Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6927/2025 06.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Mayıs oğluna qarşı pul tələbinə dair iş üzrə (açar sözlər: borcun tutulması) Giriş hissə: Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh Mayıs oğluna qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: a. iddia tələbi
1. iddiaçı cavabdehə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Mayıs oğlundan 9500 (doqquz min beş yüz) manat pulun, ödənilmiş 115 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Mayıs oğlu ilə 2022-ci ildə tanış olmuşlar. Cavabdeh onunla evlənəcəyinə inandırdığından etibarından suiistifadə edərək, müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə, cəmi 10000 manat ondan borc alaraq qaytarmamışdır. Münasibətləri pozulduqdan sonra o, cavabdehdən ona verdiyi pulları tələb etdikdə, ondan polisə şikayət etmişdir. Onun şikayəti əsasında iş polis idarəsində araşdırılarkən ondan aldığı borcdan 500 manatı geri qaytarmış və ona rəsmi iltizam verərək borcun qalan hissəsini hər ay 100-200 manat ödəyəcəyi haqda üzərinə öhdəlik götürmüşdür. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, Cavabdeh Mayıs oğlu söz versə də, borcunu könüllü ödəməkdən imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur.
b) iddiaya etiraz
3. Cavabdeh Mayıs oğlu məhkəməyə xx.xx.2025-ci il tarixdə iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı təxminən 2021-ci ilin sonlarından onu tanımış, bundan sonra onun ailəli olduğunu bildiyi halda ondan əl çəkməmiş onunla sevgili olmağı üçün mübarizələr aparmağa başlamışdır. Hər dəfə telefonuna dayanmadan zənglər etmiş, onu “blok” elədiyindən dayanmadan 20 qəpikdən, yada 1 manatdan dalbadal nömrəsinə 20-30 dəfə konturlar atmağa başlamış, iş yerinin qabağına gələrək onunla danışmağı üçün ağlayaraq onu sevdiyini bildirmişdir. O da ailəli olduğunu dedikdə ona bildirmişdir ki, heç bir problem yoxdur özü ona baxacaq, hara getmək lazım olsa pulu özü ödəyəcək. Dəfələrlə ondan uzaq durmasını xahiş etsə də heç bir nəticə əldə edə bilməmişdir. Bundan sonra onların aralarında ər-arvad kimi münasibətlər yaranmağa başlamışdır. Harasa gedəndə pulu kartına atmışdır ki, hesabı yarı-yarıya ödəyək, ya da o, ödəsin. Bu şəxs heç bir zaman əlbəəl bir manat belə verməmişdir. Bütün bu qədər olanlar bir tərəfə, dəfələrlə onun barəsində iş yerinə, hüquq mühafizə orqanlarına əsassız şikayətlər verərək guya onu zorlamağına dair müraciətlər etməklə onun şərəf-ləyaqətini alçaltmış, işini itirməyinə nail olmuşdur. Onun barəsində əsassız verdiyi şikayətlər əsasında atdığı şər-böhtanlara görə məhkəmə qarşısında xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə belə müraciət edəcəkdir. Hal-hazırda onun iddia ərizəsində qeyd etdiyi heç bir hallarla razı deyil, bu şəxsin onun kartına atdığı pullar 1000 manat civarında ola bilər ki, həmin pulları da ya ad günündə 200 manat atdığı puldur, ya da otellərə verdiyi pullar olmuşdur. Onun heç bir borcu yoxdur. Məhkəmə proseslərini iştirakı olmadan keçirərək onun vermiş olduğu iddiasını əsassız olması səbəbilə rədd edilməsini xahiş edir.
c) məhkəmə icraatı iştirakçılarının izahatları
4. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bidirdi və əlavə olaraq qeyd etdi ki, o, cavabdehlə 2022-ci ilin aprel ayında tanış olmuşdur. Bir müddət sonra onların aralarında şəxsi münasibətlər yaranmışdır. Bundan sonra cavabdeh ondan müxtəlif bəhanələrlə borc pul almış, qaytaracağını bildirmişdir. O, cavabdehə iş yoldaşlarının yanında da pul vermişdir. Qalan pulları cavabdehə məxsus karta göndərmişdir. Hər dəfə pulunu tələb etdikdə, ona işləmədiyini, işə düzəldikdən sonra borcunu qaytaracağını bildirmişdir. Cavabddeh ona avtomobilini satıb pulunu verəcəyini də demişdir. Bu barədə onların whatsapp yazışmaları var. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirmişdir ki, 7000 manatdan çox məbləği kart vasitəsilə, yerdə qalan məbləği isə şəxsən cavabdehin özünə vermişdir. Polis şöbəsinə müraciət etdikdən sonra ona olan borcundan 500 manat ödəmiş, izahatında ona borcunun olduğunu bildirmiş, borcunu tam şəkildə qaytaracağını qeyd etmişdir. Lakin o, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və iddia tələbinin təmin edilməsini xahiş etdi.
6. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə və sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa əsasən) xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə xx.xx.2025-ci il tarixdə ərizə göndərərək bildirmişdir ki, iddiaçı tərəfindən Rəşad Ağayev və Vüsalə Rüstəmovanın dindirilməsi barədə vəsatət verilmişdir. İddiaçı bu şəxsləri ona bacısı və qardaşı kimi təqdim etmişdir. Amma bu şəxslərin heç bir zaman onların aralarında olan alış-verişlərdən xəbərləri olmamışdır. Sonuncu dəfə işləri polisdə zorlanma ilə əlaqədar olaraq olan zaman Rəşad Ağayev qardaşı kimi gəlmiş, onunla danışıqlar apararaq xahiş etmişdir ki, bu məsələlər qabarmasın, bəs özü tərcümə mərkəzi rəhbəridir, bu kimi hallar onun kariyerasına ziyandır. O da həmin vaxt ona bildirmişdir ki, bacısı İddiaçı özü ondan əl çəkmir, davamlı olaraq onu ailəsinin içinə gəlməklə hədələyir. Hətta özünə bildirmişdir ki, neçə müddətdir bacısı onunla danışır, gəzir, otellərə, restoranlara gedir, niyə o zaman bunun qarşısını almırdı? Hətta onu “blok” edən zaman davamlı olaraq 1 manatdan dalbadal nömrəsinə konturlar atmışdır ki, “blok”dan açıb onunla yenidən görüşsün. Bu şəxslər yalançı şahidlərdir və onlar aralarında olan heç bir şəxsi alış-verişləri görməmişlər. Yalnız bu söz söhbətdən sonra xahişə gəlmişlər ki, “barış, biz bacımıza görə nə desən sənə edərik bəs Fidan sənsiz qala bilmir”. Əlavə olaraq 322 manat əsassız yerə vəkil tuturaq ondan həmin pulu da tələb etməsi tamamilə əsassızdır. Vəsatətin əsassız olması səbəbilə rədd edilməsini, məhkəmə prosesini onun iştirakı olmadan keçirərək iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. 27 noyabr 2025-ci il tarixli məhkəmə iclasında iştirak etmiş şahid X3 ifadəsində bildirmişdir ki, iddiaçı ilə 15 ildir ki, bir yerdə işləyirlər. Onunla dostluq münasibətləri var. İddiaçı ona məxsus tərcüməçi mərkəzində işləyir. İddiaçı cavabdehlə taksidə tanış olmuşdur. İddiaçı cavabdehə vermək üçün müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə ondan borc pul istəmişdir. O, iddiaçının bir dəfə şəxsən cavabdehə pul verdiyini görmüşdür. Ona cavabdehin maşını xarab olduğu üçün pul lazım olduğunu bildirmişdir. Onun yaxın adamı olduğunu, pulu cavabdehə borc verdiyini və tez bir vaxtda qaytaracağını qeyd etmişdir. Lakin daha sonra iddiaçı ona yaxınlaşaraq, cavabdehin borcunu qaytarmadığını bildirmişdir. O, iddiaçının yaxını kimi cavabdehə zəng etmiş, onunla görüşmüşdür. Cavabdeh hissə-hissə 10000 manat borc aldığını etiraf etmiş, imkanı olmadığı üçün borcu ödəyə bilmədiyini bildirmişdir. Həmin borcu hissə-hissə ödəyəcəyini öhdəsinə götürmüşdür. Hazırda iddiaçının ona 850 manat borcu var. Həmin məbləği iddiaçı cavabdehə vermək üçün ondan almışdır.
8. 27 noyabr 2025-ci il tarixli məhkəmə iclasında iştirak etmiş şahid X2 ifadəsində bildirmişdir ki, iddiaçı onun iş yoldaşıdır. O iddiaçını və cavabdehi tanıyır. Cavabdeh dəfələrlə onların ofisinə gəlmiş, iddiaçıdan pul istəmişdir. İddiaçı dəfələrlə kassadan pul götürüb cavabdehə vermişdir. Bir neçə dəfə ondan da cavabdehə vermək üçün borc almışdır. Hazırda o, iddiaçıdan pulunu tələb edir. İddiaçı ona cavabdehə verdiyi borcu alanda ona olan borcunu da qaytaracağını demişdir. Lakin cavabdeh borcunu qaytarmadığı üçün iddiaçı ondan aldığı pulları verə bilmir.
Əsaslandırıcı hissə:
b. mülki işin materialları c. 9. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən NK-1/2699 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. d. 10. Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv olunması barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərar ləğv edilmişdir. e. 11. xx.xx.2025-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh İddiaçı borc olaraq götürdü pul vəsaitinin 500 manatını qaytarmış, qalan vəsaiti 100-200 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. f. 12. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən HK-1/2699 saylı material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir.
g. b) tətbiq edilən hüquq
h. 13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: i. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. j. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; k. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. l. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. m. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; (əvvəlki redaksiyada)
n. 14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: o. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; p. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; q. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; r. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;
s. 15. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarı; t. “Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşur” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.”
u. 16. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarı: v. “Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, əsaslı şübhədən kənar standartlar tətbiq edilir.”
w. məhkəmə baxışının hədləri
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
d) məhkəmənin mövqeyi
18. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, şifahi borc müqaviləsinə əsasən borcun qaytarılması ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə ödəməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməlidir.
19. Bu mənada məhkəmə iddiaçı tərəfin dəlilləri ilə razılaşır.
20. Belə ki, məhkəmə tərəflər arasında yaranmış mülki hüquq münasibətlərinin xarakterini nəzərə alaraq hesab edir ki, tərəflər şifahi formada borc müqaviləsi bağlamışdır. Nəzərə alınsa ki, cavabdeh iddiaçıdan şəxsi münasibətlər zəminində, vahid olmayan niyyətlə 2022-2024-cü illərdə 10-200 manat məbləğlərdə borc almışdır və belə müqavilələrin şifahi qaydada bağlanması da istisna edilmir, belə olan halda, işin müəyyən edilmiş halları tərəflər arasında şifahi borc müqaviləsinin olmasını göstərir.
21. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, tərəflər arasında yaranmış şəxsi münasibətlər zəminində iddiaçı cavabdehə müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə pul vermiş, daha sonra həmin pulların qaytarılmasını xahiş etsə də, cavabdeh iddiaçıdan aldığı pulları qaytarmaqdan imtina etmişdir. Roma hüququnun “pacta sunt servanda” (müqavilələr icra edilməlidir) prinsipinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkəti etməli (pul ödəməli), kreditorun isə bunu tələb etmək hüququ vardır. Hazırda iddiaçı cavabdehdən onun xeyrinə 9500 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
22. İddiaçı polis şöbəsində verdiyi izahatlarında göstərmişdir ki, təxminən 3 il münasibətdə olduğu Cavabdeh ailəli olduğu halda onunla sevgi münasibətləri qurmuş, ailə quracağını vəd vermiş, onun hislərindən və pulundan istifadə etmişdir. Cavabdeh müxtəlif vaxtlarda ümumilikdə 10000 manata yaxın pul vermişdir.
23. Cavabdeh polis şöbəsində verdiyi sonuncu izahatında göstərmişdir, təxminən 2021-ci ildən Fidan adlı qadını taksi fəaliyyəti ilə məşğul olan zaman tanımışdır. Həmin vaxtdan Fidan onun evli olduğunu bilmişdir. Buna baxmayaraq aralarında sevgi münasibəti yaranmışdır. Fidan bəzi vaxtlarda ona borc olaraq 20-30 manat pullar vermişdir. Lakin onu hədələməmiş, ondan pul tələb etməmişdir. Fidan özü könüllü olaraq ona pul göndərmiş və bəzi vaxtlarda da xərcləmişdir. Fidanla münasibətləri olduğu müddətdə ona hissə-hissə olmaqla pul göndərmiş, lakin ümumi olaraq nə qədər göndərməsini bilmir.
24. İddiaçı məhkəmə iclasında verdiyi izahatında cavabdehə verdiyi pulun 7000 manatdan çoxunu kart vasitəsilə, qalan məbləği isə nağd şəkildə verdiyini, həmin məbləğin 500 manatının polis vasitəsilə qaytarıldığını bildirmişdir.
25. Cavabdeh məhkəməyə göndərdiyi ərizəsində iddiaçının onun kartına atdığı pulların 1000 manat civarında olduğunu, ona heç bir borcu olmadığını bildirsə də, polis şöbəsində verdiyi iltizamında borcundan 500 manatı qaytardığını göstərmişdir.
26. Göründüyü kimi cavabdeh polis şöbəsində verdiyi rəsmi iltizamla borcun varlığını etiraf etmişdir. Bu, hüquqda “confessio est regina probationum” (etiraf sübutların şahıdır) prinsipindən daha çox, mülki hüquqda “öhdəliyin tanınması” kimi qiymətləndirilməlidir. Beləliklə, cavabdehin iddiaçı qarşısında öhdəliyinin yaranması və həmin öhdəliyin 500 manat hissəsinin icra edilməsi faktı iş materialları ilə tam sübuta yetirilmişdir. Bu, işin mübahisəsiz halıdır.
27. Hazırda mübahisə predmeti öhdəliyin həcmi ilə bağlıdır.
28. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirə bilmişdir.
29. Belə ki, iddiaçının özü tərəfindən elektron məhkəmə sisteminə və məhkəmə sorğusu əsasında əldə edilmiş NK-1/2699 saylı materiala onun tərəfindən cavabdehə borc olaraq göndərilmiş məxaric qəbzləri əlavə edilmişdir.
30. Həmin qəbzlər üzrə iddiaçı tərəfindən cavabdehin kartına göndərilmiş məbləğlər aşağıdakı kimidir; 2022-ci il üzrə – cəmi 550 manat; xx.xx.2022-ci il – 50 manat; xx.xx.2022-ci il – 30 manat; xx.xx.2022-ci il – 70 manat (50 manat və 20 manat olmaqla (ayrı-ayrı saatlarda)); xx.xx.2022-ci il – 20 manat; xx.xx.2022-ci il – 30 manat; xx.xx.2022-ci il – 30 manat; xx.xx.2022-ci il – 30 manat; xx.xx.2022-ci il – 20 manat; xx.xx.2022-ci il – 20 manat; xx.xx.2022-ci il – 30 manat; xx.xx.2022-ci il – 40 manat; xx.xx.2022-ci il – 30 manat; xx.xx.2022-ci il – 20 manat; xx.xx.2022-ci il – 50 manat; xx.xx.2022-ci il – 30 manat; xx.xx.2022-ci il – 30 manat; xx.xx.2022-ci il – 20 manat; 2023-cü il üzrə – cəmi 2800 manat; xx.xx.2023-cü il – 20 manat; xx.xx.2023-cü il – 20 manat; xx.xx.2023-cü il – 20 manat, xx.xx.2023-cü il – 20 manat; xx.xx.2023-cü il – 20 manat; xx.xx.2023-cü il – 30 manat; xx.xx.2023-cü il – 30 manat; xx.xx.2023-cü il – 30 manat; xx.xx.2023-cü il – 10 manat; xx.xx.2023-cü il – 20 manat; xx.xx.2023-cü il – 30 manat; xx.xx.2023-cü il – 50 manat; xx.xx.2023-cü il – 20 manat; xx.xx.2023-cü il – 50 manat; xx.xx.2023-cü il – 50 manat; xx.xx.2023-cü il – 30 manat; xx.xx.2023-cü il – 20 manat; xx.xx.2023-cü il – 20 manat; xx.xx.2023-cü il – 20 manat; xx.xx.2023-cü il – 20 manat; xx.xx.2023-cü il – 20 manat; xx.xx.2023-cü il – 50 manat; xx.xx.2023-cü il – 50 manat; xx.xx.2023-cü il – 30 manat; xx.xx.2023-cü il – 20 manat; xx.xx.2023-cü il – 20 manat; xx.xx.2023-cü il – 30 manat; xx.xx.2023-cü il – 10 manat; xx.xx.2023-cü il – 70 manat (50 manat və 20 manat olmaqla (ayrı-ayrı saatlarda));
xx.xx.2023-cü il – 20 manat; xx.xx.2023-cü il – 30 manat; xx.xx.2023-cü il – 20 manat; xx.xx.2023-cü il – 20 manat; xx.xx.2023-cü il – 20 manat; xx.xx.2023-cü il – 100 manat (50 manat və 50 manat olmaqla (ayrı-ayrı saatlarda)); xx.xx.2023-cü il – 100 manat; xx.xx.2023-cü il – 20 manat; xx.xx.2023-cü il – 30 manat; xx.xx.2023-cü il – 20 manat; xx.xx.2023-cü il – 20 manat; xx.xx.2023-cü il – 20 manat; xx.xx.2023-cü il – 20 manat; xx.xx.2023-cü il – 10 manat; xx.xx.2023-cü il – 20 manat; xx.xx.2023-cü il – 20 manat; xx.xx.2023-cü il – 30 manat; xx.xx.2023-cü il – 30 manat; xx.xx.2023-cü il – 70 manat (50 manat və 20 manat olmaqla (ayrı-ayrı saatlarda)); xx.xx.2023-cü il – 20 manat; xx.xx.2023-cü il – 20 manat; xx.xx.2023-cü il – 50 manat; xx.xx.2023-cü il – 20 manat; xx.xx.2023-cü il – 20 manat; xx.xx.2023-cü il – 20 manat; xx.xx.2023-cü il – 50 manat (30 manat və 20 manat olmaqla (ayrı-ayrı saatlarda)); xx.xx.2023-cü il – 20 manat; xx.xx.2023-cü il – 30 manat; xx.xx.2023-cü il – 20 manat; xx.xx.2023-cü il – 100 manat; xx.xx.2023-cü il – 20 manat; xx.xx.2023-cü il – 20 manat; xx.xx.2023-cü il – 20 manat; xx.xx.2023-cü il – 20 manat; xx.xx.2023-cü il – 20 manat; xx.xx.2023-cü il – 20 manat; xx.xx.2023-cü il – 20 manat; xx.xx.2023-cü il – 50 manat (30 manat və 20 manat olmaqla (ayrı-ayrı saatlarda)); xx.xx.2023-cü il – 20 manat; xx.xx.2023-cü il – 20 manat; xx.xx.2023-cü il – 30 manat; xx.xx.2023-cü il – 20 manat; xx.xx.2023-cü il – 20 manat; xx.xx.2023-cü il – 20 manat; xx.xx.2023-cü il – 20 manat; xx.xx.2023-cü il – 20 manat; xx.xx.2023-cü il – 20 manat; xx.xx.2023-cü il – 20 manat; xx.xx.2023-cü il – 20 manat; xx.xx.2023-cü il – 20 manat; xx.xx.2023-cü il – 20 manat; xx.xx.2023-cü il – 20 manat; xx.xx.2023-cü il – 20 manat; xx.xx.2023-cü il – 20 manat; xx.xx.2023-cü il – 50 manat; xx.xx.2023-cü il – 100 manat; xx.xx.2023-cü il – 20 manat; xx.xx.2023-cü il – 20 manat; xx.xx.2023-cü il – 20 manat; xx.xx.2023-cü il – 20 manat; xx.xx.2023-cü il – 20 manat; xx.xx.2023-cü il – 20 manat; xx.xx.2023-cü il – 20 manat; xx.xx.2023-cü il – 30 manat; xx.xx.2023-cü il – 20 manat; xx.xx.2023-cü il – 20 manat; xx.xx.2023-cü il – 30 manat; xx.xx.2023-cü il – 20 manat; xx.xx.2023-cü il – 50 manat; 2024-cü il üzrə – cəmi 1960 manat; xx.xx.2024-cü il – 30 manat; xx.xx.2024-cü il – 20 manat; xx.xx.2024-cü il – 20 manat; xx.xx.2024-cü il – 20 manat; xx.xx.2024-cü il – 20 manat; xx.xx.2024-cü il – 20 manat; xx.xx.2024-cü il – 20 manat; xx.xx.2024-cü il – 50 manat; xx.xx.2024-cü il – 200 manat (100 manat və 100 manat olmaqla (ayrı-ayrı saatlarda)); xx.xx.2024-cü il – 50 manat; xx.xx.2024-cü il – 50 manat; xx.xx.2024-cü il – 20 manat; xx.xx.2024-cü il – 40 manat (20 manat və 20 manat olmaqla (ayrı-ayrı saatlarda)); xx.xx.2024-cü il – 20 manat; xx.xx.2024-cü il – 20 manat; xx.xx.2024-cü il – 20 manat; xx.xx.2024-cü il – 50 manat; xx.xx.2024-cü il – 100 manat; xx.xx.2024-cü il – 50 manat; xx.xx.2024-cü il – 30 manat; xx.xx.2024-cü il – 100 manat; xx.xx.2024-cü il – 80 manat; xx.xx.2024-cü il – 20 manat; xx.xx.2024-cü il – 20 manat; xx.xx.2024-cü il – 20 manat; xx.xx.2024-cü il – 50 manat; xx.xx.2024-cü il – 20 manat; xx.xx.2024-cü il – 20 manat; xx.xx.2024-cü il – 30 manat; xx.xx.2024-cü il – 30 manat; xx.xx.2024-cü il – 30 manat; xx.xx.2024-cü il – 20 manat; xx.xx.2024-cü il – 100 manat; xx.xx.2024-cü il – 20 manat; xx.xx.2024-cü il – 20 manat; xx.xx.2024-cü il – 20 manat; xx.xx.2024-cü il – 20 manat; xx.xx.2024-cü il – 50 manat; xx.xx.2024-cü il – 20 manat; xx.xx.2024-cü il – 50 manat; xx.xx.2024-cü il – 50 manat; xx.xx.2024-cü il – 200 manat; xx.xx.2024-cü il – 30 manat; xx.xx.2024-cü il – 30 manat; xx.xx.2024-cü il – 20 manat; xx.xx.2024-cü il – 20 manat; xx.xx.2024-cü il – 20 manat.
31. İddiaçı cavabdehə kart vasitəsilə 7000 manatdan çox borc verildiyi bildirsə də, iş materialına əlavə edilmiş qəbzlərdən görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 5310 manat pul verilmişdir.
32. Məhkəmə xüsusi olaraq qeyd edir ki, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş qəbzlərin böyük əksəriyyəti təkrar qəbzlərdir. Məhkəmə tərəfindən iş materiallarının araşdırılması zamanı hər bir qəbzin nömrəsi, tarixi və saatı fərdi qaydada yoxlanılaraq dublikatlar kənarlaşdırılmış, eyni nömrəli qəbzin sübut kimi bir neçə dəfə müxtəlif səhifələrdə işə əlavə edildiyi müəyyən edilmişdir.
33. Məhkəmə iddia tələbinin nağd şəkildə verilən pul vəsaitləri hissəsinə münasibətdə qeyd edir ki, cavabdehə həmin məbləğdə pulun verilməsi ilə bağlı yazılı sübutlar təqdim edilməmiş, iddiaçı tərəfin həmin halları təsdiq edən şahidləri məhkəmədə dindirilmişdir.
34. Məhkəmə iddiaçı tərəfin vəsatəti əsasında dindirilmiş, iddiaçının iş yoldaşları olan şahidlərin verdiyi ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onların verdiyi məlumatlar şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar olmadığı üçün sübut növü kimi qiymətləndirilə bilməz. Məhkəmə, həmçinin, iddiaçı tərəfin vəsatəti əsasında dindirilmiş, iddiaçının iş yoldaşları olan şahidlərin həm də onunla yaxın münasibətdə (dost) olmalarını da diqqətə çəkir və verilən ifadələri iddiaçının maraq və mənafeyinə uyğun verilmiş ifadə kimi də qiymətləndirir.
35. Bundan başqa dindirilmiş şahidlər pulun verilməsini birbaşa görməmiş, iddiaçının onlardan cavabdehə vermək üçün borc aldıqlarını bildirmişlər. Odur ki, həmin şahidlərin ifadələrindən iddiaçı tərəfindən cavabdehə iddia ərizəsində göstərilən məbləğin verildiyi qənaətinə gəlmək olmur.
36. Mülki məhkəmə icraatında sübutetmə institutu və sübutetmə yükünə dair qeyd olunmalıdır ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Mülki işlər üzrə icraatda çəkişmə prinsipi isə tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır.
37. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-nin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız MPM-nin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. MPM-in 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edibetməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.
38. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar).
39. Sübutetmə yükünü daşımasına baxmayaraq, iddiaçı öhdəliyin 10000 manat həcmində olmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir.
40. Həmçinin, cavabdeh məhkəməyə göndərdiyi ərizəsində iddiaçıya 1000 manat civarında borcu olduğunu bildirsə də, iddianın əsassız olmasını təsdiq edə biləcək sübutları (qəbz, bank çıxarışı, köçürmələri təsdiq edən sənəd, ödənişlə bağlı aralarında bağlanmış akt, şahid ifadələri və s.) məhkəməyə təqdim etməmişdir.
41. Məhkəmə hesab edir ki, cavabdehin etirazları əsassız iddia xarakteri daşıyır. O, vəsaitlərin “hədiyyə” və ya şəxsi münasibətlərlə bağlı olduğunu iddia etsə də, hüquqda “donatio non praesumitur” (hədiyyə ehtimal olunmur) prinsipi keçərlidir. Yəni, hər bir əmlakın bir şəxsdən digərinə keçməsi hüquqi əsasa malik olmalıdır. Cavabdeh bu vəsaitlərin borc olmadığını təkzibedilməz sübutlarla əsaslandıra bilmədiyi üçün, iddiaçının təqdim etdiyi bank qəbzləri sübuti əhəmiyyətə malikdir.
42. Beləliklə, cavabdeh sübutetmə vəzifəsinin öhdəsindən gəlməmişdir. Sübutetmə nəzəriyyəsinə görə sübut edilməyən fakt mövcud olmayan fakt hesab olunur.
43. Bu baxımdan hesab edilməlidir ki, cavabdehin iddiaçı qarşısında üzərinə götürdüyü və icra etmədiyi öhdəlik mövcuddur; cavabdehin iddiaçıya 5310 manat məbləğində borcu var, həmin borcun 500 manatı polis şöbəsində qaytarılmış və cavabdeh qalan 4810 manat məbləğində borcu iddiaçıya ödəməlidir.
44. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 115 manat dövlət rüsumunun iddianın təmin olunan hissəsinə uyğun olaraq 58.65 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Nəticə hissəsi:
45. Göstərilənlərə əsasən və MPM-nin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. 4810 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 58.65 manat olmaqla, cəmi 4868.65 manat məbləğində pul Cavabdeh Mayıs oğlundan tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Pərvin İmamverdiyeva