldə qeyd olunmuş məbləği, qeyd olunan tarixə ödəniş edib avtomobilin hüquqi sahibinə keçməlidir. - G-Energy Service tərəfindən verilmiş qiymətləndirmə rəyindən görünür ki, Passat CC markalı **-VP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin əvəzi 15060 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsinə əsasən Cavabdeh “Passat CC” markalı **-VP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 12 ay müddətinə icarəyə götürmüşdür. Bu müddət ərzində cavabdeh 8592 manat icarə haqqı ödəməyi öhdəlik götürmüşdür, müqavilə şərtlərinə əsasən həmin məbləğ ödənildikdən sonra avtomobil cavabdehin mülkiyyətinə keçməlidir. Lakin Cavabdeh nəqliyyat vasitəsini götürdüyü müddətdə heç bir ödəniş etməmişdir. Bundan sonra onunla dəfələrlə əlaqə yaradılmasına baxmayaraq ödəniş və ya nəqliyyat vasitəsini geri qaytarmaqdan imtina edilmişdir. “Passat CC” markalı **-VP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçı tərəfindən yararsız vəziyyətdə tapılmışdır. “Passat CC” markalı **-VP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin qiymətləndirilməsi üçün "xxxx" MMC-yə müraciət edilmişdir. Qiymətləndirmə rəyinə əsasən “Passat CC” markalı **-VP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 15060 (on beş min altmış) manat qiymətləndirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 704.1-ci maddəsinə əsasən əgər hər hansı torpaq sahəsinin, hüququn və ya müəssisənin icarəsi müqaviləsi bağlanarkən icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin ləğvinə yalnız azı altı aylıq xəbərdarlıq müddətini gözləmək şərti ilə ilin sonunda yol verilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, xx.xx.2022-ci il tarixli, 588 saylı icarə müqaviləsi ləğv edilməli, Cavabdeh “Passat CC” markalı **-VP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 8592 manat dəymiş zərər ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbinin hüquqi yardım üçün vəkilə ödənilmiş 325 manat xərcin əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair hissəsində qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı hisssini araşdıraraq hesab edir ki iddia bu hissədə də qismən təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 %-i qədər olmalıdır. (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi) Hazırda iddianın təmin edilən hissəsi 8592 manat olduğundan Cavabdeh 105,92 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməlidir. Ödənilmiş 30,08 manat dövlət rüsumunun əvəzi İddiaçı özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanmış icarə müqaviləsi ləğv edilsin. Cavabdeh “Passat CC” markalı **-VP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 8592 manat dəymiş zərər və ödənilmiş 105,92 manat dövlət rüsumunun əvəzi İddiaçı ödənilsin. Ödənilmiş 30,08 manat dövlət rüsumunun əvəzi İddiaçı özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-6837/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6837/2024
17.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver