Məhkəmə qərarları › İş №e-2(060)-6980/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6980/2024

20.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6980/2024 20.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsinin hakimi Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanuni nümayəndəsi X5 qarşı «ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbi»nə dair iddia ərizəsi ilə bağlı mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanuni nümayəndəsi X5 qarşı «ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X6 arasında bağlanmış BPM**********41 nömrəli, xx.xx.2020-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən X4 illik 24 faizlə, 36 ay müddətinə 1000 manat kredit xətti ayrılmışdır. BPM**********41 nömrəli, xx.xx.2020-ci il tarixli tam kart çərçivə müqaviləsinin 4.1.1.1-ci bəndinə əsasən X4 illik 24 faizlə, 48 ay müddətinə 3900 manat məbləğində nağd kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdeh kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, borclu öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir. AZ-İİ № 250501 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X6 xx.xx.2021-ci il tarixində vəfat etmişdir. 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 2V-980 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin “Elektron notariat” X1 çıxarışına əsasən Cavabdeh1 və Cavabdeh2 X3 qanun üzrə vərəsələri olduğu müəyyən edilmişdir. 1 saylı Sumqayıt regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 2022 nömrəli məktuba əsasən Qanuni nümayəndə Cavabdeh2 qanuni nümayəndəsi olduğu müəyyən edilmişdir. Yuxarıda adı çəkilən BPM**********41 nömrəli xx.xx.2020-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən cavabdehin nağd kredit üzrə əsas borca görə 2437,79 manat, olmaqla, cəmi 2437,79 manat borcu, kredit xəttinə görə əsas borca görə 990,40 manat, faiz borcuna görə 57,30 manat olmaqla, cəmi 1047,7 manat borcu mövcuddur. Eyni zamanda tərəflərindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 54,86 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədənkənar qaydada həll edilməsi məqsədilə Cavabdeh1 və Cavabdeh2 xx.xx.2024-cü il tarixində 6-2-22/2-30458/2024 saylı, Qanuni nümayəndə xx.xx.2024-cü il tarixində xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Göstərilənlərə əsasən X3 vərəsələri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (qanuni nümayəndəsi Qanuni nümayəndə vasitəsilə) müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********41 nömrəli xx.xx.2020-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə əsas borca görə 2437,79 manat olmaqla, cəmi 2437,79 manat borcun, kredit xəttinə görə əsas borca görə 990,40 manat, faiz borcuna görə 57,30 manat olmaqla, cəmi 1047,7 manat borcun, ümumilikdə 3485,49 manat borcun, o cümlədən iddia ərizəsi üçün ödənilmiş 54,86 manat dövlət rüsumunun və 0,40 qəpik bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.

5. Eyni Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.

6. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.

Əsaslandırıcı hissə:

7. İş materiallarında olan "xxxx" ASC ilə X6 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********41 saylı tam kart çərçivə müqaviləsinə əsasən bank tərəfindən X4 24 ay müddətinə, illik 36 % ödəmək şərtilə 1000 manat məbləğində kredit xətti ayrılmışdır.

8. Həmin müqavilənin 4.1.1.1-ci bəndinə əsasən borcalan tərəfindən nağd kredit sifariş verildikdəvə bank borc alana nağd kreditin verilməsinə müsbət qərar qəbul etdikdə tərəflər arasında kreditin verilməsini təsdiq edən annutet ödəniş qrafiki imzalanır. Annutet ödəniş qrafikində kreditin məbləği, illik faiz dərəcəsi, müddəti, aylıq ödənişin məbləği və digər zəruri məlumatları göstərilir.

9. İş materiallarında olan "xxxx" ASC ilə X6 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********41 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən X4 24 ay müddətinə, illik 36 % ödəmək şərtilə 1000 manat məbləğində kredit xətti ayrılmışdır.

10. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X4 xx.xx.2020-ci il tarixli, 213RTL********** nömrəli kredit müqaviləsi üzrə 48 ay müddətinə, illik 24 % ödəmək şərtilə 3900 manat məbləğində kredit verilmiş, xx.xx.2024-cü il tarixə banka 2437,79 manat əsas borcu mövcuddur.

11. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X3 xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə banka 990,40 manat əsas borcu, 57,30 manat faiz borcu olmaqla, cəmi 1047,70 manat borcu mövcuddur.

12. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İİ № 250501 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2021-ci il tarixdə travmatik subaraxnoidal qansızmadan ölmüşdür.

13. İş materiallarında olan “Elektron notariat” X1 çıxarışdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2022-ci il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Miras əmlak – Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xx.xx.2022-ci il tarixli, 05/1358 saylı arayışına əsasən X3 varislərinə ödənilməli olan 5000 manat sığorta ödənişindən ibarətdir.

14. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 sayıl Sumqayıt Rgional “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2021-ci ildə vəfat etmiş X2 miras qalmış əmlaka dair xx.xx.2022-ci il tarixdə, reyestrdə 2V-963 nömrəsi ilə təsdiq edilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə üzrə vərəsəsi Cavabdeh2 qanuni nümayəndəsi Qanuni nümayəndədur.

15. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh1 və Cavabdeh2 yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.

16. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, "xxxx" ASC ilə X6 arasında bağlanmış BPM**********41 nömrəli, xx.xx.2020-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən X4 illik 24 faizlə, 36 ay müddətinə 1000 manat kredit xətti ayrılmış, həmin tam kart çərçivə müqaviləsinin 4.1.1.1-ci bəndinə əsasən X4 illik 24 faizlə, 48 ay müddətinə 3900 manat məbləğində nağd kredit verilmişdir, X6 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Kreditor mülki qanunvericiliyin göstərişlərinə istinad edərək borclunun hüquqi varisləri Cavabdeh1 və Cavabdeh2 qanuni nümayəndəsi Qanuni nümayəndə borclunun miras passivinə görə mülki məsuliyyət daşıdığını iddia edir və borcun ödənilməsini tələb edir.

17. Təqdim edilmiş sənədlərdən göründüyü kimi iş üzrə Cavabdeh1 və Cavabdeh2 borclu X3 qanun üzrə vərəsəsidirlər.

18. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

20. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

21. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

22. (köhnə redaksiyada) Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

23. (köhnə redaksiyada) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

24. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar.

25. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

26. Eyni Məcəllənin 1255-maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

27. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər.

28. Məhkəmə işin faktiki hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739, 1306-cı maddəsinin tələblərinə əsasən qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbi qismən əsaslıdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 borclunun (miras qoyanın) kredit müqaviləsindən irəli gələn öhdəlikləri üzrə onun qanun üzrə vərəsəsi kimi məsuliyyət daşıyır.

29. Mülki qanunvericiliyin göstərişinə görə mirası qəbul etmiş vərəsə miras payı həcmində miras qoyanın kreditorları qarşısında məsuliyyət daşıyır.

30. Araşdırılan mübahisədən göründüyü kimi vərəsə tərəfindən qəbul edilən miras kütləsi – 5000 manat təşkil edir.

31. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanuni nümayəndəsi Qanuni nümayəndə miras qoyanın miras payı həcmində bank qarşısında məsuliyyət daşımalıdırlar. 32 Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

33. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun və xidmət haqqının tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan, dövlət rüsumu və xidmət haqqı ilə bağlı tələb də təmin edilməli, cavabdehlərdən 54,86 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutularaq iddiaçıya ödənilməlidir.

34. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanuni nümayəndəsi Qanuni nümayəndə birgə qaydada xx.xx.2020-ci il tarixli, BPM**********41 saylı tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə əsas borca görə 2437,79 (iki min dörd yüz otuz yeddi manat, yetmiş doqquz qəpik) manat məbləğində pul, kredit xətti üzrə əsas borca görə 990,40 (doqquz yüz doxsan manat, qırx qəpik) manat, faiz borcuna görə 57,30 (əlli yeddi manat, otuz qəpik) manat olmaqla, cəmi 1047,7 (bir min qırx yeddi manat, yetmiş qəpik) manat, ümumilikdə 3485,49 (üç min dörd yüz səksən beş manat, qırx doqquz qəpik) manat məbləğində pul, habelə 54,86 (əlli dörd manat, səksən altı qəpik) manat ödənilmiş dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqının əvəzi alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

37. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

38. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

40. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

Nəticə hissəsi:

41. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanuni nümayəndəsi Qanuni nümayəndə birgə qaydada xx.xx.2020-ci il tarixli, BPM**********41 saylı tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə əsas borca görə 2437,79 (iki min dörd yüz otuz yeddi manat, yetmiş doqquz qəpik) manat məbləğində pul, kredit xətti üzrə əsas borca görə 990,40 (doqquz yüz doxsan manat, qırx qəpik) manat, faiz borcuna görə 57,30 (əlli yeddi manat, otuz qəpik) manat olmaqla, cəmi 1047,7 (bir min qırx yeddi manat, yetmiş qəpik) manat, ümumilikdə 3485,49 (üç min dörd yüz səksən beş manat, qırx doqquz qəpik) manat məbləğində pul, habelə 54,86 (əlli dörd manat, səksən altı qəpik) manat ödənilmiş dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqının əvəzi alınaraq iddiaçı "xxxx" ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar