Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6918/2023 04.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlu, Tərəflərin iştirakı olmadan İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulmasına dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 0084072AZN30899 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 3010,96 (üç min on manat doxsan altı qəpik) manat əsas borc, 504,48 (beş yüz dörd manat qırx səkkiz qəpik) manat faiz borcu, 180,85 (bir yüz səksən manat səksən beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 3696,29 (üç min altı yüz doxsan altı manat iyirmi doqquz qəpik) manat məbləğində borcun, 41010AZNFK********** saylı kart hesabı üzrə texniki overdraft əməliyyatına əsasən 129,46 (bir yüz iyirmi doqquz manat qırx altı qəpik) manat əsas borc, 17,12 (on yeddi manat on iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 146,58 (bir yüz qırx altı manat əlli səkkiz qəpik) manat borcun, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 59 (əlli doqquz) manat dövlət rüsumunun əvəzinin İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.1.4 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə GTC- 35188İB/2022 saylı Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş Ümumi Şərtlər toplusunda qeyd edilmiş şərtləri qəbul edir. Qeyd edilən Ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2022-ci il tarixdə 0084072AZN30899 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2026-cı il tarixədək illik faiz dərəcəsi 25%, illik cərimə faizi 180% olmaqla, 3700 (üç min yeddi yüz) manat istehlak xərcləri məqsədilə işçi krediti ayrılmışdır. Lakin borcalan həmin kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icrа еtməmişdir. Krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirmədiyi günlərin sayı 0084072AZN30899 saylı maliyyələşdirmə üçün ərizə üzrə 195 gün, 41010AZNFK********** saylı kart hesabı üzrə texniki overdraft əməliyyatına əsasən isə 199 gün təşkil edir. Bank tərəfindən Borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri aşağıdakı kimidir: - 0084072AZN30899 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 3010,96 (üç min on manat doxsan altı qəpik) manat əsas borc, 504,48 (beş yüz dörd manat qırx səkkiz qəpik) manat faiz borcu, 180,85 (bir yüz səksən manat səksən beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 3696,29 (üç min altı yüz doxsan altı manat iyirmi doqquz qəpik) manat təşkil edir, gecikmə günü: 195, - 41010AZNFK********** saylı kart hesabı üzrə texniki overdraft əməliyyatına əsasən 129,46 (bir yüz iyirmi doqquz manat qırx altı qəpik) manat əsas borc, 17,12 (on yeddi manat on iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 146,58 (bir yüz qırx altı manat əlli səkkiz qəpik) manat təşkil edir, gecikmə günü: 199. X1 əsasən Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Eyni zamanda X1 əsasən Müştəri tərəfindən Müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək Bankın hüququdur. İddiaçı ASC iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 59 ( əlli doqquz) manat dövlət rüsumu ödəmişdir. Odur ki, İddiaçı ASC məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdehə iddia barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin tələblə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki,iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.1.4 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə GTC-35188İB/2022 saylı Razılıq ərrizəsinə əsasən borclu www.pashabank.az saytında yerləşdirilmiş Ümumi Şərtlər toplusunda qeyd edilmiş şərtləri qəbul etmişdir. Qeyd edilən Ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2022ci il tarixdə 0084072AZN30899 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2026-cı il tarixədək illik faiz dərəcəsi 25%, illik cərimə faizi 180% olmaqla, 3700 (üç min yeddi yüz) manat istehlak xərcləri məqsədilə işçi krediti ayrılmışdır. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 14 sentyabr 2023cü il tarixinə İddiaçı ASC qarşısında öhdəlikləri aşağıdakı kimidir: - 0084072AZN30899 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 3010,96 (üç min on manat doxsan altı qəpik) manat əsas borc, 504,48 (beş yüz dörd manat qırx səkkiz qəpik) manat faiz borcu, 180,85 (bir yüz səksən manat səksən beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 3696,29 (üç min altı yüz doxsan altı manat iyirmi doqquz qəpik) manat təşkil edir, gecikmə günü: 195, - 41010AZNFK********** saylı kart hesabı üzrə texniki overdraft əməliyyatına əsasən 129,46 (bir yüz iyirmi doqquz manat qırx altı qəpik) manat əsas borc, 17,12 (on yeddi manat on iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 146,58 (bir yüz qırx altı manat əlli səkkiz qəpik) manat təşkil edir, gecikmə günü: 199. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.1.4 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə GTC-35188İB/2022 saylı Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş Ümumi Şərtlər toplusunda qeyd edilmiş şərtləri qəbul edir. Qeyd edilən Ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2022-ci il tarixdə 0084072AZN30899 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2026-cı il tarixədək illik faiz dərəcəsi 25%, illik cərimə faizi 180% olmaqla, 3700 (üç min yeddi yüz) manat istehlak xərcləri məqsədilə işçi krediti ayrılmışdır. Lakin borcalan həmin kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icrа еtməmişdir. Krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirmədiyi günlərin sayı 0084072AZN30899 saylı maliyyələşdirmə üçün ərizə üzrə 195 gün, 41010AZNFK********** saylı kart hesabı üzrə texniki overdraft əməliyyatına əsasən isə 199 gün təşkil edir. Bank tərəfindən Borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri aşağıdakı kimidir: - 0084072AZN30899 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 3010,96 (üç min on manat doxsan altı qəpik) manat əsas borc, 504,48 (beş yüz dörd manat qırx səkkiz qəpik) manat faiz borcu, 180,85 (bir yüz səksən manat səksən beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 3696,29 (üç min altı yüz doxsan altı manat iyirmi doqquz qəpik) manat təşkil edir, gecikmə günü: 195, - 41010AZNFK********** saylı kart hesabı üzrə texniki overdraft əməliyyatına əsasən 129,46 (bir yüz iyirmi doqquz manat qırx altı qəpik) manat əsas borc, 17,12 (on yeddi manat on iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 146,58 (bir yüz qırx altı manat əlli səkkiz qəpik) manat təşkil edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh xx.xx.2019-cu il tarixli və xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərini icra etməyərək onun tələblərini pozmuş və iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizə üzrə əsas və faiz borcunun cavabdehdən tutulması hissədə iddia tələbi təmin edilməlidir. İddia tələbindən göründüyü kimi cavabdehdən eyni zamanda hesablanmış 180,85 manat və 17,12 məbləğində dəbbə pulunun tutulması tələb olunur. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, dəbbə pulu tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəldiyindən bu hissədə də iddia tələbi təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı iddia qiymətinin 1%-i qədər olmalıdır.(“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 3842,87 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 59 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh: 0084072AZN30899 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 3010,96 (üç min on manat doxsan altı qəpik) manat əsas borc, 504,48 (beş yüz dörd manat qırx səkkiz qəpik) manat faiz borcu, 180,85 (bir yüz səksən manat səksən beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 3696,29 (üç min altı yüz doxsan altı manat iyirmi doqquz qəpik) manat borc; 41010AZNFK********** saylı kart hesabı üzrə texniki overdraft əməliyyatına əsasən 129,46 (bir yüz iyirmi doqquz manat qırx altı qəpik) manat əsas borc, 17,12 (on yeddi manat on iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 146,58 (bir yüz qırx altı manat əlli səkkiz qəpik) manat borc; Ümumilikdə 3842,87 manat borc və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 59 (əlli doqquz) manat dövlət rüsumunun əvəzi İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-6918/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6918/2023
04.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver